Məhkəmə qərarları › İş №e-2(001)-1333/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1333/2023

29.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1333/2023 29.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X9 Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak və pul” tələbinə ilk, Cavabdeh2 İddiaçı qarşı “qızıl-zinət əşyası” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin sərəncamında qalmış 1) Komplekt (ağ qazil 750 prob 27 gram). Türkiyə istehsalı-2106 manat, 2) Hari üzüyü (ağ qizi 750 prob 6.5 qram), Türkiye istehsalı - 546 manat, 3) Notebook (Samsung firması) - 400 manat, 4) Penelope firmasının deve yunundan 2 yorğan-510 manat (hərəsi 255 manat), 5) Hobby firmasının sınıqlı yay yorğanı dəsti-90 manat, 6) Eccocoton firmasını güllü pokrival desti-177 manat, 7) Eccocoton firmasının 3 ədəd yataq desti (açıq yaseman, qızı və bənövşəyi rənglərində)-570 manat (her biri ədəd dəsmal dəsti (ağ və çəhrayı rəndlərində) - 180 manat (har biri 90 manat) cəmi 4579 manat əşyaları və əmlakların cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada habelə iddiaçının və 2 nəfər azyaşlı uşaqlarının adlarına Müdafiə Nazirliyindən Dövlət hesabına fevral-dekabr 2022-ci il dövründə birinci cavabdehin aldığı 2250 (iki min iki yüz əlli) manat kompensasiya məbləği Cavabdeh2 alınaraq iddiaçıya qaytarılması və ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh2 ilə 07 aprel 2017-ci de resmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları vardır. Cavabdeh2 ilə qurarkən atası Cavabdeh1 məxsus olan mənzildə (T.Şahbazi küçəsi 99, mənzil 4) yaşamışlar. Daha sonra Binəqədi rayonu, Y.Hüseynov küçəsi, Biləcəri 14 hərbi şəhərciyə kirayə mənzilə köçmüşlər. Kirayə mənzildəki şəraiti etibarlı hesab etmədiklərinə görə, bu mənzilə köçərkən iddiaçıya məxsus olan qızıl zinət əşyaları və bəzi cehiz əşyaları qayınatası Cavabdeh1 məxsus mənzildə (T.Şahbazi küçəsi 99, mənzil 4) saxlanılmışdır. İddiaçı cavabdeh ilə birlikdə kirayə qaydasında yaşamaq üçün köçüb başqa-başqa ünvanlarda yaşamağa başlayarkən iddiaçının cehiz əmlaklarının böyük əksəriyyəti gəlin köçdüyü T.Şahbazi küçəsi 99, mənzil 4-də saxlanılmışdır. Sonradan ən axırıncı dəfə kirayə qaldıqları ünvan ünvan 1ri 14 hərbi şəhərcikdə şəxsiyyət vəsiqələri üzrə qeydiyyata alınmışdır. 2019-cu ildan sonra qaynatası onun mənzilində darısqallıq olduğunu və iddiaçının cehiz şəklində aparıb evdə yerləşdirdiyi mebelləri iddiaçının iştirakı olmadan evdən çıxardaraq, yükdaşıma xidmətlərinə məxsus avtomaşınlarla atasına məxsus bağ evinə göndərmişdir. Həmin mebelləri atası qəbul edərək, bağ evinde yerləşdirmişdir. Mebellər cavabdeh tərəfindən evdən çıxarılandan sonra, iddiaçıya məxsus bəzi cehiz əmlaklar və qızıl-zinət əşyaları evdə saxlanımışdır. Hazırki vaxta qədər həmin əmlaklar və qızıl-zinət əşyaları cavabdehlərin özlərindədir. Eyni zamanda kirayə qaldığı dövrlərdə dövlət hesabına Müdafiə Nazirliyi tərəfindən AR NK-nin xx.xx.2000-ci il tarixli 171 nömrəli qərarına əsasən Cavabdeh2 müvəqqəti mənzil kirayəsi üçün hər ay 150 (bir yüz əlli) manat, hər bir ailə üzvünə görə əlavə 75 (yetmiş beş) manat kompensasiya ödənilir. Ümumilikdə bu məqsədlə Cavabdeh2 müvəqqəti mənzil kirayəsi üçün hər ay 375 (üç yüz yetmiş beş) manat pul kompensasiya alır. Cavabdeh son vaxtlarda kimlərəsə borclu olduğunu bildirmiş, bu səbəbdən son vaxtlarda iddiaçını körpə uşaqları ilə birlikdə tez-tez atasının evində qalmağa göndərirdi. Cavabdeh axırıncı dəfə fevral 2022-ci il tarixdə idddiaçını iki azyaşlı uşaqları ilə birlikdə valideynlərinə məxsus olan evdə valideynləriin himayəsinə verməklə, faktiki olaraq onlarla münasibətlərini kəsmişdir. Fevral 2022-ci il tarixində iddiaçını uşaqları ilə birlikdə valideynlərinin evinə apararkən bildirmişdi ki, borclu olduğu adamların borclarını qaytarana qədər onlar valideynlərinin evində qalmalıdırlar. Sonra isə münasibətləri kəsilmiş və boşanmaq məqsədilə may 2022-ci ildə Mediasiya təşkilatına müraciət ünvanlamış və həmin ayda iddia ilə Məhkəməyə müraciat etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(001)-4145/2022 saylı qətnaməsi ilə nikah ləğv edilmişdir. Cavabdeh2 fevral 2022-ci il tarixdən etibarən faktiki olaraq nikah münasibətlərinə bir tərəfli qaydada son qoymasına baxmayaraq, həm də onlar və cavabdeh faktiki olaraq kirayə mənzildən istifadə etmədikləri halda, cavabdeh dövlətdən hər ay iddiaçının adına, həm də uşaqların adlarına 75 manat hesabı ilə dövlətdən 225 (iki yüz iyirmi beş) manat pul vasaiti almışdır. Hansı ki, fevral 2022-ci il tarixdən ailə münasibətləri pozulmuş və kirayə mənzildə yaşamamışdır. Cavabdeh iddiaçının və uşaqların adlarına hər ayda 225 manat hesabı ilə son 10 (on) ay müddətində dövlətdən 2250 manat pul alaraq xərcləmişdir. Hansı ki, bu pulu dövlət ailə üzvləri kimi iddiaçıya və uşaqlara vermişdir. Bu pul vəsaitlari iddiaçıya və uşaqlara məxsus olan pul vasaitidir. Cavabdehin özünə har ay 150 manat ödənilmişdir. İddiaçı bildirir ki, qayınatasına məxsus ünvan 3 ünvanından köçən zaman nikah dövründə hədiyyə şəklində ona bağışlanmış qızıl-zinət əşyaları və bəzi cehiz əmlakları özüylə kirayə mənzilə aparmamışdır. Hazırkı vaxta qədər həmin əşyalar Cavabdeh1 məxsus olan ünvan 4 ünvanında saxlanılır. İddiaçı həmin evdən kirayə evə köçəndən sonra, həmin mənzilə daxil olmaq hüququ yox idi. Qeyd olunan mənzildə qalan əmlaklar aşağıdakılardır;

1. Komplekt (ağ qızıl 750 prob 27 qram)-2106 manat, Türkiyə istehsalı,

2. Həri üzüyü (ağ qız 750 prob 6.5 qram)-546 manat, Türkiyə istehsalı

3. Notebook (Samsung firmasi)-400 manat, istehsal ili 2014-cü il,

4. Penelope firmasının dəvə yunundan 2 yorğan-510 manat (hərəsi 255 manat),

5. Hobby firmasının sınıqlı yay yorğanı desti-90 manat ,

6. Eccocoton firmasini güllü pokrival desti-177 manat,

7. 7. Eccocoton firmasının 3 edad yataq desti (açıq yasaman, qazlı və bənövşəyi rənglərində)-570 manat (her biri 190 manat);

8. Eccocoton firmasının iki adad dasmal dosti (ağ və çəhrayı rondlarinda)-180 manat (her biri 90 manat) İddiaçıya bağışlanmış qızıl-zinət əşyalar və iddiaçıya verilmiş cehiz eşyaları cavabdehlərdə saxlanır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə yazmışdır. Ərizəyə əsasən, “əmlak-pul” tələbinə dair iddia ərizəsinin xahiş etdim hissəsindəki komplekt və həri üzüyü “Türkiyə istehsalı” yazısının “İtaliya istehsalı” ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh2 İddiaçı qarşı “qızıl-zinət əşyası” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə nişanda ona hədiyyə edilmiş 750 əyyarlı, mumi çəkisi 14 qr. olan brilliant qaşlı, ümumi dəyəri 1200 manat olan kişi nişan üzüyünün cavabdehə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini Cavabdeh2 belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2 07 aprel 2017-ci il tarixində İddiaçı ilə nikaha daxil olmuşdur. Birgə nikahdan X3 (xx.xx.2018ci il) təvəllüdlü və X7 (xx.xx.2019- cu il təvəllüdlü) anadan olmuşdur. Nikah Azərbaycanda rəsmi qeydə alınmışdır. Tərəflərin nikahı Binəqədi Rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında ləğv edilmiş və hər iki azyaşlı cavabdehin yanında saxlanılmışdır. Cavabdeh məhkəməyə yazaraq bildirmiş ki, cavabdeh İddiaçı evdən gedərkən özünə məxsus qizil- zinət əşyaları ilə birgə eyni zamanda ona məxsus qoşma hissədə məhkəməyə şəkil vasitəsilə təqdim etdiyi, 750 əyyarlı, ümumi çəkisi 14 qr olan, brilliant qaşlı, ümumi dəyəri 1200 manat olan kişi nişan üzüyünü aparmışdır. Hal- hazırda həmin üzük cavabdehin özündədir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nişanda ona hədiyyə edilmiş, 750 ǝyyarlı, ümumi çəkisi 14 qr olan, brilliant qaşlı, ümumi dəyəri 1200 manat olan kişi nişan üzüyünun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəf İddiaçı alınaraq, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Murad oğluna qaytarılması, qızıl- zinət əşyasının naturada qaytarılması mümkün olmadıqda onun dəyərinin, yəni 1200 ( min iki yüz) manatın ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəf İddiaçı alınaraq, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiçı Cavabdeh2 ödənilməsinə dair qətnamə elan edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi və ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları evdəki vəziyyətə görə cavabdehin anasında idi. Ona görə də qızıllar evdə qalıb, digər yuxarıda sadalanan əşyalar evdə qalmışdır və evdən çıxanda heçnə götürə bilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini rədd edərək söyləmişdir ki, deyilənlər həqiqət deyil, ona görə ki cavabdeh ilə birgə yaşayış dövründə münasibətləri əvvəllər yaxşı olmuş daha sonra soyuqluq yaranmış və sonda davasız şəkildə boşanmışlar. Evdən davasız, söz-söhbət olmadan gedərkən qızılları da özüylə aparmış və bundan əlavə olaraq onlar birgə yaşayış dövründə bir neçə evlərdə kirayə qalmış və o müddət aralığında qızıllar iddiaçı da olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, iddiaçı ilə cavabdeh ailə qurduqdan sonra cavabdehin atası Cavabdeh1 evində qısa müddət ərzində yaşamışlar, ondan sonra cavabdehin oğlu yəni Əhmədov X6 Nazirliyindən kirayə qalması üçün pul adığına görə onlar başqa-başqa evlərdə yaşayırdılar. Bununla əlaqədar olaraq onlar belə qərara gəldilər ki, iş ilə bağlı olaraq bir neçə evlərdə qalsınlar. İddiaçı da evdən çıxarkən könüllü və rahat, ona təzyiqlər göstərilmədən çıxmışdır. Çıxanda da əşyalarını və eyni zamanda qızıl-zinət əşyalarını da özüylə götürmüşdür. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, №15/2598 saylı arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 13 iiyul tarixli 171 nömrəli qərarına əsasən, kapitan Cavabdeh2 müvəqqəti mənzilin kirayəsi üçün hər ay 150 manat, hər bir ailə üzvünə görə əlavə 75 manat kompensasiya alır. Ümumilikdə kapitan X5 müvəqqəti mənzilin kirayəsi üçün hər ay 375 manat kompensasiyası ödənilimişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2023-cü il tarixli, №9/3472 saylı ekspert rəyinə əsasən iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5225,00 manat müəyyən edilmişdir. Eyni zamanda zərgərlik məlumatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, №6983 saylı arayışa əsasən, Əhmədov X6 Nazirliyi tərəfindən xidməti və ya daimi mənzillə təmin olunmamışdır. Mənzillə təmin olunmadığı təqdirdə Müdafiə Nazirinin 10 mart 2015-ci il tarixli 19 nömrəli əmrinə əsasən hərbi qulluqçunun kirayə qaldığı mənzilin kirayə haqqı xidmət etdiyi hər hissə tərəfindən ödənilməsi müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (Kirayə Müqaviləsi)-nə əsasən, Kirayəyə verən X4 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 99.1 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsi kirayəçi Cavabdeh2 verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, №2(001)- 4145/2022 saylı işi üzrə Cavabdeh2 ilə Rəcəbli (Əhmədova) Rövşanə Röya qızı arasında xx.xx.2017-ci il tarixdə Səadət Sarayı Bakı Nikah evində akt qeydləri kitabında 201 nömrə ilə qeyd edilmiş nikah pozulsun, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğuluş xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının(başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment Cavabdeh2n tutularaq İddiaçı qqızına ödənilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 100manat məbləğində aliment Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə qeyd edir ki, tərəflərə hədiyyə şəklində təqdim olunmuş qızıl-zinət əşyaları sübuta yetirilməlidir. Qanunvericiliyə görə hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir. Yəni cehiz və ya qızıl-zinyət əşyaları şəxsə hədiyyə şəklində verilən əmlak hesab edildiyi üçün verilən şəxsin mülkiyyətində olur. Lakin iş materiallarına əlavə olunmuş qızıl-zinyət əşyaların fotoşəkilləri mötəbər sübut sayılmır. Hər hansı (şahidləri dindirilməsi, səsyazma və s.) mötəbər sübutlarla təsdiq olunmadığını əsas gətirərək tərəflərə hədiyyə olunan qızıl-zinət əşyaların geri qaytarılması hissəsi təmin olunmamalıdır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə zinyət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin işi ilə əlaqədar olaraq birgə yaşayış dövründə bir neçə evlərdə kirayə qalmışlar. Belə bir nəticəyə gəlmək olar ki, iddiaçı özünəməxsus cehiz əşyalarını və qızıl-zinət əşyalarını digər evdən başqa evə köçərkən özüilə aparırmış. Eyni zamanda iddiaçı evdən rahat şəkildə, yəni davasız, söz-söhbət olmadığına görə hazırlıqlı qaydada çıxmışdır. Bununla bağlı sübutlar məhməkə prosesi zamanı məhkəməyə təqdim olunmamışdır. Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında Nazırlər Kabinetinin 13 iyul 2006-ci il tarixli 171 Nömrəli Qərarına əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün ayrı-ayrı yaşayış məntəqələri üzrə hər ay aşağıdakı qaydada kompensasiya ödənilir. İddia tələbinin “pul” tələbi hissəsi Nazirlər Kabinetinin 13 iyul 2006-ci il tarixli, 171 nömrəli Qərarına əsasən təmin olunmalıdır. Çünki fevral ayından tərəflər birgə yaşamadığından dolayı Müdafiə Nazirliyi tərəfindən həm iddiaçının, həm də uşaqlarının adına verilmiş pul vəsaiti (225 manat) Cavabdeh2 tərəfindən son 10 ay müddətində ümumilikdə 2250 manat pul məbləğini qəbul etmişdir. Göründüyü kimi Cavabdeh2 İddiaçı qarşı “qızıl-zinət əşyası” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Belə ki, Cavabdeh2 nişanda ona hədiyyə olunmuş kişi nişan üzüyünü İddiaçı alınaraq Cavabdeh2 qaytarılmasını istəmişdir. Lakin yuxarıda qeyd edilən kimi qızıl-zinət əşyaları yalnız fotoşəkillərlə deyil, hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmadığına görə qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır. Eyni zamanda digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatından belə nəticəyə gəlmək olar ki, iddiaçı qaynatasının evində ailə qurduqdan sonra qalsa da, bu müddət az çəkmişdir. Müvəqqəti olaraq qaynatası, yəni Cavabdeh1 evində yaşamışdır. İddiaçı, İddiaçı könüllü şəkildə, davasız olaraq qaynatasının evindən çıxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mrad oğluna qarşı “əmlak və pul” tələbinə dair iddiası qismən təmin edilməli, bu tələb üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, Cavabdeh2 İddiaçı qarşı “qızıl-zinət əşyası” tələbinə dair qarşılıqlı iddia təmin edilməməli, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu 38,69 manat Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 İddiaçı qarşı “qızıl-zinət əşyası” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçı və uşaqlarının adlarına hər ay 225 manat hesabı ilə son 10 ay müddətində 2250 manat pul olmaqla Cavabdeh2 tutularaq İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin 25 (iyimi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar