Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4161/2024 03.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (İİİ şəxslər Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayonu Xocasən Bələdiyyəsi) qarşı “Zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçı “X3” Şirkəti cavabdeh X1 qarşı “Cavabdehin 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş hüdudları (1.394338,21 4475596.682: 2.394337.346 4475611.852: 3. 394355.744 4475612.175:4. 394355.486 44 75596.424 kordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən cıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2 və 111.3-cü maddələrinin, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə əsasən, cavabdeh X4 oglunun 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş hüdudları (1.394338,21 4475596.682: 2.394337.346 4475611.852: 3. 394355.744 4475612.175:4. 394355.486 44 75596.424 kordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən cıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbuletməsini xahiş etmişdir. İxx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (İİİ şəxslər Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayonu Xocasən Bələdiyyəsi) qarşı “Zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. İddiaçı “X3” Şirkəti cavabdeh X1 qarşı “Cavabdehin 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160257 saylı neft quyularının, texniki su xəttinin mühafizə zolağı və Şirkətin saziş hüdudları (1.394338,21 4475596.682: 2.394337.346 4475611.852: 3. 394355.744 4475612.175:4. 394355.486 44 75596.424 kordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən cıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə 2(001)-3790/2024 saylı mülki iş olsa da, hazırki qarşılıqlı iddia həmin mülki iş üzrə verilməmiş, ayrıca iddia kimi təqdim edilmişdir. Belə olan hesab edirəm ki, hazırki ərizə Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə cavab vermədiyindən, həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (İİİ şəxslər Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayonu Xocasən Bələdiyyəsi) qarşı “Zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı hazırki qarşılıqlı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155 və 156-cı maddəsinin tələblərinə riayət etməklə məhkəmənin icraatında olan 2(001)-3790/2024 saylı mülki iş üzrə vermək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-4161/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4161/2024
03.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver