Məhkəmə qərarları › İş №9(3-9)-5/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №9(3-9)-5/2026

19.06.2026 · Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 9(3-9)-5/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraat İdarəsinin prokuroru-metodisti X2, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlunun, müdafiəçisi – Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi İnqilab oğlunun iştirakı ilə ##.##.1980-ci ildə Astara rayonu, Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, Rusiya Federasiyası, Amur vilayəti, Blaqoveşensk şəhər Məhkəməsinin ## ###### 2015-ci il tarixli qərarı (hökmü) ilə Rusiya Federasiyası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 3-cü hissəsinin “q” bəndində nəzərdə tutulan cinayət törətməkdə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Astara rayonu, Kolatan kəndində qeydiyyatda olan və orada yaşayan; Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlunun barəsində olan Rusiya Federasiyası, Amur vilayətinin Blaqoveşensk şəhər Məhkəməsinin ## ###### 2015-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınması barədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalovun təqdimatına qapalı məhkəmə iclasında baxaraq kollegiya qərar verdi. İ.İŞİN HALLARI: Rusiya Federasiyası, Amur vilayətinin Blaqoveşensk şəhər Məhkəməsinin ## ###### 2015-ci il tarixli hökmünə əsasən, Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlu 2010-cu il #####in #-dən mayın 7-dək olan müddətin günlərindən birində, dəqiq tarix istintaq tərəfindən müəyyən edilməmişdir. Həmin vaxt o, Amur vilayətinin Blagoveşensk şəhərində olan dövrdə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən tanışı T.-nin təklifi ilə xüsusilə külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz satışı ilə məşğul olmaq qərarına gəlmişdir. Yaranmış cinayət niyyətini həyata keçirərək, göstərilən müddət ərzində günlərin birində Barəsində məhkəmə aktı çıxarılmış şəxsİ. Amur vilayətinin Mixaylov rayonunun Dubovoye kəndində, Sovetskaya küçəsi * nömrəli evin həyətində, T.nin ona telefonla göstərdiyi yerdə, xüsusilə külli miqdarda heroin narkotik vasitəsini qanunsuz satmaq məqsədi ilə hərəkət etmişdir. O, öz əməllərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk edərək, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görərək və bunu istəyərək, qəsdən və qanunsuz olaraq sonradan satmaq məqsədilə 141,1 qram kütləsində heroin (diasetilmorfin) əldə etmişdir. Barəsində məhkəmə aktı çıxarılmış şəxsİ. həmin narkotik vasitəni sonradan satmaq məqsədilə qəsdən və qanunsuz olaraq Amur vilayətinin Blagoveşensk şəhəri, Oktyabrskaya küçəsi, *** nömrəli evin 1-ci korpusunun həyətində satış anına qədər saxlamışdır. Bundan başqa o, 2010-cu il ###ın #-də axşam saatlarında, saat 21:00-dan sonra, Amur vilayətinin Blagoveşensk şəhəri, Radiomərkəz küçəsi, * nömrəli evin yaxınlığında olarkən, xüsusilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz satılmasına yönəlmiş cinayət niyyətini həyata keçirərək, öz hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk etmiş, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görmüş və bunu istəmişdir. Bu məqsədlə o, qəsdən və qanunsuz olaraq Şixəliyev V.A.-ya özündə olan maddənin bir hissəsini satmışdır. Həmin maddənin ##.##.2010-cu il tarixli ***/FX nömrəli ekspert rəyi və ##.##.2010-cu il tarixli ***/K-***/FX nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, bu maddə 1,75 qram kütləsində narkotik vasitə olan heroin (diasetilmorfin) olmuşdur. Rusiya Federasiyası Hökumətinin ## ###### 2006-cı il tarixli, ** nömrəli “RF Cinayət Məcəlləsinin 228, 228.1 və 229-cu maddələrinin məqsədləri üçün narkotik vasitələrin və psixotrop maddələrin külli və xüsusilə külli miqdarlarının təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq, 1,75 qram heroin külli miqdar hesab edilir. Bundan başqa o, 2010-cu il ####un ##-də axşam saatlarında, saat 21:00-dan sonra, Amur vilayətinin Blagoveşensk şəhəri, Radiomərkəz küçəsi, * nömrəli evin yaxınlığında olarkən, xüsusilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz satılmasına yönəlmiş cinayət niyyətini həyata keçirməyə davam edərək, öz hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk etmiş, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görmüş və bunu istəmişdir.Bu məqsədlə o, qəsdən və qanunsuz olaraq Şixəliyev V.A.-ya özündə olan maddənin bir hissəsini satmışdır. ##.##.2010-cu il tarixli ***/K-***/FX nömrəli tədqiqat arayışına və ##.##.2010-cu il tarixli ***/FX nömrəli ekspert rəyinə, həmçinin ##.##.2010-cu il tarixli ***/FX-***/K nömrəli tədqiqat arayışına və ##.##.2010-cu il tarixli ***/FX nömrəli ekspert rəyinə əsasən, həmin maddənin 1,58 qram kütləsində narkotik vasitə olan heroin (diasetilmorfin) olduğu müəyyən edilmişdir. Bundan başqa o, 2010-cu il ######un ##-də saat 18:00-dan 19:00-dək olan müddətdə Amur vilayətinin Blagoveşensk şəhəri, Radiomərkəz küçəsi, * nömrəli evin yaxınlığında olarkən, xüsusilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz satılmasına yönəlmiş cinayət niyyətini həyata keçirməyə davam edərək, öz hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk etmiş, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görmüş və bunu istəmişdir. Bu məqsədlə o, qəsdən və qanunsuz olaraq Şixəliyev V.A.ya özündə olan maddənin bir hissəsini satmışdır. ##.##.2010-cu il tarixli 237 NS nömrəli tədqiqat arayışına və ##.##.2010-cu il tarixli ***-N nömrəli ekspert rəyinə əsasən, həmin maddə 0,62 qram kütləsində monoasetilmorfin və diasetilmorfin (heroin) tərkibli qarışıqdan ibarət narkotik vasitə olmuşdur. Bundan başqa o, 2010-cu il ######un ##-da axşam saatlarında, saat 22:30-dan sonra, Barəsində məhkəmə aktı çıxarılmış şəxsİ. Amur vilayətinin Blagoveşensk şəhəri, Radiomərkəz küçəsi, * nömrəli evin yaxınlığında olarkən, xüsusilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz satılmasına yönəlmiş cinayət niyyətini həyata keçirməyə davam edərək, öz hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk etmiş, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görmüş və bunu istəmişdir. Bu məqsədlə o, qəsdən və qanunsuz olaraq Şixəliyev V.A.-ya özündə olan maddənin bir hissəsini satmışdır. ##.##.2010-cu il tarixli ***-XS nömrəli tədqiqat arayışına və ##.##.2010-cu il tarixli ***-N nömrəli ekspert rəyinə əsasən, həmin maddə 3,31 qram kütləsində monoasetilmorfin və diasetilmorfin (heroin) tərkibli qarışıqdan ibarət narkotik vasitə olmuşdur. Bundan başqa o, 2010-cu il ########ın #-də saat təxminən 20:00-da Barəsində məhkəmə aktı çıxarılmış şəxsİ. Amur vilayətinin Blagoveşensk şəhəri, Radiomərkəz küçəsi, * nömrəli evin yaxınlığında olarkən, xüsusilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz satılmasına yönəlmiş cinayət niyyətini həyata keçirməyə davam edərək, öz hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk etmiş, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görmüş və bunu istəmişdir. Bu məqsədlə o, qəsdən və qanunsuz olaraq Şixəliyev V.A.-ya özündə olan maddənin bir hissəsini satmışdır. ##.##.2010-cu il tarixli ***/K-***/FX nömrəli tədqiqat arayışına və ##.##.2010-cu il tarixli ***/FX nömrəli ekspert rəyinə əsasən, həmin maddənin 1,19 qram kütləsində narkotik vasitə olan heroin (diasetilmorfin) olduğu müəyyən edilmişdir. Bundan başqa o, 2010-cu il ########ın #-də saat 21:00-dan sonra Barəsində məhkəmə aktı çıxarılmış şəxsİ. Amur vilayətinin Blagoveşensk şəhəri, Radiomərkəz küçəsi, * nömrəli evin yaxınlığında olarkən, xüsusilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz satılmasına yönəlmiş cinayət niyyətini həyata keçirməyə davam edərək, öz hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk etmiş, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görmüş və bunu istəmişdir.Bu məqsədlə o, qəsdən və qanunsuz olaraq Şixəliyev V.A.-ya özündə olan maddənin bir hissəsini satmışdır. ##.##.2010-cu il tarixli ***-XS nömrəli tədqiqat arayışına və ##.##.2010-cu il tarixli ***-N nömrəli ekspert rəyinə əsasən, həmin maddə 0,95 qram kütləsində diasetilmorfin (heroin) tərkibli qarışıqdan ibarət narkotik vasitə olmuşdur. Bundan başqa o, 2010-cu il ########ın #-də saat təxminən 22:00-da Barəsində məhkəmə aktı çıxarılmış şəxsİ. Amur vilayətinin Blagoveşensk şəhəri, Radiomərkəz küçəsi, * nömrəli evin yaxınlığında olarkən, xüsusilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz satılmasına yönəlmiş cinayət niyyətini həyata keçirməyə davam edərək, öz hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk etmiş, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görmüş və bunu istəmişdir. Bu məqsədlə o, qəsdən və qanunsuz olaraq Şixəliyev V.A.-ya özündə olan maddənin bir hissəsini satmışdır. ##.##.2010-cu il tarixli ***/K-***/FX nömrəli tədqiqat arayışına və ##.##.2010-cu il tarixli ***/FX nömrəli ekspert rəyinə əsasən, həmin maddənin 0,92 qram kütləsində narkotik vasitə olan heroin (diasetilmorfin) olduğu müəyyən edilmişdir. Bundan başqa o, 2010-cu il ########ın ##-də axşam saatlarında, təxminən saat 21:00-da Barəsində məhkəmə aktı çıxarılmış şəxsİ. Amur vilayətinin Blagoveşensk şəhəri, Radiomərkəz küçəsi, * nömrəli evin yaxınlığında olarkən, xüsusilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz satılmasına yönəlmiş cinayət niyyətini həyata keçirməyə davam edərək, öz hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk etmiş, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görmüş və bunu istəmişdir.Bu məqsədlə o, qəsdən və qanunsuz olaraq Şixəliyev V.A.-ya özündə olan maddənin bir hissəsini satmışdır. ##.##.2010-cu il tarixli ***/FX nömrəli tədqiqat arayışına və ##.##.2010-cu il tarixli ***/FX nömrəli ekspert rəyinə əsasən, həmin maddənin 0,11 qram kütləsində narkotik vasitə olan heroin (diasetilmorfin) olduğu müəyyən edilmişdir. Bundan başqa o, 2010-cu il ########ın #0-də saat təxminən 21:00-da Barəsində məhkəmə aktı çıxarılmış şəxsİ. Amur vilayətinin Blagoveşensk şəhəri, Radiomərkəz küçəsi, * nömrəli evin yaxınlığında olarkən, xüsusilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz satılmasına yönəlmiş cinayət niyyətini həyata keçirməyə davam edərək, öz hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk etmiş, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görmüş və bunu istəmişdir. Bu məqsədlə o, qəsdən və qanunsuz olaraq Şixəliyev V.A.-ya özündə olan maddənin bir hissəsini satmışdır. ##.##.2010-cu il tarixli ***/K-***/FX nömrəli tədqiqat arayışına və ##.##.2010-cu il tarixli ***/FX nömrəli ekspert rəyinə əsasən, həmin maddənin 0,13 qram kütləsində narkotik vasitə olan heroin (diasetilmorfin) olduğu müəyyən edilmişdir. Bundan başqa o, 2010-cu il ########ın #1-də axşam saatlarında, təxminən saat 20:30-da Amur vilayətinin Blagoveşensk şəhəri, Radiomərkəz küçəsi, * nömrəli evin yaxınlığında olarkən, xüsusilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz satılmasına yönəlmiş cinayət niyyətini həyata keçirməyə davam edərək, öz hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk etmiş, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görmüş və bunu istəmişdir.Bu məqsədlə o, qəsdən və qanunsuz olaraq Şixəliyev V.A.-ya özündə olan maddənin bir hissəsini satmışdır. ##.##.2010-cu il tarixli ***/K-***/FX nömrəli tədqiqat arayışına və ##.##.2010-cu il tarixli ***/FX nömrəli ekspert rəyinə əsasən, həmin maddənin 10,04 qram kütləsində narkotik vasitə olan heroin (diasetilmorfin) olduğu müəyyən edilmişdir. Bundan başqa o, 2010-cu il ########ın #2-də axşam saatlarında, təxminən saat 21:00-da Barəsində məhkəmə aktı çıxarılmış şəxsİ. Amur vilayətinin Blagoveşensk şəhəri, Radiomərkəz küçəsi, * nömrəli evin yaxınlığında olarkən, xüsusilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz satılmasına yönəlmiş cinayət niyyətini həyata keçirməyə davam edərək, öz hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk etmiş, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görmüş və bunu istəmişdir.Bu məqsədlə o, qəsdən və qanunsuz olaraq Şixəliyev V.A.-ya özündə olan maddənin bir hissəsini satmışdır. ##.##.2010-cu il tarixli 380-XS, ##.##.2010-cu il tarixli 384-XS və ##.##.2010cu il tarixli ***-XS nömrəli tədqiqat arayışlarına, eləcə də ##.##.2010-cu il tarixli ***-N nömrəli və ##.##.2010-cu il tarixli 514/K və ****/FX nömrəli ekspert rəylərinə əsasən, həmin maddənin 1,03 qram kütləsində diasetilmorfin (heroin) tərkibli qarışıqdan ibarət narkotik vasitə olduğu müəyyən edilmişdir. Bundan başqa o, 2010-cu il ########ın #2-dən 27-dək olan günlərdən birində, axşam saatlarında, Barəsində məhkəmə aktı çıxarılmış şəxsİ. Amur vilayətinin Blagoveşensk şəhəri, Radiomərkəz küçəsi, * nömrəli evin yaxınlığında olarkən, xüsusilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz satılmasına yönəlmiş cinayət niyyətini həyata keçirməyə davam edərək, öz hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk etmiş, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görmüş və bunu istəmişdir.Bu məqsədlə o, qəsdən və qanunsuz olaraq Şixəliyev V.A.-ya özündə olan maddənin bir hissəsini satmışdır. ##.##.2010-cu il tarixli ***/K-***/FX nömrəli ekspert rəyinə əsasən, həmin maddənin 57,56 qram kütləsində heroin (diasetilmorfin) narkotik vasitəsi olduğu müəyyən edilmişdir. Bundan başqa o, 2010-cu il ########ın #7-də saat 22:00-dan 24:00-dək olan müddətdə Barəsində məhkəmə aktı çıxarılmış şəxsİ. Amur vilayətinin Blagoveşensk şəhəri, Radiomərkəz küçəsi, * nömrəli evin yaxınlığında olarkən, xüsusilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz satılmasına yönəlmiş cinayət niyyətini həyata keçirməyə davam edərək, öz hərəkətlərinin ictimai təhlükəlilik dərəcəsini və hüquqa zidd xarakterini dərk etmiş, əhalinin sağlamlığına və ictimai əxlaqa qəsd şəklində ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görmüş və bunu istəmişdir. Bu məqsədlə o, qəsdən və qanunsuz olaraq Şixəliyev V.A.-ya özündə olan maddənin bir hissəsini satmışdır. ##.##.2010-cu il tarixli ***/K-***/FX nömrəli tədqiqat arayışına və ##.##.2010cu il tarixli ***/FX nömrəli ekspert rəyinə əsasən, həmin maddənin 61,91 qram kütləsində heroin (diasetilmorfin) narkotik vasitəsi olduğu müəyyən edilmişdir. Beləliklə, 2010-cu il ###ın #-dən sentyabrın 27-dək olan dövrdə Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlu xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz satılması niyyəti ilə hərəkət edərək, vahid cinayət niyyəti ilə birləşmiş qəsdən və qanunsuz əməllər törətmişdir və bununla da 141,1 qram kütləsində heroin narkotik vasitəsini qanunsuz satmışdır. Məhkəmənin ittiham hökmünə əsasən, Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 3-cü hissəsinin “q” bəndi ilə (## ### 2010-cu il tarixli 87-FZ Federal Qanunun redaksiyasında) nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsi və 64-cü maddəsi tətbiq edilməklə 5 (beş) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində müəyyən vəzifələri tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmədən, cəriməsiz, cəzanın ciddi rejimli islah koloniyasında çəkilməsi ilə, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, cəza müddəti tutulduğu andan hesablanması müəyyən edilmişdir. ## ###### 2026-cı il tarixli həbsdə saxlanma müddəti haqqında arayışdan görünür ki, cinayət işi üzrə ilkin istintaq mərhələsində Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində ## #### 2011-ci il tarixində çıxmamaq haqqında iltizam və başqa yerə getməmək haqqında iltizam seçilmişdir, o buna əsasən yaşayış yerini və ya müvəqqəti olduğu yeri sorğuçu, istintaqçı və məhkəmənin icazəsi olmadan tərk etməməyi, müəyyən edilmiş vaxtda sorğuçu, istintaqçı və məhkəmənin çağırışları ilə gəlməyi, cinayət işi üzrə icraya başqa cür maneəçilik törətməməyi öhdəsinə götürmüşdür. Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlu öz üzərinə götürdüyü öhdəlikləri pozaraq ## ###### 2011-ci tarixdə, ## ###### 2011-ci ci il, 24 yanvar və ## ###### 2012-ci il tarixlərinə təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş, bundan başqa X4 şəhərindəki yaşayış yerində olmamışdır. ## ###### 2011-ci il tarixindən Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlu məhkəmədən gizlənmişdir. X4 şəhər məhkəməsinin ## ###### 2012-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam həbslə əvəz edilmişdir. ## ###### 2012-cü il tarixində Amur vilayəti Blaqoveşensk şəhər məhkəməsinin ünvanına Barəsində məhkəmə aktı çıxarılmış şəxs Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət törətməyə görə məhkum edildiyi, islah müəssisələrində cəza çəkdiyi barədə məlumatlar daxil olmuşdur. ## #### 2015-ci il tarixində Amur vilayəti Blaqoveşensk şəhər məhkəməsinin ünvanına Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində cinayət işi üzrə icraat bərpa edilmişdir. ## ###### 2015-ci il tarixində onun barəsində hökm çıxarılmışdır. O cəza çəkməkdən yayındığına görə onun barəsində hökm icra edilməmişdir. ## ###### 2017-ci il tarixində Rusiyanın Amur vilayəti üzrə Federal Cəza İcrası Xidməti İdarəsinin rəisinin qərarı ilə Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlunun barəsində federal axtarış elan edilmişdir. Barəsində məhkəmə aktı çıxarılmış şəxs *-******* nömrəli cinayət işi üzrə faktiki olaraq həbsdə saxlanılmamış, onun barəsində həbs qətimkan tədbiri onun Rusiya Federasiyasının ərazisində olmamasına görə icra edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun müavini R Elmar Camalov, Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlunun barəsində Rusiya Federasiyası, Amur vilayəti, Blaqoveşensk şəhər Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmüün Azərbaycan Respublikası ərazisində tanınması barədə təqdimatla Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. II.TƏQDİMATIN ƏSASLARI: Azərbaycan Respublikası vətəndaşı, ##.##.1980-ci il təvəllüdlü, Astara rayonu Kolatan kəndində qeydiyyatda olmaqla yaşamış Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlu Rusiya Federasiyası, Amur vilayəti, Blaqoveşensk şəhər Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 3-cü hissəsinin "q" bəndi ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Odur ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlunun barəsində Rusiya Federasiyası, Amur vilayəti, Blaqoveşensk şəhər Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmün Azərbaycan Respublikası ərazisində tanınması üçün Şirvan Apellyasiya Məhkəməsinə təqdimat verilməlidir. Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlunun barəsində Rusiya Federasiyası, Amur vilayəti, Blaqoveşensk şəhər Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınması xahiş olunur. III. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraat İdarəsinin prokuroru X2 təqdimatın əsaslarına uyğun çıxış edərək, qeyd olunan hökmün Azərbaycan Respublikası ərazisində tanınması və Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlunun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif edilərək, ona 5 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını xahiş etmişdir. Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlu və müdafiəçisi Müdafiəçi İnqilab oğlu təqdimatın təmin olunmamasını xahiş etmişlər. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 10.1-ci maddəsinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Konstitusiyanın, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Cinayət Prosessual Məcəlləsinin 522.1-ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda bu Məcəllənin 522-525-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Cinayət Prosessual Məcəlləsinin 522.1-1-522.3-1-ci maddələrinə göstərilən tələbə görə, xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması bununla bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə mövcud olduğu halda həyata keçirilir. Belə beynəlxalq müqavilə olmadıqda xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarları qarşılıqlılıq prinsipinə riayət ediləcəyinə dair həmin dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən təminat verildiyi halda tanına bilər. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üçün xarici dövlətin müvafiq səlahiyyətli orqanı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanına sorğu ilə rəsmi müraciət edir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğunun daxil olduğu müvafiq icra hakimiyyəti orqanı və ya digər dövlət orqanları daxil olmuş belə sorğunu xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının bu Məcəllənin 522-525-ci maddələri ilə müəyyən edilmiş qaydada tanınması üzrə icraatın təmin edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının rəsmi müraciətinin bu Məcəllənin 523-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır və tələblərə riayət edilmədikdə əlavə məlumatların təqdim edilməsinə dair müraciət edir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə bu Məcəllənin 522.6-cı maddəsində nəzərdə tutulmuş qaydada təqdimat verir. Cinayət Prosessual Məcəlləsinin 522.4-cü maddəsində göstərilən hallara əsasən, xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında bu Məcəllənin 522.3-1-ci maddəsində nəzərdə tutulan təqdimat aşağıdakı hallardan hər hansı biri mövcud olduqda verilir: -522.4.1. barəsində hökm və ya digər yekun qərar çıxarılmış şəxs son 12 ayın əksər hissəsini Azərbaycan Respublikasında yaşamışdırsa; -522.4.2. barəsində xarici dövlətlərin məhkəmələrinin hökmünün və ya digər yekun qərarının çıxarıldığı şəxsin mənşə ölkəsi Azərbaycan Respublikasıdır və Azərbaycan Respublikası qeyd edilən hökmün və ya qərarın icrası niyyətindədirsə; -522.4.3. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında icrası məhkum edilmiş şəxsin sosial reabilitasiya imkanlarını gücləndirirsə; -522.4.4. barəsində xarici dövlətlərin məhkəmələrinin azadlıqdan məhrum etmə ilə bağlı hökm və ya digər yekun qərarının çıxarıldığı şəxs Azərbaycan Respublikasında azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkirsə; -522.4.5. xarici dövlətlərin məhkəmələri tərəfindən müsadirə edilməsi barədə hökm və ya digər yekun qərar çıxarılmış əmlak Azərbaycan Respublikasında yerləşirsə. - Cinayət Prosessual Məcəlləsinin 522.6-cı maddəsinin tələbinə görə, Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, bu məlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin sonuncu yaşayış yeri üzrə, hökmün və ya digər yekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakın yerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir. Cinayət Prosessual Məcəlləsinin 524.5-ci maddəsində göstərilən tələblərə əsasən, Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikası ərazisində tanınmasından aşağıdakı hallarda imtina edilir: -524.5.1. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd olduqda; -524.5.2. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının qəbul edilməsi zamanı şəxsin minimal hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququ təmin edilmədikdə; -524.5.3. xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarları sorğu edən ölkənin qаnunvеriciliyinə əsasən qüvvəyə minmədikdə və ya оnun mübаhisələndirilməsi vasitələri tükənmədikdə; 524.5.4. “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallar mövcud olduqda; -524.5.5. sorğu edilən şəxs barəsində eyni əməl üzrə Azərbaycan Respublikasının cinayət təqibi orqanının cinayət işinin xitam olunması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərarı, Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş hökm və ya yekun qərarı olduqda və ya həmin şəxs barəsində həmin əməl üzrə cinayət təqibi aparıldıqda; -524.5.6. əmlakın müsadirə edilməsi ilə bağlı xarici dövlətin səlahiyyətli orqanının sorğusunda və ona əlavə edilən xarici dövlətlərin məhkəmələrinin hökmlərində və ya digər yekun qərarlarında əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi müsadirə edilməli olan digər əmlak olmasına dair sübutlar olmadıqda; -524.5.7. cinayət sorğu edən dövlətin hüdudlarından kənarda törədildikdə; -524.5.8. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında icrası qeyri-mümkün olduqda; -524.5.9. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının sorğu edən dövlətin müvafiq səlahiyyətli orqanları tərəfindən icra edilməsi mümkün olduqda; -524.5.10. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğu edən xarici dövlət tərəfindən qarşılıqlılıq prinsipinə riayət olunmadıqda; -524.5.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan digər hallarda. Cinayət Prosessual Məcəlləsinin 524.6-cı maddəsinə görə, məhkəmə iclasda iştirak edən şəxsləri dinlədikdən sonra xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tam və ya qismən tanınması, yaxud bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Həmin qərar dərhal qüvvəyə minir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması və icrasına dair qərar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada icra edilir. Həmin Məcəllənin 524.7-ci maddəsinə əsasən, qərarın surəti onun çıxarıldığı gündən 3 gün müddətində Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində qərarın çıxarıldığı şəxsə və ya onun nümayəndəsinə, hökmün və ya digər yekun qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərə (məlum olduqda) bilavasitə və ya sorğu edən xarici dövlət vasitəsilə göndərilir. Qeyd olunan Məcəllənin 524.8-ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması və ya bundan imtina edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarından Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxs, habelə qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslər həmin qərarı aldığı vaxtdan 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət və ya protest verə bilərlər. Beləliklə, Cinayət Kollegiyası Baş Prokurorluq tərəfindən hüquqi yardımla əlaqadar Rusiya Federasiyası məhkəmələrinin hökm və qərarının tanınması ilə bağlı təqdimatın verilməsinin zəruri əsaslarını, eləcə də hökm və qərarın tanınmasının mümkünlüyü əsaslarını Cinayət Prosessual Məcəllənin 522-524-cü maddələrinə uyğun olaraq təhlil edərək bu qənatə gəlir ki, təqdimat təmin olunmalı, Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlunun barəsində Rusiya Federasiyası, Amur vilayəti, Blaqoveşensk şəhər Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınmalı və icrasının Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi məsələsi həll olunmalıdır. Kollegiya ilk öncə qeyd edir ki, təqdimata əlavə edilmiş materiallardan məlum olur ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyasında cinayət təqibinə məruz qalarkən, həmçinin barəsində qiyabi icraat qaydasında məhkəmələrdə cinayət işinə baxılarkən müdafiəçi ilə təmin olunmuş, hökm qanuni qüvvəsini almışdır. Belə ki, Rusiya Federasiyası, Amur vilayəti, Blaqoveşensk şəhər Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlunun iştirakı olmadan qəbul edilmiş, həmin hökm ## ###### 2015-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bundan başqa hökmün Azərbaycan Respublikası ərazisində tanınmasından imtina edilməsi üçün Cinayət Prosessual Məcəlləsinin 524.5.1.-524.5.11-ci maddələrində göstərilən digər hallar, eləcə də “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqi yardımdam imitina üçün əsasların mövcud olması müəyyən olunmamışdır. Bundan əlavə hüquqi yardımla bağlı əsas şərtlərdən biri də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin mövcud olmasıdır. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının ## ###### 2004-cü il tarixli Qanunu ilə təsdiq edilmiş "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Kişniyov Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinə əsasən Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrindən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Konvensiyanın 109-cu maddəsinə əsasən Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən məhkum edilmiş və cəzasını çəkməmiş şəxs Razılığa gələn digər Tərəfin ərazisində cinayət məsuliyyətinə cəlb edilmək üçün verildikdə, habelə Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən çıxarılmış hökmün icrasını təmin etmək üçün Razılığa gələn digər Tərəf şəxsi verməkdən imtina etdikdə, Razılığa gələn Tərəflərdən hər biri Razılığa gələn digər Tərəfin məhkəməsi tərəfindən çıxarılan hökmləri bu Konvensiyada nəzərdə tutulan şərtlər əsasında tanıyır və icra edir. Hökmlərin tanınması və icrası, bu cür hökmlərin tanınacağı və icra ediləcəyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həyata keçirilir. Konvensiyanın 111-ci maddəsinin 1-6-cı bəndlərində nəzərdə tutulmuş hallara əsasən, hökmün tanınması və icra edilməsi haqqında vəsatət sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi tərəfindən onun öz daxili qanunvericiliyinə uyğun olaraq baxılır. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi, verilən şəxsin onun ərazisinə faktiki ötürülməsinə qədər hökmün tanınması və icra edilməsi haqqında qərar qəbul edir. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsinin çıxardığı hökmü əsasında öz daxili qanunvericiliyinə uyğun olaraq hökmdə nəzərdə tutulan cəzaya uyğun olan cəza müəyyən edir. Əgər sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin əmələ görə ən yuxarı cəza müddəti hökm əsasında təyin edilmiş müddətdən aşağıdırsa, məhkəmə sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində analoji əmələ görə nəzərdə tutulmuş maksimal cəza müddəti təyin edir. Cəzanın, hökmü çıxarmış sorğu edən Razılığa gələn Tərəfin ərazisində çəkilmiş hissəsi, hökmün tanınması haqqında vəsatətə baxan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş cəza müddətinə hesablanır. Eyni zamanda hökmün icra edilmə qaydası haqqında məsələyə baxılır. Cəza həm sorğu edən, həm də sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulduğu təqdirdə tətbiq edilə bilər. Konvensiyanın 112-ci maddəsində hökmün tanınması və icrasından imtina edilməsini nəzərdə tutan şərtlərə əsasən: a) cəza cinayət məsuliyyətinə cəlb etmə müddətinin bitməsi və ya digər qanuni səbəblərdən, yaxud da müttəhimin iştirakı olmadan qiyabi çıxarılmış hökmə əsasən icra edilə bilməzsə; b) şəxs cinayət törətdiyinə görə sorğu alan Razılığa gələn Tərəfin ərazisində cəza çəkmişsə və ya bəraət almışsa, yaxud da cinayət işinə qanunla müəyyən edilmiş qaydada xitam verilmişsə, habelə əgər şəxs sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi tərəfindən cəzadan azad edilmişsə; v)sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində sorğu edən Razılığa gələn Tərəfin ərazisində təyin edilmiş analoji cəza nəzərdə tutulmursa; q) kifayət qədər əsas varsa ki, şəxsin məhkum olunması, onun irqi, cinsi, dini, etnik mənsubiyyəti və ya siyasi baxışları ilə əlaqədardırsa. İşin hallarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti və ya ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə müddəti ötməmiş, hökmün tanınması və icrasından imtina edilməsini nəzərdə tutan şərtlər müəyyən olunmamışdır. Tanınması xahiş olunan qərardan və digər materiallardan görünür ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs ibtidai istintaq mərhələsində Rusiya Federasiyasında olmuş, vermiş olduğu ifadələrində etirafedici ifadələr vermiş, qərarın surəti məhkəmə tapşırığı qaydasında ona çatdırılmış, o, ötən müddət ərzində qərardan narazı olmasını ifadə etməmiş, habelə apellyasiya şikayət verməmişdir. Təqdimata əlavə olunmuş ## ### 2010-ci ilə qədər qüvvədə olan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 3-cü hissəsinin “q” bəndində qeyd olunur.in mətninin çıxarışından görünür ki, cinayət hadisəsinin baş verdiyi vaxt qüvvədə olan redaksiyada cinayət əməli belə qeyd olunmuşdur: Maddə 228.1. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının qanunsuz istehsalı, satışı və ya göndərilməsi, habelə tərkibindəki narkotik vasitələr və ya psixotrop maddələr olan bitkilərin və ya onların tərkibindəki narkotik vasitələrin və ya psixotrop maddələrin olan hissələrinin qanunsuz satışı və ya göndərilməsi. 3-cü hissənin “q” bəndi: Bu Məcəllənin 1-ci və ya 2-ci hissələrində nəzərdə tutulmuş əməllər aşağıdakı hallarda törədildikdə: q) xüsusilə külli miqdarda, səkkiz ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə, müəyyən vəzifələr tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan iyirmi ilədək müddətə məhrum edilməklə və ya edilməməklə, habelə bir milyon rubladək məbləğdə cərimə və ya məhkumun beş ilədək dövr üzrə əməkhaqqı və ya digər gəliri məbləğində cərimə ilə və ya belə cərimə tətbiq edilmədən cəzalandırılır. Tanınması xahiş olunan hökmdən görünür ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs verilmiş ittihama əsasən, 143 qram xüsusilə külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq satmışdır. Hökmdən həmçinin görünür ki, məhkəmə-kimyəvi ekspertizasının rəyi alınmış, şahidlər ifadələr vermiş, əldə olunmuş və bütün sübutlar məhkəmədə tədqiq edilmiş, və nəticə olaraq ititham hökmü çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci mmaddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” 2010-cu ildə qüvvədə 1-ci siyahında heroinin xüsusilə külli miqdarı ilə bağlı qeyd olmamış, yalnız 2 qramdan artıq miqdarda külli miqdarda herinin qanunsuz dövtiyyəri cinayət məsuliyyətinə əsas olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 -ci maddəsinin 3cü hissəsinin “q” bəndində qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş əsasa görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Nəzərə alınmalıdır ki, qeyd olunan cinayət əməli Rusiya Federasiyası Cinayət Məcəlləsinə əsasən xüsusilə ağır cinayət hesab olunduğu halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində göstərilən təsnifata əsasən ağır cinayət hesab olunur, həmçinin çəzaçəkmə müəsissəsinin rejimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən olunmuşdur. Beləliklə Cinayət Kollegiyası milli qanunvericilik aktlarında, eləcə də Azərbaycan Respublikasının və Rusiya Federasiyasının tərəfdarı olduğu və təsdiq etdiyi Kişniyov Konvensiyasının hökmün tanınması ilə əlaqəli müddəalarını Rusiya Federasiyanın sorğusu və əlavə edilmiş materiallarla, o cümlədən Baş Prokurorluğun təqdimatında qeyd olunan halları ilə təhlil etmiş, hüquqi yardımdan imtina üçün qanuni əsas müəyyən etməmişdir. Belə olduğu təqdirdə, yuxarıda qeyd olunan milli və beynəlxalq hüquqi aktların tələblərinə əsasən təqdimat təmin olunmalı, Rusiya Federasiyası, Amur vilayətinin Blaqoveşensk şəhər Məhkəməsinin ## ###### 2015-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınmaqla, Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlunun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 3cü hissəsinin “q” bəndində qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə uyğunlaşdırılmalı, hökm Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində müyyən edilmiş qaydalara uyğun icra olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-524-cü maddələrinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası Qərar aldı: Rusiya Federasiyası, Amur vilayətinin Blaqoveşensk şəhər Məhkəməsinin ## ###### 2015-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınması barədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən verilmiş təqdimat təmin edilsin. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 3-cü hissəsinin «q» bəndində qeyd olunan cinayət əməlini törətməkdə təqsirli bilinmiş Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlu barəsində Rusiya Federasiyası, Amur vilayətinin Blaqoveşensk şəhər Məhkəməsinin ## ###### 2015-ci il tarixli hökmü icra üçün Azərbaycan Respublikasının ərazisində tanınsın. Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlunun törətdiyi Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 3-cü hissəsinin «q» bəndi ilə nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən, Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğluna 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində məhkəmə aktı çıxarılmış şəxs İmaməli oğlunun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qərarın icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar