Məhkəmə qərarları › İş №e-2(001)-3352/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3352/2024

12.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3352/2024 12.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, xüsusi icraat qaydasında ölüm faktının müəyyən edilməsini xahiş etdiyi X7 onun həyat yoldaşıdır. O, xx.xx.1945-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur. Erməni təcavüzü ilə əlaqədar torpaqların işğal olunması nəticəsində X7 1993-cü il tarixdən Kəlbəcər rayonundan məcburi köçkün düşmüş və vəfat edənədək ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. X1 astma xəstəsi olmuş və mütəmadi olaraq ambulator müalicələr almış, daimi hər gün 3 dəfədən az olmayaraq inqalyasiya aparatı vasitəsilə dərmanlar qəbul etmişdir. İşğal olunmuş torpaqlar azad olunduqdan sonra X7 da öz doğma torpaqlarını görmək arzusunu həyata keçirmək istəmişdir. Bu məqsədlə o, bacısı oğlu X8 müraciət etmiş və onun Kəlbəcər rayonunun Zülfüqarlı kəndi ərazisində olan arıçılıq təsərrüfatına baş çəkmək üçün Kəlbəcərə gedərkən onu da özü ilə aparmasını xahiş etmişdir. 26 iyun 2023-cü il tarixdə onlar Gəncə şəhərindən çıxaraq avtomobillə Murovdağdan keçərək Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə çatmışlar. Orada əyləşib çay içdikdən sonra isə H.Murtuzayev vəfat etmişdir. Orada olan bacısı oğlanları X14, X15 və qardaşı oğlu X4 rayonunda yerləşən hərbi hospitala aparsalar da, həkimlər heç bir köməklik göstərə bilməmişlər. X5 meyidi elə həmin gün Kəlbəcər rayonundan Gəncə şəhərinə, Gəncə şəhər 3 saylı Xəstəxanasının morquna gətirilmiş, lakin övladları meyitin yarılmasına razılıq verməmişlər. Bu səbəbdən də, həmin xəstəxanada hər hansı sənədləşdirmə aparılmamışdır. 27 iyun 2023-cü il tarixdə isə X5 meyidi Bakı şəhərinə, yaşadığı evə gətirilmiş, elə həmin gün də torpağa tapşırılmışdır. Bir müddət sonra isə X5 ölümü haqqında şəhadətnamə verilməsi üçün müvafiq sənədin alınması məqsədilə mərhumun yaşadığı Binəqədi rayonu ərazində yerləşən 35 №-li Şəhər Poliklinikasına müraciət olunmuş, lakin həmin sənədin verilməsindən imtina olunmuşdur. Buna görə də, mərhumun adına ölüm haqqında şəhadətnamənin verilməsindən də imtina olunmuş və müzakirə olunan məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Mərhum X1 dövlət qulluqçusu kimi pensiya alırdı və həmin pensiya məbləği onun aldığı pensiya məbləğindən daha çoxdur. Qüvvədə olan qanunvericilik belə olan halda ona mərhumun pensiyasını almaq imkanını verir. X2 adına ölüm haqqında şəhadətnamə ala bilmədiyindən bu hüququndan istifadə edə bilmir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.1945-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş X5 26 iyun 2023-cü il tarixdə ölüm faktının müəyyən olunması, X5 barəsində ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxs üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili X6 ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq etmiş və ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış 24 fevral 2024-cü il tarixli, 3-16-5/8- 16-339/24 saylı məktubun surətindən görünür ki, onun müraciətinə həmin şöbə tərəfindən baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X5 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. İş materiallarında olan AZE seriyalı 06624757 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1945-ci il tarixdə Kəlbəcər şəhərində doğulmuşdur. İş materiallarında olan 35 nömrəli Şəhər Poliklinikası tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili Nümayəndə Hüseyn qızına ünvanlanmış 19 fevral 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3nun 35 nömrəli Şəhər Poliklinikasında müraciəti olmadığına görə mərhuma ambulator karta açılmamışdır. Buna görə də, ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ərizəçinin yaxın qohumu olmaqla yanaşı, dayısı xx.xx.1945-ci il təvəllüdlü X5 26 iyun 2024-cü il tarixdə Kəlbəcər rayonunda vəfat etməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ərizəçinin yaxın qohumu olmaqla yanaşı, dayısı xx.xx.1945-ci il təvəllüdlü X5 26 iyun 2024-cü il tarixdə Kəlbəcər rayonunda vəfat etməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.1945-ci il təvəllüdlü X5 26 iyun 2023-cü il tarixdə Kəlbəcər rayonunda vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1945-ci il təvəllüdlü X5 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1945-ci il təvəllüdlü X5 26 iyun 2023-cü il tarixdə Kəlbəcər rayonunda vəfat etməsi faktı müəyyən edilsin. X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar