Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4324/2022 17.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi və Azərbaycan Respublikası Baş Prokurorluğuna (Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinə) qarşı əmlakın siyahından çıxarılması, əmlakın həbsdən azad edilməsi və qanuni sahibinə qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi və Azərbaycan Respublikası Baş Prokurorluğuna (Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinə) qarşı əmlakın siyahından çıxarılması, əmlakın həbsdən azad edilməsi və qanuni sahibinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, ərizə mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verilmiş – iddia ərizəsində tərəflərin məlumatları Mülki Prosessual Məcəllənin 149-cu maddəsində tələb edilən həcmdə qeyd olunmamışdır. Belə ki, elekron iddia ərizəsinin başlığında cavabdeh qismində Azərbaycan Respublikası Baş Prokurorluğu qeyd edilsə də, ərizənin məzmununda cavabdeh qismində “Azərbaycan Respublikası Baş Prokurorluğu (Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi)” göstərilmiş və cavabdehin ünvanı olaraq “ünvan 1-ci məhəllə” qeyd olunmuşdur. Halbuki, “Elektron məhkəmə” informasiya sistemindən göründüyü kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun ünvanı ünvan 2a ərizəsi üzrə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsini cavabdeh qismində qeyd etsə də, bu cavabdehə qarşı hər hansı bir tələb irəli sürməmiş, nəticədə aidiyyət qaydalarına da əməl etməmişdir. Belə ki, heç bir tələbi olmayan cavabdehin yerləşdiyi ünvan üzrə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinə müvafiq olaraq, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla da, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi və Azərbaycan Respublikası Baş Prokurorluğuna (Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinə) qarşı əmlakın siyahından çıxarılması, əmlakın həbsdən azad edilməsi və qanuni sahibinə qaytarılması tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-4324/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4324/2022
17.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver