Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-249/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi,Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81.02 m olan, ½ payda ümumi mülkiyyət hüququ ilə İddiaçı məxsus mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda Cavabdeh İddiaçının İddiaçı xeyrinə 70 000 manat miqdarında pulun kompensasiya kimi tutulması, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdeh ilə iddiaçı arasında ½ nisbətdə bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı anası X4 09 oktyabr 2021-ci il tarixində ürəyin kəskin işemik xəstəliyindən vəfat etmişdir. Onun vəfatı ilə əlaqədar açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi övladları İddiaçı və Cavabdeh müəyyən olunmuşdur. Anasının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili övladları İddiaçıvə Cavabdeh miras qalmışdır. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı İddiaçı 1 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat kontoruna müraciət etmişdir. Bununla bağlı 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş, reyestrdə 2V-360 nömrə ilə qeyd edilmiş 21 may 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2021-ci il tarixində vəfat etmiş X2 vərəsəsi oğlu İddiaçıdur və qanun üzrə vərəsə kimi ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən 12.0.2022-ci il tarixdə X3 verilmiş**********79-05101-093019 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışaəsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81.02 m olan mənzildən ibarət miras əmlakdan ½ hissədə pay almalıdır. İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mənzilin yarısına mülkiyyət hüququ əldə etmişdir. Bununla bağlı mənzilin ½ hissəsinin xx.xx.2022-ci il tarixdən İddiaçının xüsusi mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarış mövcuddur.Mərhum Ə. Urmuyevanın digər varisi Cavabdeh mirası qəbul etmək üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş vaxt ərzində notariat kontoruna müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini tələb etməmişdir. Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı müvafiq formada müraciət etməsə də faktiki həmin mənzildə yaşayır, bununla da miras əmlaka faktiki sahiblik və ondan istifadə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirir. Nəticədə, miras əmlak cavabdeh tərəfindən qəbul edilmiş sayılır. Odur ki, həmin mənzilin yarısınaxüsusi mülkiyyət hüququ cavabdehə məxsusdur. Cavabdeh iddiaçını həmin mənzildən istifadə etməsinə şərait yaratmır və bununla da əmlak üzərində İddiaçının xüsusi mülkiyyət hüququnu kobud şəkildə pozur. İddiaçı paylı mülkiyyət hüququ ilə ona məxsus olan mənzil üzərindəki hüquqlarını həyata keçirə bilmir. Belə ki, cavabdeh İddiaçının mənzilə daxil olmasına və ondan istifadə etməsinə imkan vermir. Bundan başqa, iddiaçı cavabdehlə ümumi əmlakın bölünməsi, ondan payın ayrılması, həmçinin paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə etməyə çalışsa da bununla bağlı da heç bir nəticə əldə olunmamışdır. Belə razılaşma mümkün olmadığından mübahisə predmeti olan mənzil məhkəmə qaydasında açıq hərracda satılmalı və satış nəticəsində əldə edilən vəsait ümumi mülkiyyətin mülkiyyətçiləri olan iddiaçı və cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi, vəkil məhkəmə iclaslarında iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, cavabdeh nə iddiaçı ilə razılığa gəlir, nə qohumlar vasitəsilə danışıqlarda iştirak edir. Cavabdeh hazırda ailəsi ilə birlikdə mənzildə yaşayır və iddiaçını da mənzilə buraxmır. Bundan əlavə cavabdehdən ya pul olaraq, ya da 1 otaqlı mənzil kimi kompensasiya tələbləri də nəticəsiz qalmışdır. Daşınmaz əmlakın mütəxəssislərini mənzilə buraxmamış, texniki pasportu təqdim etməmişdir. Daşınmaz əmlakın mütəxəssisləri mənzilə baxış üçün gedən vaxt iddiaçının xalası oğlu da orada olmuş və cavabdehin mütəxəssisləri evə buraxmadığını görmüşdür.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
5. xx.xx.2021-ci il tarixdə X2 vəfatı ilə əlaqədar 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Notarius vərəsələrin dairəsini müəyyən edərək göstərmişdir ki, vərəsələr miras qoyanın oğulları İddiaçı və Cavabdehdur.
6. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə X2 vərəsəsi İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81.02 kv.m olan mənzildən ibarət miras əmlakdan ½ hissədə pay almalı olduğu qeyd edilmişdir. Bundan sonra İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən həmin mənzilin ½ hissəsində payının qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixdə çıxarış almış, əmlakın ½ hissəsində pay miras qoyanın adında açıq saxlanılmışdır.
7. Məhkəmə tərəfindən tələb edilən kompensasiyanın məbləğinin məqsədəmüvafiqliyinin müəyyən edilməsi üçün həm əmtəəşünaslıq ekspertizasının, həm də mənzilin naturada bölgüsünün mümkünlüyünün yoxlanılması üçün tikinti-texniki ekspertizasının keçirilməsi barədə xx.xx.2023-cü il tarixdə qərardad qəbul edilmişdir. Tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı ekspert tərəfindən xx.xx.2023-cü il tarixli vəsatət verilmiş və mənzilin “Texniki pasport” sənədinin təqdim edilməsi xahiş edilmişdir. Vəsatətlə bağlı tərəflərə məlumat verilmiş, cavabdeh nə texniki pasportun təqdim edilməsini təmin etmiş, nə də ki, iddiaçının sifarişi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssislərinə mənzilə texniki baxış və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaratmışdır. Bununla bağlı iddiaçıya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023cü il tarixli məktub ünvanlanmışdır.
8. Əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatında isə qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81.02 kv.m olan mənzilin real bazar qiyməti 138000 manat təşkil edir. Həmin rəydən müəyyən edilir ki, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzil dörd otaqlıdır. Binanın arxa tərəfindən mənzilə artırma edilərək əlavə otaq əldə edildiyi müəyyən olunsa da, həmin əlavə qiymətləndirici tərəfindən nəzərə alınmamışdır. Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
10. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
11. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
12. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
13. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
14. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
15. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmənin mövqeyi:
17. Qanunvericiliyin yuxarıda sadalanan normalarından və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən aydın olur ki, Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Bu mümkün olmadıqda məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti təsbit olunmuşdur.
18. Xülasə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
19. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddia tələbinin faktiki əsası ilə onun qanuni əsasının dispozisiya şərtləri üst-üstə düşür. Belə ki, mübahisənin obyekti olan mənzildə cavabdeh yaşayır və onu faktiki olaraq qəbul etdiyini nümayiş etdirir. Bundan başqa cavabdeh nə məhkəmə iclaslarında iştirak etmiş, nə ekspertizanın keçirilməsinə şərait yaratmışdır. Halbuki mənzilin naturada bölünməsinin mümkünlüyünü yoxlamaq üçün ilkin olaraq onun texniki vəziyyəti müəyyən edilməli idi. Cavabdeh isə nə paylı mülkiyyətçi olan iddiaçını mənzilə buraxır, nə iddiaçıya kompensasiya təklif edir, nə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssislərinə mənzilə texniki baxış və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradır.
20. Odur ki, ümumi mülkiyyətin açıq hərracdan satılması üçün əsas yaranmışdır.
21. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Odur ki, iddiaçı paylı mülkiyyətin bölünməsi və ondan payın ayrılmasının mərhələli formasına əməl etdiyindən, onun əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə tələbi əsaslıdır və təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər;
27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
28. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
29. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81.02 kv.m olan mənzil (Daşınmaz əmlakın reyestr nömrəsi:**********79-05101-093019) açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait iddiaçı və cavabdeh arasında bərabər paylarla(1/2 hissə) bölünməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d ı̇
İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81.02 kv.m olan mənzil (Daşınmaz əmlakın reyestr nömrəsi:**********79-05101-093019) açıq hərracdan satılsın və satışdan əldə olunan vəsaitin ½(ikidə bir) hissəsi İddiaçı, ½(ikidə bir) hissəsi Cavabdeh verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev