Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2261/2023 01.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə qarşı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli BNA ******* saylı protokolun və xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsinə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair iddia ərizəsini araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə qarşı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli BNA ******* saylı protokolun və xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsinə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.-ci maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı barəsində tərtib olunan inzibati protokolun və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmasını xahiş edir. Azərbaycan Respublikası İXM-nin 125.1.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 126.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İstinad olunan normalardan müəyyən olunur ki, barəsində inzibati protokol və ya qərar tərtib olunan şəxs həmin inzibati protokolu və ya qərarı Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən mübahisələndirmək hüququ vardır. Yəni İddiaçı iddia ərizəsini deyil, protokoldan və qərardan şikayətini məhkəməyə təqdim etməlidir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçının hazırkı iddia ərizəsi, iddia tələblərinə mülki mühakimə icraatı qaydasında baxılmasına yolverilməməsi əsası ilə qəbul edilməkdən imtina edilməlidir. İddiaçıya barəsində tərtib olunan inzibati protokolu və qərarı Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən mübahisələndirmək hüququnun olması izah olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 153.2., 153.2.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə qarşı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli BNA ******* saylı protokolun və xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsinə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair iddia ərizəsi qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2261/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2261/2023
01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver