Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4320/2024 03.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Bakı şəhəri 5 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs1 arasında Bakı şəhəri 3 saylı Mediasiya təşkilatının mediatoru Əli Adıgözəlov tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00397 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs1 (bundan sonra ismin müvafiq hallarında «Cavabdeh», birlikdə isə «Tərəflər» adlanacaq) arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhər Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən 404 saylı nikah qeydiyyata alınmışdır. 2. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə X6, xx.xx.2018-ci il tarixdə isə X5 dünyaya gəlmişdir. 3. Tərəflər arasında olan anlaşılmazlıqlar münasibətlərin ciddi şəkildə pozulmasına və nikahın davam etdirməsini mümkünsüz etmişdir. Bu hal uşaqların psixoloji inkişafına da çox ciddi mənfi təsir göstərmişdir. Ona görə də ailənin saxlanması qeyri mümkün olmuşdur. 2024-cü ilin əvvəlindən tərəflər arsında nikah əlaqələri faktiki kəsilmişdir. Tərəflər nikaha xitam verilməsi, əmlak bölgüsü, aliment məsələləri ilə bağlı xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalamışdırlar. Barışıq sazişində tərəflər nikaha xitam verilməsi ilə bərabər əmlak bölgüsü, uşağın kimin yanında qalmaları, aliment məsələlərivə s ilə bağlı da razılığa gəlmişdirlər. Barışıq sazişinin məzmunu aşağıdakı kimidir:
1. “Tərəflər” (Ərizəçi və Maraqlı şəxs1) bəyan edirlər ki, Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə 404 nömrə ilə qeydiyyata alınmış nikahlarının pozulmasına razıdırlar;
2. “Tərəflər” razılaşırlar ki, birgə nikahdan olan övladları xx.xx.2013-cü il tarixdə doğulan X6 və xx.xx.2018-ci il doğumlu X5 18 yaşlarına çatanadək anaları Ərizəçi himayəsində qalacaqlar;
3. Maraqlı şəxs1 öhdəlik götürür ki, birgə nikahdan doğulmuş olan övladlarıxx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 18 yaşına çatanadək anası Ərizəçi aşağıdakı məbləğdə aliment ödəyəcəkdir. Alimentin məbləği xx.xx.2024-cü il tarixədək hər uşaq üçün 185 (bir yüz səksən beş) manat olmaqla cəmi 370(üç yüz yetmiş) manat müəyyən edilir.
4. Maraqlı şəxs1 öhdəlik götürür ki, qanunvericiliyə uyğun olaraq hər il ölkə üzrə yaşayış minimumu müəyyən edilərkən uşaqların yaşayış minimumu artdığı məbləğin ən azı 80%- i həcmində alimenti artıracaqdır. (Misal: 2024-cü ildə uşaqlar üçün ölkə üzrə minimum yaşayış səviyyəsi 235 manatdır. Bu rəqəm əgər 2025-ci ildə 300 manat müəyyən edilərsə Maraqlı şəxs1 2025-ci ilin yanvar ayından hər ay hər uşağa görə240 manat olmaqla cəmi 480 manat aliment ödəyəcəkdir.). Tərəflər razılaşırlar ki, misalda göstərilən rəqəmlər şərti rəqəmlərdir və tərəflər başa düşdüyü üçün razılaşmada qeyd edilmişdir. Növbəti illərin aliment öhdəlikləri qəbul ediləcək qanundan aslı olaraq dəyişə bilər.
5. X6 və X1 üçün 18 yaşına çatanadək atası Maraqlı şəxs1 Ərizəçi təqdim etdiyi bank hesabına xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 1- 10tarixləriarasındaaliment ödəyəcəkdir;
6. Maraqlı şəxs1 öhdəlik götürür ki, X6 və X5 18 yaşı tamam olduqdan sonra Ali Təhsil müəssisəsində təhsil alarlarsa, təhsil aldıqları müddətdə 18 yaşına çatdığı son ayın aliment məbləği miqdarında hər ay vəsait ödəyəcəkdir;
7. Ərizəçi öhdəlik götürür ki, birgə nikahdan olan övladları ilə ataları Maraqlı şəxs1 görüşmələrinə heç bir maneə törətməyəcəkdir. Maraqlı şəxs1 öhdəlik götürür ki, uşaqlarının onunla birgə gecələmələri və Bakı şəhərindən kənara çıxarılmaları üçün 3 gün öncədən Ərizəçi məlumat verməli və razılaşdırmalıdır. Əgər bu hal uşaqların səhhətinə və təhsilinə heç bir mənfi təsir göstərmirsə Ərizəçi buna etiraz etməyəcəyini və süni əngəl yaratmayacağını öhdəsinə götürür.
8. “Tərəflər” razılaşırlar ki, birgə nikahdan olan uşaqlar18 yaşına çatanadək ana və ataları ilə təklikdə ölkə xaricinə səyahət üçün müvafiq razılıq ərizələrini notarial qaydada bir-birlərinə xx.xx.2024-cü il tarixədək təqdim edəcəkdirlər. Maraqlı şəxs1 öhdəlik götürür ki, uşaqları xaricə çıxarmazdan ən azı 20 gün öncə Ərizəçi yazılı bildiriş verməlidir. Ərizəçi bildirişi aldıqdan 5 gün ərzində əsaslandırılmış cavab verməlidir. Əgər bu hal uşaqların təhsilinə, səhhətinə və s mənfi təsir edəcəkdirsə Ərizəçi vaxtın dəyişdirilməsini Maraqlı şəxs1 təklif edəcəkdir və Maraqlı şəxs1 bununla razılaşmağa məcburdur. Ərizəçi öhdəlik götürür ki, uşaqları xarici ölkə səyahətinə aparacağı təqdirdə səyahət başlamazdan 15 gün öncə məlumat verəcəkdir, Ərizəçi bunun üçün əlavə razılıq almaq məcburiyyətində deyil.
9. “Tərəflər” razılaşırlar ki, Maraqlı şəxs1 adına dövlət qeydiyyatından keçmiş Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Binəqədi yolu (indiki R.İsmayılov) küçəsi ev 1B m 28 (Çıxarış: xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, MA ******* reyestr nömrəli), ünvan 1 (Çıxarış: xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX ******* reyestr nömrəli) və Ərizəçi adına dövlət qeydiyyatından keçmiş **-ZR-*** dövlət nömrə nişanlı, X11 markalı, KMHEC41CBCA497240 ban nömrəli nəqliyyat vasitəsi kimin adına qeydiyyatdan keçməsinə baxmayaraq tərəflərin birgə nikah dövründə və birgə vəsaitləri (pulu) hesabına əldə edilmişdir və birgə mülkiyyətindədir;
10. “Tərəflər” Ərizəçi adına dövlət qeydiyyatından k eçmiş**-ZR-*** dövlət nömrə nişanlı, X11 markalı, KMHEC41CBCA497240 ban nömrəli nəqliyyat vasitəsi hər iki tərəfin qiymət razılaşması əsasında xx.xx.2024-cü il tarixədək satılmasına və pulunun bərabər şəkildə bölünməsinə razıdırlar. Həmin müddətdə nəqliyyat vasitəsinin Maraqlı şəxs1 tərəfindən idarə edilməsinə Ərizəçi heç bir etiraz etmir. “Tərəflər” bu müddət ərzində nəqliyyat vasitəsini almaq üçün müştəri təqdim edə bilərlər. Təqdim edilmiş müştərinin təklif etdiyi qiymət ilə razılaşmayan tərəf təklif edilmiş məbləğin 50%-ni qarşı tərəfə ödəməyə borcludur. Nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixədək satılmazsa nəqliyyat vasitəsini Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixdə Ərizəçi qaytarmağa borcludur, bu şərtlə ki, bir ay müddətində də (xx.xx.2024-cü il tarixədək) Ərizəçi satışını təşkil edəcəkdir. Əgər qeyd edilən müddətlərdə avtomobil satılmazsa, avtomobil hər dəfə bir ay olmaqla tərəflərin istifadəsində olacaqdır;
11. “Tərəflər” razılaşırlar ki, Maraqlı şəxs1 adına dövlət qeydiyyatından keçmiş Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Binəqədi yolu (indiki R.İsmayılov) küçəsi ev 1B m 28-də yerləşən daşınmaz əmlak xx.xx.2036-cı il tarixədək və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2043-cüil tarixədək ipoteka ilə yüklüdürlər. Maraqlı şəxs1 adına qeydiyyatdan keçmiş Biləcəri qəsəbəsi, Binəqədi yolu (indiki R.İsmayılov) küçəsi, ev 1B m 28 (Çıxarış: xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, MA ******* reyestr nömrəli), ünvanında yerləşən mənzilin ipoteka borcu qurtardıqdan sonra Ərizəçi adına qeydiyyatdan keçməsinə, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi ev 1B m 29 (Çıxarış:xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX ******* reyestr nömrəli) ünvanında yerləşən mənzilin ipoteka borcu qurtardıqdan sonra Natiq Ağakişi oğlunun adına qeydiyyatdan keçməsinə etiraz etmirlər və həmin mənzillərlə bağlı gələcəkdə bir birlərinə qarşı heç bir tələb irəli sürməyəcəkdirlər;
12. “Tərəflər” razılaşırlar ki, bu razılaşma qüvvəyə mindiyi tarixdən sonrakı ayın aylıq kredit borcu hər mənzilin öz sahibi tərəfindən, yəni Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Binəqədi yolu (indiki R.İsmayılov) küçəsi ev 1B m28 (Çıxarış: xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, MA0279911 reyestr nömrəli), ünvanında yerləşən mənzilin aylıq kredit borcu xx.xx.2036-cı il tarixədək (aylıq 240 manat) Ərizəçi tərəfindən, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi ev 1B m29 (Çıxarış: xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX1365764 reyestr nömrəli) ünvanında yerləşən mənzilin aylıq kredit borcu xx.xx.2043-cü il tarixədək (aylıq 402 manat) Maraqlı şəxs1 tərəfindən ödəniləcəkdir.
13. Maraqlı şəxs1 öhdəlik götürür ki, bu razılaşma imzalandıqdan sonra 10 gün müddətində, xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Binəqədi yolu (indiki R.İsmayılov) küçəsi ev 1B m 28 (Çıxarış: xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, MA ******* reyestr nömrəli), 99 ünvanında yerləşən mənzil üçün bütün səlahiyyətlərin Ərizəçi keçməsinə dair notarial qaydada təsdiq edilmiş etibarnamə təqdim edəcəkdir. Etibarnamənin müddəti xx.xx.2037-ci il tarixədək, etibarnamənin dubilkatını çıxarda BİLƏR və səlahiyyətlər başqa şəxsə verilə BİLƏR-lə olmalıdır.
14. “Tərəflər” razılaşırlar ki, bu saziş mediator tərəfindən təsdiq edildikdən sonra saziş üzrə tərəflərin bütün hüquq və vəzifələri, öhdəlikləri qüvvəyə minəcəkdir. Saziş imzalandıqdan sonra tərəflərdən hər hansı birinin sazişin tamamilə və (və ya) qismən (hər hansı bir hissəsinin) icra edilməməsinə görə qarşı tərəfə əlavə 15000,0 (on beş min) manat həcmində cərimə ödəməlidir. Cəriməni ödəmiş şəxs qanunla müəyyən edilmiş digər öhdəliklərdən azad edilmir. Qeyd olunanlara əsasən ərizəçi barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi verdiyi izahatında ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbdən gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsini mümkün hesab edir. Belə ki, xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00397 saylı barışıq sazişinin İ bəndi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.2-ci maddəsinə əsasən ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.3-cü maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Məhkəmə belə hesab edir ki, nikah məhkəmə qaydasında pozulmalı olduğundan, barışıq sazişinin İ bəndi təsdiq edilə bilməz. xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00397 saylı barışıq sazişinin Vİ bəndi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ... alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması ... tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Bununla yanaşı məhkəmə barışıq sazişinin “X6 və X5 18 yaşı tamam olduqdan sonra Ali Təhsil müəssisəsində təhsil alarlarsa, təhsil aldıqları müddətdə 18 yaşına çatdığı son ayın aliment məbləği miqdarında hər ay vəsait ödəyəcəkdir” hissəsini əsaslı hesab etmir. Belə ki, hal-hazırda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində sadalanan əsasların mövcud olması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə belə hesab edir ki, barışıq sazişi əlavə xərclər hissəsində sübut olunmadığından, barışıq sazişinin Vİ bəndi təsdiq edilə bilməz. xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00397 saylı barışıq sazişinin Vİİİ bəndi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 13 saylı qərarında aşağıdakılar qeyd edilmişdir: “ ... Vətəndaşların ölkədən getmək və ölkəyə gəlmək qaydaları Miqrasiya Məcəlləsinin aşağıdakı müddəaları ilə tənzimlənir. Belə ki, Miqrasiya Məcəlləsinin 9.1 və 9.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək, sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü isə dəqiq dairəsi göstərilən Məcəllənin 9.3-9.5-ci maddələrində əks olunan halların mövcudluğu ilə əlaqələndirilmişdir. Yetkinlik yaşına çatmayan vətəndaşlar isə Miqrasiya Məcəlləsində xüsusi subyekt kimi tanınmaqla, onların ölkədən getməsinin həmin Məcəllənin 11-ci maddəsi ilə tənzimlənən ayrıca qaydası nəzərdə tutulmuşdur. Məcəllənin 11.1-ci maddəsinə əsasən, 11.2-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilərlər. 11.2-ci maddədə isə göstərilir ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə isə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Göründüyü kimi, qanunverici Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsində yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə və ya tək getməsi qaydasının nizamlayarkən onların valideynləri ilə birlikdə və ya ayrı yaşaması faktını nəzərə almadan, universal şərt kimi notariat qaydasında təsdiq edilmiş razılığın olmasını müəyyənləşdirmişdir. Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edilir. Odur ki, məhkəmələr bu kateqoriya iddialara baxarkən tələbin qanuni əsasını Miqrasiya Məcəlləsinin 11-ci maddəsinin təşkil etməsini nəzərə almalıdırlar. Məhkəmə belə hesab edir ki, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edildiyindən, barışıq sazişinin Vİİİ bəndi təsdiq edilə bilməz. xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00397 saylı barışıq sazişinin X bəndi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00397 saylı barışıq sazişinin X bəndində qeyd olunmuşdur ki, “Nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixədək satılmazsa nəqliyyat vasitəsini Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixdə Ərizəçi qaytarmağa borcludur, bu şərtlə ki, bir ay müddətində də (xx.xx.2024-cü il tarixədək) Ərizəçi satışını təşkil edəcəkdir.” Məhkəmə belə hesab edir ki, xx.xx.2024-cü il tarixi çatmadığından və bununla da barışıq sazişi könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması faktı mövcud olmadığından, barışıq sazişinin X bəndi təsdiq edilə bilməz. xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00397 saylı barışıq sazişinin Xİİ və Xİİİ bəndi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ərarvadın ümumi öhdəliklərini təşkil edir. ... Ər-arvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. ... Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ərarvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. ... Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür ... ”. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.8-ci maddəsinə əsasən ipoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, Mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü maddəsi tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanın əşya üzərində mülkiyyət hüquqlarından imtina etməsinə dair razılaşmanın qadağan edilməsini ehtiva edir. İpoteka müqaviləsi üzrə ipoteka saxlayanın əmlak mənafeyinin qorunması, əsas öhdəliyin icrasının təmin olunmasında yarana biləcək təhlükənin qarşısının alınması baxımından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələri ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsızlığını müəyyən edir. Məhkəmə belə hesab edir ki, barışıq sazişinin X bəndi ipoteka qoyanın hüquqlarını məhdudlaşdırdığından, barışıq sazişinin X bəndi təsdiq edilə bilməz. xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00397 saylı barışıq sazişinin XİV bəndi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, “... ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır”. Məhkəmə öhdəliklərin icra edilməyən tərəfin bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, öhdəliyin icra edilməməmsinə görə tərəfə əlavə 15000 manat həcmində cərimə ödənilməsi ağlabatan məbləğ deyildir və ədalətlilik prinsipinə ziddir. Məhkəmə belə hesab edir ki, barışıq sazişinin XİV bəndi ipoteka qoyanın hüquqlarını məhdudlaşdırdığından, barışıq sazişinin XİV bəndi təsdiq edilə bilməz. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, iş materiallarından göründüyü kimi, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00397 saylı Barışıq sazişinin İİ, İİİ, İV, V, Vİİ, İX və Xİ bəndləri təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2024-cü il tarixdə bağlanmaqla mediator X4 tərəfindən təsdiq olunmuş aşağıdakı məzmunda MŞB/3/2024-00397 saylı barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin:
1. “Tərəflər” razılaşırlar ki, birgə nikahdan olan övladları xx.xx.2013-cü il tarixdə doğulan X6 və xx.xx.2018-ci il doğumlu X5 18 yaşlarına çatanadək anaları Ərizəçi himayəsində qalacaqlar;
2. Maraqlı şəxs1 öhdəlik götürür ki, birgə nikahdan doğulmuş olan övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 18 yaşına çatanadək anası Ərizəçi aşağıdakı məbləğdə aliment ödəyəcəkdir. Alimentin məbləği xx.xx.2024-cü il tarixədək hər uşaq üçün 185 (bir yüz səksən beş) manat olmaqla cəmi 370(üç yüz yetmiş) manat müəyyən edilir.
3. Maraqlı şəxs1 öhdəlik götürür ki, qanunvericiliyə uyğun olaraq hər il ölkə üzrə yaşayış minimumu müəyyən edilərkən uşaqların yaşayış minimumu artdığı məbləğin ən azı 80%-i həcmində alimenti artıracaqdır. Növbəti illərin aliment öhdəlikləri qəbul ediləcək qanundan asılı olaraq dəyişə bilər.
4. X6 və X1 üçün 18 yaşına çatanadək atası Maraqlı şəxs1 Ərizəçi təqdim etdiyi bank hesabına xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 1- 10 tarixləri arasında aliment ödəyəcəkdir;
5. Ərizəçi öhdəlik götürür ki, birgə nikahdan olan övladları ilə ataları Maraqlı şəxs1 görüşmələrinə heç bir maneə törətməyəcəkdir. Maraqlı şəxs1 öhdəlik götürür ki, uşaqlarının onunla birgə gecələmələri və Bakı şəhərindən kənara çıxarılmaları üçün 3 gün öncədən ƏrizəçiRasim qızına məlumat verməli və razılaşdırmalıdır. Əgər bu hal uşaqların səhhətinə və təhsilinə heç bir mənfi təsir göstərmirsə Ərizəçi buna etiraz etməyəcəyini və süni əngəl yaratmayacağını öhdəsinə götürür.
6. “Tərəflər” razılaşırlar ki, Maraqlı şəxs1 adına dövlət qeydiyyatından keçmiş Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Binəqədi yolu (indiki R.İsmayılov) küçəsi ev 1B m 28 (Çıxarış: xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, MA ******* reyestr nömrəli), ünvan 1 (Çıxarış: xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX ******* reyestr nömrəli) və Ərizəçi adına dövlət qeydiyyatından keçmiş **-ZR-*** dövlət nömrə nişanlı, X11 markalı, KMHEC41CBCA497240 ban nömrəli nəqliyyat vasitəsi kimin adına qeydiyyatdan keçməsinə baxmayaraq tərəflərin birgə nikah dövründə və birgə vəsaitləri (pulu) hesabına əldə edilmişdir və birgə mülkiyyətindədir.
7. “Tərəflər” razılaşırlar ki, Maraqlı şəxs1 adına dövlət qeydiyyatından keçmiş Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Binəqədi yolu (indiki R.İsmayılov) küçəsi ev 1B m 28-də yerləşən daşınmaz əmlak xx.xx.2036-cı il tarixədək və ünvan 1 ünvanda yerləən daşınmaz əmlak xx.xx.2043-cü il tarixədə ipoteka ilə yüklüdürlər. Maraqlı şəxs1 adına dövlət qeydiyyatından keçmiş Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Binəqədi yolu (indiki R.İsmayılov) küçəsi ev 1B m 28 (Çıxarış: xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, MA ******* reyestr nömrəli) ünvanda yerləşən mənzilin ipoteka borcu ödənilib qurtardıqdan sonra X3 adına qeydiyyatdan keçməsinə, ünvan 1 (Çıxarış: xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX ******* reyestr nömrəli) ünvanda yerləşən mənzilin ipoteka borcu qurtardıqdan sonra Maraqlı şəxs1 adına qeydiyyatdan keçməsinə etiraz etmirler va həmin mənzillərlə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir tələb irəli sürməyəcəklər. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva