Məhkəmə qərarları › İş №e-2(001)-2885/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2885/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2885/2024 18.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul tələbi" barədə barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan X3 məxsus Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti ev 196 mənzil 84-də dəymiş zərərə görə ödənilmiş 299.50 manat (iki yüz doxsan doqquz manat əlli qəpik) pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu 72 saylı Mənzil İstismar sahəsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli baxış aktına əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 86-dan qonşusu X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 84-ə su axıdılaraq qəza hadisəsi törədilmişdir. İş materiallarına əlavə edilmiş RAT ********** nömrəli sığorta şəhadətnaməsinin surətindən göründüyü kimi X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 84 yaşayış sahəsi İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 84 yaşayış sahəsinə 550 manat (beş yüz əlli manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 13671 nömrəli ödəniş tapşırığına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 84 yaşayış sahəsinə görə zərərçəkən X3 250 manat azadolma məbləği (franşiza) və 0.50 manat bərpa məbləği çıxılmaqla 299.50 manat (iki yüz doxsan doqquz manat əlli qəpik) sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2023-cü il tarixdəki hadisə ilə əlaqədar Cavabdeh oğluna qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli tərtib edilmiş baxış aktına əsasən dəymiş zərərin Cavabdeh oğluna məxsus mənzildən olduğu müəyyən edilib. Bu səbəbdən hesab edirlər ki, ödənilmiş borc məbləği, yəni 299.50 manat (iki yüz doxsan doqquz manat əlli qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilərək, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 84 yaşayış sahəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən RAT********** saylı sığorta şəhadətnaməsinə əsasən sığortalanmışdır. İş materiallarında olan ÖM seriyalı 239197 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 84 yaşayış sahəsi X2 məxsusdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu 72 saylı Mənzil Kommunal İstismar sahəsinin mühəndisi N.Qarayev, sahə nəzarətçisi A.Bayramov, çilingər A.Mansurov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Azadlıq pr, ev 196/32,mənzil 84 ünvanında yaşayan X1 ərizəsinə əsasən mənzilinə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, 86-cı mənzilin sahibi Cavabdeh sanitar qovşağından 84-cü mənzilə su axıntısı müşahidə edilmişdir. Axıdılan suyun nəticəsində mənzilin dəhlizi, divar kağızı və parketlər suyun təsirindən öz keyfiyyətini itirmişdir. İş materiallarında olan Əmlak hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 84 yaşayış sahəsinə cəmi 550 manat zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 125392 saylı sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, susızma hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 86-ya dəymiş 550 manat zərərdən 250 manat azadolma məbləği və 0,50 manat bərpa məbləği çıxılmaqla, 299,50 manat sığorta məbləği X2 ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan və məktubun göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin qanunun 36.1.9-cü maddəsinə əsasən üçüncü şəxslərin hərəkətləri nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 86-dan su axıdılması nəticəsində qonşusu X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 84-ə zərər vurulmuş olduğundan sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Belə olan halda iddia təmin edilməli və Cavabdeh oğlundan X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 196, mənzil 84-ə dəymiş zərərə görə ödənilmiş 299.50 (iki yüz doxsan doqquz manat 50 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏTETDİM: İddia təmin edilsin. Cavabdeh oğlundan X2 məxsus Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti ev 196 mənzil 84-ə dəymiş zərərə görə ödənilmiş 299,50 (iki yüz doxsan doqquz manat 50 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40(otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqının əvəzi İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar