Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2700/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 cəlb edilməklə) “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobili alarkən Cavabdeh ödədiyi 12800 manat və təmirə xərclədiyi 3200 manat olmaqla, cəmi 16000 manatın ona ödənməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Mitsubishi” markalı istehsal ili 2005-ci il və dövlət nömrə nişanı 99VP471 olan avtomobilin texniki pasportunda mülkiyyətçi X10, Şəx vəs Ser: AA2992506 Fin: 102C6XB (ünvan: Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 42) olmaqla, mülki etibarnamə ilə Cavabdeh Şəx vəs Ser: AA******* Fin: xxxxxxx (ünvan: ünvan 3r satmışdır. O, isə xx.xx.2023-cü il tarixdə 12800 manat ödəyərək, avtomobili mülki etibarnamə ilə Cavabdeh almışdır. Avtomobili aldığı zaman Cavabdeh ona avtomobildə heç bir texniki problemin və həbs ya da məhdudiyyətin olmadığını bildirmişdir. Lakin 1 həftə sonra avtomobilin mühərrikində ciddi problemlər yarandığı üçün ünvan 4 ünvanında yerləşən JDM servisdə mühərrik ustası Raufa zəhmət haqqı 750 manat və ehtiyyat hissələr üçün 2450 manat olmaqla, cəmi 3200 manat pul xərcləyərək mühərriki tam təmir etdirmişdir. Mühərrikin təmiri ilə məşğul olduğu dönəmdə “Asan pay”dan aldığı sms vasitəsi ilə avtomobilinə həbs qoyulduğunu öyrənmişdirdir. Məhdudiyyətə səbəb avtomobilin texniki pasportunda mülkiyyətçi X6, Şəx vəs Ser: AA2992506 Fin: 102C6XB (ünvan: ünvan 5tı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyindən aldığı kredit borcunun ödəməməsi olmuşdur. Bu problemin, yəni avtomobilə qoyulmuş həbsin aradan qaldırılması ilə məşğul olduğu zamanda “Asan Pay”dan avtomobilə başqa səbəbdən daha bir həbsin qoyulduğu barədə sms xəbərdarlıq almışdır. Bu həbsin də səbəbini araşdırdığı zaman məlum olmuşdur ki, "xxxx" ASC X10 və X2 müştərək qaydada götürdükləri kreditin ödənməməsi səbəbi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə, 8(011)-967/2024 saylı iş üzrə verilən qərarı olmuşdur. Məlumat üçün məhkəmə işinin qərar hissəsini qeyd edir: 14194,38 manat əsas, 481,43 manat faiz borcu, 14,30 manat cərimə borcu olmaqla, cəmi 14690,11 manat pul və 134,07 manat dövlət rüsumu X4 və X1 müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənsin. xx.xx.2025-ci il tarixdə faktiki mülki etibarnamə ilə sahib olduğu “Mitsubishi pajero” markalı, dövlət nömrə nişanı 99VP471 olan avtomobilini idarə edən zaman Masazır qəsəbəsində BDYP idarəsinin Zəngilan DYP əməkdaşları tərəfindən saxlanılaraq avtomobili DYP-nin duracağına aparılmışdır. Bütün bu sadaladığı problemlərlə bağlı xx.xx.2024-cü il tarixdən başlayaraq avtomobili satın aldığı Cavabdeh, Şəx vəs Ser: AA******* Fin: xxxxxxx (ünvan: ünvan 7ələrlə əlaqə saxlamaq istəsə də, zəngləri cavabsız qalmış, sonra isə ümumiyyətlə mobil nömrənin ləğv edildiyini və aldadıldığını anlamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: ƏN-İX seriyalı 197923 nömrəli etibarnamənin surətindən görünür ki, X3 Samir Sadıq oğluna “Mitsubishi Pajero” minik markalı, 99VP471 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri vermişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iddianın qaldırılması üçün məhkəməyə 138 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X8 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işin materiallarından görünür ki, cavabdehin etibarnamə üzrə onun adından hərəkət edən X12 tərəfindən iddiaçıya “Mitsubishi Pajero” minik markalı, 99VP471 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. Həmin etibarnamə ilə iddiaçı 12800 manat ödəyərək nəqliyyat vasitəsini almışdır. Aldığı zaman ona nəqliyyat vasitəsində heç bir texniki problem və həbs məhdudiyyətinin olmaması bildirilsə də, daha sonra nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması müəyyən edilmiş, nəqliyyat vasitəsi iddiaçının istifadəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq, duracağa aparılmışdır. İddiaçı cavabdehdən ödədəiyi 12800 manatın geri qaytarılmasını tələb etsə də, cavabdeh pul vəsaitini geri qaytarmamışdır. Belə olan halda da, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddianın təmirə xərclənilən 3200 manatın ödənilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən təmirə xərclənilən 3200 manat məbləğində vəsaitin tutulmasını tələb etsə də, iddiaçı bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, nəqliyyat vasitəsinin təmirinə 3200 manat məbləğində vəsaitin xərclənməsini mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12800 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 12800 (on iki min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-2700/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2700/2025
24.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver