Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3170/2023 04.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə aralarında bağlanmış 03 aprel 2023-cü il tarixli barışıq sazişinin “uşaqların ananın himayəsinə verilməsi və aliment” hissəsində təsdiq edilməsi, həmçinin ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın maraqlı şəxsdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 03 aprel 2023-cü il tarixli barışıq sazişinin şərtlərindən görünür ki:
1. Maraqlı şəxs Ərizəçi ilə aralarında xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına razıdır və buna etiraz etmir.
2. Maraqlı şəxs övladları – xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 Ərizəçi yanında qalmasına razıdır və etiraz etmir.
3. Maraqlı şəxs Ərizəçi – övladları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq əmək haqqısının 1/3 (üçdə-bir) hissəsi miqdarında aliment ödəyəcəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1, 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22-ci maddəsinin tələblərinə əsasən, uşaqların valideynlərdən hansının yanında qalmalarının müəyyənləşdirilməsi boşanmadan sonra məhkəmənin həll edilən məsələlərdən biridir. Hazırki halda tərəflər arasındakı nikahın pozulmadığı müəyyən edilir, belə olan halda birgə nikahdan olan uşağın anasının yanında saxlanması ilə bağlı barışıq sazişinin təsdiq edilməsi yolverilməzdir. Habelə, uşağın yaşayış yerini müəyyənləşdirmədən onun saxlanması üçün alimentin də tutulması əsaslı deyildir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307 və 355-23 - 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 03 aprel 2023-cü il tarixli barışıq sazişinin bir hissəsinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev