Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-245/2025 15.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdeh X2 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3484/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X2 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2(001)-3484/2024 nömrəli mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə əsasən cavabdeh X1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan məlum olur ki, “Elektron məhkəmə” informasiya sistemində saxlanılan məlumatlara əsasən X1 adına Bakı şəhəri 11 saylı notariat ofisində vərəsəlik işinin açıldığı və xx.xx.2024-cü il tarixdə Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-245/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, 15 may 2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında cavabdeh X3 hüquqi varisi Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ünvanlanmış ərizəni müdafiə edərək, iddia ərizəsinin geri qaytarılması zərurəti yarandığını əsas gətirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasında iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Buna görə də, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 30 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 260, 263-264, 266-268-ci maddələrini, habelə mülki-prosessual qanunvericiliyinin əsas prinsiplərindən biri olan olan dispozitivlik prinsipini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsilləri iddiaçıya geri qaytarılsın. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 30 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-245/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-245/2025
15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver