Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1804/2024 01.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli, 1(101)-327/2015 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cavabdeh3, Cavabdeh2 Qabil oğlu və Cavabdeh1 ilə birlikdə X3 məxsus “Mercedes Benz C180” markalı, 90GG218 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi ilə qaçıraraq ələ keçirmişlər. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı“Mercedes Benz C180” markalı, 90GG218 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli nəqliyyat vasitəsinin qaçırılmasına dair akta əsasən 7000 manat maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, MİP-130863-B05 saylı avtomobillərin tam sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Mercedes Benz C180” markalı, 90GG218 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 005528 vəsatətli 014658 saylı sığorta aktına uyğun olaraq 5128,52 manat sığorta ödənişini işə əlavə edilmiş kassa məxaric orderinə əsasən avtomobilin sahibi X3 ödənilmişdir. xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh3, Cavabdeh2 Qabil oğlu və Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 327/2015 saylı hökmünə və əsasən təqsirli olduqlarına görə iddiaçının zərərvuranların hər üçünə qarşı 5128,52 manat subroqasiya hüququ yaranıb. Ona görə də iddiaçı hesab edir ki, 5128,52 manat pul cavabdehlər arasında bölünməli və zərərvuran Cavabdeh3 1709,55 manat, Cavabdeh2 Qabil oğlundan 1709,55 manat, Cavabdeh1 1709,55 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, 5128,52 manat məbləğində pulun cavabdehlərdən bölünmədən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, vurulmuş ziyan cinayət işin çərçivəsində ödənilmiş, o, təyin edilmiş cəzanı çəkib çıxmış, indi isə ondan yenidən 11 il əvvəl baş vermiş hadisəyə görə pul tələb olunur. Həmçinin, onlar üç nəfər deyil, beş nəfər olmuşlar. Belə olan halda digər iki şəxslər də cavabdeh qismində cəlb edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə buna cavab olaraq məhkəməyə bildirdi ki, qanuni qüvvəyə minmiş hökmlə üç nəfərin təqsirli olması müəyyən edilmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-327/2015 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci, 177.3.2-ci və 326.2-ci maddələri ilə, Cavabdeh1 177.2.2ci, 177.2.4-cü, 181.3.2-ci, 228.4-cü və 326.2-ci maddələri ilə, Cavabdeh3 isə 181.3.2-ci və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişlər. Həmin hökmdə həmçinin göstərilmişdir ki, zərərçəkmiş şəxs X1 görə, avtomobilin oğurlanması nəticəsində ona 10200 ABŞ dolları məbləğində ziyan dəymiş, ziyanın bir hissəsi ona ibtidai istintaqın gedişində ödənilmiş, lakin ona vurulmuş ziyanın 5278,28 manat hissəsi hələ də ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 014658 nömrəli sığorta aktından və xx.xx.2015-ci il tarixli, 398 nömrəli məxaric xəzinə orderindən görünür ki, X3 5128,52 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, 5128,52 manat məbləğində pul subroqasiya qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 5128,52 (beş min yüz iyirmi səkkiz manat əlli iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 71,28 (yetmiş bir manat iyirmi səkkiz qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-1804/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1804/2024
01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver