Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-104/2025 24.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı üçüncü şəxslər Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi, “X20” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və Binəqədi Rayonu Binəqədi Qəsəbə Nümayəndəliyi olmaqla “torpaq sahəsindən çıxarılma, əmlakın geri qaytarılması” tələbinə dair mülki iş (açar sözlər: torpaq sahəsindən çıxarılmış, özbaşına tikili, subyektiv hüquq) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndələri Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2537138Vəkil1 və Bakı şəhəri 38 Saylı Vəkil Bürosunun vəkili Vəkil2 Cavabdeh 3-cü şəxs Binəqədi Rayonu Binəqədi Qəsəbə Nümayəndəliyinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı üçüncü şəxslər Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi, “X20” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və Binəqədi Rayonu Binəqədi Qəsəbə Nümayəndəliyi olmaqla “torpaq sahəsindən çıxarılma, əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 144/1 saylı xx.xx.2004-cü il tarixli Sərəncamı əsasında Binəqədi Qəsəbəsinin ərazı hüdudları daxilində 150 m2, 2063 saylı xx.xx.2006-cı il tarixli Qərarı əsasında 200 m2 torpaq sahəsində iddiaçının tikdiyi sahiblik və istifadə hüququ ilə ona məxsus olan Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanındakı fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüquqları tanınması və cavabdehin həmin ünvandakı evdən və torpaq sahələrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 144/1 saylı xx.xx.2004-cü il tarixli Sərəncamı əsasında Binəqədi Qəsəbəsinin ərazı hüdudları daxilində 150 m2, 2063 saylı xx.xx.2006-cı il tarixli Qərarı əsasında 200 m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün almış və orada fərdi yaşayış evi tikmişdir. Həmin ev üçün müvafiq qaydada qazlaşma aparılmış, elektrik xətti çəkilərək müvafiq qaydada sənədləşdirilmişdir. Göstərilən ərazidə iddiaçının tikdiyi evə ünvan verilmiş və bütün sənədləşmə işlərində iddiaçıya məxsus olan hər iki ərazi üzrə ünvan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 14 kimi göstərilmişdir. Bu ərizəyə əlavə edilən aşağıdakı sənədlərdə bu fakt təsdiq edilmişdir: 1. Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 989 saylı arayışda İddiaçı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında yerləşən əmlak üzrə xx.xx.2019-cu ilə əmlak və torpaq sahəsinə vergi borcu olmadığı təsdiqlənmişdir. 2. Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-cu il tarixli 1536 saylı arayışda İddiaçı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında qeydiyyatsız yaşadığı təsdiq edilmişdir. 3. Azərişıq ASC tərəfindən bu ünvana **********40269 saylı kod verilmiş və xx.xx.2021 tarixli Abunə haqqında arayışda ünvan Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. 4. Azərişıq ASC-nin xx.xx.2023 tarixli borc üzrə bildirişində İddiaçı ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. 5. xx.xx.2022-ci il tarixində 5 AZN ödəniş qəbzində İddiaçı ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. 6. xx.xx.2022-ci il tarixində 30 AZN ödəniş qəbzində İddiaçı ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. 7. xx.xx.2021-ci il tarixində 2 AZN ödəniş qəbzində İddiaçı ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. 8. xx.xx.2021-ci il tarixində 30 AZN ödəniş qəbzində İddiaçı ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. 9. X12 kommunikasiya xətlərinin qoşulması üçün verdiyi və koordinatlar X- 399945.75 Y-4479565.35 göstərilməklə Google-Cizgisində də İddiaçı məxsus evin ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. 10. xx.xx.2022-ci il tarixində qonşuların imzaladığı aktda göstərilmişdir ki, İddiaçı məxsus olan və yaşadığı evlər 10ci mədən küçəsində, 14-cü korpusda yerləşir, 15-ci korpus isə onun evindən çox uzaqda yerləşir, 14-cü korpusun 15-ci korpusa heç bir aidiyyəti yoxdur. 11. Azəriqaz Layihə İnşaat QSC tərəfindən qazlaşdırma ilə əlaqədar tərtib edilmiş xx.xx.2019 tarixli izahat və cizgidə İddiaçı məxsus olan evin ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir.
12. Qaz paylayıcısı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021 tarixli AKX-03447xx/xx- 2021 saylı müqavilədə də İddiaçı məxsus olan evin ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. 13. Məişət tullantılarının daşınması üçün ödənilmiş xx.xx.2021-ci il tarixli mədaxil qəbzində İddiaçı məxsus olan evin ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 göstərilmişdir. Bütün yuxarıda göstərilən sübutlar birbaşa təsdiq edir ki, İddiaçı məxsus olan evin ünvanı Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 kimi bütün dövlət və digər orqanlarda qeydiyyata alınmışdır. Həmin ərazidə X11 məxsus Binəqədi qəsəbəsi, mədən 1, korpus 15 ünvanında yerləşən özbaşına tikilidən X3 çıxarılması və həmin tikilinin ondan alınaraq X11 qaytarılması haqqında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli 2(103)-1925/2021 saylı qətnaməsi mövcuddur. İcra məmuru bu qətnamənin icrası ilə əlaqədar 17/68№155982-4 saylı xx.xx.2022 tarixli bildiriş göndərərək X1 icra barədə xəbərdar etmişdir. Deyilən vaxt ərzində X6 tapa bilməyən və məhkəmə qərarını icra edə bilməyən icra məmuru yenidən xx.xx.2023 tarixində 152466/2023-4 saylı bildiriş göndərərək bu dəfə X3 ünvanının həmin ərazidə 15 saylı korpus olduğu halda iddiaçının guya faktiki orada yaşaması bəhanəsilə 14 saylı korpusda yaşayan iddiaçını və onun xx.xx.2008-ci il təvəllüdlü (15 yaş) və xx.xx.2018-ci il təvəllüdlü (5 yaş) övladlarını həmin evdən zorla çıxararaq iddiaçının evini cavabdehə - X11 təhvil vermişdir. Ağlasığmaz bir işdir ki, icra məmuru iddiaçıya məxsus olan evin ünvanının bütün sənədlərdə korpus 14 olmasına əhəmiyyət vermədən iddiaçıya məxsus olan həmin evi korpus 15 adıyla cavabdehə təhvil vermişdir. İcra məmuru öz hərəkətini onunla əsaslandırmışdır ki, o 15 saylı korpusun harada olduğunu tapa bilmədiyindən bu addımı atmışdır. İcra məmuru hətta cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 18 may 2023-cü il tarixində Binəqədi RPİ-nin 43-cü bölməsində polis mayoru Rza Nəzərovun qərarına da əhəmiyyət verməmişdir. Bu qərarda göstərilmişdir ki, cavabdeh iddiaçının Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında yerləşən evini daşlamış və peyk antenasını sındırmışdır. Qərarda cinayət işinin başlanılması rədd edilsə də, cavabdehin əməlinin inzibati xəta olması səbəbilə onun AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə alınması vacibliyi sahə inspektoruna həvalə edilmişdir. Göründüyü kimi, bütün hallarda məhkəmə qətnaməsi ilə cavabdehə məxsus olan evin korpus 15, iddiaçıya məxsus evin isə korpus 14 olması təqdim edilən sənədlərlə təsdiqlənir. Buna baxmayaraq icra məmurunun qanunsuz hərəkəti nəticəsində iddiaçı 2 uşağı ilə ona məxsus evdən çıxarılmış, həmin ev cavabdehə təhvil verilmişdir. Hazırda cavabdeh orada tikinti işləri aparır ki, bu da tam qanunsuzdur. Korpus 14 də yerləşən evin iddiaçıya məxsus olması və onun orada 2 övladı ilə yaşaması faktı Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1012 saylı xx.xx.2022 tarixli arayışı ilə təsdiq edilir.
İİ. Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, burda məsələ ondadır ki, həmin yaşayış yerinin ünvanını müəyyən edə bilmirlər. Ünvan olmadığından ekspertiza yeri dəqiq müəyyən edə bilməmişdir. Lakin onlar hesab edirlər ki, ora korpus 14-dür. Sübut da odur ki, bütün kommunal sayğaclarda həmin ünvan korpus 14 göstərmişdir. Torpağa dair kordinatlar da yoxdur. Cavabdeh qaz, işıq və su sayğacının olduğunu bildirsə də, onlar məhkəmə prosesinin getdiyi müddətdə adına keçirmişdir. Lakin bu günə kimi isə həmin yer iddiaçıya məxsus olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə yazılı izahat ünvanlayaraq bildirmişdir ki, nümayəndəsi olduğu iddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə müvəqqəti təminat tədbirinin qəbul edilməsi haqqında ərizə ilə müraciət etmişdir. İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 144/1 saylı xx.xx.2004-cü il tarixli Sərəncamı əsasında Binəqədi Qəsəbəsinin ərazı hüdudları daxilində 150 m2, 2063 saylı xx.xx.2006-cı il tarixli Qərarı əsasında 200 m2 torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün almış və orada fərdi yaşayış evi tikmişdir. İddiaçının keçmiş həyat yoldaşı bir neçə şəxslərlə birgə Binəqədi rayonu ərazisində qanunsuz tikililər tikib satmaqla məşğul olmuşdur. İş üzrə Cavabdeh həmin adamlarla işbirliyi olmuşdur, bəzi alqı-satqı əməliyyatlarından sonra həmin ərazidə, yəni Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 15 ünvanındakı fərdi evə görə mübahisələr yaranmış, bu iş üzrə cavabdeh məhkəməyə müraciət etmiş və məhkəmələr həmin ünvanda korpus 15-dəki həyət evinin Cavabdeh olması faktını təsdiqləmişlər, lakin cavabdeh həmin fərdi evi məhkəmə qərarından keçən bir ildən artıq bir vaxt ərzində əldə edə bilməmişdir, çünki korpus 15-dəki ev bir neçə nəfər arasında mübahisə predmeti olmuşdur. Bu mübahisənin də içində iddiaçının keçmiş həyat yoldaşı X8 da olmuşdur. Cavabdeh bir ildən artıq müddətdə məhkəmə qərarının yerinə yetirilməməsinə görə bütün iddialarını qanunsuz olaraq X2 həyat yoldaşı, hazırki işdə iddiaçı olan İddiaçı yönəltmiş, ona məxsus həmin ünvanda, lakin korpus 14 də yerləşən həyətyanı evin keçmiş ərinin borcu hesabına ona verilməsini tələb etmişdir. İş o yerə çatmışdır ki, İddiaçı bu iş üzrə cavadeh Cavabdeh qanunsuz əməllərində polisə şikayət etmiş və 18 may 2023-cü il tarixində Binəqədi RPİ-nin 43-cü bölməsində polis mayoru Rza Nəzərovun bu şikayətlə əlaqədar qərar qəbul etmişdir. Bu qərarda göstərilmişdir ki, cavabdeh iddiaçının Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında yerləşən evini daşlamış və peyk antenasını sındırmışdır. Qərarda cinayət işinin başlanılması rədd edilsə də, cavabdehin əməlinin inzibati xəta olması səbəbilə onun AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə alınması vacibliyi sahə inspektoruna həvalə edilmişdir. Bundan sonra cavabdeh Nağıyeva X13 icra şöbəsində özünə inam qazanaraq onları bu iş üzrə İddiaçı məxsus, lakin korpus 14 də yerləşən evin onun əlindən alınmasına və Cavabdeh təhvil verilməsinə razı salmışdır. Bu işdə ən dəhşətli hal odur ki, iddiaçının fərdi evinin Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 14 ünvanında yerləşməsi məhkəməyə təqdim olunmuş çoxsaylı sənədlərlə təsdiq olunduğu halda, icra məmuru bu sənədləri görməməzliyə vuraraq həmin evin korpus 15 adıyla iddiaçıdan alıb cavabdehə vermiş və bu halda evdə yaşayan iddiaçı və onun iki yetkinlik yaşına çatmayan övladı küçəyə atılmışdır. İcra məmuru 17/68№155982-4 saylı xx.xx.2022 tarixli bildiriş göndərərək korpus 15-də olan ev haqqında məhkəmə qərarının X8 tərəfindən könüllü icra barədə onu xəbərdar etmişdir. Qeyd etmək lazımdır ki, nə məhkəmə sənədlərində, nə də bu xəbərdarlıqda bu iş üzrə iddiaçı və borclunun keçmiş həyat yoldaşı İddiaçı adı yoxdur. Ümumiyyətlə, heç bir məhkəmə sənədində bu mübahisənin İddiaçı və onun korpus 14 də yerləşən fərdi yaşayış evinə hər hansı aidiyyəti olduğu göstərilməmişdir. İcra məmuru yenidən xx.xx.2023-cü il tarixində 152466/2023-4 saylı bildiriş göndərərək bu dəfə borclu X3 ünvanının həmin ərazidə 15 saylı korpus olduğunu göstərsə də, bu bildirişdə əvvəlki bildirişdən fərqli bir düzəliş edərək guya orada faktiki olaraq İddiaçı yaşadığını göstərmişdir. Bütün sənədlərlə İddiaçı məxsus olan fərdi yaşayış evinin korpus 14 də yerləşməsi təsdiq olunsa da icra məmuru heç bir əsas olmadan, heç bir hüquqverici sənədlə təsdiq olunmayan əsassız bir fikrə gəlmişdir ki, korpus 14 də olan ev elə korpus 15 də olan ev sayılmalıdır. Bunun yeganə səbəbi kimi də şifahi olaraq göstərmişdir ki, bura neft mədəninin ərazisidir, ünvanları dəqiqləşdirmək mümkün deyil, iddiaçı isə borclunun keçmiş həyat yoldaşıdır, deməli korpus 15 də olan fərdi evi axtarmağa ehtiyac yoxdur, elə korpus 14 ünvanında olan fərdi yaşayış evindən borclunun keçmiş həyat yoldaşı olan iddiaçı ananı və onun 2 uşağını evdən bayıra atmaqla bu məsələni həll etmək olar. İcra məmuru qanunları pozaraq özbaşınalıq etmiş, tələbkarın tələbini yerinə yetirmək və borclunun borcunu bağlamaq üçün onun keçmiş həyat yoldaşına - iddiaçıya məxsus olan korpus 14 də qeydə alınmış fərdi yaşayış evini korpus 15 adıyla tələbkara vermişdir. Bir daha bildirir ki, icra məmurunun özbaşınalığı səbəbindən iddiaçı 2004-cü ildən dəyərini ödəyərək aldığı torpaq sahəsindən və orada tikdirdiyi və rəsmi olaraq korpus 14 ünvanı verilən fərdi yaşayış evindən məhrum olmuşdur. Hazırda həmin evdə Cavabdeh məskunlaşmış və iddiaçının həmin sahədə olan boş qalan torpaq sahəsinə daşlar töküb tikinti-söküntü işləri aparır. İş üzrə aparılmış ekspertiza zamanı ekspert məhkəmənin onun qarşısında qoyduğu suallara cavab verə bilməmişdir. Ekspert mövcud texniki vasitələrlə müəyyənləşdirə bilmədiyi məsələni icra məmuru heç bir əsas olmadan haradan və necə müəyyənləşdirdiyi məlum deyil, amma icra məmuru əlində heç bir əsas olmadığı halda iddiaçını övladı ilə birlikdə evindən çıxarmış və cavabdehi həmin evə yerləşdirmişdir. Bundan başqa üçüncü şəxs X21 şirkətinin etirazı ilə razı deyil, belə ki, prses iştirakçısı müstəqil tələb irəli sürməyən şəxs olsa da, iddia ilə bağlı iddiaçıya qarşı tələb irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh X17 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil. O, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən 15-ci korpusda yaşayır. Həmin evlər 2018-ci il tarixdən tikilmişdir, ünvanda işıq, qaz, su hamısı 15-ci korpus kimi gedir. Sağyaclar əvvəl Sultan Əhmədbəylinin adına olmuş, sonradan dəyişdirilmişdir. Torpaq sahəsinə dair çıxarışlar olmadığından bələdiyyənin nümayəndəsi özləri formal nömrələr vermişdir. Bundan əlavə iddiaçı tərəfin təqdim etdiyi sənədlər ölçülər uyğun gəlməmişdir. Qarşı tərəf oranı ilk öncə zəbt etdi, həmin vaxt orda olan qazın suyun və işığın sayğacını ləğv etmişdilər. Yoldaşı öləndən sonra o, sayğac qoya bilmədi. Orda bir damın altında 3 ədəd ev var, birində özü qalmış, birini isə satılmışdır. 14 və 15 olan evin yanında başqa evlər də var. Həmin o üç mənzildən satılan evin qaz sayğacı, su sayğacı və işığın sayğacında 15 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Binəqədi Rayonu X12 nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, ünvanların nömrələnməsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədlər olmadığından təqdim edə bilmir. Bununla bağlı nömrələməni memar düzgün məlumat verə bilər, lakin hazırda rəsm işçi kimi memar yoxdur. İddianın təmin edilibedilməməsini məhkəmə mülahizəsinə buraxır. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X22” Şirkətinin nümayəndəsi Nümayəndə2 yazılı etirazında qeyd edilənləri müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum "Hasilatın pay bölgüsü haqqında" saziş və "Birgə Əməliyyat" sazişi imzaanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə "X23" şirkətinin qanuni istifadəsinə verilmişdir. 29 sentyabr 2004-cü il tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("ARDNŞ”), X25 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş (“Saziş") imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901- İİQD saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. İddiaçı öz ərizəsində maddi sübut kimi, "Binəqədi rayonu, X12 144/1 saylı xx.xx.2004-cü il tarixli Sərəncamını və həmin Bələdiyyənin 2063 saylı xx.xx.2006-cı il tarixli Qərarını qoşmaya əlavə etmişdir. Qeyd olunan sərəncam və qərara əsasən, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən iddiaçıya, fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Diqqətə çatdırılır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Binəqədi rayonu X12 144/1 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamı etibarsız, X12 2063 saylı xx.xx.2006-cı il tarixli Qərari isə qanunsuz inzibati aktdır. Belə ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən, vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında 144/1 saylı xx.xx.2004-cü il tarixli Sərəncam, Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən əvvəl qəbul edildiyindən etibarsızdır. Həmçinin Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 2063 saylı xx.xx.2006-cı il tarixli Qərar, Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyindən, qanunsuzdur. Məhkəmənin nəzərinə çatdırırıq ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış Qərarı mövcuddur. X24 Məhkəmə nəticəyə gəlmişdir ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati sərəncamlar qüvvədən düşmüşdür. Göründüyü kimi, Bələdiyyənin sözügedən torpaq sahələrinin üzərində hər hansı sərəncam və qərar vermək səlahiyyəti olmadığından, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı ayrılmış 144/1 saylı xx.xx.2004-cü il tarixli Sərəncamı etibarsız, 2063 saylı xx.xx.2006-cı il tarixli Qərarı isə qanunsuzdur. Əlavə olaraq vətəndaş İddiaçı ayrılan torpaq sahələri 1 saylı mədənin 4-cü sahəsində fəaliyyətsiz 141496 (51 m), 140532 (35 m), 140985 (53m), 140589 (69 m), 141484 (52 m), 140532 (33 m), 141081 (71 m) saylı neft quyularının, eləcə də 140590 (20 m), 142809 (72 m), 142809 (51 m) və 140590 (25 m) saylı işlək neft quyularının mühafizə zolağı daxilində yerləşir. Həmçinin mübahisəli torpaq sahəsindən 20 metr məsafədə neft xətti keçir. Əlavə olaraq qeyd etmək istəyir ki, mübahisəli torpaq sahəsindən 921 F3 0,4 kv (38 m), 92-922-1 6 kv (60 m) və 921 0,6 kv (7 m) eletrik elektrik xəttləri keçir. Bununla bağlı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Əlavə olaraq, DƏDRX-in məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi mövcuddur. Mütəxəssis rəyində qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi" nin hüdudları daxilində yerləşir (X23). Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Asəm əhmədov izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X4 Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən çıxarılması və tikili iddiaçıya qaytarılması qət edilmişdir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə qətnaməyə izah verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş cavabdeh X4 Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən çıxarılsın və tikili iddiaçıya qaytarılsın ifadəsi cavabdeh X4 Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən və 1 ədəd bünövrəsi qoyulub tikintisi başa çatmamış tikilidən çıxarılması və həmin tikililərin iddiaçıya qaytarılması kimi başa düşülməlidir göstərilmişdir. Sözügedən qətnaməyə dair icra sənədi onun icraatında olmuş və onun tərəfindən icra edilmişdir. Qətnamənin icrası zamanı ünvan məhkəmə qətnaməsində təsvir olunmuş ünvan olub, korpus 15, həmçinin ünvanda bir damın altında 3 tikili olub, iddiaçının əri, icra sənədi üzrə borclu Məhəmmədəli həmin ünvanda yaşayırdı. Belə ki, şəxsən Məhəmmədəliyə icra sənədinin icrası ilə bağlı bildiriş onun tərəfindən həmin ünvanda təqdim edilib. İddiaçı Məməddəmədli ilə ailə kimi həmin ünvanda yaşayıb, icraatında tərəflərin alimentlə bağlı işi var. İcra sənədi üzrə borclu Məhəmmədəliyə həmin ünvanda bildiriş təqdim etmiş və könüllü icra edilmədiyi halda xx.xx.2022-ci il tarixdən məcburi icra hərəkətlərinin olacağı və evin boşaldılacağı barədə məlumat vermişdir. Ünvanın izahı qətnamədə var, ərazi neft ərazisidir, dəqiq tikililərdir, ünvanda iki tikili görünür, hər birinin girişi ayrıdır. Bundan başqa həmin ünvanla bağlı təminat tədbirinə dair qərardadın icrası ilə əlaqədar da əvvəl həmin ünvanda olub, akt tərtib edib.
İİİ. İşin faktiki halları və iş materiallarına əlavə olunmuş:
- Binəqədi rayonu X12 xx.xx.2004-cü il tarixli Sərəncamın surətindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında 150 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsi ərazisində 150 kv.m torpaq sahəsinin alınması üçün İddiaçı tərəfindən 120 manat ödənilmişdir. - Binəqədi rayonu X12 AİT 677139 saylı, xx.xx.2004-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 120 manat ödəniş həyata keçirilmişdir. - Binəqədi rayonu X12 xx.xx.2006-cı il tarixli Sərəncamın surətindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında 200 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsi ərazisində 200 kv.m torpaq sahəsinin alınması üçün İddiaçı tərəfindən 160 manat ödənilmişdir. - Binəqədi rayonu X12 xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Binəqədi qəsəbəsi, Mədən 1, korpus 14 ünvanda yerləşən əmlak və torpaq sahəsinə xx.xx.2019-cu il tarixədək vergi borcu yoxdur. - Binəqədi rayonu X12 xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 14 ünvanda qonşuların imzaladığı akta əsasən qeydiyyatsız yaşayır. - ünvan 17 ünvanda yerləşən fərdi yaşayış evinə "xxxx" ASC tərəfindən quraşdırılmış **********40269 abunəli sayğac İddiaçı adına qeydiyyata alınmışdır. - xx.xx.2021, xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 14 ünvan üçün bələdiyyə üçün vergi İddiaçı tərəfindən həyata keçirilmişdir. - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 14 ünvana qaz təchizatı ilə bağlı müqavilə “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmışdır. - Binəqədi RPİ 43-cü PB-nin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən evinin daşlanması və peyk antenasının sındırılması barədə məlumatı üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1279/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin edilməsi, cavabdeh X4 Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən çıxarılması və tikili iddiaçıya qaytarılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş cavabdeh X4 Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən çıxarılsın və tikili iddiaçıya qaytarılsın ifadəsi cavabdeh X4 Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən və 1 ədəd bünövrəsi qoyulub tikintisi başa çatmamış tikilidən çıxarılması və həmin tikililərin iddiaçıya qaytarılması kimi başa düşülməlidir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5415/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, borclu X9 icra sənədinin xx.xx.2022-ci il tarixdə məcburi icrası barədə məlumatlandırılmış, xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, qeyd edilən icra sənədi üzrə icra sənədi könüllü icra olunmadığı təqdirdə məcburi icra hərəkətlərinə başlanacağı haqqında xəbərdar edilmişdir. - Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə qeyd olunanlar tam şəkildə icra olunduğundan, icraata xitam verilmişdir. - Binəqədi RİHB-nin Binəqədi qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1 Mədən, korpus 14-də qeydiyyatsız yaşayır. - ünvan 18 ünvanda yerləşən fərdi yaşayış evinə "xxxx" ASC tərəfindən quraşdırılmış **********50156 abunəli sayğac X5 adına qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli sistemdən çıxarışdan görünür ki, **********002 abonent kodu olan ünvan 19 ünvana quraşdırılmış su sayğacı X5 adına qeydiyyata alınmışdır. - 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində təqdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X10 **********002 abonent kodunun Cavabdeh adına keçməsinə etiraz etməmişdir. - Binəqədi rayonu X12 xx.xx.2005-ci il tarixli Qərarının surətindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında 250 kv.m torpaq sahəsi Cavabdeh mülkiyyətinə ayrılması qərara alınmışdır. - Binəqədi rayonu X12 AİT 677149 saylı kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən ödəniş həyata keçirilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9389 saylı ekspert rəyində qeyd edilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ayrılmış 150 kv.m. və 200 kv.m. torpaq sahələrinə dair tərtib olunmuş sxemdə ayrılan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları, miqyas, tərpənməz dayaq nöqtələrindən məsafələr qeyd olunmadığına görə, həmin torpaq sahələrinin dəqiq yerini və Cavabdeh tərəfindən istifadə olunubolunmadığını müəyyən etmək mümkün olmamışdır. - Qərardadın ikinci sualı üzrə: Mübahisəli tikililərə dair texniki sənədlər mövcud olmadığına, eyni zamanda baxış zamanı təqdim olunmuş torpaq sahələrinin hansı ünvanda yerləşdiyinə dair müvafiq məlumat daxil olmadığına görə qərardadın bu sualını cavablandırmaq mümkün olmamışdır. - Qərardadın üçüncü sualı üzrə: İddiaçı ayrılmış 150 kv.m. və 200 kv.m. torpaq sahələrinə dair tərtib olunmuş sxemdə ayrılan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları, miqyas, tərpənməz dayaq nöqtələrindən məsafələr qeyd olunmadığına görə, həmin torpaq sahələrinin dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda "kadastrportali.az" elektron kadastr portalı məlumat bazasından görünür ki, baxış zamanı iddiaçı tərəfindən təqdim olunan torpaq sahələri "X7" kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlandırılmış xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən iki hissəli qeyri-müəyyən konfiqurasiyalı sahələr 195.0 kv.m və 98.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 98.0 kv.m torpaq sahəs mişar daş hasar üzərindəki mövcud tikililərin çöl divarları ilə və neft şirkəti tərəfindən hasarlanmış ərazinin mişar daş hasarı ilə sərhədlənib, digər göstərilən 195.0 kv.m (üzərində tikili yoxdur) torpaq sahəsi isə bir tərəfdən şərt və 0.1m-0.6m hündürlükdə beton bloklarla sərhədlənib. Qeyd olunan 98.0 kv.m torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur ki, qonşunun yaşayış evinin damı ilə bir damın altındadır. Bundan əlavə mübahisəli torpaq sahəsinə iddiaçının nümayəndələri və cavabdehlə birgə texniki baxış üçün ünvanda oldular. Texniki baxış zamanı məlum oldu ki, 98.0 kv.m torpaq sahəsinin bir tərəfindən 2.3m məsafədən 8-10 kVt-lıq elektrik hava xətti xeçir. Sözügedən 98.0 kv.m torpaq sahəsi neft şirkətinin hasarlanmış ərazisi ilə həmsərhəddir. Sahələrə dar hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Göstərilən torpaq sahələrinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsinin hüdudları daxilində yerləşir (Bineqədi Oil). Sahə işlək neft quyularının mühafizə zonasındadır. Torpaq sahələri ilə bağlı sənəd təqdim edilmədiyindən əlavə araşdırma aparmaq mümkün olmadı. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2152 saylı ekspert rəyində qeyd edilmişdir ki, göstərilən iki hissəli qeyri-müəyyən konfiqurasiyalı sahələr 195.0 kv.m və 98.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 98.0 kv.m torpaq sahəs mişar daş hasar üzərindəki mövcud tikililərin çöl divarları ilə və neft şirkəti tərəfindən hasarlanmış ərazinin mişar daş hasarı ilə sərhədlənib digər göstərilən 195.0 kv.m (üzərində tikili yoxdur) torpaq sahəsi isə bir tərəfdən şərt və 0.1m-0.6m hündürlükdə beton bloklarla sərhədlənib. Qeyd olunan 98.0 kv.m torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur ki, qonşunun yaşayış evinin damı ilə bir damın altındadır. 98.0 kv.m torpaq sahəsinin bir tərəfindən 2.3m məsafədən 8-10 kVt-lıq elektrik hava xətti xeçir. Sözügedən 98.0 kv.m torpaq sahəsi neft şirkətinin hasarlanmış ərazisi ilə həmsərhəddir. Sahələrə dar hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Göstərilən torpaq sahələrinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsinin hüdudları daxilində yerləşir (Bineqədi Oil). Sahə işlək neft quyularının mühafizə zonasındadır. Torpaq sahələri ilə bağlı sənəd təqdim edilmədiyindən əlavə araşdırma aparmaq mümkün olmadı. Məhkəmə tərəfindən iddiaçı və cavabdehin iştirakı ilə mübahisəli sahəyə yerində müayinə keçirilmiş, lakin qəsəbə nümayəndəliyinin əməkdaşı tərəfindən ünvanlara dair hər hansı bir sənəd tədqdim edilməsi mümkün olmamışdır. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: -2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. -3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi üzrə: -Maddə 6 § 1 yekun və məcburi qüvvəyə malik məhkəmə qərarlarının dərhal icra edilməsinə təminat verir (yüksək instansiya məhkəməsi tərəfindən yenidən baxıla bilən qərarların icrasından fərqli olaraq) (Ouzounis və digərləri Yunanıstana qarşı, § 21). Hər hansı məhkəmə tərəfindən verilən bu cür qərarların icrası hüququ "məhkəməyə hüququn" ayrılmaz hissəsidir (Hornsby Yunanıstana qarşı, § 40; Scordino İtaliyaya qarşı (№ 1) [BP], § 196). Əks halda, 6 § 1 Maddənin müddəaları bütün faydalı təsirindən məhrum edilər (Burdov Rusiyaya qarşı, §§ 34 və 37).
İlk növbədə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Göründüyü kimi göstərilən torpaq sahəsinin həqiqətən iddiaçıya ayrılmış torpaq sahəsi olması, həmçinin tikilinin korpus 15 deyil 14 olması, həmin torpaq sahəsinin və tikilinin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsini müəyyən etmək mümkün olmamışdır. - Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1279/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin edilməsi, cavabdeh X4 Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən çıxarılması və tikili iddiaçıya qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1925/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş cavabdeh X4 Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən çıxarılsın və tikili iddiaçıya qaytarılsın ifadəsi cavabdeh X4 Bakı şəhəri, Binəqədi rayonu, 1 Mədən, korpus 15 ünvanda yerləşən iddiaçı Cavabdeh məxsus özbaşına tikilidən və 1 ədəd bünövrəsi qoyulub tikintisi başa çatmamış tikilidən çıxarılması və həmin tikililərin iddiaçıya qaytarılması kimi başa düşülməlidir. İcra məmuru tərəfindən sözügedən icra sənədi icra edilən zaman icra yeri olan mübahisəli tikili qətnamədə təsvir edilən, izah verilən ünvan olmaqla bu barədə akt tərtib edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı məhkəmə tərəfindən icra məmuru tərəfindən qətnamənin səhv icra edilməsi ilə əlaqələndirməklə nəticədə cavabdehin ona ayrılmış torpaq sahəsində olan tikilini zəbt etməsini mübahisələndirsə də, keçirilmiş ekspertiza və mütəxəssis rəyləri nəticəsində iddiasında qeyd edilənləri sübut edə bilməmiş, bələdiyyə tərəfindən ünvanlarla bağlı hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən belə halların mövcudluğu ilə bağlı iddiaçı tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. - Belə ki, vətəndaşların adına rəsmiləşdirilmiş torpaq sahələrinin koordinat nöqtələrinin olmamasından ayrılmış torpaq sahələrinin coğrafi hüdudlarının müəyyən olunması mümkün hesab edilmir. Halbuki, sübutetmə yükü baxımından mübahisəli əmlakın hansı hissəsinin cavabdehin qanunsuz sahibliyində olması və s. bir sözlə, tələbin hüquqi və faktiki əsaslarını sübuta yetirmək Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddianı verərkən subyektiv hüququnun olması ilə bağlı istinad etdiyi dəlillər artıq mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmiş şəxs özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Mülki iş materiallarından aydın olur ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Bu onu deməyə əsas verir ki, iddiaçının hazırki tələblə bağlı, hazırki cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə, müharibə veteranları məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, əmlakın geri qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan idia tələbi təmin edilməməlidir.
V. Nəticə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elnarə Vəliyeva