Məhkəmə qərarları › İş №e-2(001)-1813/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1813/2023

25.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1813/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin fevral ayında iddiaçılar yay mövsümü ilə əlaqədar ailələri ilə birlikdə istirahət etmək üçün Türkiyə Respublikasına getmək qərarına gəldilər. Bunun üçün tanışları olan və özünü "D Travel” turizm șirkətinin direktoru kimi tanıtmş Cavabdeh ilə əlaqə saxlayaraq ona Türkiyənin Antalya səhərinin Manavqat bölgesində yerləşən “Aİi Bay club Manavqat” otelində istirahət etmək üçün 10 günlük tur paket istədiklərini bildirdilər və cavabdeh iddiaçılara köməklik edəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh sistemə daxil olaraq həmin oteldə 2022-ci ilin avqust ayına boş yerlərin olduğunu dedi və iddiaçılar onunla razılaşaraq, cavabdehdən səyahət xərcinin nə qadər olacağını soruşdular və o bütün xərclər daxil olmaqla hərəsinə 11.500 manata bașa gələcəyini dedi. Bundan sonra iddiaçılar ödənişi fevral ayından etibarən cavabdehə hissə-hissə ödəyəcəklərini dedilər və ilkin olaraq 03 fevral 2022-ci il tarixdə ödənişin br hissəsini İİahənin sürücüsü vasitəsilə ona göndərdilər. Daha sonra müxtəlif vaxtarda pulun qalan hissəsini ödəniş terminalı vasitəsilə İlahənin kart hesabına köçürdülər va sonuncu dəfə 09 iyul 2022-ci tarixdə hər birinə düşən 11.500 manat ödənışı tam olaraq Cavabdeh verib qurtardılar. Aralarındakı olan razılaşmaya uyğun olaraq cavabdeh 2022-ci ilin iyul ayında iddiaçılara Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində yerləşən "Ali Bay club Manavqat" otelində istirahət etmək üçün 10 günlük tur paketi və təyyarə biletlərini təqdim etdi. 04 avqust 2022-ci il tarixdə iddiaçılar ailə üzvləri ilə birlikdə təyyarə ilə Türkiyənin Antalya şəhərinə getdilər va hava limanından Manavqat bölgəsində yerləşən “Ali Bay club Manavqat" otelində yollandılar. 10 avqust 2022-ci il tarixdə otelin qeydiyyat söbəsinin əməkdaşları iddiaçılara oteldə qalmaq müddətinin bitdiyini bidirdilər. İddiaçılar buna təəcüblənərək cavabdehin onlara təqdim etdiyi 10 günlük tur paketi onlara verəndə onlar tur paketin 10 gün deyil 6 gűnlük olduğunu bildirdilər. Bundan sonra onlar İlahə ilə əlaqə saxladılar və o, bildirdi ki, problem oteldə yerlərin olmaması ilə bağlıdır. İlahə onlara başqa oteldə qalmağı təklif etdi, lakin onlar buna razılaşmadı və pulun onlara qaytarılmasını tələb etdilər. Cavabdeh pulu otelə ödədiyini bəhanə edərək, ödənişi hal hazırda qaytara bilməyəcəyini yaxın vaxtlarda hissə-hissə qaytara billəcəyini dedi. Lakin pul hal-hazırkı vaxtadək qaytarılmayıb. Məhkəmə iclasında iştirak edən İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, Rütət adlı şəxsi cari ilin fevral ayından tanıyırmış. Rüfətlə ortaq tanışlarından birinin vasitəsi ilə tanış olmuşdur, turizm sektorunda işləyir. Cari ilin fevral ayından Rüfət adlı şəxs onunla əlaqə saxlayaraq Türkiyə Cümhuriyyətinə getmək üçün tur təşkil edilməsini xahiş etmişdir. Ümumilikdə tur paketini 11.500 manat dəyərləndirdikdən sonra hissə-hissə həmin pul kart hesabına köçmüşdür. Həmin pul kart hesabına təqribən 7 aya köçmüşdür. Rüfət adlı şəxsin ailəsi ilə birikdə tur etməsi üçün 9 gecə 10 günlük tur paketi təşkil etmişdir. 9 günlük tur paketini bütövlükdə, hissə-hissə olmaqla Türkiyə Cümhuriyyətində yerləşən Alibeyclub hotelinin hesabına köçürmüşdür. 2 nüsxədə olan vauçerlərin birini turu sifariş edən şəxsə, birini isə hotelə göndərmişdir. Səfərin təqribən 6-cı günü Rüfət adı şəxs onunla əlaqə saxlayaraq hoteldən çıxarılması ilə bağlı məlumat vermişdir. Rüfətlə telefon vasitəsilə danışdıqda mövcud vəziyyəti hotellə aydınlaşdırmağa çalışmışdır. Belə ki, hoteldən ona verilən məlumata görtə Rüfət adlı şəxsin ailəsi ilə birlikdə hoteldən çıxarılmasına səbəb vauçer deyil, hoteldə yerin olmamasıdır. Hotelin yerlə bağlı yaranan probemi barəsində Rüfət adlı şəxsə bildirdikdə sonuncu onunla kobud danışmağa başlamışdır. Həmin şəxsin ailəsi ilə birlikdə bayırda qalmaması üçün o, yenidən "MİATUR şirkətinə “SEALİFEHOTEL” hotelində yerləşmək üçün 2679 euro pul ödəmişdir. Lakin Rüfət adlı şəxs həmin ödənişi qəbul etməyərək hoteldə qalmamışdır. Qalmadığı üçün o, hotel tərəfindən cərimələnmiş və ümumilikdə 768 dollar pul ziyan etmişdir. Belə ki, Rüfət adlı şəxslə sonralar danışdıqda pulu hissə-hissə 7 aya qaytara biləcəyini bildirmişdir. Hotel 6 gecə qaldığı üçün Rüfətə 6 günlük vauçer vermişdir. 5-ci gün o, artıq həmin şəxslərin hoteldən çıxacağını bilirmiş”. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Təhqiqat zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, halhazırda “D Travel” turizm şirkətinin təsisçisi va rəhbəridir. İddiaçı1 2022-ci ilin fevral ayından tanımışır. Belə ki, həmin vaxtlar sonuncunun tanışı İddiaçı2 vasitəsi ilə İddiaçı1 tanımışdır. İddiaçı1 dostu Rüfət Gözalovla birlikdə ailəliklə Türkiye Respublikasında istirahət etmək üçün onlar üçün turistik paket təşkil etməyi xahiş etdiklərindən o, hər bir ailə 11.500 manat olmagla 10 gün müddətinə turistik paket hazırlayaraq onlara təqdim etmiş ve sonuncular hər biri ona etməli olduqları ödənişləri etmişlər. Onlara təqdim etdiyi turistik paektə görə hər iki ailə Türkiyə Respublikasının Antaliya şəhərinin Manavqart bölgəsində olan Alibey otelində yerləșməli olmuşlar. 10 iyul 2022-ci il tarixdə İddiaçı1 ve Rüfet Gözelova 10 günlük tur paketi ve təyyarə biletlərini təqdim edərək vermişdir. 10 avqust 2022-ci il tarixdə İddiaçı1 ona zeng edərək onlar həmin oteldə 6 gün qaldiqdan sonra otelin rəhbərliyi tərəfindən oteldən çıxarılması barədə bildirib onunla kobud danışmış ve o, bunu aydınlaşdırmaq üçün həmin otellə əlaqə saxladıqda otelin rəhbərliyi ona oteldə yer olmadığı üçün belə alındığı barədə bildirib her ailəyə görə 3 günlük edilmiş 2350 manat ödənişi geri qaytarmışdır, O, da öz növbəsində həmin pulla hər iki ailəni həmin yerdən bir az kənarda yerləşən “Sealife” otelində 3 gün qalmaqdan ötrü yerləşdirmək üçün həmin oteli rezerv etmişdir. Lakin, Rasim və Rüfət adlı şəxslər həmin oteli bəyənmədikləri barədə bildirib otelə yerləşməkdən imtina etmiş və onlardan aldığı puldan hər birinə, ayrı ayrılıqda çatmalı olan 2350 manat, ümumilikdə isə 4700 manat pulu ödəməyə tələb etmişlər. Lakin, o, həmin məbləğdə pulu digər otelə ödədiyi üçün onların pulunu qaytara bilməmişdir. O, həmçinin izahatında göstərmişdir ki, qeyd olunan məbləğdə pulu halhazırda qaytarmaģa imkanı olmasa da, yaxın vaxtlarda hissə-hissə qaytarmağa hazırdır ve İddiaçı1 olan 2350 manat borcunu qaytaracagdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, 2350 manat məbləğində pul, 250 manat hüquqi yardıma görə ödənilmiş xərc və 67 manat ödənilmiş dövlət rüsumu, cəmi 2667 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı2; 2350 manat məbləğində pul və 250 manat hüquqi yardıma görə ödənilmiş xərc, cəmi 2600 manat pul Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 2350 manat məbləğində pul, 250 manat hüquqi yardıma görə ödənilmiş xərc və 67 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2667 (iki min altı yüz altmış yeddi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. 2350 manat məbləğində pul və 250 manat hüquqi yardıma görə ödənilmiş xərc, cəmi 2600 (iki min altı yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar