Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-218/2025 16.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh X2 məxsus ünvan 1, mənzil 118-ə dəymiş zərərə görə ödənilmiş 758,07 manat pulun, ödənilmiş 30,40 manat dövlət rüsumunun və 400 manat ekspertiza xərcinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu 1 saylı Mənzil İstismar sahəsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli baxış aktına əsasən xx.xx.2023-cü tarixdə Cavabdeh məxsus ünvan 1, mənzil 120-dən X2 məxsus ünvan 1, mənzil 118-ə su axıdılaraq qəza hadisəsi törədilmişdir. İş materiallarına əlavə edilmiş RAT ********** nömrəli sığorta şəhadətnaməsinin 126258 nömrəli sığorta aktının surətindən göründüyü kimi X2 məxsus ünvan 1, mənzil 118 yaşayış sahəsi İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən ünvan 1, mənzil 118 yaşayış sahəsinə 1009 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş PRP **********892 nömrəli ödəniş tapşırığına əsasən, ünvan 1, mənzil 118 yaşayış sahəsinə görə zərərçəkən X2 250 manat azadolma məbləği (franşiza) və 0,93 manat bərpa məbləği çıxılmaqla 758,07 manat sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirlər ki, xx.xx.2023-cü il tarixdəki hadisə ilə əlaqədar Cavabdeh qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli tərtib edilmiş baxış aktına əsasən dəymiş zərərin Cavabdeh məxsus mənzildən olduğu müəyyən edilib. Bu səbəbdən hesab edirlər ki, ödənilmiş borc məbləği, yəni 758,07 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək, işə onların iştiakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 126258 nömrəli sığorta aktından görünür ki, ünvan 1 ünvanında yerləşən 118 saylı mənzil xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın İcbari Sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə baş hadisə nəticəsində “ünvan 1 ünvanında yerləşən 118 saylı mənzilə 1009 manat məbləğində zərər dəymişdir. Sığorta ödənişini alan şəxs X3r. Ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 hesabına 758,07 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, sonuncuya 758,07 manat məbləğində sığorta ödənişinin 10 iş günü ərzində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Binəqədi rayon 1 saylı MKİS-in mühəndəsi Ə.Əliyev, sahə nəzarətçisi M.Sarıyev, çilingər B.Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən 118 saylı mənzilə baxış keçirilərkən müşahidə olunmuşdur ki, üst mərtəbədə yerləşən sahibi Cavabdeh olan 120-ci mənzildən 118-ci mənzilə axıntı olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X2 məxsus ünvan 1, 118 saylı mənzilinin konstruktiv elementləri (tavan, divar, döşəmə) üzərində su sızma izlərinin olduğunu, Cavabdeh məxsus 120 nömrəli mənzilinin, 118 saylı mənzilin üstündə yerləşdiyini nəzərə alaraq, 118 nömrəli mənzilinə cavabdehin 120 nömrəli mənzilindən su axdığı müəyyən edilir. Cavabdehin 120 saylı mənzilinə baxış zamanı mənzilin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində hər hansı qüsur mövcud olmadığından, su sızmanın səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. X2 məxsus 118 saylı mənzilinin mətbəx, dəhliz, və yaşayış otağının divarlarında və tavanında su sızmaya xarakterik sarımtıl ləkələr, döşəməsinə vurulmuş laminat qatında aralanmalar, qabarmalar müşahidə olunmuşdur. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 1, 118 nömrəli mənzilə xx.xx.2026-cı il tarixə bərpa dəyərinin həcmi 989 manat təşkil edir. Mütəxəssis rəyinin verilməsi üçün İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 400 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.5-ci maddəsinə əsasən su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma daşınmaz əmlakın sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşin araşdırılan hallarında göründüyü kimi, xx.xx.2023-cü tarixdə Cavabdeh məxsus ünvan 1, mənzil 120-dən X2 məxsus ünvan 1, mənzil 118-ə su axıdılaraq qəza hadisəsi törədilmişdir. Nəticədə ünvan 1 ünvanında yerləşən 118 saylı mənzilə 1009 manat məbləğində zərər dəymiş, iddiaçı tərəfindən zərərçəkən X2 250 manat azadolma məbləği (franşiza) və 0,93 manat bərpa məbləği çıxılmaqla 758,07 manat sığorta ödənişi həyata keçirilmişdir. Bu hal iş materiallarında olan ekspert rəyi ilə də təsdiq olunmuşdur. Hazırda iddiaçı 758,07 manat məbləğində vəsaitin, ödənilmiş dövlət rüsumunun və mütəxəssis rəyinin alınması üçün ödənilmiş pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 758,07 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 758,07 manat məbləğində vəsait, iddiaçı tərəfindən ödənilmiş 30,4 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 400 manat məbləğində vəsait İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 758,07 (yeddi yüz əlli səkkiz manat, yeddi qəpik) manat məbləğində vəsait, ödənilmiş 30,4 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində vəsait İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-218/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-218/2025
16.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver