Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-355/2025 10.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 4580 manat məbləğində pul vəsaitinin və ödənilmiş 65.80 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hyundai Tucson” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə cavabdeh idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Mercedes Benz C240” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Lacetti” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillərə ziyan dəymişdir. Binəqədi DYPİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş protokola əsasən cavabdeh hadisə nəticəsində təqsirli bilinmişdir. “RR Service 01” tərəfindən verilmiş qiymətləndirmə aktlarına əsasən “Mercedes Benz C240” markalı avtomobilə 2220 manat, “Chevrolet Lacetti” markalı avtomobilə isə 2360 manat ziyan dəymişdir. Sığorta ödənişləri aktlarına əlavə zərərçəkmiş şəxslərə ümumilikdə 4580 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən subroqasiya qaydasında şirkətə ödənilməli olan məbləğdən 200 manat ödəniş edilsə də qalan məbləğ ödənilməmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, lakin maddi imkanı olmadığına görə ödənişi hissə-hissə edə biləcəyini bildirmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işin materialları:
5. “RR Service 01” tərəfindən verilmiş qüsur aktına əsasən “Chevrolet Lacetti” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2360 manat ziyan dəymişdir.
6. 11887 saylı sığorta aktına və 15488 saylı ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Chevrolet Lacetti” markalı, **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün X1 ("xxxx" ASC hesabı ilə) 2360 manat ödəniş edilmişdir.
7. “RR Service 01” tərəfindən verilmiş qüsur aktına əsasən “Mercedes Benz C240” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2220 manat ziyan dəymişdir.
8. 11888 saylı sığorta aktına və 15933 saylı ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Mercedes Benz C240” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün X2 ("xxxx" ASC hesabı ilə) 2220 manat ödəniş edilmişdir.
9. Pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə subroqasiya hüququ ilə əlaqədar 4380 manat məbləğində vəsaitin 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin bank hesabına ödənilməsi barədə məktub ünvanlanmışdır. Məktubda həmçinin qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında cavabdehə qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə məlumatlandırılmışdır.
10. İXP4091496 nömrəli İnzibati Xəta haqqında Protokolun və TP4504497 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və barəsində AR İXM-nin 327.6-ci və 327.1-i maddəsinə əsasən 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
11. 21.1-ci madəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
13. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
14. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər.
15. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikasi Qanununun 25.1.3-cu maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
17. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.
18. “Sığorta haqqında” Azərbaycan Rspublikası Qanunun əsasən 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə ödənişini vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
19. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
20. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
26. Məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı “Mercedes Benz C240” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Chevrolet Lacetti” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillərə vurulmuş zərərin aradan qaldırılması üçün 4580 manat sığorta ödənişi verdiyinə görə, həmin məbləği subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlıdır.
27. Məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
28. Məhkəmə qeyd edir ki, iddiaçı haqlı olaraq cavabdehdən ödənilmiş sığorta ödənişini tələb edir. Belə ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsirindən baş verdiyindən ödənilmiş sığorta ödənişi geri qaytarılmalıdır.
29. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
30. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 4580 manat məbləğində vəsait və dövlət rüsumu olaraq ödənilmiş 65.80 manat tutularaq İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4580 (dörd min beş yüz səksən) manat əsas borc və ödənilmiş 65.80 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova