Məhkəmə qərarları › İş №e-2(001)-1339/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1339/2025

12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1339/2025 12.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndələri X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «cavabdehin üzərinə mülkiyyətdə olan əmlakdan sahiblik və istifadəyə maneə yaradan hərəkətlərdən və qanunsuz tələblərdən çəkilmək vəzifəsinin qoyulması» tələbi barədə ilk və Cavabdeh İddiaçı qarşı “kommunal xərc” tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «cavabdehin üzərinə mülkiyyətdə olan əmlakdan sahiblik və istifadəyə maneə yaradan hərəkətlərdən və qanunsuz tələblərdən çəkilmək vəzifəsinin qoyulması» tələbinə dair ilk iddia ərizəsi ilə, Cavabdeh İddiaçı qarşı “kommunal xərc” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 04 fevral 2025-ci il tarixdə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək tərəflə aralarında razılıq əldə olunduğundan iddia ərizəsinin baxılmamış saxlanılması və işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 04 fevral 2025-ci il tarixdə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sədri Nərgiz Məhərova elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək tərəflə aralarında razılıq əldə olunduğundan qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 bildirdi ki, aralarındakı mübahisə barışıqla həll edilib, ona görə də iddianın baxılmasına zərurət aradan qalxıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla bilər və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, həm ilk iddia üzrə İddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçı Binəqədi-31» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri Nərgiz Məhərova iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən həm ilk, həm də qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.1. və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə olan halda məhkəmə hesab edir ki, həm ilk iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçı ilk və qarşılıqlı iddia ərizələrinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, ilk və qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilk və qarşılıqlı iddiaçıya qaytarılmalı, habelə ilk iddia üzrə İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 158 (bir yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılsın. Azərbaycan Respublikası MPM-nin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1-ci maddəsində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı «cavabdehin üzərinə mülkiyyətdə olan əmlakdan sahiblik və istifadəyə maneə yaradan hərəkətlərdən və qanunsuz tələblərdən çəkilmək vəzifəsinin qoyulması» tələbinə dair ilk iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kommunal xərc” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İlk iddia üzrə İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 158 (bir yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar