Məhkəmə qərarları › İş №e-2(001)-3945/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3945/2023

09.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3945/2023 09.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-3927/2023 saylı qərardadı (hakim Rəşad Qoşqarlı) ilə göstərilən iddia ərizəsi icraata qəbul edilmiş və mülki işin məhkəmə hazırlıq iclası 04 iyul 2023-cü il tarixə, saat 16:00-a təyin edilmişdir. Həmçinin, hazırki iddia ərizəsi və 2(001)-3927/2023 saylı mülki iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2001-ci ildə qeyri-yaşayış sahəsinin inşa edilməsi məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 258 ünvanında yerləşən torpaq sahəsi tərəfindən alınmışdır. Tikintiyə tam şəkildə təkbaşına pul vəsaitinin olmaması səbəbindən öz qohumu X3 da bu işə cəlb etmişdir. Belə razılaşmaya gəldilər ki, tikinti başa çatdıqdan sona X1 qoyduğu vəsaiti ona qaytaracaq və bir qohum kimi həmin sahədən əldə ediləcək gəlirdən də mütəmadi olaraq ona ödənişlər edəcək. Tikinti başa çatdıqdan sonra nəzərə alınmayan xərclərin artması, həmin sahənin nəzərdə tutduğu gəliri verə bilməməsi aldığı pulu, ona şərtləşdirdiyi kimi qaytarmağa mane oldu. Qohum olduqları və yaxın münasibətləri olması səbəbindən belə razılaşdılar ki, pulu ona qaytaranadək qeyri-yaşayış sahəsi formal olaraq onun adına sənədləşdirilsin. Beləliklə, çıxarış X2 adına verildi. O zamandan həmin qeyri-yaşayış sahəsi onun istifadəsində və sahibliyindədir. O, uzun müddət çəksə də mütəmadi olaraq X2 pulunu tam şəkildə ona qaytarmışdır. Bir müddət sonra qohumu Əşrəf ağır xəstəlik səbəbindən uzun zaman müalicə aldı və müalicələrə baxmayaraq 2018-ci ildə xəstəlikdən vəfat etdi. Qohum olduqları üçün bir müddət gözlədi və məhrumun ili çıxdıqdan sonra, 2020-ci ildə sahənin əsl sahibi kimi sənədlərin onun adına rəsmiləşdirilməsi məqsədilə qohumu Əşrəfin oğluna müraciət etdi. Onlar ona bildirdilər ki, sahə havada qalmasın deyə vərəsəlik qaydasında sahəni anaları Cavabdeh adına rəsmiləşdirmişlər, hazırda anaları xəstədir və sağaldıqdan sonra bu məsələni həll edəcəklər. COVİD pandemiyası ilə bağlı onlar bu məsələni bir müddət dayandırdılar. Son dəfə onlara yenidən bu məsələ ilə bağlı müraciət etdikdə, onlar sənədləşdirəcəklərinə söz versələr də bunu etmədilər. Bildirmək istəyir ki, sahənin mülkiyyətçisi, sahibi odur və həmin sahə indi də onun istifadəsindədir. O, bununla bağlı Əmlak Xidmətləri Məkanına müraciət etmişdir. Lakin alt çıxarışın verilməsindən imtina etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair artıq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında 2(001)-3927/2023 saylı mülki iş olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, ərizənin qəbulundan imtina edildiyinə görə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə 2(001)-3927/2023 saylı iş vardır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar