Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3597/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi Ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1994-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, qızı X4 xx.xx.2024-cü il tarixdə yaşadığı evdə vəfat etmiş, həmin vaxt təcili yardım çağırılmış, bu barədə Bakı şəhəri Təcili və X6 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. X7 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən “Seyidlər” qəbirstanlığında dəfn edilmişdir. O, ölümün qeydə alınması ilə bağlı Bakı şəhəri Qeydiyyat Şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Buna səbəb olaraq göstərilmişdir ki, mərhum Əliyeva X3 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev küçəsi “Kristal Abşeron” yaşayış kompleksində və naməlum səbəbdən vəfat etdiyinə görə şəhadətnamənin verilməsi mümkün deyil. Halbuki Leylaxanım Əliyeva naməlum səbəbdən vəfat etməmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən Leylaxanım Əliyevaya 1 dərəcə əlil olmaqla, ağır dərəcəli əqli gerilik, ağır kəmağıllıq, hərəkət dayaq aparatının pozuntusu, nitq və davranış pozuntusu, epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları, epilepsiya nəticəsində demensiya diaqnozu qoyulmuşdur. X9 səhhətində yaranan ağırlaşmalar nəticəsində vəfat etmiş, ünvana çağırılan təcili tibbi yardım da ölümün təbii şəraitdə olması barədə qeyd etmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırkı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Ərizəçi və onun nümayəndəsi-vəkili Nümayəndə ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısı, Leylaxanım Əliyeva isə bacısının qızıdır. X9 epilepsiya xəstəsi olub və Binəqədi poliklinkasında xəstə kimi qeydiyyatda olub, dərmanları daima ordan alınıb. X9 vəfat etdiyi gün ünvan 2 ünvanında yerləşən mənzildə idi. O, 2024-cü il aprel ayının 11-dən 12-nə keçən gecə vəfat etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadə verərək bildirdi ki, ərizəçi onun qızı, Leylaxanım Əliyeva isə nəvəsidir. X9 vəfat etdiyi gün, yəni 2024-cü ilin aprel ayının 12-də onun yanında idi. Birdən otaqdan səs eşitdi, otağa daxil olduğu zaman Leyla anasının qucağında idi. Xəstə idi deyə daima qıc olmaları olurdu deyə elə bildi ki, yenə də qıcolmadır. Lakin sonradan gördü ki, qıc olması yoxdu, xırıltısı var. Həmin vaxt təcili tibbi yardım çağırılmış, lakin onlar gələndə artıq gec idi, nəvəsi keçinmişdi. Məhkəmə iclasında dindirilmiş şahid X12 eyni məzmunlu ifadə verərək X1 2024-cü ilin aprel ayının 11-dən 12-nə keçən gecə vəfat etdiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Mülki işin materialları: - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilməmişdir. - Təcili və X6 Stansiyası tərəfindən verilmiş ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:50-də ünvan 2 ünvanında yaşayan X1 “həkiməqədər ölüm, qadın cinsli meyit aşkar olunduğu” qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhum X4 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Maştağa qəsəbəsindəki Seyidlər qəbirstanlığında dəfn olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin çıxarışından görünür ki, X4 “epilepsiya, ağıl zəifliyi və tez-tez olan qıcolma tutmaları” diaqnozu ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək stasionar müalicə alıb. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kitabçasından çıxarışdan görünür ki, X2 “ağır kəmağıllıq (imbesillik dərəcəsində), təkrarlanan qıcolma tutmaları, kobud nitq və davranış pozuntusu ilə dayaq hərəkət aparatının pozuntusu aşkar edilir və kənar şəxslərin qulluğuna ehtiyacı var. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 8 saylı Qərarının 1.2-ci bəndinin izahına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 4.8-ci bəndinin izahına əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını nəzərə alıb, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi ölümün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Leylaxanım Əliyevanın ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Qanunverriciliyin tələblərinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi qızının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2024-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-3597/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3597/2024
09.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver