Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2061/2022 09.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh3 nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh9, Cavabdeh6, İsmayılova(Hallacıyeva) Ayşən Araz qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh8 qarşı “fərdi yaşayış evindən çıxarılma, istifadə hüququnun itirilməsi və boşaldılması” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh7 yetkinlik yaşına çatmayan övladları X5, X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması, mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7 yetkinlik yaşına çatmayan övladları X15, X9 ilə birlikdə və Cavabdeh3 yetkinlik yaşına çatmayan övladı X13 fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə təqdim edərək, cavabdehlər X13, X5 və X2 cavabdehlər qismindən çıxarılmasını, cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh7 yetkinlik yaşına çatmayan övladları X15, İsmayılova Maxfirǝ Elfaq qızı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Sıra 4, 48 saylı fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması, mülkiyyətçi “Kapital Bank" ASC-yə təhvil verilməsi və Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7 yetkinlik yaşına çatmayan övladları X15, İsmayılova Maxfirǝ Elfaq qızı ilə birlikdə və Cavabdeh3 yetkinlik yaşına çatmayan övladı X13 fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsini və məhkəməyə müraciət üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən "xxxx" ASC nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC 14 dekabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evini alaraq, tam mülkiyyətinə əldə etmişdir. (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı) Hal-hazrıda cavabdehlərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus fərdi yaşayış evində yaşaması və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbən hesab edilir ki, cavabdehlərin bankın mülkiyyətində olan fərdi yaşayış evinə dair hüquqları itirilmiş hesab edilməklə qeydiyyatdan çıxarılmalı və fərdi yaşayış evi tamamilə boşaldılmalıdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, e-2(001)- 2061/2022 saylı qərardadı ilə iddia tələbinin “Cavabdeh7 fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması” hisəsində mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadın qəbul edilməsi üçün əsas İsmayılova(Hallacıyeva) Ayşən Araz qızına münasibətdə eyni tələblə bağlı qanuni qüvvyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu olmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlərə evin hərracda alındığı qiymətin ödənilməsi halında evin onlara qaytarıla biləcəyi barədə təklif irəli sürülmüşdür, lakin cavabdehlər həm məhkəmə iclaslarında, həm də əvvəllər razılaşma ilə bağlı banka müraciət edəcəklərini bildirsələr də, bu barədə konkret addım atmamışlar və nəticədə tərəflər arasında barışıq baş tutmamışdır.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi, Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə iddiaya qarşı etirazı yoxdur. Belə ki, məhkəmə tərəfindən də mübahisəni barışıqla sonlandırmaq üçün dəfələrlə şərait yaradılmış, bununla bağlı məhkəmə iclasları təxirə salınmış, lakin cavabdehlər bu barədə real addıç atmadığından barışıq baş tutmamışdır.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
8. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh6 izahatında bildirmişdir ki, İsrail onun qardaşıdır. Bankdan krediti də o, götürmüşdür. Onların borcun ipoteka predmeti olaraq evə yönəldilməsi və özlərinin oradan çıxarılmaları barədə qətnamə qəbul olunduğundan təzəlikcə xəbərləri olmuşdur. Qardaşı İsrail onlara bu barədə deməmişdir. Onlar banka evi 30000 manata özlərinə satmasını təklif edirlər. Cavabdehlərdən Cavabdeh5 atası, Cavabdeh1 bacısı, Cavabdeh7 və Cavabdeh4 Məxfirənin qızlarıdır. Xəyalə Cavabdeh3 arvadı, Cavabdeh9 isə qızıdır.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh8 izahatında bildirmişdir ki, bankdan evi 30000 manata onlara satmasını xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)- 3001/2012 saylı qətnaməsinə əsasən Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 23930 ABŞ dolları əsas, 11.521 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları dəbbə pulu ödəniş gününə manata olan məzənnə ilə 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə X10 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 4-cü sırada istifadədə olan 0,01555 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 116, kv.m yaşayış, 107,4 kv.m köməkçi sahədən ibarət 48 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, mənzil açıq hərracdan satıldıqdan 1 ay sonra Cavabdeh3, X16, Cavabdeh2, X14, X3, Cavabdeh6, X6, X7 həmin evdən çıxarılması qət edilmişdir.
11. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanına "xxxx" QSC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 22 fevral 2018-ci il tarixdə qeydiyyata alınmışdır.
12. “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən 29 aprel 2020ci il tarixli çıxarışdan görünür ki, 13 iyun 1985-ci il təvəllüdlü X29, 03 may 2014-cü il təvəllüdlü X24, 15 noyabr 1984-cü il təvəllüdlü X19 və 11 avqust 2006-cı il təvəllüdlü X20 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilində qeydiyyatdadırlar.
13. 14 dekabr 2017-ci il tarixli, 81/01 saylı hərracın yekunları barədə protokoldan görünür ki, ipoteka saxlayan İddiaçı ASC ünvan 1 ünvanındakı fərdi yaşayış evini 47812,50 manat qiymətlə əldə etmək istədiyini bildirmişdir.
14. "xxxx" MMC-nin direktoru ilə İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi arasında bağlanan 14 dekabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilədən görünür ki, X11 məxsus ünvan 1 ünvanındakı fərdi yaşayış evi İddiaçı ASC tərəfindən 47812,50 manata alınmışdır.
15. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)- 3001/2012 saylı qətnaməsi ilə əsasən Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 23930 ABŞ dolları əsas, 11.521 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları dəbbə pulu ödəniş gününə manata olan məzənnə ilə 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə X10 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 4-cü sırada istifadədə olan 0,01555 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 116, kv.m yaşayış, 107,4 kv.m köməkçi sahədən ibarət 48 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, mənzil açıq hərracdan satıldıqdan 1 ay sonra Cavabdeh3, X16, Cavabdeh2, X14, X3, Cavabdeh6, X12, X7 həmin evdən çıxarılması qət edilmişdir.
17. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 4-cü sırada istifadədə olan 0,01555 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 116, kv.m yaşayış, 107,4 kv.m köməkçi sahədən ibarət 48 saylı fərdi yaşayış evi keçirilmiş hərrac nəticəsində İddiaçı ASC tərəfindən 47812,50 manata alınmışdır.
18. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh9 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Sıra 4, 48 saylı fərdi yaşayış evindən çıxarılmasını,fərdi yaşayış evinin tamamilə boşaldılmasını, mülkiyyətçi “Kapital Bank" ASC-yə təhvil verilməsi və Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7 yetkinlik yaşına çatmayan övladları X15, İsmayılova Maxfirǝ Elfaq qızı ilə birlikdə və Cavabdeh3 yetkinlik yaşına çatmayan övladı X13 fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsini xahiş edir.
19. Məhkəmə araşdırması dövründə tərəflər arasında danışıqların barışıqla nəticələnməsi mümkün olmamışdır. Hüquqi dəyərləndirmə, məhkəmənin mövqeyi:
20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:
24. 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
25. 59.4-cü maddəsinə əsasən(əvvəlki redaksiyada), bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
26. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
27. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir.
28. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
29. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində X8 adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində əvvəlki mülkiyyətçinin mülkiyyət hüququna xitam verilmişdir.
30. Həmin mənzildə yaşayan ailə üzvlərindən hazırki iş üzrə cavabdehlər Cavabdeh3, X8, Cavabdeh2, X4, X1, Cavabdeh6, Cavabdeh1, X7 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mənzildən çıxarılması qət edilmişdir.
31. Bundan sonra aradan keçən müddət ərzində kreditorun mülkiyyətinə keçmiş ipoteka predmetində tutma yönəldilən vaxt yetkinlik yaşına çatmayan uşaqlar, sonradan qeydiyyata alınan yetkinlik yaşına çatmayan uşaqlar, soyadı dəyişən Hallacıyeva(qızlıq soyadı İsmayılova) Ayşən Araz qızı və əvvəlki qətnamə ilə müəyyən edilmiş şəxslər qeydiyyatda olmaqla yaşayırlar.
32. Göründüyü kimi cavabdehlər və yetkinlik yaşına çatmayan uşaqlar ipoteka predmetinin kreditorun mülkiyyətinə keçməsinə, ipoteka qoyan və onun ailə üzvlərinin ipoteka predmeti olan evlə hüquqi bağlılıqlarının bitməsinə, əvvəllər mövcud olmuş hüquqlarının artıq itirilməsinə baxmayaraq, mülkiyyətçinin mülkiyyət hüququndan irəli gələn hüquqlarını pozmaqda davam etmişlər və iddiaçının mülkiyyət hüququnu həyata keçirməsinə maneə törətmişlərdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə çıxarılması müəyyən edilmiş şəxslərin yetkinlik yaşına çatmayan uşaqlarının da iddiaçıya məxsus evdə yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur.
33. Bundan başqa “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
34. Həmin Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
36. Odur ki, mübahisəli mənzildə hansı əsasla, hansı qaydada qeydiyyata alınması məlum olmayan Cavabdeh4; qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə valideynlərinin çıxarılması müəyyən edilmiş və həmin vaxt yetkinlik yaşına çatmayan, lakin hal-hazırda yetkinlik yaşına çatmış və cavabdeh qismində cəlb edilmiş Cavabdeh8, Cavabdeh9; eyni zamanda sonradan soyadı dəyişmiş və özünün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə çıxarılması müəyyən edilmiş İsmayılova(Hallacıyeva) Ayşən Araz qızının yetkinlik yaşına çatmayan uşaqları X15 və X2 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evində yaşamasına hər hansı hüquqi əsas müəyyən edilmədiyindən, həmin şəxslər fərdi yaşayış evindən çıxarılmalıdır. Belə ki, həmin şəxslərin mübahisəli evdə yaşamaq, mübahisəli evdən istifadə etmək hüququ valideynləri vasitəsilə əldə edilmişdir və valideynlərinin hüquqlarına da mülkiyyətçinin dəyişməsi nəticəsində xitam verilmişdir.
37. Məhkəmə eyni zamanda o qənaətə gəlir ki, çıxarıldılma hüquqi nəticə etibarı ilə özündə boşaldılma və təhvil verilməni də ehtiva etdiyindən onlara ayrıca tələb kimi hüquqi qiymət verilməsinə zərurət yoxdur.
38. Bununla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4-cü maddəsində qeyd edilmişdir ki, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
39. Bu səbəbdən eyni zamanda Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, İsmayılova(hallacıyeva) Ayşən Araz qızının yetkinlik yaşına çatmayan övladları X15, İsmayılova Maxfirǝ Elfaq qızı ilə birlikdə və Cavabdeh3 yetkinlik yaşına çatmayan övladı X13 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməlidir. Tətbiq edilən prosessual normalar:
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
42. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
44. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;
45. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
46. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, yetkinlik yaşına çatmayan uşaqlar X15 və X9 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evindən çıxarılmalı; Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, İsmayılova(Hallacıyeva) Ayşən Araz qızının yetkinlik yaşına çatmayan övladları X15, İsmayılova Maxfirǝ Elfaq qızı ilə birlikdə və Cavabdeh3 yetkinlik yaşına çatmayan övladı X13 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməlidir.
47. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh9, Cavabdeh6, İsmayılova(Hallacıyeva) Ayşən Araz qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh8 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh9 və cavabdeh İsmayılova(Hallacıyeva) Ayşən Araz qızının yetkinlik yaşına çatmayan uşaqları X15 və X9 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, İsmayılova(Hallacıyeva) Ayşən Araz qızının yetkinlik yaşına çatmayan uşaqları X15 və İsmayılova Maxfirǝ Elfaq qızı ilə birlikdə və Cavabdeh3 yetkinlik yaşına çatmayan övladı X13 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 100(bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh9, Cavabdeh6, İsmayılova(Hallacıyeva) Ayşən Araz qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh8 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev.