Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3277/2025 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdeh2 Cavabdeh1 və İddiaçı qarşı payın naturada ayrılması tələbinə dair iddia ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında məhkəmə Cavabdeh2 vəsatətlə müraciət edərək hazırki işin 2(001)- 1244/2025 saylı işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, vəsatəti əsaslandırmışdır ki, qeyd olunan mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Lətifə xanım Məmmədovanın icraatındadır. Hesab edirik ki, həmin mülki işlər bir-biri ilə əlaqəli olduğundan ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməli və onlara birgə baxılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdı. Digər cavabdehin nümayəndəsi vəsatətin təmin olunmasına etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hazırki işi və cavabdeh tərəfindən təqdim edilən iddia ərizəsinin məzmununu araşdırarkən müəyyən etmişdir ki, mübahisənin predmeti paylı əmlak üzrə mülkiyyətçilər arasındakı “öz paylarının naturada ayrılması”ndan ibarətdir. Hər iki mülki iş üzrə tərəflər məhz paylı mülkiyyətçilərdir və mübahisəsi gedən əmlak da ümumi paylı əmlakdır. Təbii ki, işin daha ədalətli və səmərəli araşdırılması üçün mülki işlərin bir icraatda birləşdirilməsi çox mühümdür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbləri bir icraatda birləşdirilməli və həmin işlərə bir icraatda e-2(001)-1244/2025 nömrə ilə baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı əmlakın naturada bölgüsü tələbinə dair e-2(001)- 3277/2025 saylı mülki iş iddiaçı Cavabdeh2 Cavabdeh1 və İddiaçı qarşı payın naturada ayrılması tələbinə dair iddiası üzrə e-2(001)-1244/2025 saylı mülki işə birləşdirilsin və həmin işlərə bir icraatda e-2(001)-1244/2025 nömrə ilə baxılsın. İddia tələbləri birləşdirildiyindən e-2(001)-3277/2025 saylı mülki işin icraatına xitam verilsin. X5
Məhkəmə qərarları › İş №e-2(001)-3277/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3277/2025
29.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver