Məhkəmə qərarları › İş №e-2(001)-2863/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2863/2024

02.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2863/2024 02.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə, daha sonra ərizəyə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, mərhum atası – xx.xx.1968-cı ildə Şamaxı şəhəri, Adnalı kəndində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə, Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxxx 1996-cı ildə Şamaxı şəhərində anadan olmuş və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, ev 13, mənzil 28-də qeydiyyatda olmaqla orada yaşayır. Qeyd edir ki, mərhum atası X5 27 fevral 1968-ci ildə Şamaxı şəhəri, Adnalı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdır. 07 may 2023-cü il tarixdə mərhum atası X5 qeydiyyatda olduğu və yaşadığı fərdi yaşayış evində zəhərlənmə diaqnozu ilə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “X16” PHŞ-yə aparılsa da vəfat etdikdən sonra, atasını Şamaxı rayonu, Adnalı kənd qəbirstanlığında dəfin etmişlər. (Bu barədə Bələdiyyədən müvafiq arayış və foto şəkillərdən görmək olar) Məlumat üçün bildirir ki, o, Ərizəçi Azərbaycan Respublikası DİNnin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavastə tabe olan Diplomatik nümayəndəliklərin mühafizə üzrə Əlahiddə Polis taborunun polis nəfəri işlədiyi üçün onlara tez-tez şəxsi məlumatlar yeniləndiyi üçün, atasının ölüm şəhadətnaməsini ondan istəyirlər. Bundan başqa mərhum atası X3 qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qaz, su və işığ sayğacları atasının adından öz adına keçirilməsi müvafiq idarələrdən tələb olunur. Qeyd edir ki, mərhum atası 27 fevral 1968-ci ildə Şamaxı şəhəri, Adnalı kəndində anadan olmuş X5 07 may 2023-cü il tarixdə vəfat etdiyi üçün müvafiq şəhadətnamənin alınması üçün ərizə ilə Bakı şəhəri, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən 16 iyun 2023-cü il tarixli, 3-165/815-987PŞ nömrəli məktubunda bildirildi ki, mərhum atası X3 adına tərtib edilmiş ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Bundan başqa o, ərizə ilə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “X16” PHŞ və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” PHŞ-yə müraciətinə bildirilmişdir ki, mərhum atası X5 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və aidiyyatı üzrə meyit göndərilmiş, digər müraciətinə isə bildirilmişdir ki, onlara xx.xx.2023-cü il tarixdən bu günə kimi mərhum atası X3 meyidi təqdim edilməmişdir. Ərizəsinə əlavə etdiyi foto şəkillər və arayışdan görünür ki, mərhum atası xx xxxxxxx 1996-cı il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə ölmüş və Şamaxı rayonunun Adnalı kənd qəbirstanlığında dəfin edilmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb xx xxxxxxx 1996-cı il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X4 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıoğludur. X1 1968ci ildə doğulmuş, 07 may 2023-cü il tarixdə Bakıda xəstəxanada vəfat etmişdir. Qardaşını Şamaxı rayonunda dəfn etmişlər. Məhkəmədə şahid X10 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası Bakıda xəstəxanada vəfat etmişdir, onu Şamaxıda dəfn etmişdirlər. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: XX-ЖГ seriyalı 380255 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Ərizəçi atası X5, anası isə X6r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatpmiya Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, 1968ci il təvəllüdlü X3 meyiti isə no onun ölümünün baş verdiyi ərazi üzrə, yəni “MTE və PAB” phş-nin Bakı şəhəri Nəsimi rayon, nə mərhumun qeydiyyatda olduğu Xətai rayon, nə də Mərkəzi məhkəmə-tibbi ekspertiza şöbələrinə xx.xx.2023-cü il tarixdən bu günə kimi daxil olmamış və meyitlərin qeydiyyatı kitabından keçməmişdir. Ona görə də mərhum atasının ölümünün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə”nin rəhbərlik etdiyi “MTE və PAB” phş-də verilməsi mümkün deyildir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış, atası X3 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “X16” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, 1968-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə saat 00:45-də X15 toksikologiya şöbəsində “kəskin peroral sirkə turşusu ilə zəhərlənmə, çox ağır dərəcə” diaqnozu ilə vəfat etmişdir. Ölüm hadisəsi barədə Xətai RPİ-nin 34-cü PB-nə leytenant Qarayevə məlumat verilmişdir. K.Hacıyevin meyidi “Məhkəmə Tibbi Ekspertiza və X8” PHŞ-nin Xətai rayon şöbəsinə göndərilmişdir. Bu səbəbdən X16 ğlüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. Azərbaycan Respublikası Şamaxı rayonu Çarhan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə vəfat etmiş Şamaxı rayonunun Adnalı kəndi qəbirstanlığında dəfn olunmuşdur. Qəbirdaşının fotoşəklindən müəyyən olunur ki, xx.xx.1968-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1989-cu il təvəllüdlü X2 Bakı şəhərində xx.xx.2010-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X3 Bakı şəhərində xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar