Məhkəmə qərarları › İş №e-2(001)-174/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-174/2022

13.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-174/2022 13.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 4 saylı evin 58 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən 29.7 kv.m olan qeyri-yaşayış sahəsinin (zirzəminin) paylara mütənasib surətdə naturada bölünməsi, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə əmlakların açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzil iddiaçının xüsusi mülkiyyətində, ünvan 1 ünvanında yerləşən 29.7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) isə cavabdehin xüsusi mülkiyyətində olmuş və hər iki əmlak birgə nikah dövründə əldə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 8976/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmaqla, birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində tərəflərin ½ hissədə mülkiyyət hüququ tanınmışdır. Hazırda qeyd olunan mənzilin və qeyri-yaşayış sahəsinin ½ hissəsi iddiaçının xüsusi mülkiyyətindədir. Bölünmüş əmlaklardan istifadə edilməsi ilə bağlı tərəflər razılığa gələ bilmədiklərindən, iddiaçı özünə məxsus ½ hissədə payın satın alınması üçün xx.xx.2021-ci il tarixdə cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh əmlakın satın alınması ilə bağlı heç bir fikir bildirməmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etmədiklərini bildirərək, tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Cavabdeh təklif etmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu, 7 mkr, 4 saylı evin 58 saylı, 5 otaqlı mənzildə iddiaçıya məxsus ½ payı 75000 manata, ünvan 1 ünvanında yerləşən 29.7 kv.m. qeyri-yaşayış sahəsində iddiaçıya məxsus ½ payı 15000 manata satın alsın. Cavabdeh satılan payı satın almaqdan imtina etdikdə isə, bu barədə bildirişin alındığı tarixdən 15 gün ərzində yazılı məlumat verilməsini xahiş etmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, ünvan 3 ünvanda yerləşən 58 saylı mənzillə bağlı hüquq subyekti kimi İddiaçı qeyd olunmuşdur. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(001)-8976/2017 saylı qətnaməsi ilə qət edilmişdir ki, ilk iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2000-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi nikah bağlanması haqqında akt qeydləri kitabında 596 № ilə qeydə alınmış nikah pozulsun. xx.xx.2004cü il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X4 və X5 yetkinlik yaşına çatanadək anası Cavabdeh yanında qalsın. Həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 136,6 (bir yüz otuz altı manat altmış qəpik) manat olmaqla, cəmi 409,80 (dörd yüz doqquz manat səksən qəpik) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilsin. Alimentin tutulması xx.xx.2017-ci il tarixdən hesablansın. Tərəflərin birgə nikah dövründə əldə edilmiş- Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 4 saylı evin 58 saylı mənzilə və Qusar rayonu, Həsənqala kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə Cavabdeh ilə İddiaçı hər birinin ½ hissədə payları müəyyən edilməklə həmin hissədə mülkiyyət hüququ tanınsın. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə edilmiş – ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh ilə İddiaçı hər birinin ½ hissədə payları müəyyən edilməklə həmin hissədə mülkiyyət hüququ tanınsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. - xx.xx.2022-ci il tarixli, 10/6790 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon, ev 4, 58 saylı mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) naturada təcrid şəkildə ½ hissədə ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. - "xxxx" MMC-nin 0061 saylı hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97.58 kv.m., yaşayış sahəsi 76.18 kv.m. olan 5 otaqlı mənzilin likvid qiyməti 140000 (bir yüz qırx min) manat müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.7 kv.m. olan qeyri-yaşayış sahəsinin likvid qiyməti 25000 (iyirmi beş min) manat müəyyən olunmuşdur. İşin materiallarından da aşkar surətdə göründüyü kimi iddiaçı və cavabdeh mübahisəli mənzilin paylı mülkiyyətçisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində isə, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarından əmlakaların naturada bölğüsü texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin işin materiallarından aydın olur ki, iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisinə ödənilməsini tələb etmək hüququna malik olduğu halda, mənzilin açıq hərracdan satılmasını təklif etmişdir. Yuxarıda qeyd edildiyi kimi, əmlakın naturada bölünməsi mümkün olmadığından, bu halda Qanunun tələbinə uyğun olaraq məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221ci maddəsində qeyd edilmişdir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xilam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 23 iyul 2013-cli il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli mənzildə yaşayaraq iddiaçıya məxsus əmlakdan yararlansa da, iddiaçının özünə məxsus evdə yaşaması mümkün olmamış və beləliklə də o, həmin əmlakın paylı mülkiyyətçisi kimi mülkiyyətindən istifadə edə bilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında kompensasiya məbləği barədə qarşılıqlı razılaşma olmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə əməl edilmiş hesab edilməlidir. Bu səbəbdən də məhkəmənin qənaətinə görə iddiaçının mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi məbləğdən mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbi əsaslı olduğundan, iddia təmin olunmalıdır. Məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gəldiyindən, açıq hərraca çıxarılacaq mübahisəli mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, mübahisəli mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən qərardad qəbul edilmiş və həmin qərardad əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97.58 kv.m; yaşayış sahəsi 76.18 kv.m olan 5 otaqlı mənzilin likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 140 000 manat; ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.7 kv.m olan qeyri-yaşayış sahəsinin (zirzəmi) likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 25 000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin və qeyri yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətləri 140000 manat və 25000 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 4 saylı evin 58 saylı mənzil və ünvan 1 ünvanında yerləşən 29.7 kv.m olan qeyri-yaşayış sahəsi açıq hərracdan satılmalı və satışdan əldə edilmiş məbləğ mülkiyyətçilərin paylarına uyğun olaraq (İddiaçı 1/2, Cavabdeh 1/2) bölünməli, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 4 saylı evin 58 saylı mənzilinin ilkin satış qiyməti 140 000 (bir yüz qırx min) manat məbləğində, ünvan 1 ünvanında yerləşən 29.7 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 25 000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 4 saylı evin 58 saylı mənzili və ünvan 1 ünvanında yerləşən 29.7 kv.m olan qeyri-yaşayış sahəsi açıq hərracdan satılsın və satışdan əldə edilmiş məbləğ mülkiyyətçilərin paylarına uyğun olaraq (İddiaçı 1/2, Cavabdeh 1/2) bölünsün. Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 4 saylı evin 58 saylı mənzilinin ilkin satış qiyməti 140 000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilsin. ünvan 1 ünvanında yerləşən 29.7 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 25 000 (iyirmi beş min) manat məbləğində müəyyən edilsin. Mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 500 (beş yüz) manatın 250 (iki yüz əlli) manatı İddiaçı, qalan 250 (iki yüz əlli) manatı isə Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin – Benefisiarın VÖEN: **********, "xxxx" ASC, Bankın VÖEN: 700767721, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, Bank kodu: 505141, SWİFT: PAHAAZ22, müxbir hesab: AZ82NABZ******************** hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar