Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-171/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Bəybalayeva Leylafər Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 manat, o cümlədən 144 manat ödənilmiş dövlət rüsumunun və 131 manat hüquqi yardım üçün ödənilən xidmət haqqının, ümumilikdə 18275 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh sifariş əsasında, ayıq sürücü qismində X1 məxsus X4 markalı, 41BD101 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi törədərək sifarişçiyə külli miqdarda maddi zərər vurmuşdur. Ayıq sürücü sifarişi fiziki şəxs İddiaçı vasitəsilə edildiyi üçün sifarişçiyə dəymiş 18000 manat məbləğində zərər delikt nəticəsində xx.xx.2023-cü il tarixində Toyota Bakı mərkəzində işəgötürən İddiaçı tərəfindən ödənilmişdir. Həmin məbləğ cavabdehdən tutulmalıdır. Belə ki, xidməti müqavilə əsasında ayıq sürücü fəaliyyəti həyata keçirən Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 00:40 radələrində sifarişi yerinə yetirən zaman Zabrat qəsəbəsində, Şəhər şosesində Balaxanı yolunun kəsişməsində işıqforun qırmızı işığında dayanmış digər avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. 41BD101 dövlət qeydiyyat nişanlı X4 markalı avtomobil növbəti gün təmir üçün Toyota Bakı mərkəzinə aparılmış, orada ilkin olaraq 21739 manat təmir smetası çıxarılmış, daha sonra 15% endirim edilərək məbləğ 18000 manatadək yuvarlaqlaşdırılmışdır. Vətəndaşın zərərlə bağlı tələbini mülki qanunvericiliyə uyğun olaraq haqlı və qanuni hesab etdiklərindən zərər tərələrindən xx.xx.2023-cü ildə Toyota Bakı servis mərkəzində tam ödənilərək avtomobil servisdən təhvil götürülmüşdür. Cabahdeh xidməti müqavilə əsasında əmək fəaliyyətini həyata keçirərkən sifarişçi X1 mühüm maddi zərər vurmuşdur. İddiaçının nümayəndəsi və vəkili daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, cavabdeh hazırda 1000 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, o, iddiaçıya 1000 manat məbləğində pul ödəmişdir. Qalan pulu isə yaxın zamanda ödəyəcəkdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı (Vasitəçi) ilə Cavabdeh (İcraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 5774 saylı “Ayıq Sürücü” Sifarişləri haqqında müqaviləyə əsasən, Vasitəçi İcraçıya ayıq sürücü sifarişlərini təchiz etməyi, İcraçı isə öz növbəsində təqdim edilmiş Sifariş Şərtlərini qəbul edərək, bu şərtlər əsasında Müştərilər üçün sərnişin daşıma və ayıq sürücü xidmətlərini təqdim etməyi, bu xidmətlərin müqabilində ödənilmiş Xidmətlərin Dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada, müddətlərdə və şərtlərlə Müştəridən qəbul edərək Vasitəçiyə Xidmət haqqı hissəsini təqdim etməyi öhdəsinə götürür. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Sığorta Şirkətində adı təminata daxil edilənə kimi, sifarişləri icra etməyə icazə verilməsini xahiş etmiş, bildirmişdir ki, bu müddət ərzində hər hansı qəza baş verərsə, bütün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli “Ayıq Sürücü” sifarişləri Xidmət müqaviləsinə xitam verilməsi barədə 5774 saylı sənəddən görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 5774 saylı müqaviləyə icraçının xx.xx.2023-cü il tarixdə №97418 sifarişinin icrası zamanı müştəriyə məxsus “X4” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolnəqliyyat hadisəsi törədərək müştəriyə külli miqdarda maddi zərər vurması səbəbindən, bu müqavilənin 4.2. və 4.3-cü bəndlərinə müvafiq olaraq birtərəfli qaydada xitam verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “X4” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cəmi 21739 manat məbləğində zərər dəymişdir. xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, “X4” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" MMC-nin hesabına 18000 manat məbləğində pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə 18000 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtphissələrin qiymətləri nəzərə alınmaqla 2023-cü il buraxılışlı “X4” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 21739 manat müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 86-cı vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə “Cavabdeh.O xx.xx.2023” əlyazmaları və “İmza:” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 33-35-ci vərəqlərində olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 5774 nömrəli xx.xx.2022-ci il tarixli “Ayıq Sürücü” sifarişləri haqqında müqavilənin 3-cü vərəqində “İcraçı” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh verdiyi izahatda bildirmişdir ki, “o, *5050 ayıq sürücü şirkətində sürücü işləyir və B kateqoriyalı sürücülük hüququna malikdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində AĞ şəhər adlanan ərazidən Pirşağı qəsəbəsinə sifariş alıb qeyd olunan ünvana getmişdir. Qeyd olunan ünvana çatdıqdan sonra Teymur Hüseynova məxsus “X4” markalı **-BD-*** dövlət qeydiyyat nişalı avtomobil ilə ilk əvvəl H.Aslanov metrostansiyası yaxınlığında bir nəfər şəxs düşürdükdən sonra hərəkətə başlayıb Sabunçu rayonu Şəhər şossesi yolunda avtomobilin sükanı onu bir qədər çaşdırdığından idarəetməni itirib sfetoforun qırmızı işığında dayanmış vəziyyətdə olan “Toyota Corolla” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı o və avtomobilin sahibi xəsarət almasalar da, digər avtomobildə sərnişinlərdən biri özünü narahat hiss etdiyindən həmin şəxsi xəstəxanaya aparmışdır. Hadisə baş verən zaman avtomobildə o və avtomobilin sahibi olmuşdur.” Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu ərazisində “X4 LC300” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil 1000 manat məbləğində pul təqdim etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 144 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)»; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əssasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “Ayıq Sürücü” Sifarişləri haqqında müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, işin araşdırılan hallarından, həmçinin xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixdə Teymur Hüseynova məxsus “X4” markalı **- BD-*** dövlət qeydiyyat nişalı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törtəmiş və nəticədə “X4” markalı **-BD-*** dövlət qeydiyyat nişalı nəqliyyat vasitəsininə zərər dəymişdir. Nəqliyyat vasitəsinə dəymiş zərəri İddiaçı ödəmişdir. İddiaçı cavabdehdən həmin məbləği tələb etsə də, cavabdeh zərərin əvəzini ödəməmişdir. Belə olan halda da, iddiaçı hazırki iddia ərizəsini qaldırmaqda haqlı olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17000 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 177 (yüz yetmiş yeddi) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-171/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-171/2025
05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver