Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4038/2025 09.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X19 Hüseynağa qızının sədrliyi, Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə X9 09 iyun 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 06 noyabr 1971-ci il təvəllüdlü X18 09 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Biləcəri qəs, M.S.ünvan 3ndə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum oğlu X18, 09 İyun 2022-ci il tarixində Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.S.Ordubadi dön, 2 küçəsində yerləşən yaşayış ünvanında vəfat etmişdir. Vəfat faktı Bakı Şəhər Təcili X10 17 saylı bölməsi tərəfindən 09 iyun 2022-ci tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə təsdiqlənmişdir. Sözügedən vərəqə əsasında ölüm aktı qeydə alınmış, lakin mərhumun şəxsiyyət vəsiqəsi olmadığı üçün onun ölüm haqqında şəhadətnaməsi hələ də əldə edilə bilinməmişdir. “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası'nın təsdiq edilməsi barədə 31 yanvar 2018-ci il tarixli 5 nömrəli qərarın maddəsinə əsasən, şəhadətnamənin alınması üçün vəfat edənin şəxsiyyət vəsiqəsi və qohumluq əlaqəsini təsdiq eden sənədlər tələb olunur. Vəfat edən oğlunun şəxsiyyət vəsiqəsi olmadığı üçün müvafiq tibbi qurumlar tərəfindən "Ölüm haqqında şəhadətnamə" (forma 106) təqdim edilməmişdir. Sözügedən sənəd olmadan, ölüm faktının rəsmi qeydiyyatı mümkün deyildir. "27 saylı şəhər poliklinikası tərəfindən verilən xx.xx.2025ci il tarixli 2 nömrəli arayışda qeyd olunur ki, X9 vəfatı ilə bağlı "Ölüm haqqında Şəhadətnamə" (forma 106) verilə bilmir. Oğlunun vəfat etməsi ilə bağlı keçirdiyimiz ağır travma və edilməli prosessual hərəkətlərdən xəbərsiz olmağımız nəticəsində ölüm haqqında şəhadətnamənin alınmasının zəruri olduğunu vaxtında anlamamışlar. Bu səbəbdən poliklinikaya müraciətimiz gecikmiş və tibbi qurumlar tərəfindən tələb olunan sənədlər təqdim edilə bilməmişdir. Azərbaycan Respublikasının “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı yalnız ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında həyata keçirilə bilər. Şəhadətnaməni təqdim edə bilmədiyimiz üçün, ölüm faktının məhkəmə qaydasında təsdiqlənməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Ermənistan Respublikasından məcburi köçkün kimi gəldiklərindən sora oğlunun şəxsiyyət vəsiqəsinin itdiyini, lakin digər sənədlərinin olduğunu bildirdi. Oğlu şəkər xəstəsi olmuşdur. Ölümü qəfldən olmuşdur. Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək maraqlı şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Təcili və X8 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, Bakı şəhəri, Biləcəri qəs, M.S.ünvan 3 ünvanına çağırış əsasında gedilmiş və X9 həkimə qədər ölümü qeydə alınmışdır. xx.xx.2020-ci il tarixli, AZ-İV ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. 7 saylı Bakı Asan Xidmət X17 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda müəyyən olunur ki, xx.xx.1971-ci il təvəllüdlü X13 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bakı şəhəri 38 saylı Polklinikasının xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, X2 qeydiyyatda olmayıb. Doğum haqqında şəhadətnəməyə əsasən X15 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3r. AA N 487055 seriyalı sürücülük vəsiqəsinin sürətindən müəyyən olunur ki, X18 xx.xx.1973-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Abşeron Rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 140 nömrəli məktubuna əsasən X18 xx.xx.2022-ci il tarixdə Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ifadə verən şahidlər X4, X16 və X1 Abil Bayram oğlunun xx.xx.2022-ci il tarixdə öz əcəli ilə ev şəraitində, Bakı şəhəri, Binəqədi rayonunda vəfat etməsini və kənd qəbirstanlığında dəfn edilməsini bildirdilər. Tətbiq edilən hüquq: Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8 maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, tədqiq edilmiş sənədlərlə tam sübuta yetirildiyindən X18 09 iyun 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, məhkəmə xərcləri isə ərizəçinin özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1973cü il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X20
Məhkəmə qərarları › İş №e-2(001)-4038/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4038/2025
09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver