Məhkəmə qərarları › İş №e-2(001)-3680/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3680/2024

27.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3680/2024 27.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya reyestrində M-00324 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Maraqlı şəxs arasında bağlanmış 16 fevral 2024-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 1 və 1.1-ci bəndlərinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 1 və 1.1-ci bəndlərinin təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla keçmiş əri Maraqlı şəxs arasında alimentin artırılması barədə tələb üzrə mediasiya prosesi zamanı xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində aşağıdakı razılaşdırılmışdır: 1. Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşırlar: 1.1 İkinci tərəf (Ata) öhdəsinə götürür ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşaq üçün 235 AZN olmaqla, 470 AZN aliment məbləği İkinci tərəfə (Anaya) ödəyəcək. Lakin Maraqlı şəxs barışıq sazişinin 1 və 1.1-ci bəndlərinin şərtlərinə riayət etməmişdir. Belə ki, bu günədək barışıq sazişi ilə meəyyən edilmiş alimentdən heç bir ödəniş etməmişdir. Göründüyü kimi, artıq barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Ərizəçi məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ seriyalı 678278 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası Ağəmmədova (Məmmədova) Nigar Rasim qızıdır. AZ-İİİ seriyalı 678281 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası Ağəmmədova (Məmmədova) Nigar Rasim qızıdır. xx.xx.2024-cü il tarixdə, Bakı 9 saylı Mediasiya təşkilatı vasitəsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış barışıq sazişindən görünür ki:

1. Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşırlar: 1.1 İkinci tərəf (Ata) öhdəsinə götürür ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşaq üçün 235 AZN olmaqla, 470 AZN aliment məbləği İkinci tərəfə (Anaya) ödəyəcək. Şəki Rayon Məhkəməsinin e-2(075)-1497/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. AZ-İ seriyalı 384410 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ağəmmədova (Məmmədova) Nigar Rasim qızı arasında olan nikah xx.xx.2021-ci il tarixdə ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 118 nömrə ilə qeyd edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1138/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X7 ilə Maraqlı şəxs arasında xx.xx.2013-cü il tarixdə Ağsu rayon qeydiyyat şöbəsində bağlanmış 171 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 anaları X5 himayəsində saxlanılması qət edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1 və 1.1-ci bəndlərini təhlil edərək və Mülki Prosessual Məcəllənin 355- 26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs barışıq sazişi üzrə qeyd olunan bəndləri icra etmədiyinə görə, barışıq sazişinin həmin hissələrdə məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizə təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı da maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə, Bakı 9 saylı Mediasiya təşkilatı vasitəsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış barışıq sazişi “1. Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşırlar: 1.1 İkinci tərəf (Ata) öhdəsinə götürür ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşaq üçün 235 AZN olmaqla, 470 AZN aliment məbləği İkinci tərəfə (Anaya) ödəyəcək.” hissədə məcburi icra üçün təsdiq edilsin. Maraqlı şəxs 100 (yüz) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) manat bank xidmət haqqı Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar