Məhkəmə qərarları › İş №e-2(001)-170/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-170/2023

24.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-170/2023 24.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarının bərpası, çıxarışın verilməsi və.s” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhəri 11 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarının bərpası, çıxarışın verilməsi və.s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh4 Şahmar qızı arasında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi A-tikilisinin 945,5 kv.m, B-tiklisinin 44,0 kv.m. olan qeyri yaşayış binasına dair Bakı şəhəri 11 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin ona aid hisssində etibarsız hesab edilməsi, həmin əmlak üzərində tam mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin cavadeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması və dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 min manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavadehlərdən Cavabdeh2 və Cavabdeh3 anası X37 ilə şərikli münasibətlərdə biznes fəaliyyətləri olmuş, və bu münasibətlərdən birgə əmlakları mövcud olmuşdur. 2006-cı ildən başlayaraq aralarında mübahisələr yarandığından məhkəmələrə müraciətlər olunmuşdur. Bu müraciətlərdən biri də, Afət Əliyevanın iddiası üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 saylı, 06 may 2010-cu il tarixli qətnaməsi ilə, onun ilkin iddiası təmin edilmiş, cavabdeh-İddiaçı və X24 arasında 22 saylı dövlət notariat kontorunda bağlanmış, reyestr nömrəsi 4-Ə-1/169 olan xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş; həmin müqavilə əsasında verilmiş 357 "a" saylı, 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsi qismən-tikilinin A hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissədə ləğv edilərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi-A tikilinin-945,5 kv.m., B-tikilinin-44,0 kv.m. olan qeyri-yaşayış binasının tam mülkiyyət hüququ əsasında X30 adına qeydə alınması Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilsə də, qeyd olunan qətnamə qanunsuz olaraq icraya yönəldilmiş və qətnamə icra edilərək mübahisə edilən əmlak üzrə, həmin əmlakın 100 faizlik tam mülkiyyətçisi kimi, X30 adına reyestrdən çıxarış da verilmişdir. Məhkəmənin həmin qətnaməsindən onun tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3512/2010 saylı, 08.09. 2010-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə verilmiş kassasiya şikayətinə əsasən isə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və Mülki Kollegiyanın 21 fevral 2011-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə kassasiya qaydasında baxılarkən iş üzrə iddiaçı X37 vəfat etmiş və kassasiya instansiya məhkəməsi onun oğlu Cavabdeh2 iş üzrə hüquqi varis kimi işə cəlb etmişdir. Apellyasiya məhkəməsində işə baxılarkən iddiaçının hüquqi varisi Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir. Habelə İddiaçı da ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddiadan imtina etdiyini bildirmişdir və iş üzrə icraata xitam verilməklə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsini hər iki tərəf xahiş etmişdir. Tərəflər məhkəmədə iddia tələblərindən imtina etməsinin səbəblərini izah edərək bildirmişlər ki, aralarında barışıq əldə olunmuşdur. Hər iki tərəf bir-birinə qarşı tələbdən imtina edirlər. Mübahisəli əmlakın 50%-nin Afət Əliyavanın, digər 50%-nin İddiaçı adına sənədləşməsi barədə razılığa gəlimişlər. Göstərilənlərlə əlaqədar olaraq bu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 03 may 2011-ci il tarixli qərardadı ilə, Afət İsi qızı X5 Rüstəmova, X20, Bakı şəhəri 22 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddia ərizəsi, həmçinin Əliabbas Fəxrəddin oğlu X4 qarşı real və mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddiası üzrə mülki işdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2010-cu il tarixli qətnamə tərəflərin iddiadan imtina etməsinə görə ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. X37 ilə arasında yaranmış mübahisələr üzrə davam edən növbəti məhkəmə prosesindən sonra, X37 ona zəng edərək, ona qarşı etdiklərinin düzgün olmadığından bağışlanmasını istəmiş və əlindən alınmış əmlaklarını geri qaytaracağını bildirmişdir. Bu zəngdən bir neçə gün sonra X37 vəfat etmiş və şəxsən onun vəsiyyəti əsasında, vəfatından sonra, vərəsələri Cavabdeh2 və Cavabdeh3 ilə aralarında müvafiq müqavilələr də bağlanmışdır. Qeyd olunan iş üzrə icraata xitam verildikdən sonra, həmin əmlakın 50 faizinin onun adına keçirilməklə mülkiyyət hüququnun yenidən qeydiyyata alınmasına edilən çoxsaylı cəhdləri heç bir nəticə verməmiş, hətta məhkəmə qaydasında da bu məsələ öz həllini tapmamışdır. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu mübahisə, əmlak hüquqlarının dövlət qeydiyyatını aparan Reyestr Xidmətinin səlahiyyətinə aid olduğundan, aidiyyat üzrə onun Bakı Ərazi İdarəsinə müraciət olunmalıdır. Lakin, bunun da heç bir nəticəsi olmamıışdır. O, 28 iyun 2014-cü il tarixdə həbs olunmuş, xx.xx.2019-cu il tarixdə həbsdən çıxmışdır. Uzun müddət müalicə və ağır əməliyyatdan sonra Cavabdeh2 və Cavabdeh3 ilə aralarındakı razlılaşmanın onlar tərəfindən pozulduğunu bilmış, dərhal da iddia tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmış və həmin məhkəmədə ona məlum olmuşdur ki, 50 faizlik tam mülkiyyət hüququ ona məxsus və Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi- A tikilisinin- 945,5 kv.m, B-tiklisinin 44,0 kv.m olan qeyri yaşayış binası, Cavabdeh2 tərəfindən, ünvan 1 ünvanda yaşayan Cavabdeh4 177968 manata satılmış və onlar arasında bu əmlakın alqı- satqısına dair müqavilə, xx.xx.2012-ci il tarixdə, 11 saylı dövlət notariat kontorunda bağlanmışdır. Bundan başqa bu şəxslər arasında, xx.xx.2012-ci il tarixdə həmin dövlət notariat kontorunda daha bir alqı-satqı müqaviləsi də bağlanmışdır. İndi isə, Cavabdeh4 mülkiyyətində olan və ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 142,59 kv.m. yaşayış sahsi 40000 manata Cavabdeh2 satılmışdır. Bu cür müəmmalı alqı-satqı müqavilələri bağlamaqla cavabdehlər aralarındakı alqı-satqı üzrə ödənilən məbləğlərin miqdarını qəsdən gizlətmişlər. Belə ki, o, həbs olunmamışdan əvvəl, mübahisəli qeyri yaşayış binasının bazar qiyməti 600-800 ABŞ dolları məbləğində müəyyən edilmiş və bu əmlakın, həmçinin, şərikli olduğumuz digər əmlakların satışından əldə ediləcək gəlirdən onun payına düşən məbləğin miqdarı 500 min ABŞ dolları miqdarında müəyyən edilmişdir. Beləliklə, Cavabdeh2 tərəfindən 50 faizlik tam mülkiyyət hüququ ona məxsus və Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi A-tikilisinin 945,5 kv.m, Btiklisinin 44,0 kv.m. olan qeyri yaşayış binası, Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda xx.xx.2012-ci il tarixdə, alqı-satqı yolu ilə qanunsuz olaraq ünvan 3 ünvanda yaşayan Cavabdeh4 Şahmar qızının adına özgəninkiləşdirilmişdir. Ona görə də həmin alqı-satqı müqaviləsi etibarsız hesab olunmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı- Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi A- tikilisinin 945,5 kv.m, B-tiklisinin 44,0 kv.m. olan qeyri yaşayış binası üzrə tam mülkiyyət hüququnun 50 faizi onun adına yenidən qeydiyyata alınmaqla, bu barədə ona reyestrdən çıxarışın verilməsi təmin edilməlidir. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixi qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixində əmlak kompleksinin tam mülkiyyət hüquqi üzrə X18 adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya (İddiaçı) aid hissəsində etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh4 Şahmar qızı arasında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi A-tikilisinin 945,5 kv.m, B-tiklisinin 44,0 kv.m. olan qeyri yaşayış binasına dair Bakı şəhəri 11 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin iddiaçıya (İddiaçı) aid hisssində etibarsız hesab edilməsi, həmin əmlak üzərində tam mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin cavadeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması və dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 min manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsivəkili Vəkil iddia tələbini qəbul etməyərək, məhkəməyə yazılı çıxış təqdim edərək bildirdi ki, X10 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, alqı- satqının predmetinə 50% mülkiyyət hüququnun tanınması, maddi və mənəvi ziyan tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Lakin xx.xx.2022-ci ildə iddia ərizəsinə əlavələr verərək hüquq müəyyənedici sənədlərin ona aid hissədə etibarsız hesab edilməsini də xahiş etmişdir. Hüquq müəyyənedici sənəd kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi, xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və əmlakın Cavabdeh2 adına qeydiyyatdan keçməsi göstərilib. Məhkəmə araşdırmaları ilə təsdiq olunur ki, iddia tələbi qeyrimüəyyən olmaqla əsassızdır. İlk növbədə iddiaçının subyetkiv hüquqlarının pozulubpozulmamasına qiymət vermək gərəkdir, iddiaçı alqı-satqı müqaviləsinin ona aid hissədə etibarsızlığın tələb edir və iddia edir ki, obyektin yarısı ona məxsusdur və bu səbəbdən də Cavabdeh2 obyekti satmağa hüququ olmadığını iddia edir. Lakin obyektin yarısının özünə məxsus olmasına dair rəsmi sənəd təqdim edə bilmir. Edə də bilməz ona görə ki, elə bir sənəd mövcud deyildir. Obyektin 1/2 hissəsinin Afət Abdullayevanın, 2/1 hissəsinin isə özümə məxsus olmasına dair şəhadətnamənin surəti rəsmi sənəd deyil, ona görə ki, orjinal sənəd deyil və lazımı qaydada təsdiq olunmayıb. Məhkəməyə təqdim olunmuş şəhadətnaməmin surətində göstərilən obyekt Cavabdeh2 xüsusi mülkiyyətində olub və Cavabdeh2 də həmin obyekti xx.xx.2012-ci ildə Cavabdeh4 satıb. Cavabdeh2 mülkiyyət hüququ ilə özünə məxsus daşınmaz əmlakı satmaqda haqlı olmuşdur. Sadalananlar onu deməyə əsas verir deyək ki, iddiaçının hər hansı bir hüququ pozulmayıb və o məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Subyektiv hüququ pozulmadığı üçün iddia rədd olunmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ləğv edilmişdir. Ləğv edilməyə səbəb isə X6 iddiadan imtina etməsi olmuşdur. Ləğv edilib-edilməməsindən asılı olmayaraq qətnamənin etibarsız hesab edilməsinin tələb edilməsi məhkəmədə mübahisə mövzusu ola bilməz. Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2011-ci il tarixdə 2V/1-45 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinin səbəbləri iddia ərizəsində göstərilməyib. Şəhadətnamənin verilməsindən 11 il ötüb. Ötən 11 il ərzində şəhadətnamə mübahisələndirilməyib. Əmlakın Cavabdeh2 adına keçirilməsi ilə əlaqədar bütün hüquq verici sənədlərin iddiaçıya aid hissədə etibarsız hesab edilməsi qeyri-müəyyən ifadədir, iddia konkret olmalıdır. Qeyri- müəyyən ərizələrin məhkəmədə müzakirəsi qanunsuzdur. İddia ərizəsinə əlavələr müxtəlif predmetlərə aiddir. Ümumi iddia müddəti 10 ildir. Daşınmaz- əmlakla əlaqədar iddia müddəti 6 ildir. Göründüyü kimi iddia müddəti buraxılıb. Digər tərəfdən nəzərə almaq lazımdır ki, iddia ərizəsinə əlavədə tələb DƏDRX-nə qarşı yönəlib və inzibati orqandan konkret qərar verilməsi tələb olunur ki, aiddiyyət inzibati məhkəməyədir. Yalnız inzibati orqanın imtinasını aldıqdan sonra məhkəmədə iddia qaldırılması nəzərdə tutulur. Başqa sözlə bəhs olunan mübahisəyə ümumi məhkəmədə baxılması yolverilməzdir. Xüsusi ilə nəzərə almaq lazımdır ki, icrada dönüş edilməsi barədə iddiaçının ərizəsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən də təmin olunmayıb(qərardad işin materiallarında mövcuddur). İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ləğv olunmuş qiyabi qətnaməsini məhkəməyə təqdim edərək alqı-satqı müqaviləsinin ləğv edildiyi görüntüsü yaratmağa çalışmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadının surətindən görünür ki, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(001)-699/2016 saylı qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. Tərəflər arasında xx.xx.2011-ci ildə “barışıq müqaviləsi” bağlanıb. xx.xx.2011-ci ildə işin icraatına xitam verilib. İşin icraatına xitam verilməsinin barışıq razılaşması ilə əlaqəsi yoxdur. Xitam verilmə iddiadan imtina ilə əlaqədardır. xx.xx.2012-ci il tarixdə İddiaçı obyektinin ikidə bir hissəsinə mülkiyyət hüququnun tanınması barədə iddiası rədd edilib. 2014-cü ilin dekabr ayında iddiaçı həbs edilib. Bakı şəhəri Xəzər Rayon Məhkəməsisində iddiaya baxılarkən həbs olunana qədər alqı-satqı müqaviləsini mübahisələndirməməsini işlərinin çoxluğu ilə izah edib. Ötən 11 il ərzində də iddia qaldırılmayıb. Müqavilələr üzrə iddia müddəti 3 ildir. İddia müddətinin keçməsi iddianın rədd olunması üçün əsasdır. Müqavilənin etibarsız hesab edilməsi işləri üzrə iddia müddəti 1 (bir) ildir. Alqı-satqı müqaviləsi bağlanıb xx.xx.2012-ci ildə. Müqavilənin etibarsızlığı barədə iddia verilib xx.xx.2022-ci ildə. Yəni 11 il 5 aydan sonra. Həbs olunana qədər alqı-satqı müqaviləsini mübahisələndirmək üçün isə 2 il vaxtı olmuşdur. Həbs olunduqdan sonra da iddia qaldırmaq imkanı olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia verilib xx.xx.2021-ci ildə. İddia ərizəsində göstərilir ki, Cavabdeh2 obyekti onun razılığı olmadan satmışdır. Yəni bir ildən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Hansı ki, obyektin satılması ona ilk gündən bəlli olub. Hazırkı iddia ərizəsində iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində qaldırdığı iddiadan bəhs etməyib. Hansı ki, maddi və mənəvi ziyan tələbinə dair işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində xx.xx.2022-ci ildə baxılaraq iddia rədd olunub və qətnamədən bu günə kimi qanunda nəzərdə tutulan qaydada apellyasiya şikayəti verilməyib. Başqa məhkəmənin icraatında iş olduğu halda yenidən iddia verilməsi iddiaçının xarakteri ilə izah etmək olar. İddiaçı maddi və mənəvi ziyan tələbindən imtina edib və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı ilə xx.xx.2011-ci ildə işin icraatına xitam verilib. İddiaçı iddia ərizəsinin ikinci səhifəsinin 3-cü abzasında bu halı təsdiq etmişdir. Başqa sözlə iddiaçı maddi və mənəvi ziyan tələbi ilə əlaqədar iddia qaldırmaqda haqlı olmamışdır. İddia tələbinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsidə baxılarkən iddiaçı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etməsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 inanmamışdır. Yəni obyektin satılmasının qarşısını almağa səy göstərmişdir. Məhz bu səbəbdən də məhkəmədə iddia qaldıraraq Cavabdeh2 adma olan əmlakın yarısına mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. İddia tələbi təmin olunmadığı halda məhkəmə qərarından şikayət verməmişdir. Başqa sözlə tələbinin qanunsuzluğu ilə barışmışdır. 2 saylı Bakı-İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2012-ci tarixli qərarını onunla əsaslandırıb ki, Cavabdeh2 adına olan çıxarış ləğv olunmadığı halda iddianın təmin olunması mümkünsüzdür, (bax 2 saylı Bakı- İnzibati-İqtisadi Məhkəməsin xx.xx.2012-ci tarixli qərarının 7-ci səhifəsi, 4-cü abzas) Bəhs olunan qərar hazırkı iş üzrə də keçərlidir. Başqa sözlə predyusial əhəmiyyət daşıyır. Xronoloji ardıcıllığa nəzər salsaq xx.xx.2011-ci ildə tərəflər arasında “barışıq müqaviləsi” bağlanıb. xx.xx.2011-ci ildə işin icraatına xitam verilib. İşin icraatına xitam verilməsinin barışıq razılaşması ilə əlaqəsi yoxdur. Xitam verilmə iddiadan imtina ilə əlaqədardır. xx.xx.2012-ci il tarixdə İddiaçı iddiası rədd edilib. 2014-cü ilin dekabr ayında iddiaçı həbs edilib. İddiaçı xx.xx.2014-cü ilə kimi iddia qaldırmamasını işlərinin çoxluğu ilə izah edir. Ötən 11 il ərzində də iddia qaldırılmayıb. İddia müddətinin keçməsi iddianın rədd olunması üçün əsasdır. Müqavilənin etibarsız hesab edilməsi işləri üzrə iddia müddəti bir ildir. Müqavilə bağlanıb xx.xx.2012-ci ildə. Müqavilənin etibarsızlığı barədə iddia verilib xx.xx.2022-ci ildə. Yəni 11 il 5 aydan sonra. Məhkəmədə şahid qismində dindirilən Azadxan Fətullayev ifadəsində xx.xx.2012-ci ildə obyektin alqı-satqısı zamanı İddiaçı notariusda Cavabdeh2lə yanaşı hərəkət etdiyini göstərdi. Yəni iddia müddətinin keçməsi işin mübahisəsiz halıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia verilib xx.xx.2021-ci ildə. İddia ərizəsində göstərilir ki, Cavabdeh2 obyekti onun razılığı olmadan satmışdır. Yəni bir ildən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Hansı ki, obyektin satılması ona ilk gündən bəlli olub. X29 alqı-satqı zamanı İddiaçı notariusda Ceyhunla birlikdə iştirak etdiyini təsdiq etmişdir. İddia ərizəsi qeyri müəyyəndir, cavabdeh Sahin Abdullayevin verilən tələblə əlaqəsi əsaslandırılmayıb. Hansı prizmadan yanaşsaq iddia ərizəsi əsassızdır. İddia müddətinin tətbiqi ilə əlaqədar ərizə məhkəməyə təqdim olunub, həmin ərizədə də qeyd edilmişdir ki, ümumi iddia müddəti 10 ildir. Daşınmaz əmlakla əlaqədar iddia müddəti 6 il, müqavilələrin etibarsızlığı ilə iddia müddətləri ilə 1 ildir və iddia müddətləri buraxılmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində keçirilən məhkəmə iclaslarında Cavabdeh4 məhkəməyə etiraz ünvanlayaraq, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin hər hansı hüquqi əsasının olmaması, yəni tələbinin qanunsuz və əsassız olmasını bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, ilkin iddia təmin edilərək, cavabdeh İddiaçı və X24 arasında 22 saylı Dövlət Notariat Kontorunda bağlanmış reyestr nömrəsi 4-Ə-1/169 olan xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız edilməsi, həmin müqavilə əsasında verilmiş 357 “a” saylı 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsi qismən – tikilinin ½ hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissəsində ləğv edilərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi – A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binasının tam mülkiyyət hüququ əsasında X30 adına qeydə alınması Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, X27 dəymiş 450000 manat məbləğində real zərərin və 50000 manat məbləğində mənəvi zərərin İddiaçı xeyrinə tutulmasına dair İddiaçı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. AN-İ nömrəli ******* saylı, xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ- Suraxanı şossesi, 4-cü km 1 Cavabdeh2 tərəfindən X1 (Cavabdeh4 Şahbaz qızının nümayəndəsi) 177968 manat məbləğinə satılmış və həmin əmlak Cavabdeh4 Şahbaz qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 6 saylı reyestr kitabının 609 nömrəli vərəqində, ********* nömrə ilə qeydiyyat aparılmışdır. Həmçinin qeyd etmişdir ki, o, ilkin müqavilənin tərəfi olmamış, ilkin müqavilə onun tərəfindən deyil o əmlakı almamışdan çox əvvəl P.A.Məmməmkərimov ilə Cavabdeh2 arasında bağlanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində İddiaçı 2014-cü il tarixdən etibarən həbs edilmiş 2019-cu il tarixdən azadlığa buraxılmış, lakin iddia ərizəsi məhkəməyə yeni təqdim edilmişdir. Bu müqavilənin etibarsız və müəmmalı olduğunu düşünmüşdürsə bu barədə daha əvvəldən məhkəməyə müraciət etməli idi. Qanunvericiliyin tələblərinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu da iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dəlalət edir. Həmçinin ərizədə qeyd edilmişdir ki, onun tərəfindən həmin müqavilənin bağlanması qanunamüvafiq olmuş və dəyəri tam olaraq ödənilmişdir. Belə ki, mübahisəli əmlakı alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüquqi ilə əldə edən Cavabdeh4 onu vicdanlı olaraq əldə etmiş və həmin əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. İddiaçı, Cavabdeh4 və 3-cü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 11 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının elan edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrininin MA seriyalı, ******* saylı Çıxarışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı- Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 972.5 kv m., torpaq ölçüsü 0.06314 ha olan əmlak kompleksi Cavabdeh2 xüsusi mülkiyyətindədir və xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. - AR Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 357A nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən, ümumi sahəsi “A” 945.5 kv.m, “B” 44 kv.m olan qeyri-yaşayış binası ½ hissədə X22, ½ hissədə İddiaçıoviçə məxsus olmaqla, bu hüquq onlara xx.xx.2004-cü il tarixdə verilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, ilkin iddia təmin edilərək, cavabdeh İddiaçı və X24 arasında 22 saylı Dövlət Notariat Kontorunda bağlanmış reyestr nömrəsi 4-Ə-1/169 olan xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız edilməsi, həmin müqavilə əsasında verilmiş 357 “a” saylı 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsi qismən – tikilinin ½ hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissəsində ləğv edilərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi – A tikilisinin 945,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binasının tam mülkiyyət hüququ əsasında X30 adına qeydə alınması Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, X27 dəymiş 450000 manat məbləğində real zərərin və 50000 manat məbləğində mənəvi zərərin İddiaçı xeyrinə tutulmasına dair İddiaçı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-268/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsi MK-nın 08 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh İddiaçı (vəkili X25) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi MK-nın 08 sentyabr 2010-cu il tarixli qətnaməsi qismən – Afət Əliyevanın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddiasının təmin edilməsinə dair iddiasının təmin edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində - ləğv edilərək, həmin hissədə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı- Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən əmlak kompleksi kimi müəssisə Cavabdeh2 mülkiyyətindədir və bu hüquq ona xx.xx.2011-ci il tarixdə verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2144/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadına əsasən, Afət İsi qızı X5 Rüstəmova, X20, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak X16 Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddia ərizəsi, həmçinin Əliabbas Fəxrəddin oğlu X4 qarşı real və mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işdə Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 06 may 2010-cu il tarixli qətnaməsi tərəflərin iddiadan imtina etməsinə görə ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1217/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, X7nun Cavabdeh4 Şahbaz qızına və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi, qeyri-yaşayış sahəsinin əldə edilməsində üstünlük hüququnun tanınması və pulun ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4845/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən, X7nun kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-2413/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 6333/2019 saylı qətnaməsinə əsasən, iddiaçı X7nun nümayəndəsi-vəkili Firudin Hüseynbəylinin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3842/2018 saylı işi üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2014-cü il tarixli ********* nömrəli cinayət işinin ayrılması haqqında qərara əsasən, İddiaçı AR CM-nin 312.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair epizodundan X7nun külli miqdarda əmlakının aldatma və etibarından sui-istifadə edilməsi yolu ilə ələ keçirilməsi faktı ilə bağlı AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin ayrılması və icraata qəbul edilərək istitaq aparılması qərara alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7678/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh4 Şahbaz qızının cavabdehlər X2 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsidə dair” ilkin iddia ərizəsinin təmin edilməməsi, X7nun Cavabdeh4 Şahbaz qızına, Cavabdeh2 və qeyrilərinə qarşı “daşınmaz əmlakla əlaqədar bağlanmış əqdlərin və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, bu əmlaka mülkiyyət hüququnun tanınması haqqında” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-73/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən 500000 ABŞ dollarının günə olan manata məzənnəsi ilə 850000 manat maddi zərərin və 150000 manat məbləğində əldən çıxmış faydanın (mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) iddiaçının xeyrinə tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-298/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarına əsasən, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən daşınmaz dövlət reyestrində 6 nömrəli reyestr kitabının 609 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəli **********105-12301, xüsusi mülkiyyət hüquqları X3 adına ümumi sahəsi 972.5 kv.m olan (inzibati bina 928.5 kv.m, yardımçı bina 44 kv.m) və MA seriyalı, ******* saylı, 30 aprel 2011-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın dəyişdirilməsi və bu hüquqların 50 faizinin İddiaçı adına, 50 faizinin Cavabdeh2 adına dövlət qeydiyyatına alınmaqla, hər birinə ayrı-ayrılıqda reyestrdən çıxaırşın verilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması barədə iddianın təmin edilməməsi qərara alınmışdır. - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvan 5 ünvanda yerləşən əmlak kompelski xx.xx.2003-cü il tarixindən X15 adına, xx.xx.2004-cü il tarixli 4Ə-1/169 və 4Ə-1/170 nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak kompleksinin ½ hissəsi İddiaçıoviçin, ½ hissəsi isə X18 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-67/2020 saylı qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixində əmlak kompleksi (tam) X22 adına, xx.xx.2011-ci il tarixli, 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixində Cavabdeh2 adına, xx.xx.2012-ci il tarixli 4Ə/726 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixində Cavabdeh4 Şahbaz qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-699/2016 nömrəli qərarına əsasən qeyd edilən daşınmaz əmlakın üzərinə Cavabdeh4 Şahbaz qızının və Cavabdeh2 mülkiyyət hüquqlarına xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2144/2011 saylı, xx.xx.2022ci il tarixli qərardadına əsasən, iddiaçı X30 cavabdehlər İddiaçı, X19, 22 saylı Dövlət Kontoruna, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz İmlakın Reyestr Xidm.tinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yeni qeydiyyat vəsiqəsinin verilməsi barədə ilkin, İddiaçı X34 qarşı “real və mənəvi zərərin tutulması barədə” qarşılıqlı iddia tələbinə dair iş üzrə cavabdeh İddiaçı icrada dönüş haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 saylı, xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsinə əsasən, X7nun Cavabdeh4 Şahbaz qızına və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi, qeyri-yaşayış sahəsinin əldə edilməsində üstünlük hüququnun tanınması iddiası təmin edilərək, Cavabdeh4 Şahbaz qızı ilə Cavabdeh2 arasında bağlanmış 14 dekabr 2012-ci il tarixli Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 928.5 kv.m olan əmlak kompleksinə dair alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, 177.968 manat məbləğində pul vəsatinin Cavabdeh2 alınaraq X12 ödənilməsi, Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı- Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 928.5 kv.m olan əmlak kompleksi üzərində Cavabdeh4 Şahbaz qızının və Cavabdeh2 mülkiyyət hüququna xitam verilməsi, Bakı şəhəri Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən ümumi sahəsi 928.5 kv.m olan əmlak kompleksinin əldə edilməsində X7nun üstünlük hüququnun tanınması qət edilmişdir. - 23 fevral 2011-ci il tarixli Barışıq razılaşması haqqında müqaviləyə əsasən, müqavilə imzaladığı andan, tərəflərin qarşılıqlı razılığı əsasında – Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı-Qaraçuxur yolunun kəsişməsində yerləşən 989.6 kv.m sahəsi olan daşınmaz əmlak (MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən – reyestr nömrəsi**********05 – 12301, qeydiyyat nömrəsi – ********** və xx.xx.2010-cu il tarixli) üzərində hüquqlar mütənasib olaraq olan Cavabdeh2 və İddiaçı arasında bölünür. X26 adından etibarnamə ilə çıxış edən Rüstəmov X8 rayon Məhkəmə İcraçıları bölməsinə ərizə ilə müraciət edərək, X30 ona olan borcunun, vərəsəsi – Cavabdeh2 tərəfindən ödənildiyini təsdiq etməklə, həmin işin icraatına xitam verilməsini tələb edir. Cavabdeh2 mülkiyyəti hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən 14 ünvanında yerləşən 1.45 ha torpaq sahəsində istifadə hüququ üzərində, Cavabdeh2 və İddiaçı paylı mülkiyyəti hesab olunan Bakı şəhəri, Suraxanı rayonu, Zığ və Suraxanı- Qaraçuxur yolunun kəsişməsində yerləşən 989.6 kv.m sahəsi olan daşıınmaz əmlak üzərində sahiblik və sərəncam vermək hüquqlarını X7 ilə birlikdə həyata keçirirlər. Göstərilən əmlaklar üzərində hüquqların həyata keçirilməsi, yəni həmin əmlakların satışı X7 tərəfindən mülkiyyətçilərlə birlikdə həyata keçirildikdən sonra satışdan əldə olunan gəlirdən 600000 ABŞ dolları Cavabdeh2 və 500000 ABŞ dolları İddiaçı arasında bölünür. Göstərilən əmlaklar ayrı-ayrı satıldıqda və öhdəliklər yerinə yetirilmədikdə, satışdan əldə olunan pul vəsaiti faizlə olmaqla, Cavabdeh2 – 37.5 %, İddiaçı – 37.5 %, X2 – 25 % olmaqla bölünür. Əmlakların satışından əldə olunan pul vəsaiti göstərilən öhdəliklərdən çox olarsa, həmin öhdəliklər təmin edildikdən sonra qalan məbləğ bütünlüklə X2 verilir. - 11 aprel 2011-ci il tarixli Barışıq razılaşması haqqında Müqaviləyə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında – X9 miras qalan – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgəsi Şöbəsində, 0105-P118-42955 sayla xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nin Nizamnaməsində 50 faizlik təsisçilik hüququ, Cavabdeh2 və İddiaçı arasında bərabər şəkildə bölünməklə hər birinin Kooperativin Nizamnaməsindəki mütləq pay haqları müvafiq qaydada 25 faiz həcmində müəyyən edilir. X9 miras qalan – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgəsi Şöbəsində, 0105-P118-42955 sayla xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nin Nizamnaməsində 50 faizlik təsisçilik hüququnun rəsmiləşdirilməsi üçün "xxxx" MTK-nın ümumi yığıncağının keçirilməsini həm Cavabdeh2, həmçinin İddiaçı bir vəzifə olaraq öz üzərinə götürürlər. "xxxx" MTK-nin istifadə hüququna malik olduğu 20ha torpaq sahəsinin bütün sənədləşmə və rəsmiləşdirmə işlərini İddiaçı öz üzərinə götürür. "xxxx" MTK-də təsisçilik hüquqları ilə bağlı müqaviləni imzalayan tərəflər arasında yaranmış əvvəlki bütün məhkəmə və digər mübahisələrə son qoyulur. Tərəflər hazırkı işlə bağlı gələcəkdə hər hansı formada yardım və kompensasiya xarakterli ödənişlər tələbi ilə bir-birinə qarşı iddia qaldıra bilməzlər. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-699/2016 saylı, xx.xx.2017-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli, 2(001)-699/2016 saylı qiyabi qətnaməsi ləğv edilərək, işə mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9736/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə qoyulmuş həbs (özgəninkiləşdirilmənin qadağan edilməsi) barədə qərardadından Cavabdeh2 şikayəti təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2162/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı ləğv edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə həbs qoyulmaqla həmin mənzilin 3-cü şəxslərin adlarına özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə İddiaçı iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12175/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə qoyulmuş həbs (özgəninkiləşdirilmənin qadağan edilməsi) barədə qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayəti təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək, İddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir. İş materiallarını araşdıraraq, məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması müəyyən edilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər, əsasən, iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün mübahisə edilməsi meyarına görə. Əqdin elementin qüsurlu olması meyarının mahiyyəti ondan ibarətdir ki, əqdin hansı elementin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlərin dörd növü fərqləndirilir:  subyekt tərkibi qüsurlu olan etibarsız əqdlər;  iradəsi qüsurlu olan etibarsız əqdlər;  forması qüsurlu olan əqdlər;  məzmunu qüsurlu olan əqdlər. Beləliklə, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir: müqavilə uydurma əqdir, yəni müqavilə görünüş məqsədilə bağlanmışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Ona görə də müqavilə əhəmiyyətsiz əqd hesab edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, müqavilənin etibarsız hesab olunması şərtləri və qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu, müqavilələrin ləğv edilməsinin şərtləri və qaydası isə həmin Məcəllənin 421-424-cü maddələri ilə tənzimlənir. Qanunvericlikdə müqavilələrin etibarsız sayılmasının və müqavilələrin ləğv edilməsinin müxtəlif şərtləri, qaydası və nəticəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hazırki mübahisəni araşdırmaqla, belə qənaətə gəlir ki, iddiaçının əmlaka dair hər hansı hüquqları olmadığından, daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin iddiaçı alqı-satqı müqaviləsindən ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının daşınmaz əmlaka dair hər hansı bir qanuni hüquqları olmadığından, onların məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyi isə hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində göstərdiyi iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əqdlər üzrə əqdin icrası Mülki Məcəllənin 139, 146,2-ci maddələri ilə müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə tanınır. Həmçinin Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmənin qənaətinə görə, hətta Cavabdeh4 adına aparılmış qeydiyyat əsassız qeydiyyat olsa belə, iddiaçının pozulmuş mülkiyyət hüquqları mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X11 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Aii Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələblərinin təmin edilməsi Rizvan Əiiyevin əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar(§ 33). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarınn düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə mübahisələndirməmiş, qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, xeyli müddət keçdikdən sonra iddia qaldırmışdır. Bununla da iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarının bərpası, çıxarışın verilməsi və.s” iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar