Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-100/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər” tələbləri barədə iddia ərizəsi və iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə xx.xx.2020-ci il tarixli, NZNPT-0083 saylı Kredit müqaviləsi üzrə 56.023,73 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 13.751,60 manat məbləğində faiz borcu və 15.000 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 84.775,33 manat pulun, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, "xxxx" MMC-yə ödənilmiş 500 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 347 məbləğində, cəmi 387 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,21 ha torpaq sahəsinə və onun üzərində yerləşən 371 saylı bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2020-ci il tarixli NZNPT-0083 saylı Kredit müqaviləsi üzrə cəmi 84.775,33 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 887 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Sabunçu rayonunun Bilgəh qəsəbəsində 0,21 ha torpaq sahəsindən və onun üzərində yerləşən 371 saylı bağ evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, NZNPT-0083 saylı Kredit müqaviləsinə əsasən illik 20% faiz dərəcəsi olmaqla 53 ay müddətinə 75.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, NZNPT-0083 saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2020-ci il tarixli, NZNPT-0083 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Sabunçu rayonunun, Bilgəh qəsəbəsində 0,21 ha torpaq sahəsinə və onun üzərində yerləşən 371 saylı bağ evini, xx.xx.2020-ci il tarixli, NZNPT-0083 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, NZNPT-0083 saylı Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh1 borc məbləği tutulmalı, tələblər ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ipoteka predmeti boşaldılmalıdır. 04 oktyabr 2022-ci il tarixdə İddiaçı ASC “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə xx.xx.2020-ci il tarixli, NZNPT-0083 saylı Kredit müqaviləsi üzrə 56.023,73 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 17.828,32 manat məbləğində faiz borcu və 15.000 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 88.852,05 manat pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, "xxxx" MMC-yə ödənilmiş 500 manat rüsumun və və dövlət rüsumu kimi ödənilmiş 347 məbləğində, cəmi 387 manat pulun tutulması, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Sabunçu rayonunun, Bilgəh qəsəbəsində 0,21 ha torpaq sahəsindən və onun üzərində yerləşən 371 saylı bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2020-ci il tarixli NZNPT0083 saylı Kredit müqaviləsi üzrə cəmi 88.852,05 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat "xxxx" MMC-yə ödənilmiş 500 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 347 manat məbləğində, cəmi 387 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Sabunçu rayonunun Bilgəh qəsəbəsində 0,21 ha torpaq sahəsindən və onun üzərində yerləşən 371 saylı bağ evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 09 mart 2023-cü il tarixdə İddiaçı ASC “iddia tələbinin həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, NZNPT-0083 saylı Kredit müqaviləsi üzrə 56.023,73 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 22.651,92 manat məbləğində faiz borcu və 15.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 93.675,65 manat pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, "xxxx" MMC-yə ödənilmiş 500 manat rüsumun və və dövlət rüsumu kimi ödənilmiş 371 manat məbləğində, cəmi 911 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Sabunçu rayonunun, Bilgəh qəsəbəsində 0,21 ha torpaq sahəsinə və onun üzərində yerləşən 371 saylı bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2020-ci il tarixli NZNPT-0083 saylı Kredit müqaviləsi üzrə cəmi 93.675,65 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat, "xxxx" MMC-yə ödənilmiş 500 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 371 manat məbləğində, cəmi 911 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Sabunçu rayonunun, Bilgəh qəsəbəsində 0,21 ha torpaq sahəsindən və onun üzərində yerləşən 371 saylı bağ evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın tam şəkildə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli, NZNPT-0083 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 53 ay müddətinə illik 20 % dərəcəsi ilə 75.000 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, borc alan “kreditin ödəniş cədvəli”nə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu(cərimə) ödəməlidir. Həmin Müqavilənin 6.4-ci bəndinə əsasən, bütün hallarda təminatın etibarsızlığına görə məsuliyyət borc alanın və ipoteka qoyanın üzərinə düşür. Təminat qoyulmuş əmlak Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0.2081 torpaq sahəsində yerləşən ümumi sahəsi 66.32 kv.m metr olan 371 saylı bağ evindən ibarətdir. 27 yanvar 2020-ci il tarixli, NZNPT-0083 saylı kredit müqaviləsi üzrə olan Ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə cəmi 113.517,90 manatı (75.000 manat əsas məbləğ+38.517,90 manat faiz məbləğ) hər ay 2.142,13 manat olmaqla, 27 iyun 2024-cü il tarixinə kimi ödəməlidir. 27 yanvar 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 11.457,74 manat məbləğində pul vəsaiti almışdır. Hesabdan çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmiş 75.000 manat məbğləğində kreditin - 62.715 manatı "xxxx" ASC–yə ödənilmiş, 11.457,74 manatı Cavabdeh1 tərəfindən nağd şəkildə götürülmüş, 529,92 və 157,08 manatı kredit xidmətinə görə komissiyaya, 75,26 manatı "xxxx" ASC-SWİFT komissiyasına, 1 manatı isə haqq və komissiya gəlirlərinə çıxılmışdır. İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh2 və borc alan Cavabdeh1 arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş 27 yanvar 2020-ci il tarixli Sonrakı İpoteka müqaviləsinə əsasən, 27 yanvar 2020-ci il tarixli, NZNPT- 0083 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 66.32 ümumi sahədən ibarət 371 nömrəli bağ evi və mülkiyyətində olan 0.2081 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 27 yanvar 2020-ci il tarixdə notarial qaydada tərtib edilmiş Ərizəsindən görünür ki, o, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 66.32 ümumi sahədən ibarət 371 nömrəli bağ evini və mülkiyyətində olan 0.2081 ha torpaq sahəsinni ipotekaya qoyulmasına razıdır. Borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar bağ evinə tutma yönəldilərsə, (yəni, notarius icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz bağ evini tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 66.32 kv.m ümumi sahədən ibarət 371 nömrəli bağ evi və mülkiyyətində olan 0.2081 ha torpaq sahəsi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 15509 nömrəli vərəqində 24 fevral 2020-ci il tarixdə qeydiyyata alınmışdır; "xxxx" MMC tərəfindən İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli sifarişinə əsasən vermiş olduqları xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 66.32 kv.m ümumi sahədən ibarət 371 nömrəli bağ evinin bazar dəyəri 320.000 manat, likvid dəyəri 250.000 manat müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən 17 noyabr 2021-ci il tarixdə borcalana ünvanlanmış bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilmişdir. İddiaçı ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlaladığı 17 noyabr 2021-ci il tarixli məktubdan və müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 66.32 kv.m ümumi sahədən ibarət 371 nömrəli bağ evinə və 0.2081 ha torpaq sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmış və iddiaçı tərəfindən bununla əlaqədar 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat məbləğində pul vəsaiti ödənilmişdir. 10 dekabr 2021-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh1 27 yanvar 2020-ci il tarixli, NZNPT-0083 saylı kredit müqaviləsi üzrə 07 dekabr 2021-ci il tarixə 62.023,73 manat məbləğində əsas borc, 8.492,16 manat məbləğində faiz borcu və 15.000 manat məbləğində cərimə olmaqla, cəmi 85.515,89 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən 09 dekabr 2021-ci il tarixli ********* №-li qəbzlə hazırki iddianın məhkəmədə qaldırılması üçün məhkəmənin hesabına 347 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC-nin qiymətləndirməyə dair 28 aprel 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,21 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ sahəsinin bazar qiyməti 330.000 manat, likvid qiyməti 265.000 manat məbləğində müəyyən edilmişdir. 26 aprel 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə 500 manat məbləğində ödəniş edilmişdir. 24 may 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh1 27 yanvar 2020-ci il tarixli, NZNPT-0083 saylı kredit müqaviləsi üzrə 23 may 2022-ci il tarixə 56.023,73 manat məbləğində əsas borc, 13.751,6 manat məbləğində faiz borcu və 15.000 manat məbləğində cərimə olmaqla, cəmi 84.775,33 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2022-ci il tarixli 9/4378 №-li rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 27 yanvar 2020-ci il tarixli, NZNPT-0083 saylı kredit müqaviləsində qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 23 may 2022-ci il tarixinə (sual üzrə tarixə) İddiaçı ASC-yə əsas borc üzrə 65.559,97 manat və faiz borcu üzrə 5.208,38 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İddiaçı tərəfindən 04 oktyabr 2022-ci il tarixli ********* №-li qəbzlə iddia tələbinin həcminin artırılması barədə ərizənin verilməsi üçün məhkəmənin hesabına 9.56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 05 oktyabr 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh1 27 yanvar 2020-ci il tarixli, NZNPT-0083 saylı kredit müqaviləsi üzrə 04 oktyabr 2022-ci il tarixə 56.023,73 manat məbləğində əsas borc, 17.828,32 manat məbləğində faiz borcu və 15.000 manat məbləğində cərimə olmaqla, cəmi 88.852,05 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 fevral 2023-cü il tarixli 9/8345 №-li rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 27 yanvar 2020-ci il tarixli, NZNPT-0083 saylı kredit müqaviləsində qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə 04 oktyabr 2022-ci il tarixinə əsas borc üzrə 65.559,97 manat və faiz borcu üzrə 9.979,68 manat və 24 oktyabr 2022-ci il tarixinə əsas borc üzrə 65.559,97 manat və faiz borcu üzrə 10.708,13 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. 09 mart 2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh1 27 yanvar 2020-ci il tarixli, NZNPT-0083 saylı kredit müqaviləsi üzrə 09 mart 2023-cü il tarixə 56.023,73 manat məbləğində əsas borc, 22.651,92 manat məbləğində faiz borcu və 15.000 manat məbləğində cərimə olmaqla, cəmi 93.675,65 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən 09 mart 2023-cü il tarixli ********** №-li qəbzlə iddia tələbinin həcminin artırılması barədə ərizənin verilməsi üçün məhkəmənin hesabına 24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından göründüyü kimi, Cavabdeh1 iddiaçı bankla arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini təqdim edilmiş maliyyə sənədləri ilə, habelə ekspert rəyləri ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddia tələbi 56.023,73 manat əsas borcun tutulması hissəsində təmin, 22.651,92 manat faiz borcun tutulması hissəsində isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə faiz borcunun tutulması hissəsində məhz sonuncu ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və həmin rəydə hesablanmış 9.979,68 manat məbləğində faiz borcunun Cavabdeh1 tutulmasını məqsədəmüvafiq hesab edir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, iş materiallarından görünür ki, 27 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni Cavabdeh1 cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsinin 3.1-ci bəndində öz əksini tapmışdır. Hazırda da iddiaçı qeyd olunan müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən 15.000 manat məbləğində hesablanmış cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimənin məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən tələb edilən cərimənin məbləği azaldılmalı və 1.500 manat məbləğində müəyyən edilməli, həmin məbləğ də Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və qanunda nəzərdə tutulmuş digər hallardır; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir.39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 59.3, 59.3.1 və 56.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; 59.4-cü maddəsinə əsasən Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edildi ki, ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh2 arasında sonrakı ipoteka müqaviləsi bağlanmış və 27 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tam mülkiyyət hüququ üzrə sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.21 ha torpaq sahəsi və onun üzərində olan 66.32 kv.m ümumi sahədən ibarət 371 nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehlərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Məhkəmə vurğulamağı lazım bilir ki, ipoteka predmetinin - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 66.32 kv.m ümumi sahədən ibarət 371 nömrəli bağ evi və mülkiyyətində olan 0.21 ha torpaq sahəsini qiymətləndirilməsini "xxxx" MMC-yə həvalə etmiş və həmin MMC-nin rəyinə görə qeyd olunan bağ evinin bazar qiyməti 330.000 manat, likvid qiyməti 265.000 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə daşınmaz əmlak bazarında qiymətlərin daim dinamikada olmasını nəzərə alaraq ipoteka predmeti olan əmlakın likvid dəyərinin məhz 265.000 manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti "xxxx" MMC-nin mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 265.000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuş onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.21 ha torpaq sahəsi və onun üzərində olan 66.32 kv.m ümumi sahədən ibarət 371 nömrəli bağ evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc məbləği ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddəratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana, Cavabdeh1 qaytarılmalıdır. Bununla belə, məhkəmə iddia tələbinin “Cavabdeh2 Sabunçu rayonunun, Bilgəh qəsəbəsində 0,21 ha torpaq sahəsindən və onun üzərində yerləşən 371 saylı bağ evindən çıxarılması və əmlakın boşaldılması” hissəsi ilə əlaqədar hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, ipoteka predmeti olan bağ sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyan və onun ailə üzvlərinin həmin sahədən məcburi çıxarılması, həmin sahənin boşaldılması barədə məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması” hissəsi ilə əlaqədar isə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünki, yuxarıda qeyd edildiyi kimi iddiaçının cavabdehdən tələb etdiyi pul məbləğinin qismən tutulması qənaətinə gəlinmişdir və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə qeyd olunan tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına isə məhkəmə hər hansı zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iddianın qadırılması üçün ödənilmiş dövlət rüsumunun 274 manatı və ipoteka predmetinin bildirişinin qeydiyyatı üçün ödənilmiş cəmi 40 (qırx) manat dövlət rüsumu, habelə ödənilmiş 500 manat qiymətləndirmə ekspertiza tədqiqatının dəyərinin 360 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin 72 manatı cavabdehdən, 28 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 27 yanvar 2020-ci il tarixli, NZNPT-0083 saylı kredit müqaviləsi üzrə 56.023,73 (əlli altı min iyirmi üç manat, yetmiş üç qəpik) manat məbləğində əsas borc, 9.979,68 (doqquz min doqquz yüz yetmiş doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində faiz borcu, 1500 (bir min beş yüz) manat məbləğində cərimə, ümumilikdə 67.503,41 (altmış yeddi min beş yüz üç manat, qırx bir qəpik) manat məbləğində borc, habelə bildirişin qeydiyyatı üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu, ödənilmiş dövlət rüsumunun 274 (iki yüz yetmiş dörd) manatı və ödənilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərinin 360 (üç yüz altmış) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.21 ha torpaq sahəsi və onun üzərində olan 66.32 kv.m ümumi sahədən ibarət 371 nömrəli bağ evinə yönəldilsin. Həmin torpaq sahəsi və bağ evi açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına ümumi borc və dövlət rüsumu ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.21 ha torpaq sahəsi və onun üzərində olan 66.32 kv.m ümumi sahədən ibarət 371 nömrəli bağ evinin ilkin satış qiyməti 265.000 (iki yüz altmış beş min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 72 (yetmiş iki) manatı Cavabdeh1, 28 (iyirmi səkkiz) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-100/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-100/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver