Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-286/2023 09.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh görülən işə görə dəymiş maddi zərərin əvəzi olaraq 1495 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 600 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 22-24 saylı yeni tikili binada yerləşən mənzildə mebellərin istehsalı və quraşdırılmasına dair şifahi razılıq əldə etmişdir. Həmin razılığa əsasən cavabdeh tərəfindən görüləcək işin ümumi dəyəri 4995 manat müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdə mebellərin istehsalına başlamaq üçün cavabdeh 3000 manat məbləğində ödəniş etmiş, xx.xx.2022-ci il tarixdə isə 500 manat əlavə olaraq ödəniş etmişdir. İddiaçı mebelləri quraşdırdıqdan sonra cavabdehə pulun qalanın, yəni 1495 manatı ödəməsini təklif etmiş, sonuncu qayınatası mebellərə baxdıqdan sonra ödəniş edəcəyini bildirmişdir. Ertəsi gün cavabdehlə əlavə saxladığı zaman, cavabdeh mebellərdə qusur olduğunu və bu səbəbdən də ödənişi etməkdən imtina etditini bildirdi. Cavabdeh görülən işə görə xidmət haqqını tam ödəmədiyi üçün iddiaçı ustaların pulunu tam şəkildə ödəyə bilməmiş, bu səbəbdən də cavabdeh tərəfindən ona maddi və mənəvi zərər vurulmuşdur. Qeyd edilənlərə əsasən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya 3500 manat məbləğində ödəniş etdiyini və ekspert rəyinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1907 nömrəli rəyindən görünür ki, ekspert baxışına təqdim edilmiş mebellərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4100 manat məbləğində müəyyən olunur. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında bildirdi ki, Saray qəsəbəsində yerləşən mebel fakrikində administrator vəzifəsində çalışır. Cavabdeh 4995 manat dəyərində 3 ədəd şkaf sifariş etmişdir. Mebellər hazır olduğu zaman iddiaçıya mebellər standart ölcüdə olmadığından mebellərin ödənişini əvvəlcədən almağı təklif etmiş, sonuncu isə Cavabdeh onun dostu olduğunu və heç bir problem olmayacağını bildirdi. İddiaçı mebelləri təhvil verdikdən sonra onunla əlaqə saxlamış, cavabdeh ödənişin etmədiyini və ödənişi cavabdehin qayınatası edəcəyini bildirdi. Ertəsi gün isə iddiaçı ona zəng vuraraq cavabdeh mebelləri bəyənmədiyini və buna görə də ödəniş etmədiyini bildirdi. Daha sonra o, cavabdehlə əlaqə saxlayaraq yaranmış problemi həll etməyə hazır olduqlarını bildirmiş, lakin cavabdeh onu tanımadığını və məsələ onunla iddiaçı arasında olduğunu bildirərək telefonu söndürmüşdür. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında bildirdi ki, o, cavabdehin sifariş etdiyi mebelləri quraşdırmaq üçün onun evinə usta kimi getmiş, həmin vaxt evdə cavabdeh və onun həyat yoldaşı olmuş, mebellər onların istədikləri formada quraşdırılmışdır. Mebellər quraşdırıldıqdan sonra cavabdehdən ödənişin qalan hissəsinin ödənilməsi tələb olundu, lakin cavabdeh ödənişi qayınatasının edəcəyini bildirdi. Daha sonra isə cavabdehin ödəniş etmədiyi ona məlum oldu. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. - 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. - 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 763-cü maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. - 770-ci maddəyə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. - 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Məhkəmə qanunvericiliklə qeyd olunan tələbləri, iddiaçının izahatı və şahid ifadəsi ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, hazırkı mübahisəli hüquq münasibətləri podrat müqaviləsindən irəli gələn münasibətlərdir. Məhkəmə qeyd edir ki, müqavilənin elementlərindən biri sayılan podrat müqaviləsinin forması Mülki Məcəllə ilə xüsusi olaraq tənzimlənmir. Ona görə də podrat müqaviləsinin forması əqdlərin forması haqqında müddəalar əsasında müəyyən edilir. Belə ki, podrat müqaviləsi həm şifahi, həm də sadə yazılı formada bağlana bilər. Podrat müqaviləsinin müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Qanun müqavilə üzrə müddəti də xüsusi olaraq nizama salınır. Podrat müqaviləsində müddətin müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Bu onunla izah olunur ki, sifarişçinin öz tapşırığı işin müəyyən bir müddət ərzində icra edilməsində marağı vardır (MM-in 427.2-ci maddəsi). Beləliklə, işin qeyd olunan halları və iş materiallarına əlavə edilmiş sənədlər ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında xidmətlər göstərilməsi (podrat işləri görülməsi) ilə bağlı şifahi razılaşma mövcud olmuş, həmin razılaşmaya əsasən də podratçı nəzərdə tutulan işi icra etmiş və onun nəticəsini sifarişçiyə təqdim etmiş, lakin sifarişçi işin nəticəsini qəbul edərək podratçıya razılaşdırılmış muzdu ödəməkdən yayınmışdır. Belə olan halda isə Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyini həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilmişdirsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məcəllənin qeyd olunan müddəasının mənası baxımından iddiaçı üzərində düşən öhdəliyini yerinə yetirdiyi halda, cavabdeh də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1907 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspert baxışına təqdim edilmiş mebellərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4100 manat məbləğində müəyyən olunur. Buna görə də iddianın maddi ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. İddiaçının və cavabdehin izahatlarından müəyyən edilir ki, cavabdeh iddiaçı ilə razılaşdırılmış məbləğdən 3500 manat pul ödəmişdir. Odur ki, iddianın maddi ziyanın ödənilməsinə dair hissəsi qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 600 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyərini təşkil edən 50 (əli) manat ekspertiza xərcinin 50%-i yəni 25 (iyirmi beş) manatı İddiaçı , qalan 50%-i yəni 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-286/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-286/2023
09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver