Məhkəmə qərarları › İş №e-2(001)-2588/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2588/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2588/2024 18.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100 manat azadolma məbləği çıxılmaqla “Skoda Rapid” markalı, **-PZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 609 AZN sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 AZN dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2021ci tarixdəMəmmədxanlı Rüfət Faiq oğlu tərəfindən idarə olunan “Nama” markalı Moped nəqliyyat vasitəsi “Skoda Rapid” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********5 nömrəli, xx.xx.2021-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Skoda Rapid” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da könüllüsığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərə>indən verilmiş xx.xx.2022-ci il tarixli “İBcra edilmiş xidmətlərə dair” aktdan və elektron qaiməyə əsasən, “Skoda Rapid” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 709 manatziyan dəymişdir. İddiaçı Sığorta dəymişzərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 103638 nömrəli sığorta aktına və ödəniş qəbzlərinə əsasən sığortalanmış “Skoda Rapid” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 709 AZN məbləğində sığorta ödənişini "xxxx" MMC -yə ödəmişdir. Bildirmək istəyirik ki, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Məmmədxanlı Rüfət Faiq oğlu təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli İBnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Məmmədxanlı Rüfət Faiq oğlu İBXM-nin 338.4.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin iş materillarında olan izahatlardanda şəxsin təqsirli olmasısübut olunmuşdur. Hesab edirik ki, 100 manat azadolma (franşiza) məbləği çıxılmaqla 609 AZN (altı yüz doqquz manat) pul Məmmədxanlı Rüfət Faiq oğlundan İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən iddiaçının tələbinə dair bildiriş cavabdeh tərəfindən xx.xx.2024cü il tarixdə rəsmi qaydada götürülmüşdür. Təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan sübutlarla məhkəmə tərəfindən müəyyən edilir ki: "xxxx" MMC-nin mülkiyyətində olan “Skoda Rapid” minik markalı, **-PZ-*** nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi zamanı sığortalı nəqliyyat vasitəsinə zərər dəymişdir. Həmin sığorta hadisəsində “Nama” markalı mopedin sürücüsü Cavabdeh İXM-nin 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" MMC-nin aktına əsasən sığortalıya 709 manat zərər dəydiyi müəyyən edilmiş və 100 manat azadolma məbləği ilə birlikdə 709 manat vəsait sığorta şirkəti tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Hazırda iddiaçı azadolma məbləği çıxılmaqla zərərvurandan subroqasiya qaydasında 609 manat tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi sığortaçının verdiyi sığorta ödənişi məbləğində zərər vurmuş şəxsdən geriyə tələb etmək hüququ, yəni subroqasiya hüququ vardır. İşin müəyyən edilmiş hallarından müəyyən edildiyi kimi iddiaçı olan sığorta şirkəti zərər dəymiş avtomobilin kasko sığortası üzrə sığortaçısıdır, zərərin cavabdeh tərəfindən vurulması işin mübahisəsiz halıdır, zərərin məbləği isə iş materiallarında olan sübutlarla təsdiq olunur. Odur ki, iddiaçının sığorta ödənişi məbləğində zərərvuran şəxsdən geriyə tələb etmək hüququ əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 100 manat azadolma məbləği çıxılmaqla 609 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Atəşgah“ Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 609 (altı yüz doqquz) manat məbləğində pul vəsaiti, 30(otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Atəşgah“ Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar