Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-281/2024 19.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2500 manat maddi ziyan, 1000 manat mənəvi zərərin əvəzi və qaldırılmış iddiaya görə ödənilmiş 55 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə saat 04.40 radələrində idarə etdiyi “VAZ21011” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni istiqamətdə qarşıda hərəkətdə olan “QAZ3392” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qarşı sol hissəsindən vurub toqquşması nəticəsində o və azyaşlı qızı X2 xəsarət almışlar. Qəza nəticəsində onun çənəsi qırılmış, ilk yardımı Ağcabədi rayon Xəstəxanasında almış, sonra isə Bərdə rayon Diaqnostika Xəstəxanasına göndərilmişdir. Bundan sonra oradan Bakı şəhər Respublika Xəstəxanasına göndərilmişdir. Həmin xəstəxanada bir müddət qaldıqdan sonra ona əməliyyat olunmağı təklif etsələr də, o qərar vermişdir ki, Cavabdehda əməliyyat olunsun. Cavabdeha 2500 manat ödəniş etmiş, ödənişdən sonra həmin hospitalın cərrah həkimləri Elnur Məhərli və Fuad Nəbiyev tərəfindən əməliyyat olunmuşdur. Bir müdət sonra əməliyyat bitəndə əməliyyat üzrə müalicələr oldu. Lakin onun çənə hissəsində qüsurlar qalmış və qüsurlar nəticəsində o. Yemək yeyə bilmir. Buna görə Cavabdehın baş həkimin müavini onu qəbul etdi, o, ödədiyi pulu geri tələb etdi, o isə imtina etdi. Bundan sonra iddiaçı Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yenidən müayinə üçün müraciət etmiş, xəstəxanadakı əvvəlki müalicə həkimi ona demişdir ki, sənin əməliyyatın düzgün aparılmadığı üçün səndə çənədə qüsurlar qalacaq və sənin çənənə yenidən cərrahi əməliyyat ehtiyacdır. Bundan sonra o, Yasamal rayon Prokurorluğuna şikayət etmiş, orada araşdırılma aparılmış, şikayətində göstərdiyi xüsusatlarla bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona vurulmuş maddi ziyan və bundan sonra zəruri olaraq xərclər üçün Cavabdehdan ödədiyi 2500 manat məbləğində pulu, həmçinin cavabdehdən qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyan da dəymişdir. Belə ki, 7 aydan çoxdur ki, bu vəziyyətdə yemək yeməyə çalışır, bu isə ağrılarla mümkün olur, iztirab çəkir və ağrılara görə mənəvi olaraq ona dərin əzablar verir, onu normal yaşamaqdan məhrum edib. Ona görə də Cavabdeh MMC etdikləri qanunsuz hərəkətlərə görə cavab verməli, maddi ziyanla yanaşı, mənəvi zərəri də ödəməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddanı müdafiə etdiyini bildirərək, təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, xərci 2500 manatdan da artıqdır, lakin bunu sübut edə bilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, iş üzrə məhkəmə-tibbi ekspertiza keçirilmişdir. Həkimlər tərəfindən diaqnoz düzgün qoyulmuş və əməliyyat düzgün aparılmışdır. İddiaçının çənə nahiyyəsində qüsurların qalması həkim səhvinin nəticəsi deyildir, bu patoloji haldır. Buna görə də, iddianın heç bir əsası yoxdur, rədd edilməlidir. Mülki iş materiallarında olan: - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-də “Çənənin simfiz sağ və sol oynaq başlarının osteasintezi” əməliyyatı olub. Klinikaya 2500 manat ödəmişdir. - 0976337 nömrəli epikrizdən görünür ki, İddiaçı qoyulmuş klinik diaqnoz aşağıdakı kimidir: “Çənənin simfiz nahiyyəsinin sağ və sol oynaq çıxıntılarının yerini dəyişmiş sınıqları, üzün cərrahi işlənmiş yaraları, üzün NOE tipli sınıqları, əngin Lefor İ tipli sınığı.” - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4440/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı Cavabdeh MMC-də əməliyyatı zamanı həkim tərəfindən taktiki və ya texniki səhvə yol verilmişdirmi? - İddiaçı çənəsində yaranmış qüsurların Cavabdeh MMC-dəki əməliyyatı ilə səbəbli əlaqəsi varmı? - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomoiya birliyi” publik hüquqi şəxsinin Keş-853 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki: 1. Cavabdehda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, ona “Çənənin simfiz nahiyyəsinin sağ və sol oynaq çıxıntılarının yerini dəyişmiş sınıqları, üzün cərrahi işlənmiş yaraları, üzün NOE tipli sınıqları, əngin Lefor İ tipli sınığı.” Diaqnozu düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq onun üzərində “Çənələrin titan mini lövhələrlə fiksasiyası” cərrahiyyə əməliyyatı aparılmışdır. əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. 2. İddiaçı mütəxəssin və Kranial KT-da müayinələri zamanı onda mandibula bucağında və hər iki tərəf mandibula başında metal lövhələr və vintlər, mandibula bucağında olan köhnə qəlpəli yerdəyişən sınıqda natamam bitişmə, sağda mandibula başında olan köhnə sınıqda tam bitişmə və osteoparoza bağlı destruksiya müəyyən edilmişdir. Qeyd olunan patologiya əzələlərin dartı qüvvəsi və ya osteoparozla bağlı metal lövhələrin cüzi yerdəyişməsi ilə əlaqədar olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbi delikt hüququna əsaslanaraq verilmişdir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.”. İddiaçı tibb müəssisəsində müalicə zamanı sağlamlığına vurulmuş zərərin əvəzi kimi 2500 manat məbləğində, mənəvi zərərin əvəzi kimi isə 1000 manat məbləğində pulun cavabdehdən tutlması tələbi ilə çıxış edir. Qanunverici tibbi müəssisəsində xidmətin göstərilməsi zamanı vətəndaşın həyat və sağlamlığına zərər dəydikdə təqsirkar şəxsin mülk, intizam, inzibati və cinayət məsuliyyəti yaranması imkanlarını müəyyən etmişdir. Tibbi müdaxilə nəticəsində vətəndaşın həyatına və sağlamlığına zərər dəydikdə zərərçəkmiş şəxsin bu zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Vətəndaşa ona vurulmuş həm maddi, həm də mənəvi zərərin əvəzinin tələb edə bilər. Maddi zərər dedikdə, həkim səhvi nəticəsində pasiyentin pozulmuş sağlamlığının bərpa olunması üçün çəkdiyi xərclər, həmçinin bu müddət ərzindən yaşadığı digər maddi itkilər, mənəvi zərər dedikdə şəxsin və ya onun yaxınlarını çəkdiyi mənəvi iztirablar, sarsıntlar və s. başa düşülür. Mülki hüquqi pozuntu üzrə məsuliyyətin yaranması üçün ilk növbədə tibb xidmət göstərən şəxsin müdaxiləsinin hüquqazidd olmalıdır. Həmçinin təqsirli olaraq yol verilən hüquqazidd əməl nəticəsində şəxsin həyat və sağlamlığına zərər vurulmuş olması məsuliyyətin yaranması üçün digər əsaslardır. Əməlin hüquqazidd olub-olmamasını (həkim səhvinin/səhlənkarlığının) müəyyən etmək məsuliyyət üçün mühüm əhəmiyyət daşıyır. Hüquqazidd dedikdə tibbi müdaxilənin qanunvericiliyin tələblərinə, həmçinin tibb xidmətin göstərilməsi ilə digər tələblərə uyğun olmaması başa düşülür. Tibbi xidmətin kompleks xarakter daşıdığını və onun göstərilməsi zamanı həkim səhvinin olub olmaması müəyyənləşdirmək üçün xüsusi bilik tələb olunduğundan məhkəmə tərəfindən tibbi ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomoiya birliyi” publik hüquqi şəxsinin Keş-853 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki: Cavabdehda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, ona “Çənənin simfiz nahiyyəsinin sağ və sol oynaq çıxıntılarının yerini dəyişmiş sınıqları, üzün cərrahi işlənmiş yaraları, üzün NOE tipli sınıqları, əngin Lefor İ tipli sınığı.” Diaqnozu düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq onun üzərində “Çənələrin titan mini lövhələrlə fiksasiyası” cərrahiyyə əməliyyatı aparılmışdır. əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı mütəxəssin və Kranial KT-da müayinələri zamanı onda mandibula bucağında və hər iki tərəf mandibula başında metal lövhələr və vintlər, mandibula bucağında olan köhnə qəlpəli yerdəyişən sınıqda natamam bitişmə, sağda mandibula başında olan köhnə sınıqda tam bitişmə və osteoparoza bağlı destruksiya müəyyən edilmişdir. Qeyd olunan patologiya əzələlərin dartı qüvvəsi və ya osteoparozla bağlı metal lövhələrin cüzi yerdəyişməsi ilə əlaqədar olmuşdur.”. Təqdim olunmuş ekspert rəyinin əsassız və ya natamam olmasına dair məhkəmədə hər hansı şübhə yaranmadığından məhkəmə xx.xx.2023-cü il tarixli ekspert rəyinin mötəbər sübut hesab edir. Göründüyü kimi iddiaçının iddia etdiyi “əməliyyatın düzgün aparılmadığı” ilə bağlı dəlili formal mülahizələrə əsaslanmaqla, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə də təsdiq olunmur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona cavabdehlər tərəfindən maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbinin vurulmuş zərərin əvəzi kimi 2500 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi əsassız olduğundan təmin edilə bilməz. Tələbin mənəvi zərərin əvəzi kimi isə 1000 manat məbləğində pulun cavabdehdən tutlması hissəsi sə bilavasitə vurulmuş zərərlə bağlıdır. Tələbin birinci hissəsi əsassız olduğundan məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun cavabdehdən tutlması hissəsi də təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı 2500 manat maddi ziyan, 1000 manat mənəvi zərərin əvəzi və qaldırılmış iddiaya görə ödənilmiş 55 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı 2500 manat maddi ziyan, 1000 manat mənəvi zərərin əvəzi və qaldırılmış iddiaya görə ödənilmiş 55 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-281/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-281/2024
19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver