Məhkəmə qərarları › İş №e-2(001)-4106/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4106/2024

07.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4106/2024 07.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmaqla mediator X1 tərəfindən təsdiq olunmuş MŞB/11/2023-01902 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin e-2(001)-884/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə ərizəçinin iddiası qismən təmin edilmiş, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2012-ci il tarixdə Ağsu rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 351 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Məhkəməyə həmçinin tərəflər arasında xx.xx.2023-cü il tarixində baglanılmış MŞB/11/2023-01902 saylı barışıq sazişi təqdim edilmişdir. Bu barışıq sazişinə görə tərəflər nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və hər ay iki uşağa görə cəmi 440 manat alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Bu razılığın mediasiya prosesində əldə olunmasına görə məhkəmə bu məsələyə boşanma haqqında qətnamədə qiymət verməmişdir. Maraqlı şəxs o zamandan X3 köçmüş və orada yaşayır. İki uşaq ərizəçinin öhdəsində qalmış və o, çox çətin maddi duruma düşmüş, uşaqlarını normal qidalandıra, gündəlik ehtiyaclarını ödəyə bilmir. Maraqlı şəxs isə o zamandan uşaqları ilə maraqlanmır, aliment ödəmək öhdəliyini yerinə yetirmir. O, müvafiq orqanlara müraciət edib bu vəziyyətini nəzərə alaraq ona sosial yardım ayrılmasını xahiş etsə də, bildirmişlər ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmədiyindən və məcburi icraya yönəldilmədiyindən ona sosial yardım ayrılması mümkün deyildir. xx.xx.2023-cü ildə barışıq sazişi bağlanılsa da, bundan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən edilən 10 günlük müddət keçmiş, daha doğrusu barışıq sazişinin bağlanmasından 6 aydan çox keçmişdir. Qeyd olunanlara əsasən ərizəçi barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, əriəçini nümayəndəsi, Bakı şəhəri 38 Saylı Vəkil Bürosunun vəkili Vəkil “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemi” vasitəsi ilə mMaraqlı şəxs sərhəd keçid məlumatları barədə sorğu verilmiş və sonuncunun xx.xx.2023-cü il tarixdən ölkə xaricində olduğu müəyyən edildiyindən məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamşdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01902 saylı barışıq sazişindən göründüyü kimi, həmin saziş mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və həmin sazişə əsasən, Maraqlı şəxs övladları xx.xx.2008-ci il doğum tarixli X2 və xx.xx.2013-cü il doğum tarixli X5 Ərizəçi himayəsində qalmasına etiraz etmir. Məmmədov Maraqlı şəxs Nüranə Əfqan qızına xx.xx.2023-cü il tarixdən başlayaraq, yuxarıda qeyd edilən övladları xx.xx.2008-ci il doğum tarixli X2 və xx.xx.2013-cü il doğum tarixli X5 yetkinlik yaşına çatanadək, hər ayın 21-ə qədər, hər birinə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Ərizəçi barışıq sazişinin icra edilməyən - alimentə dair hissədə təsdiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin tələb edilən hissədə təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, MŞB/11/2023-01902 saylı Barışıq sazişinə əsasən, Maraqlı şəxs övladları xx.xx.2008-ci il doğum tarixli X2 və xx.xx.2013-cü il doğum tarixli X5 Ərizəçi himayəsində qalmasına etiraz etmir. Məmmədov Maraqlı şəxs Nüranə Əfqan qızına xx.xx.2023-cü il tarixdən başlayaraq, yuxarıda qeyd edilən övladları xx.xx.2008-ci il doğum tarixli X2 və xx.xx.2013-cü il doğum tarixli X5 yetkinlik yaşına çatanadək, hər ayın 21-ə qədər, hər birinə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıbazaldılması üçün məhdudiyyət yaratmır. Lakin Maraqlı şəxs tərəfindən qeyd olunanlar sazişdə göstərilən qaydada və həcmdə icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi tələb olunan hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmaqla mediator X1 tərəfindən təsdiq olunmuş aşağıdakı məzmunda MŞB/11/2023-01902 saylı barışıq sazişi təsdiq edilsin:

1. Maraqlı şəxs övladları xx.xx.2008-ci il doğum tarixli X2 və xx.xx.2013-cü il doğum tarixli X5 Ərizəçi himayəsində qalmasına etiraz etmir.

2. Məmmədov Maraqlı şəxs Nüranə Əfqan qızına xx.xx.2023-cü il tarixdən başlayaraq, yuxarıda qeyd edilən övladları xx.xx.2008-ci il doğum tarixli X2 və xx.xx.2013cü il doğum tarixli X5 yetkinlik yaşına çatanadək, hər ayın 21-ə qədər, hər birinə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. \ərizənin verilməsi üçü ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar