Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 9(3-9)-2/2026 15.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X1 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X3, məhkum edilmiş şəxs Barəsində məhkəmə aktı çıxarılmış şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, ##.##.1996-cı il tarixdə Rusiya Federasiyası, Kalininqrad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, Rusiya Federasiyasının Rusiya Federasiyasının Kalininqrad şəhəri, Moskva Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin "z" bəndi ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə 03 (üç) il 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində olan Rusiya Federasiyası, Kalininqrad şəhəri, Moskva Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmasına dair Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalovun ## ##### 2026-cı il tarixli təqdimatına Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Rusiya Federasiyası, Kalininqrad şəhəri, Moskva Rayon Məhkəməsinin ## ###### 2018ci il tarixli hökmü ilə Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin “z” bəndi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən, ona bu hökm və ##.##.2016-cı il tarixli dünya hakiminin hökmü ilə cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi, əsas cəza olan 120 saat icbari iş həcmində icbari işlərə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 71-ci maddəsinin müddəaları nəzərə alınmaqla, tam toplama yolu ilə təyin edilməsi, (burada bir gün azadlıqdan məhrum etməyə 8 saat icbari iş uyğun gəlir), habelə nəqliyyat vasitəsini idarə etmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə növündə 01 (bir) il 06 (altı) ay müddətində əlavə cəza təyin edilməsi, nəticədə ona cəzanı ümumi rejimli islah koloniyasında çəkməklə 03 (üç) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsi, onun çəkdiyi cəza müddətinə ##.##.2016cı il tarixli hökm üzrə çəkdiyi 120 saat həcmində icbari iş şəklində cəza müddəti, habelə ## #### 2016-cı il tarixdən ## ###### 2018-ci il tarixədək olan dövr üçün qismən çəkilmiş nəqliyyat vasitəsini idarə etmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə şəklində əlavə cəzanın hesablanması, barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinin seçilməsi, aşkar edildiyi andan həbs edilməklə dəyişdirilmədən saxlanılması, cəza çəkmə müddətinin aşkar edildiyi və həbs edildiyi andan hesablanması, mənəvi zərərin ödənilməsi üçün ondan X5 xeyrinə 400000 (dörd yüz min) rubl təzminat tələb edilməsi, zərərçəkmiş Vaqner E.A.nın Barəsində məhkəmə aktı çıxarılmış şəxs 4053 rubl 30 qəpik məbləğində maddi zərərin ödənilməsi barədə iddia tələbinin baxılmadan saxlanılması, zərərçəkmişə mülki icraat qaydasında iddia ilə müraciət etmək hüququnun izah edilməsi qərara alınmış, iş üzrə maddi sübutun taleyi həll edilmişdir. Bununla əlaqədar, Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsindəki Rusiya Federasiyası, Kalininqrad şəhəri, Moskva Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmasına dair Azərbaycan Respublikası Baş Prokurorunun müavini, R Elmar Camalov ## ##### 2026-cı il tarixli, *-*-***/*-******/**** nömrəli təqdimatla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 522-524-cü maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası məsələlərinə həmin Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq baxırlar. 524.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxslərə və ya hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərə (onlar məlum olduqda) məlumat verilməlidir. 524.3-cü maddəsinə əsasən, bildiriş vərəqəsinin maraqlı şəxslərə verilməsi barədə məhkəmədə məlumat olarsa, həmin şəxsin üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsi təqdimata baxılmasına mane olmur. Əgər şəxs təqdimata baxılmasının başqa vaxta keçirilməsi barədə xahişlə məhkəməyə müraciət edərsə və həmin xahiş məhkəmə tərəfindən üzrlü hesab edilərsə, məhkəmə işə baxılmasını başqa vaxta keçirir və müraciət etmiş şəxsi yeni məhkəmə baxışının vaxtı barədə xəbərdar edir. 524.6-cı maddəsinə əsasən məhkəmə iclasda iştirak edən şəxsləri dinlədikdən sonra xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tam və ya qismən tanınması, yaxud bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Həmin qərar dərhal qüvvəyə minir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması və icrasına dair qərar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada icra edilir. Məhkəmə kollegiyasının iclasında: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X3 təqdimatın təmin olunmasını və məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs xarici dövlətin ərazisində təqsirli bilindiyi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin “z” bəndində nəzərdə tutulmuş əməlin müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tənzimlənməsini, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının qüvvəsində saxlanılmasını, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ##.##.2016-cı il tarixli hökm ilə təyin olunmuş 120 saat icbari işlər cəzasını azadlıqdan məhrum etmə cəzasına çevirməklə, 03 il 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, həmçinin axtarışda olması ilə əlaqədar saxlanıldığı və həbsdə olduğu müddətin təyin olunmuş hazırkı cəzadan çıxılmaqla qəti cəzanın təyin edilməsini, eyni zamanda nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini xahiş etdi. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası məhkəməsinin hökmünün tanınması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirib, eyni zamanda azadlıqdan məhrum edilməməsini xahiş etdi. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs müdafiəçisi Müdafiəçi Rusiya Federasiyası məhkəməsinin hökmünün tanınması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirib, Barəsində məhkəmə aktı çıxarılmış şəxs xəstə olmasının, axtarışı ilə əlaqədar tutulmasının nəzərə alınmasını və onun vəziyyətinin daha da ağırlaşdırılmamasını xahiş etdi. Məhkəmə kollegiyası məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi məsələsini həll edərkən, cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, müvafiq təqdimatı və təqdimatla birlikdə məhkəməyə təqdim edilmiş məhkumun şəxsi işini araşdırıb belə nəticəyə gəlir ki, Rusiya Federasiyası, Kalininqrad şəhəri, Moskva Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınmalı və onun icrası Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənməlidir. Kolegiya ilk növbədə onu qeyd edir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin “z” bəndi ilə (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq edilməklə insanın həyatı üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərər vurma və ya görmə, nitq, eşitmə qabiliyyətinin və ya hər hansı orqanın itirilməsi və ya orqan tərəfindən öz funksiyalarının itirilməsi, hamiləliyin pozulması, psixi pozuntu, narkomaniya və ya toksikomaniya xəstəliyi ilə nəticələnmiş, və ya üzün silinməz şəkildə korlanmasında ifadə olunmuş, və ya ümumi əmək qabiliyyətinin üçdə birindən az olmayaraq əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olmuş, və ya təqsirkar şəxs üçün açıq- aşkar peşə əmək qabiliyyətinin tamamilə itirilməsinə səbəb olmuş sağlamlığa qəsdən ağır zərər vurma) nəzərdə tutulmuş əməl müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə uyğun gəlir. Belə ki, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi təsbit edilmişdir. Göründüyü kimi, həm Rusiya Federasiyası CM-in 111-ci maddəsinin 2-ci hissəsi, həm də Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi qəsdən sağlamlığa ağır zərər vurma cinayətini nəzərdə tutur. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, hər iki ölkənin Cinayət Məcəlləsinin qeyd olunan maddələrində qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tövsifedici əlamətləri (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq edilməklə bu cinayətin törədilməsi əlaməti) tamamilə üst-üstə düşməsə də, xarici dövlət məhkəməsinin hökmünün tanınması zamanı əsas müəyyənedici meyar həmin hökmlə müəyyən edilmiş əməlin Azərbaycan Respublikasının cinayət qanunvericiliyində cinayət hesab olunubolunmaması və onun milli qanunvericiliyə uyğun hüquqi qiymətləndirilməsinin mümkünlüyüdür. Burada əsas şərt əməlin mahiyyətinin, ictimai təhlükəliliyinin və cinayət-hüquqi məzmununun Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş hər hansı cinayət tərkibinə uyğun gəlməsidir. Hazırkı vəziyyətdə də, hər iki dövlətin Cinayət Qanunundan nəzərdə tutulmuş müvafiq cinayətlərin mahiyyəti qəsdən sağlamlığa ağır zərər vurma olmaqla, dispozitiv əlamətləri məzmun etibarilə eynilik təşkil edir. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının 99-cu maddəsinə görə Razılığa gələn Tərəflərdən hər biri cinayətlərin istintaqı aparılarkən və məhkəmələr tərəfindən cinayət işlərinə baxılarkən öz qanunvericiliyində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, hansı Razılığa gələn Tərəfin ərazisində baş verib-verməməsindən asılı olmayaraq nəzərə ala bilər. Həmin Konvensiyanın 109-cu maddəsinə görə Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən məhkum edilmiş və cəzasını çəkməmiş şəxs Razılığa gələn digər Tərəfin ərazisində cinayət məsuliyyətinə cəlb edilmək üçün verildikdə, habelə Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən çıxarılmış hökmün icrasını təmin etmək üçün Razılığa gələn digər Tərəf şəxsi verməkdən imtina etdikdə, Razılığa gələn Tərəflərdən hər biri Razılığa gələn digər Tərəfin məhkəməsi tərəfindən çıxarılan hökmləri bu Konvensiyada nəzərdə tutulan şərtlər əsasında tanıyır və icra edir. Hökmlərin tanınması və icrası, bu cür hökmlərin tanınacağı və icra ediləcəyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həyata keçirilir. Həmin Konvensiyanın 111-ci maddəsinə əsasən hökmün tanınması və icra edilməsi haqqında vəsatət sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi tərəfindən onun öz daxili qanunvericiliyinə uyğun olaraq baxılır. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi, verilən şəxsin onun ərazisinə faktiki ötürülməsinə qədər hökmün tanınması və icra edilməsi haqqında qərar qəbul edir. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsinin çıxardığı hökmü əsasında öz daxili qanunvericiliyinə uyğun olaraq hökmdə nəzərdə tutulan cəzaya uyğun olan cəza müəyyən edir. Əgər sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin əmələ görə ən yuxarı cəza müddəti hökm əsasında təyin edilmiş müddətdən aşağıdırsa, məhkəmə sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində analoji əmələ görə nəzərdə tutulmuş maksimal cəza müddəti təyin edir. Cəzanın, hökmü çıxarmış sorğu edən Razılığa gələn Tərəfin ərazisində çəkilmiş hissəsi, hökmün tanınması haqqında vəsatətə baxan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş cəza müddətinə hesablanır. Eyni zamanda hökmün icra edilmə qaydası haqqında məsələyə baxılır. Cəza həm sorğu edən, həm də sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulduğu təqdirdə tətbiq edilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin “z” bəndi ilə nəzərdə tutulmuş əməlinin hüquqi məzmunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa ağır zərər vurma cinayəti ilə uyğunluq təşkil etdiyindən onun əməli məhz AR CM-nin 126.1-ci maddəsi ilə tənzimlənməlidir (tövsif edilməlidir). Bununla yanaşı, məhkəmə kollegiyası Rusiya Federasiyası məhkəməsinin məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs ilə bağlı hökmünün tanınmasını müzakirə edərkən, məhkəmə tərəfindən ona Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təyin olunmuş cəza müddətini də müqayisəli şəkildə nəzərdən keçirir. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin «z» bəndi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə həmin maddənin sanksiyasında iki ilədək müddətə azadlığın məhdudlaşdırılmaqla və ya edilməməklə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Rusiya Federasiyasının məhkəməsi Barəsində məhkəmə aktı çıxarılmış şəxs həmin əməlinə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, həmçinin ##.##.2016-cı il tarixli hökmlə təyin edilmiş 120 saat icbari iş növündə cəzanı azadlıqdan məhrum etmənin bir gününə 8 saat icbari iş hesabı ilə hesablamaqla, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 71ci maddəsinin müddəaları nəzərə alınmaqla, cəzaları tap toplama yolu ilə ona qəti olaraq 03 (üç) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Göründüyü kimi həm RF CM-nin 111-ci maddəsinin 2-ci hissəsi, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsində uyğun cinayət əməlinin nəzərdə tutulduğu 126.1-ci maddəsinin sanksiyasındakı azadlıqdan məhrum etmə cəzasına, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsin 66.5-ci maddəsinin tələblərinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. 68.1.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə ictimai işlərin səkkiz saatı bərabər tutulur. Məhkəmə kollegiyası nəzərə alır ki, «Məhkum olunmuş şəxslərin verilməsi haqqında» ## #### 1983-cü il tarixli Konvensiyanın 10-cu maddəsində göstərilir ki, hökmün icrasının davam etdirildiyi halda hökmün icra olunduğu Dövlət əməlin hüquqi tövsifini və cəzanın müddətini hökmün çıxarıldığı Dövlətin müəyyən etdiyi kimi tanıyır. Buna baxmayaraq, əgər cəzanın xarakteri və müddəti hökmün icra edildiyi Dövlətin qanunvericiliyi ilə bir araya sığmırsa və ya bu Dövlətin qanunvericiliyi tələb edirsə, onda hökmün icra olunduğu Dövlət məhkəmə və ya inzibati qərar qəbul etmək yolu ilə cəzanı analoji hüquq pozuntusuna görə daxili qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalara uyğunlaşdıra bilər. Belə cəza öz xarakterinə görə icrası davam etdirilən hökmdə müəyyən edilmiş cəzaya mümkün qədər daha çox uyğun olmalıdır. Bu cəza öz xarakterinə və ya müddətinə görə hökmün çıxarıldığı Dövlət tərəfindən müəyyən edilmiş cəzadan ağır ola bilməz və hökmün icra olunduğu Dövlətin qanununda nəzərdə tutulmuş cəzanın yuxarı həddini aşa bilməz. Həmin Konvensiyanın 11-ci maddəsinin «c» bəndində göstərilir ki, hökmün icra olunduğu Dövlətin səlahiyyətli orqanları məhkumun artıq çəkmiş olduğu cəza müddətini cəzadan tam çıxmalıdırlar; «d» bəndində isə göstərilir ki, hökmün icra olunduğu Dövlətin səlahiyyətli orqanları məhkumun cinayət məsuliyyətini ağırlaşdırmamalıdırlar, lakin hökmün icra olunduğu Dövlətin qanunvericiliyi ilə bir və ya bir neçə hüquq pozuntusu törədilməsinə görə nəzərdə tutulmuş minimal cəza tədbirlərinə də meyillənməməlidirlər. «Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında» ## ### 1994-cü il tarixli Müqavilənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, məhkuma təyin edilmiş cəza hökmü çıxaran Dövlətin məhkəməsinin hökmü əsasında çəkilir. Hökmü icra edən Dövlətin məhkəməsi çıxarılmış hökmü əsas tutaraq öz dövlətinin qanunvericiliyinə uyğun olaraq əvvəlki hökmdə müəyyən olunmuş müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Rusiya Federasiyası məhkəməsi tərəfindən Barəsində məhkəmə aktı çıxarılmış şəxs təyin edilmiş cəzanın həm növü, həm müddəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına uyğundur. Bundan əlavə, «Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında» ## ### 1994-cü il tarixli Müqavilənin 6-cı maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkumun hökmü çıxaran Dövlətin ərazisində çəkdiyi cəzanın hissəsi cəzanın ümumi müddətinə daxil edilir. «Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında» ## #### 1998-ci il tarixli Konvensiyanın 12-ci maddəsinin ikinci hissəsinə əsasən məhkuma təyin edilmiş cəza hökmün çıxarıldığı Dövlətin məhkəməsinin hökmü əsasında çəkilir. Hökmün çıxarıldığı Dövlətdə çəkilmiş müddət də azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanır. Hökmün icra edildiyi Dövlətin məhkəməsi çıxarılmış hökmdən çıxış edərək, hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə müddəti müəyyən etməklə öz dövlətinin qanunu üzrə onun icrası barədə qərar qəbul edir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki: Rusiya Federasiyasının Kalininqrad vilayəti üzrfə FSİN İdarəsinin ## ###### 2018-ci il tarixli “məhkumun axtarışa verilməsi haqqında” qərarı ilə Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində axtarış elan edilmişdir. Barəsində məhkəmə aktı çıxarılmış şəxs ## ###### 2019-cu il tarixdə Xaçmaz RPŞ tərəfindən həbs edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli qərarı ilə Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin ##.##.2020ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, ##.##.2020-ci il tarixdə Barəsində məhkəmə aktı çıxarılmış şəxs saxlanıldığı Penitensiar Xidmətin ** saylı İstintaq Təcridxanasından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs ## ###### 2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 01 ay 08 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin olunmuş 03 il 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Bundan başqa, məhkəmə kollegiyası, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə yerini müəyyən edərkən Rusiya Federasiyası və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin müddəalarını müqayisəli şəkildə təhlil edərək bu nəticəyə gəlir ki, o, təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən, ağır cinayətlər bu Məcəllədə nəzərdə tutulmuş ən ağır cəzası on ildən çox olmayan azadlıqdan məhrum etmə olan qəsdən əməllər və bu Məcəllədə nəzərdə tutulmuş ən ağır cəzası on beş ildən çox olmayan azadlıqdan məhrum etmə olan ehtiyatsızlıqdan törədilmiş əməllər hesab edilir. Göründüyü kimi, hər iki dövlətin cinayət qanunvericiliyinə əsasən məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs tərəfindən törədilmiş əməl ağır cinayətlər kateqoriyasına aiddir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl ağır cinayətlər təsnifatına aid edildiyindən və Cinayət Məcəlləsinin 56.1. 2-ci maddəsinin tələbinə görə, ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edildiyindən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında» ## #### 1998-ci il tarixli Konvensiyanın 14-cü maddəsinin birinci hissəsinə əsasən cəzanın qalan hissəsinin çəkilməsi üçün hökmün icra edildiyi Dövlətə təhvil verilmiş şəxs barəsində həmin Dövlətin ərazisində eyni əməlləri törətməyə görə məhkum olunmuş şəxslər barəsində yaranan hüquqi nəticələr yaranır. Bununla yanaşı, məhkəmə kollegiyası məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs təyin edilmiş əlavə cəza ilə bağlı məsələyə də münasibət bildirilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində 12.07.20216-cı il tarixli məhkəmə hökmü olmuş, həmin hökmlə Barəsində məhkəmə aktı çıxarılmış şəxs nəqliyyat vasitəsini idarə etmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə növündə 01 (bir) il 06 (altı) ay müddətində əlavə cəza təyin edilmiş, sözügedən hökm ##.##.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 47ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, əlavə cəzanın çəkilmə müddəti də məhz hökmün qanuni qüvvəyə mindiyi ## #### 2016-cı il tarixdən hesablanmışdır. Eyni zamanda, hazırkı iş üzrə Moskva Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmündən görünür ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs ## #### 2016-cı il tarixdən ## ###### 2018-ci il tarixədək olan dövr üçün qismən çəkdiyi nəqliyyat vasitəsini idarə etmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə şəklində əlavə cəzanın ona təyin edilmiş qəti cəzaya hesablanması qərara alınmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, əlavə cəzanın çox hissəsi hökm qanuni qüvvəyə minənədək faktiki olaraq icra edilmiş, qalan hissəsi isə hökm qanuni qüvvəyə mindikdən sonra müddətin axımı ilə başa çatmışdır. Bu səbəbdən həmin əlavə cəza icra edilmiş hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində olan hökmün, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan əmələ görə məhkum edilmiş şəxs üçün nəzərdə tutulmuş hüquqi nəticələr yaratması təsdiq olunmalıdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 522-525-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Rusiya Federasiyası, Kalininqrad şəhəri, Moskva Rayon Məhkəməsinin ## ###### 2018ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmasına dair Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli təqdimat təmin edilsin. Azərbaycan Respublikası vətəndaşı Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində olan Rusiya Federasiyası, Kalininqrad şəhəri, Moskva Rayon Məhkəməsinin ## ###### 2018ci il tarixli hökmü Azərbaycan Respublikasının ərazisində tanınsın. Barəsində məhkəmə aktı çıxarılmış şəxs törətdiyi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin “z” bəndi ilə nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilsin (tənzimlənsin), həmin hökmün icrası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən maddəsi ilə məhkum edilmiş şəxs barəsində hökmün icrası üçün nəzərdə tutulan qaydada həyata keçirilsin. Barəsində məhkəmə aktı çıxarılmış şəxs Azərbaycan Respublikası 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ## #### 2016-cı il tarixli hökm üzrə təyin edilmiş 120 saat ictimai işlər cəzasının çəkilməmiş 15 gün hissəsini tam toplamaqla qəti olaraq 03 (üç) il 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş hesab edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Barəsində məhkəmə aktı çıxarılmış şəxs ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 08 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində məhkəmə aktı çıxarılmış şəxs ## #### 2016-cı il tarixli hökm üzrə təyin edilmiş və Rusiya Federasiyası, Kalininqrad şəhəri, Moskva Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmündə nəzərə alınmış 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəza icra edilmiş hesab edilsin. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli ## ### 2026-cı il tarixdən hesablansın. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs olunsun. Barəsində məhkəmə aktı çıxarılmış şəxs Şirvan Şəhər Polis Şöbəsi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına etap edilsin. Qərarın icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına həvalə edilsin. Bu qərarın Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olmuş şəxslər üçün mövcud olan eyni hüquqi nəticələr yaratması təsdiq edilsin. Hökmlə maddi sübutların taleyinin həll edilməsi, mənəvi zərərin ödənilməsi üçün Barəsində məhkəmə aktı çıxarılmış şəxs X5 xeyrinə 400.000 rubl təzminatın tələb edilməsi, zərərçəkmiş şəxsə maddi zərərin ödənilməsi barədə mülki icraat qaydasında iddia ilə müraciət etmək hüququnun izah edilməsi nəzərə alınsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs verildiyi) andan 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Pərviz Əhmədov Cavid Sultanov
Məhkəmə qərarları › İş №9(3-9)-2/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №9(3-9)-2/2026
15.05.2026 · Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver