Məhkəmə qərarları › İş №e-2(001)-1529/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1529/2023

19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1529/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 387 manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Hyundai Sonata” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Hyundai Sonata” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 387 manat zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “Hyundai Sonata” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 387 manat (üç yüz səksən yeddi manat) sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması ******* saylı X3 Protokolda öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh, hadisə yerindən yayındığına görə cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. İddiaçı Sığorta Şirkəti zərərçəkənə zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2 maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. PAT********** nömrəli icbari sığorta haqqında şəhadətnamə məlumatlarından görünür ki, “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığortalanmışdır. AC seriyalı 947072 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 06 mart 2022-ci il tarixdə saat 18:20 radələrində Bakı şəhərində "xxxx" MMC-yə məxsus və Cavabdeh idarə etdiyi “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai Sonata” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X1 mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. 08 aprel 2022-ci il tarixli, TP4951380 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqametli hərəkət zolağına çıxmadan manevr edərək, yol nəqliyyat hadisəsi törətdiyinə və hadisə yerindən yayındığına görə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri) barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 06 iyun 2022-ci il tarixli Hesabatdan görünür ki, “Hyundai Sonata” markalı, **-LZ-*** dövlət qeydiyyat nəqliyyat vasitəsinə 387 manat zərər dəydiyi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin 04 may 2022-ci il tarixli, 104490 nömrəli sığorta aktından görünür ki, PAT********** №-li Sığorta şəhadətnaməsi ilə icbari sığortalanmış “Khazar LX” markalı, 77–PE–186 dövlət qeydiyyat nişanlı avtomobillə 06 mart 2022-ci ildə yol-nəqliyyat hadisəsinin törədildiyi, “Hyundai Sonata” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 387 manat məbləğində zərərin vurulduğu və həmin məbləğin X2 ödənilməli olması göstərilmişdir. 05 may 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 387 manat məbləğində sığorta ödənişi edilmişdir. 09 iyun 2022-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. 24 yanvar 2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödəmişdir. Beləliklə də, İddiaçı Sığorta Şirkəti ASC icbari sığorta ilə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “Khazar LX” markalı, 77–PE–186 dövlət qeydiyyat nişanlı avtomobil ilə 06 mart 2022-ci ildə törədilən yol-nəqliyyat hadisəsi zamanı vurduğu zərərlə əlaqədar iddiaçı tərəfindən 387 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Lakin, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh hadisə yerindən yayınmış olduğundan sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta ilə sığortalanmış və Cavabdeh tərəfindən idarə olunan ““Khazar LX” markalı, 77–PE–186 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Sonata” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə ödənilmiş cəmi 387 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutularaq, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 387 (üç yüz səksən yeddi) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı olmaqla - cəmi 417,40 (dörd yüz on yeddi manat 40 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar