Məhkəmə qərarları › İş №e-2(001)-1883/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1883/2025

18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1883/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, atası X10 xx.xx.1994-cü il tarixdə ev şəraitində rəhmətə getmişdir. X13 xx.xx.1994-cü il tarixdə Xırdalan qəbirstanlığında dəfn edilmişdir . Hal-hazırda vərəsəlik işləri ilə bağlı onun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır və Bakı şəhəri Cavabdehnə ölüm haqqında şəhadətnamənin alınması məqsədilə ərizə ilə müraciət edilmişdir. Lakin qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. O, ölüm haqqında şəhadətnaməni əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa ərazi üzrə poliklinikaya müraciət etsə də, poliklinikanın 1997-ci ildə fəaliyyətə başladığı, bu səbəbdən də, şəxsin qeydiyyatının aparılmadığı bildirilmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, X1 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli, 3-16-5/8-13xx-xx/2024 saylı arayışdan görünür ki, X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli, XB-344 saylı arayışdan görünür ki, arayış ondan ötrü verilmişdir ki, həqiqətən də Ərizəçi atası X11 xx.xx.1994-cü il tarixdə Xırdalan Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş 30 noyabr 2024-cü il tarixli 3-16-5/7-13-2101/24 saylı Ərizəçi ünvanlanmış məktubdan görünür ki, qeydiyyat şöbəsi tərəfindən onun müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin hazırda təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan 270264 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X11, anası isə X5r. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş V-ЖГ seriyalı 320475 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 18 iyul 1998-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan X6 məxsus NZ seriyalı, ******* №-li hərbi biletin surətindən görünür ki, Q.Yusibov 1930-cu il tarixdə Abşeron rayonunda doğulmuş və milliyəti Azərbaycanlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ərizəçinin dayısı qızı (baldızı) olmaqla yanaşı, ərizəçinin X1 xx.xx.1994-cü il tarixdə vəfat etməsi faktını təsdiq etmiş, həmçinin yas mərasimlərində iştirak etdiyini və onun Xırdalan qəbiristanlığında dəfn edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ərizəçinin qohumu olmaqla yanaşı, ərizəçinin X1 xx.xx.1994-cü il tarixdə vəfat etməsi faktını təsdiq etmiş, həmçinin yas mərasimlərində iştirak etdiyini, Xırdalan qəbiristanlığında dəfn edildiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, 1930-cu il təvəllüdlü X4 06 yanvar 1994-cü il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etdiyindən və bununla da, ərizə əsaslı olduğu üçün təmin edilməli, 1930-cu il təvəllüdlü X4 vəfat etməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1930-cu il təvəllüdlü X4 06 yanvar 1994-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar