Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1443/2023 19.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak və pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının nümayəndəsi, vəkil Nümayəndə ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin sərəncamında qalmış 1) Komplekt (ağ qızıl 750 prob 27 qram), Türkiyə istehsalı-2106 manat, 2) Həri üzüyü (ağ qızıl 750 prob 6.5 qram), Türkiyə istehsalı 546 manat, 3) Notebook (Samsung firması) - 400 manat, 4) Penelope firmasinin dəvə yunundan 2 yorğan-510 manat (hərəsi 255 manat), 5) Hobby firmasının sırıqlı yay yorğanı desti-90 manat, 6) Eccocoton firmasını güllü pokrival dəsti-177 manat, 7) Eccocoton firmasının 3 ədəd yataq dəsti (açıq yasəmən, qızılı və bənövşəyi rənglərində)-570 manat (hər biri 190 manat); 8) Eccocoton firmasının iki ədəd dəsmal dəsti (ağ və çəhrayı rendlərində) - 180 manat (hər biri 90 manat) cəmi 4579 manat dəyərində qızıl-zinət əşyaları və əmlakların cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Reşid oğlundan müştərək qaydada, habelə onun və 2 nəfər azyaşlı uşaqların adlarına Müdafiə Nazirliyindən Dövlət hesabına fevral-dekabr 2022-ci il dövründə birinci cavabdehin aldığı 2250 (iki min iki yüz əlli) manat kompensasiya məbləğinin Cavabdeh2, alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata götürülənə qədər iddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, geri qaytarılma barədə ərizə iddia ərizəsinin icraata götürülməsinə qədər verildiyindən əsaslı hesab edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-1443/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1443/2023
19.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver