Məhkəmə qərarları › İş №e-2(001)-1099/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1099/2024

07.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1099/2024 07.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X33 oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 Oktay qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı X10 da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdə buraxılış ili 2017-ci il olan yeni “Porsche Macan” avtomobilini (ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) 80.000 (səksən min) ABŞ dolları məbləğində Porsche Bakı Mərkəzindən almışdır. Həmin avtomobili müvəqqəti olaraq idarə etmək üçün dostu X13 etibarnamə əsasında vermişdir. Bundan sonra o, bir neçə şəxsə avtomobili idarə etmək üçün etibarnamələr vermişdir. Eyni zamanda iddiaçı “Porsche Macan” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək və avtomobilə dair sərəncam vermək barədə dostu X10 xahişi ilə onun həmin vaxt həyat yoldaşı olmuş Cavabdeh2 etibarnamələr vermişdir. X17 ilə X18 arasında bağlanmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2038/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Bu etibarnamələrdən istifadə edən cavabdeh X18 iddiaçının, yəni İddiaçı ona verdiyi avtomobilə dair sərəncam vermək barədə etibarnamədən sui-istifadə edərək, həmin avtomobili xx.xx.2019-cu il tarixdə öz tanışı Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında satmışdır. İradə Mikayılova həmin alqısatqı nəticəsində əldə olunan vəsaiti ona ödəməmişdir. Sonradan Cavabdeh1 ilə X18 arasında olan və əvvəlcədən planlaşdırılmış razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2019cu il tarixdə, yəni onun dostu X27 Mikayılovanın nikahları pozulduqdan sonra həmin “Porsche Macan” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili Babayeva-X3. Nəticədə onun mülkiyyətində olan avtomobil cavabdehlər Cavabdeh1 və İradə Mikayılovanın əlbir olaraq, öz aralarında, onun, yəni iddiaçının etibarından sui istifadə edərək, görünüş üçün uydurma əqd bağlayaraq, avtomobilin satışından əldə edilmiş məbləğ əmlakın mülkiyyətçisinə (təmsil edilənə) yəni ona verilməli olduğu halda bunu etməmişlər, avtomobilin satışından əldə edilmiş məbləğ ona ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vəkalət alanın tapşırıqla bağlı məsuliyyətlərindən bəhs edən normaların tələblərinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Hazırki işdə mübahisə predmeti olan avtomobilin alqı-satqısına dair müqavilə bağlansa da, həmin müqavilə üzrə ona, yəni iddiaçıya satılmış avtomobilə görə hər hansı məbləğ ödənilməmişdir. Bu hal onu deməyə əsas verir ki, alqı-satqı formal olmuş, bu barədə bağlanmış əqd yalnız görünüş üçün bağlanaraq uydurma əqd olmuşdur. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də, müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Buna görə də, belə nəticəyə gəlinir ki, mübahisə predmeti olan avtomobilə dair bağlanmış alqı-satqı müqavilələri formal xarakter daşımaqla, görünüş üçün bağlanıldığından həmin müqavilələr etibarsız hesab edilməlidir. Beləliklə, X18 avtomobilə dair sərəncam vermək hüququ verən etibarnamə əsasında onun adından çıxış edərək, “Porsche Macan” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1, Cavabdeh1 tərəfindən həmin avtomobili X12 hansı məbləğdə satılmasını müəyyən etmək, alqı-satqı müqavilələrinin dəyərinin iddiaçı tərəfindən əldə edilib-edilməməsini təsdiq etmək məqsədilə tərəflərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X36 İdarəsinə “**-SJ-*** dövlət qeydiyyat nişanlı “PORSCHE MACAN” markalı avtomobilin Cavabdeh1 adına qeydiyyata alınmasına əsas olmuş 1) xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (X18 ilə Cavabdeh1 arasında bağlanmış) və 2) 10-SJ013 dövlət qeydiyyat nişanlı “PORSCHE MACAN” markalı avtomobilin X11 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (Cavabdeh1 ilə X18 arasında bağlanmış) qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsi” məzmununda vəkil sorğusu verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 3-13-16/2- 35241/2023 saylı, xx.xx.2023-cü il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, normativ hüquqi sənədlərin tələblərinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı) nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi və s) surətini almağa yalnız təhqiqat, istintaq, məhkəmə orqanlarının hüququ vardır. Odur ki, “Porsche Macan” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir. Vəkil sorğusuna cavab olaraq təqdim edilmiş “Porsche Macan” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, həmin avtomobil xx.xx.2019-cu il tarixdə X12 verdiyi etibarnamə əsasında Cavabdeh1 satılmış, Cavabdeh1 isə öz növbəsində həmin avtomobili xx.xx.2019-cu il tarixdə X3. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3, 329.1, 329.2, 337.1, 340.1, 359.1, 359.3, 362.1, 362.2, 385.1, 386.1, 390.1, 406.1, 425.1, 777, 779.1 və 782.1-ci maddələri ilə əsaslandıraraq, **-SJ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2017, ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) “PORSCHE MACAN” markalı avtomobilin Cavabdeh1 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (X18 ilə Cavabdeh1 arasında bağlanmış) və **-SJ-*** dövlət qeydiyyat nişanlı “PORSCHE MACAN” markalı avtomobilin X11 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (Cavabdeh1 ilə X18 arasında bağlanmış) etibarsız hesab edilməsi və **-SJ- *** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2017, ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) “PORSCHE MACAN” markalı avtomobilin dəyərinin – 136.000 (bir yüz otuz altı min) manat pul vəsaitinin və ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat dövlət rüsumunun Cavabdeh2 tutularaq, ona, yəni İddiaçı Sadiq oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, nümayəndə tərəfindən bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi (dəyişdirilməsi) barədə ərizələr məhkəməyə təqdim edilmiş, sonuncu iddia tələbinin dəyişdirilməsi barədə ərizədə **-SJ- *** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2017, ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) “PORSCHE MACAN” markalı avtomobilin dəyərinin – 80000 manat pul vəsaitinin və ödənilmiş 426 manat dövlət rüsumunun, 20000 manat məbləğində dəymiş zərərin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 Oktay qızı cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə Vəkil2 eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə qarşı irəli sürülmüş iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli məktuba əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur və ona 13 may 2017-ci il tarixdə şəhadətnamə verilmişdir. Həmin tarixdə, yəni 13 may 2017-ci il tarixdə X13, 14 may 2017-ci il tarixdə X12 etibarnamə verilmişdir. xx.xx.2019-cu il tarixdə həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxmış və həmin tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş və ona şəhadətnamə verilmişdir. 17 sentyabr 2019-cu il tarixdə sözügedən nəqliyyat vasitəsi alqısatqı əsasında qeydiyyatdan çıxmış və həmin tarixdən X11 adına qeydiyyatdan keçmiş və ona həmin tarixdə şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15 yanvar 2024-cü il tarixli 3-13-16/2-6132/2024 saylı məktubdan görünür ki, 29 dekabr 2023-cü il tarixli məktuba cavab olaraq “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqavilələrinin, əlavə olaraq digər sənədlərin surətləri və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı məhkəməyə göndərilmişdir. Həmçinin bildirilmişdir ki, “Porsche Macan” minik markalı, **- SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. İş materiallarında olan 28 yanvar 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 55.000 manata Cavabdeh1 satılmışdır. İş materiallarında olan notarius X29 tərəfindən təsdiqlənmiş və 7E-5700 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı məxsus “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə səlahiyyətlər (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər) bir il müddətinə, yəni xx.xx.2019-cu il tarixədək X12 etibar edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan 17 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə satıcı Cavabdeh1 ilə alıcı X18 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 60.000 manata X2. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dır. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisində 7E-35845 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh1 məxsus “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə səlahiyyətlər xx.xx.2020-ci il tarixədək müddətə X20 etibar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2038/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X11 cavabdeh X13 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, X17 ilə X18 arasında 10 yanvar 2014-cü il tarixdə bağlanmış və Səadət sarayı (Bakı nikah evi) tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 24 nömrə ilə qeyd edilmiş nikahın pozulması və 22 iyun 2015-ci il təvəllüdlü X15 anası X11 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 328521 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X18 arasında olan nikah xx.xx.2019-cu il tarixində ləğv edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli hesabatdan görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən Cavabdeh1 məxsus olan “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 28 yanvar 2019-cu il tarixinə bazar dəyəri 80.000 manat, likvid dəyəri 70.000 manat və orta satış qiyməti 73.000 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş iddia tələbi tam əsassızdır. Belə ki, mübahisələndirilən alqı-satqı müqavilələri 2019-cu ilin yanvar və sentyabr aylarında bağlanmış, iddia ərizəsi isə 2023-cü ilin noyabr ayının 28-də məhkəməyə verilmişdir. Beləliklə, iddia ərizəsi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, başqa sözlə, iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mübahisəli avtomobil qanunvericiliyin tələblərinə uyğun olaraq alqısatqı müqaviləsi əsasında X7 alınmışdır. 2019-cu ilin yanvar ayında ortaq tanışları demişdir ki, Şahin Rəcəbov “Porsche Macan” avtomobilini satışa çıxarmışdır. Həmin ərəfədə özünə uyğun avtomobil axtardığına görə qeyd olunan avtomobilə baxış keçirtmişdir. Avtomobili bəyənmiş, lakin xarici görünüşündə bəzi qüsurların olduğuna görə avtomobili təmir edib sonra da təhvil verilməsini Ş.Rəcəbovdan xahiş etmişdir. Ş.Rəcəbov bildirmişdir ki, çox tələsir və söz verir ki, o, pulu ödəyəndən sonra avtomobilin kosmetik təmirini qısa müddət ərzində edib ona təhvil verəcəkdir. Əvvəl Ş.Rəcəbov ona təklif etmişdir ki, ona baş etibarnamə verilsin, o, isə pulu ödəsin, S.Qazə-zadə isə bildirmişdir ki, avtomobil onun adına keçməlidir, ondan sonra pulu ödəyəcəkdir. Belə də olmuşdur. Ş.Rəcəbov bildirmişdir ki, onun arvadı İ.Mikayılova onunla alqı-satqı edəcək və avtomobil onun mülkiyyətinə keçəcəkdir. Buna uyğunda etmişlər və xx.xx.2019-cu il tarixdə adına qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobilin kosmetik təmirini etmək üçün Mikayılovaya sürücülük etibarnaməsi verilmişdir. Qısa zamanda avtomobil uyğun vəziyyətə gətirilərək ona təhvil verilmişdir. Nə qədər gülməli və ağlabatan olmasa da, qeyd etmişdir ki, həmin avtomobil ona düşməmişdir. Avtomobili təxmini 7-8 ay sürdükdən sonra qərara gəlmişdir ki, avtomobili satsın. Həmin müddət ərzində nədənsə şəxsi problemləri çoxalmış və o, bunu təzə aldığı avtomobillə bağlamışdır. Avtomobilin satışı ilə bağlı dost tanışa xəbər vermişdir. Bunu eşidən İ.Mikayılova onunla əlaqə saxlamış və bildirmişdir ki, avtomobil onun üçün dəyərlidir, almaq istəyir, lakin əri ilə təzəlikcə boşandığına görə o qədər pulu yoxdur, lakin o, razılaşsa, hissə-hissə ödənişi edəcəkdir. İ.Mikayılovanı çoxdan tanıdığına görə, bir xanım kimi onu başa düşdüyünə görə, həm də avtomobildən qurtulmaq üçün Mikayılovanın təklifini müsbət qəbul etmiş və avtomobili ona satmışdır. O, İddiaçı tanımır, heç vaxt görməmiş, İddiaçı da onu heç vaxt narahat etməmiş, heç vaxt zəng vurmamışdır. Göstərlənləri nəzərə alaraq, etiraz ərizəsində İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh2 qızı tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş iddia tələbi tam əsassızdır. Belə ki, mübahisələndirilən alqı-satqı müqavilələri 2019-cu ilin yanvar və sentyabr aylarında bağlanılmış, iddia ərizəsi isə 2023-cü ilin noyabr ayının 28-də məhkəməyə verilmişdir. Beləliklə, iddia ərizəsi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, başqa sözlə, iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmçinin, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 keçmiş əri Şahin Rəcəbovla aralarında Bakı şəhəri Nizami Rayon Məhkəməsində 2020-ci ilin may ayından davam edən “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə Şahin Rəcəbovun hüquqlarının müdafiəsini həyata keçirir, eyni zamanda, iddiaçının rəhbəri olduğu ‘‘Business Partners” şirkətində partnyor kimi fəaliyyət göstərirlər. Yəni, İddiaçı aralarında olan nikahın pozulması barədə işdən məlumatlı olmuş və əgər etibarsızlıq üçün real əsaslar var idisə vaxtında iddia qaldıra bilərdi. O, eyni zamanda qeyd etmişdir ki, iddia ərizəsində də göstərildiyi kimi iddiaçı ilə sabiq əri yaxın dost olmuş və iddiaçının baş verən proseslərdən məlumatı olmuşdur. Bütün bunlarla yanaşı, bildirmişdir ki, əslində mübahisəli avtomobilin iddiaçının adına qeydə alınması formal xarakter daşımış və həmin avtomobil Şahin Rəcəbovla birgə nikahları dövründə birgə vəsait hesabına əldə edilmişdir. Qeyd olunanlar iddia ərizəsinə əlavə edilmiş BDYPİ-nin vəkil sorğusuna cavabından aşkar şəkildə görünür. Belə ki, avtomobil xx.xx.2017-ci il tarixdə Şahin Rəcəbov tərəfindən 63.000 (altmış üç min) ABŞ dolları məbləğinə (iddiaçının yalandan qeyd etdiyi 80.000 ABŞ Dolları deyil) alınmış, ilkin olaraq iddiaçının adına qeydə alınmış, eyni tarixdə Şahin Rəcəbova və xx.xx.2017-ci il tarixdə ona etibarnamə verilmişdir, iddia ərizəsindən və əlavə edilən sənədləri təhlilindən belə çıxır ki, iddiaçı avtomobili alan kimi dostu Şahinə və ona etibarnamə vermişdir ki, avtomobili o yox, onlar idarə etsinlər. Həmin avtomobil ümumiyyətlə iddiaçının istifadəsində olmamışdır. Çünki həmin avtomobili almaq üçün iddiaçının o qədər vəsaiti də olmamış və hazırda yoxdur. Mübahisəli avtomobil onun və Şahinin birgə gəliri hesabına əldə edilmiş, avtomobilin dəyərini də faktiki olaraq avtosalona Şahin ödəmişdir. BDYP-dən əldə olunmuş çıxarışa əsasən o, və Şahin Rəcəbovdan başqa etibarnamə verilmiş şəxslərin də iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, X21 və X8 Rəcəbovun sürücüləri olmuş, X19 isə onun və uşağın sürücüsü olmuşdur. Yəni mübahisəli avtomobil iddiaçının adına formal olaraq rəsmiləşdirildikdən sonra onun və keçmiş ərinin istifadəsində olmuş, etibarnamələr də onların tapşırıqlarına əsasən sürücülərə verilmişdir. Yəni mübahisəli avtomobil heç vaxt iddiaçının faktiki sahibliyində və istifadəsində olmamışdır. Mübahisəli avtomobil faktiki olaraq birgə nikah dövründə Ş.Rəcəbovun təşəbbüsü ilə alınmış və birgə nikah dövründə onun təkidi ilə başqa şəxsə satılmışdır. Bu barədə İddiaçı məlumatı olmuşdur. Avtomobil onların ailə tanışı olan Cavabdeh1 satılmışdır. Ş.Rəcəbovun müəyyən borcları olduğuna görə qeyd olunan avtomobil Cavabdeh1 təcili olaraq qısa zaman ərzində satılmışdır. Lakin avtomobilin xarici görünüşündə müəyyən qüsurlar olduğuna görə Ş.Rəcəbov bildirmişdir ki, onun bununla məşğul olmağa vaxtı yoxdur, bu səbəbdən Cavabdeh1 etibarnaməni ona versin və o, avtomobili təmirə aparıb, sonradan S.Qazi-zadəyə təhvil versin. Belə də olmuşdur, qısa zaman ərzində avtomobili təmir etdirib, S.Qazi-zadəyə təhvil vermişdir. Bir neçə aydan sonra o, xəbər tutmuşdur ki, Cavabdeh1 qeyd olunan avtomobili satışa çıxartmışdır. Avtomobil vaxtilə ona hədiyyə alındığına görə çox dəyərli idi, baxmayaraq ki, artıq o dövrdə əri ilə nikahları pozulmuşdur. S.Qazi-zadə ilə görüşüb vəziyyəti izah etmiş, həmçinin izah etmişdir ki, avtomobili nağd almağa imkanı yoxdur, Ş.Rəcəbov onu pulsuz qoymuşdur. Bu səbəbdən də, avtomobili ona nisyə satmağı xahiş etmiş, S.Qazi-zadə isə razılaşmış və beləliklə avtomobili S.Qazi-zadədən nisyə almış, hazırda da qeyd olunan avtomobil onun mülkiyyətindədir. Həmçinin, etiraz ərizəsində göstərilmişdir ki, Şahin Rəcəbovla aralarında Nizami Rayon Məhkəməsində 2020-ci ilin may ayından davam edən “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə Ş.Rəcəbovun qarşılıqlı iddia ərizəsində “Porsche Macan” markalı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak kimi vurğulanmış və hazırda mübahisə predmeti olan avtomobilin dəyərinin İddiaçı Sadiq oğlunun adına “Volvo XC 90’’ modelli ** UG *** dövlət nömrə nişanlı avtomobili keçirməklə ödənildiyi göstərilmişdir. Buradan isə tam aydm olur ki, əmlak faktiki olaraq Ş.Rəcəbovla birgə nikah dövründə alınmış və sonradan satılmışdır. İddiaçı tərəfindən isə qaldırılan iddia ona qarşı növbəti təxribat və fırıldaqçılıqdır. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunması məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan X10 nümayəndəsi Ə.Rzayev tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış 10 avqust 2020-ci il tarixli qarşılıqlı iddia ərizəsindən görünür ki, X4 İradə Fikrət qızına qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X11 adına olan ** SJ *** dövlət nömrə nişanlı, “Porsche Macan” markalı avtomobilin tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlak hesab edilməsi və həmin avtomobil üzərində iddiaçı Ş.Rəcəbovun ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizənin təsviri hissəsində qeyd edilmişdir ki, tərəflər birgə nikah dövründə ** SJ *** dövlət nömrə nişanlı, “Porsche Macan” markalı avtomobil əldə etmişlər. Həmin avtomobilin əvvəlki sahibi İddiaçı olmuşdur. İddiaçı Ş.Rəcəbov həmin avtomobili cavabdeh İ.Mikayılovanın adına verilən baş etibarnamə əsasında əldə etmişdir. İ.Mikayılova isə başqa bir etibarnamə ilə Ş.Rəcəbova həmin avtomobili idarə etmək hüququ vermişdir. İddiaçıla Ş.Rəcəbov yaxın münasibətlərdə olduqları üçün həmin vaxt avtomobilin dəyəri ödənilməmişdir. Ş.Rəcəbov həmin avtomobilin dəyərini sonradan ödəyəcəyinə söz vermiş, lakin tərəflər boşandıqdan sonra cavabdeh İ.Mikayılova adına verilmiş baş etibarnamədən istifadə edərək, həmin avtomobili öz mülkiyyətinə keçirtmişdir. Həmin avtomobilin əvvəlki sahibi olan İddiaçı isə heç bir vəsait ödənilməmişdir. Buna görə də iddiaçı Ş.Rəcəbov özünə məxsus olan ** UG *** dövlət nömrə nişanlı “Volvo XC90” markalı avtomobilini ** SJ *** dövlət nömrə nişanlı, “Porsche Macan” markalı avtomobilin dəyərinin əvəzi olaraq İddiaçı adına keçirtməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bununla yanaşı, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsin əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə buraxılış ili 2017-ci il olan “Porsche Macan” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil Porsche Bakı Mərkəzindən alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli məktuba əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı ilə təsdiq edilmişdir ki, “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi ilk əvvəl İddiaçı olmuş və ona 13 may 2017-ci il tarixdə şəhadətnamə verilmişdir. Həmin tarixdə, yəni 13 may 2017-ci il tarixdə X13, 14 may 2017ci il tarixdə X12 etibarnamə verilmişdir. xx.xx.2019-cu il tarixdə həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxmış və həmin tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş və ona şəhadətnamə verilmişdir. 17 sentyabr 2019-cu il tarixdə sözügedən nəqliyyat vasitəsi alqı-satqı əsasında qeydiyyatdan çıxmış və həmin tarixdən X11 adına qeydiyyatdan keçmiş və ona həmin tarixdə şəhadətnamə verilmişdir. İş materiallarında olan 28 yanvar 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə təsdiq edilir ki, həmin tarixdə satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 55.000 manata Cavabdeh1 satılmışdır. İş materiallarında olan 17 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə təsdiq edilir ki, həmin tarixdə satıcı Cavabdeh1 ilə alıcı X18 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2017-ci il, mühərrik nömrəsi 049202, Ban nömrəsi WPİZZZ95ZHLB06951 olan nəqliyyat vasitəsi 60.000 manata X2. Hazırda sözügedən avtomobil Babayeva-X1 və istifadəsindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilkin olaraq iddiasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 337, 340, 359, 362, 385, 386, 390, 406, 425, 777, 778, 779, 789-cu maddələri ilə əsaslandıraraq, **-SJ-*** dövlət qeydiyyat nişanlı “PORSCHE MACAN” markalı avtomobillə bağlı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (X18 ilə Cavabdeh1 arasında bağlanmış) və X11 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin (Cavabdeh1 ilə X18 arasında bağlanmış) etibarsız hesab edilməsi və **-SJ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2017, ban:WP1ZZZ95ZHLB06951, tip: Universal, mühərrik 049202) “PORSCHE MACAN” markalı avtomobilin dəyərinin – 136.000 (bir yüz otuz altı min) manat pul vəsaitinin tutulmasını tələb etsə də, sonradan tələbini dəyişdirmiş və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399 və 449-cu maddələrinə əsaslanaraq, “PORSCHE MACAN” markalı avtomobilin dəyərinin – 80000 manat pul vəsaitinin və ödənilmiş 426 manat dövlət rüsumunun, 20000 manat məbləğində dəymiş zərərin Cavabdeh2 tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iddiaçı müqavilə münasibətlərinə əsaslanaraq, pul vəsaitinin qanunsuz saxlanılmasına görə cavabdehdən maddi zərərin tutulmasını tələb etsə də, cavabdehlə arasında hər hansı müqavilə münasibətlərinin mövcud olmasını və bununla bağlı maddi zərərə məruz qalmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı tərəflərin izahatlarından və işdə olan sübutlardan müəyyən edilmişdir ki, İddiaçı ilə X17 dostdurlar, Cavabdeh2 ilə X17 ər-arvad münasibətlərində olmuşlar, onların nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2038/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı mübahisə yaranmış, iddiaçı tərəf Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, daha sonra X17 Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, hazırda həmin tələblərə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmaqdadır. Sözügedən tələblərə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılarkən X10 nümayəndəsi Ə.Rzayev tərəfindən 10 avqust 2020-ci il tarixli qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdeh X11 adına olan ** SJ *** dövlət nömrə nişanlı, “Porsche Macan” markalı avtomobilin tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlak hesab edilməsi və həmin avtomobil üzərində iddiaçı Ş.Rəcəbovun ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Həmin ərizənin təsviri hissəsində qeyd edilmişdir ki, tərəflər birgə nikah dövründə ** SJ *** dövlət nömrə nişanlı, “Porsche Macan” markalı avtomobil əldə etmişlər. Həmin avtomobilin əvvəlki sahibi İddiaçı olmuşdur. İddiaçı Ş.Rəcəbov həmin avtomobili cavabdeh İ.Mikayılovanın adına verilən baş etibarnamə əsasında əldə etmişdir. İ.Mikayılova isə başqa bir etibarnamə ilə Ş.Rəcəbova həmin avtomobili idarə etmək hüququ vermişdir. İddiaçıla Ş.Rəcəbov yaxın münasibətlərdə olduqları üçün həmin vaxt avtomobilin dəyəri ödənilməmişdir. Ş.Rəcəbov həmin avtomobilin dəyərini sonradan ödəyəcəyinə söz vermiş, lakin tərəflər boşandıqdan sonra cavabdeh İ.Mikayılova adına verilmiş baş etibarnamədən istifadə edərək, həmin avtomobili öz mülkiyyətinə keçirtmişdir. Həmin avtomobilin əvvəlki sahibi olan İddiaçı isə heç bir vəsait ödənilməmişdir. Buna görə də iddiaçı Ş.Rəcəbov özünə məxsus olan ** UG *** dövlət nömrə nişanlı “Volvo XC90” markalı avtomobilini ** SJ *** dövlət nömrə nişanlı, “Porsche Macan” markalı avtomobilin dəyərinin əvəzi olaraq İddiaçı adına keçirtməyə məcbur olmuşdur. Daha sonra hazırki iş üzrə iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən qarşılıqlı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə müraciət edilərək, “Porsche Macan” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində pay hüququnun tanınması hissəsində tələblərindən xaric edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfin dəlillərinə münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehin tərəfin dəlilləri əsaslıdır, ağlabatandır və iş materiallarında olan sübutlarla ös təsdiqini tapır. Belə ki, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, sözügedən mübahisəli avtomobilin alınma tarixi ilə hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 doğum tarixi eynilik təşkil edir, yəni 13 may; və avtomobilin rənginin qırmızı olması da, öz-özlüyündə həmin avtomobilin məhz ona hədiyyə edilməsi üçün həmin tarixdə alınmasını göstərir. Digər tərəfdən eyni gündə avtomobilə dair İddiaçı tərəfindən X13, bir ay sonra isə onun həyat yoldaşına etibarnamələrin verilməsi də, məhz sözügedən avtomobilin X17 tərəfindən faktiki alınmasına, formal olaraq İddiaçı Sadiq oğlunun adına rəsmiləşdirilməsinə dəlalət edir. Məhkəmə avtomobilin alındığı gün iddiaçı tərəfindən dostuna və onun arvadına etibarnamə verilməsinin məhz dostunun xahişi əsasında olmasını, iddiaçının formal mülkiyyət hüququnun rəsmiləşdirilməsini inandırıcı hesab edir. Digər tərəfdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından da görünür ki, sözügedən avtomobilin idarə edilməsi və sair üçün müxtəlif tarixlərdə müxtəlif şəxslərə etibarnamələr verilmiş, məhkəmə tərəfindən həmin şəxslərin X27 Mikayılovanın sürücüləri olması müəyyən edilmişdir. Bundan başqa, X35 Mikayılova ilə aralarında Nizami Rayon Məhkəməsində 2020-ci ilin may ayından davam edən “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə qarşılıqlı iddia ərizəsində “Porsche Macan” markalı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi vurğulanması və mübahisə predmeti olan avtomobilin dəyərinin İddiaçı Sadiq oğlunun adına “Volvo XC 90’’ modelli ** UG *** dövlət nömrə nişanlı avtomobili keçirməklə ödənildiyi göstərilmişdir. İddiaçı pul tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir və cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, iddiaçı tərəfindən hazırki tələblərlə məhkəməyə məhz onun dostu X6rşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair iddia ərizəsi verildikdən sonra müraciət etdiyini nəzərə alaraq, iddia müddətinin tətbiqi məsələsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbləri əsassız oduğundan, həmçinin iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi işdə olan sübutlarda təsdiq edildiyindən, mülki iş üzrə iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin sübutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı X10 da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar