Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1860/2022 07.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi 23.09.1958-ci il təvəllüdlü X6 18.01.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi 23.09.1958-ci il təvəllüdlü X6 18.01.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 23.09.1958-ci il təvəllüdlü X11 onun atasıdır. X3 və anası X1 rayonu Rəsulzadə qəsəbəsi S.Bəhlulzadə küçəsi keçid-1, ev 134 ünvanında özlərinə məxsus edvə yaşamışlar. Atası uzun müddət ürək xəstəliyindən əziyyət çəkmiş, uzun müddət müalicə olunmuş və sonuncu dəfə ürəyinə stent qoyulmuşdur. 2022-ci ilin yanvar ayının ortalarında anası bir neçə günlük onun evinə gəlmiş, həmin vaxt onlar atası ilə əlaqə yaratmaq istəyəndə sonuncu telefon zənglərinə cavab vermədiyindən onlar narahat olaraq atasının qaldığı evə getmişlər. Lakin evin qapısını açan olmadığından Fövqəladə Hallar Nazirliyinə müraciət edilmiş və nazirliyin əməkdaşlarının köməyi ilə evin qapısı sındırılaraq açılmışdır. Bu zaman o, atasının hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt təcili tibbi yardım çağırılmış, Təcili və X9 Stansiyası tərəfindən 18.01.2022-ci il tarixdə olüm haqqında xəbərdarlıq vərəqəsi verilmiş və xəbərdarlıq vərəqəsində həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilməsi göstərilmişdir. X2 Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən qəbrirstanlıqda dəfn edilmişdir. Mərhumun Zabrat qəbristanlığında dəfn edilməsi barədə Zabrat Bələdiyyəsi tərəfindən ona 03.03.2022-ci il tarixli 31 nömrəli arayış verilmişdir. O, ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə ona cavab verilərək ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ölüm faktının müəyyən edilməsi ona ölüm haqqında şəhadətnamənin alınması üçün tələb olunur. Ona görə də, 23.09.1958-ci il təvəllüdlü X6 18.01.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Binəqədi rayonu VVAQ şöbəsi tərəfindən verilmiş Xİ-JQ № 384850 saylı 11.03.1986cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi X3, anası X4r. BŞT və TTYS 9 saylı bölməsinin 18.01.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X6 adına çağırış daxil olmuş, həkim həkimə qədər ölüm, kişi cinsli meyid qeydini aparmışdır. Sabunçu rayon Zabrat Bələdiyyəsinin 03.03.2022-ci il tarixli 31 nömrəli arayışından müəyyən olunur ki, X11 Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 3 saylı qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, səhhətində olan problemlərlə bağlı 2022-ci ilin yanvar ayının əvvəllərində qızı Ərizəçi mənzilinə getmiş, əri X11 yaşadıqları evdə tək qaldığından onlar A.Ö.Yusifovla telefon əlaqəsi saxlamışlar. A.Ö.Yusifov uzun müddət davam edən urək xəstəliyindən əziyyət çəkmişdir. 18.01.2022-ci il tarixdə A.Ö.Yusifovun yaşadıqları evdə ölməsi aşkar olunmuş, mərhum Sabunçu sayon Zabrat qəsəbə qəbiratanlığında dəfn edilmişdir. Məhkəmədə digər şahid X10 ifadəsində göstərmişdir ki, qonşusu Ərizəçi X3 ürək xəstəliyindən əziyyət çəkmişdir. 2022-ci ilin yanvar ayının ortalarında ona məlum olmuşdur ki, Ərizəçi X3 yaşadığı evdə vəfat etmiş və Zabrat qəsəbə qəbirstanlığında dəfn edilmişdir. O, qonşu kimi X6 yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. Ona görə də bilir ki, Ərizəçi X3 ürək xəstəliyindən əziyyət çəkmiş, əməliyyat olunmuşdur. 2022ci ilin yanvar ayının ortalarında ona məlum olmuşdur ki, Ərizəçi X3 yaşadığı evdə vəfat etmiş və Zabrat qəsəbə qəbirstanlığında dəfn edilmişdir. O, qonşu kimi X6 yas mərasimlərində iştirak etmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 04.02.2022-ci il tarixli 05/9-296/15 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X6 adına ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 23.09.1958-ci il təvəllüdlü X6 18.01.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 23.09.1958-ci il təvəllüdlü X6 18.01.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1860/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1860/2022
07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver