Məhkəmə qərarları › İş №e-2(001)-1052/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1052/2024

08.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1052/2024 08.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyana görə 50000 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyana görə 50000 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh Rahim oğlu İddiaçı1 haqqında yaxın qohumlarına rüsvayedici məlumatlar yayma hədəsi ilə atası İddiaçı2 50000 manat pul məbləği almışdır. Daha sonra, yenidən Cavabdeh 50000 manat pul məbləği almaq üçün İddiaçı1 hədə qorxu gəlmiş və ondan həmin pul məbləğini ödəmədiyi təqdirdə rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağını bildirmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli ittiham aktına asasan Cavabdeh Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-16/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, cazasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfındən birinci instansiya məhkəməsinin həmin hökmündən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-319/2022 nömrəli, xx.xx.2022-ci tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-16/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü zərərçəkmiş şəxslərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə 12 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, məhkum Cavabdeh apellyasiya instansiya məhkəməsinin həmin qərarından kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-315/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh cinayət yolu ilə iddiaçılardan ümumilikdə 50000 manat pul məbləği götürmüşdür. Bu səbəbdən, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 hədə-qorxu yolu ilə əlda etdiyi 50000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 50000 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkilləri və nümayəndələri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Rahim oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh Rahim oğlu məhkəmə iclasında iştirakının təmin edilməsinə dair müraciətini məhkəməyə təqdim etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh Rahim oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, məhkəmə hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 68. İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 65.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Maddə 180.1. Eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Maddə 180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(124)-16/2022 saylı hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(124)-16/2022 saylı hökümü ilə müəyyən edilmişdir ki, Cavabdeh külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda yəni, 100.000 manat məbləğində pulunu əldə etmək məqsədi və tamah niyyəti ilə tanışı İddiaçı1 müxtəlif vaxtlarda öz telefonuna çəkib instaqram sosial şəbəkəsi vasitəsi ilə ona göndərdiyi özünə məxsus intim xarakterli fotoşəkillərini onun yaxın qohumlarına göstərib haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə xx.xx.2020-ci il tarixdən İddiaçı1 və atası İddiaçı2 hədə-qorxu gələrək 50.000 manat məbləğində pul tələb edib xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsi Dəniz yolu küçəsində yerləşən Alfa restoranında İddiaçı2 tələb etdiyi 50.000 manat məbləğində pulu alıb hədə-qorxu ilə ələ keçirmiş, bundan sonra İddiaçı1 müxtəlif vaxtlarda öz telefonuna çəkib instaqram sosial şəbəkəsi vasitəsi ilə ona göndərdiyi özünə məxsus intim xarakterli fotoşəkillərini yaxın qohumlarına göstərib haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə xx.xx.2021-ci il tarixdə telefon vasitəsi ilə İddiaçı1 və atası İddiaçı2 yenidən hədə-qorxu gələrək onlardan əlavə 50.000 manat məbləğində pulu, ümumilikdə külli miqdarda yəni, 100.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə tələb edib hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Hökmdən daha sonra müəyyən olunur ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh elan ittiham üzrə özünü qismən CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən 50.000 manat almış, 5 ay sonra yenidən əlaqə saxlayaraq pul istəmişdir. Özünü 50.000 manata münasibətdə təqsirli bilir. Zərərçəkmiş şəxsi məktəbdən tanımış, Ülkərlə münasibəti olmuşdur. Gənc vaxtlarında Ülkərlə evlənməkdən ötrü evini satmışdır. O vaxt Ülkər ona demişdir ki, Bakıdan ev al yoxsa onu başqasına ərə verəcəklər. Bakı şəhərində ev ala bilmədiyi üçün pulu batmışdır. 2019-cu ildə Ülkərlə sosial şəbəkə vasitəsi ilə ünsiyyət qurmuş, onların münasibəti yaranmışdır. Onlar cinsi əlaqədə olmuşlar, Ülkər ona intim şəkillərini göndərmişdir. Daha sonra o, Ülkərə intim şəkillərini ərinə göstərəcəyini, onu rüsvay edəcəyini bildirmiş, buna görə Ülkərin atası ilə görüşərək ondan 50000 manat pul istəmiş, Ülkərin atası Telman evini sataraq 50.000 manat pulu ona vermişdir. Pulu verməsəydi hamı Ülkərlə bir yerdə olmalarını biləcəkdi. 50.000 manatı aldıqdan sonra Telmanın onu sosial şəbəkədə izlədiyini görmüş, onu whatsappda izlədiyinə görə yenidən Telmana zəng edərək, 2-ci dəfə 50.000 manat pul istəmişdir. Telman pulu verməyəcəyini ona bildirmişdir. Telmana hamının qızı ilə birlikdə olduğunu biləcəyini, onları rüsvay edəcəyini demişdir. İkinci dəfə zəng edərək, yenə 50.000 manat istəmiş, Telmanla birinci dəfə görüşdükləri yerdə yenidən görüşmüş, 50.000 manat pul istəmişdir. Hökümdən daha sonra müəyyən olunur ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş İddiaçı1 ifadəsində göstərmişdir ki, .... atası Telman məcbur olub Xırdalan şəhərində yerləşən yeni tikilmiş binada iki otağa düzəlmiş təmirli evi 50.000 manat yaxın məbləğə satıb pulun üstünü düzəldib Raufla Novxanıda restoranda görüşüb ona vermişdir. Rauf pulu aldıqdan sonra bir daha bu söhbətlərin təkrar olunmaycağı barədə vəd vermişdir. Hökümdən daha sonra müəyyən olunur ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş İddiaçı2 ifadəsində göstərmişdir ki, .... O, da Raufun bu hədələrindən qorxub, qızının ailəsinin dağılmaması və rüsvay olmaması üçün Raufun tələbini yerinə yetirmək qərarına gəlmişdir. Lakin Raufa demişdir ki, onun o qədər pulu yoxdur, bu zaman Rauf onun Xırdalan şəhərində mənzilinin olduğu barədə məlumatı olduğunu deyərək həmin evi satıb pulunu ona verməsini tələb etmişdir. O, da fikirləşib cavab deyəcəyini bildirmişdir. X7 yazıb pulu tələb etəyə başlanılmışdır. Ona zəng edib tez-tez narahat etmişdir. Bu səbəbdən onun təşəbbüsü əsasında ikinci dəfə eyni restoranda Raufal görüşüb bir az möhlət verməsini xahiş etmiş, pulu verəcəyinə söz verərək əvəzində bu məsələni birdəfəlik həll olunmasını xahiş etmişdir. O da məcbur olub Xırdalan şəhərində yerləşən və Tural Paşazadənin adına olan təmirli mənzilini 50.000 manata satıb xx.xx.2020-ci ildə X4 restoranında görüşüb ikilikdə 50.000 manat pulu ona vermişdir. Pulu verərkən onlaın yanında heç kim olmamışdır. Lakin bu məsələdən qızı Ülkər və oğlu Tural xəbərdar olmuşlar. Hökümdən daha sonra müəyyən olunur ki, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunan şahid X3 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin mart ayınadək o, anası Rəfiqə və atası Telmanla birlikdə ünvan 1 ünvanında yaşamış, 2019-cu ilin mart ayında valideyinləri ayrı yaşamaq qərarına gəlib ünvan 2 ünvanında yerləşən 49,3 kv.m. sahəsi olan mənzili onun adına 52.000 manata alıb həmin mənzilə köçmüşlər. Təxminən 2020-ci ilin oktyabr ayında atası onu evə dəvət edib bildirmişdir ki, Cavadxan küçəsində onlarla qonşu olan Rauf adlı şəxs onu və bacısı Ülkəri sonuncunu barəsində rüsvayedici məlumatları yayması ilə hədələyərək onlardan 50.000 manat pul tərəb etmiş, Raufun əlində bacısı barədə materiallar olmuş və Raufun tələb etdiyi pulu ona vermədiyi halda Rauf həmin məlumatları Ülkərin yoldaşına və ailəsinə yayacaqdır, bu səbəbdən Raufa pul vermək lazımdır və o, belə qərara gəlmişdir ki, yaşadığı onun adına sənədləşdirilən mənzili satıb pulu Raufa versin. Raufun əlində konkret olaraq hansı materialların olmasını atası ona deməmiş və o, bununla bağlı konkretliyə getməmişdir. O, sadəcə atasına bildirmişdir ki, mənzil onun adına olsa da, valideyinlərinə məxsusdur və istədiyini edə bilərlər. Beləliklə xx.xx.2020-ci il tarixdə onlar alqı-satqı müqaviləsinə əsasən mənzili 50.000 manata satmış, pulu atası götürüb Raufa verəcəyini demişdir. Həmin gün atası ilə əlaqə saxlayıb vəziyyəti soruşduqda atası ona 50.000 manat pulu Raufa verməsini demişdir. Hökmdən daha sonra müəyyən olunur ki, çinayət işinin materiallarında olan, məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müaviləsinə əsasən, Tural Paşazadə həmin tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən 50.000 manata ünvan 2 ünvanında yerləşən 49,3 kv.m sahəsi olan mənzili X1. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-ci il tarixli 1(102)-1315/2022 saylı qərarından müəyyən olunur ki, məhkum Cavabdeh kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Cavabdeh barəsində olan 1(105)-319/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı kassasiya şikayətnə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-ci il tarixli 1(102)-1315/2022 saylı qərarından daha sonra müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-319/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-16/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü zərərçəkmiş şəxslərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respubliqası CM-nin 182.3.2 maddəsi ilə 12 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, höküm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, qanuni qüvvəsini alan məhkəmə aktlarına əsasən, təqsirli bilindiyi cinayət əməli nəticəsində Cavabdeh vurduğu maddi ziyanla bağlı 50000 manat pul vəsaiti İddiaçı2 məxsus olmuşdur. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində vurduğu ziyanla bağlı heç bir ödəniş etməmiş, aparılmış istintaq zamanı mülki iddia verilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia ərizəsində iddiaçıların tələb etdikləri pul vəsaitinin iddiaçılardan İddiaçı2 məxsus olması müəyyən olduğundan iddia ərizəsi qismən təmin edilərək Cavabdeh törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 50000 manat İddiaçı2 xeyrinə tutulmalı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 50000 manat, dövlət rüsumuna görə 240 manat olmaqla cəmi 50240 manat İddiaçı2 xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar