Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4391/2022 03.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnaməsinin verilməsinin Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri xx.xx.1951-ci il təvəllüdlü X16 ürək çatışmazlığından xx.xx.2022-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Quşçuluq yaşayış massivi, ev 143-də ölmüşdür. xx.xx.2022-ci il tarixdə mərhum X11 doğulduğu Şəmkir rayonu Zəyəm Cırdaxan kəndinin qəbirstanlığında dəfn etmişlər. X2 xx.xx.2022-ci il tarixdə ölüm faktı sənədlərlə də təsdiq olunur. Belə ki, Bakı şəhər Təcili və X10 Stansiyasının 17 saylı bölməsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 31 №li arayışa əsasən də mərhum əri X8 ölüm faktı öz təsdiqini tapır. Şəmkir rayon Zəyəm Cırdaxan bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum əri X3 rayonu Zəyəm Cırdaxan kəndinin qəbirstanlığında dəfn edilmişdir. Qeyd etmək istərdi ki, ölüm haqqında şəhadətnamənin alnması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhər Maraqlı şəxsnə müraciət etsə də həmin Şöbədən imtina bildirişi almışdır. Səbəb kimi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “X4 X7” 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisələrinin müvafiq sənədi ilə təsdiq edilməli olması göstərilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” Qaradağ rayon 13 nömrəli şəhər poliklinikasından verilən 08 iyun 2022ci il tarixli məktubla poliklinika tərəfindən mərhum X13а “Ölüm haqqında tibbi Şəhadətnamə” verilməsinə imtina edilmişdir. Səbəb kimi X2 ölüm səbəbi olaraq hər hansı bir xəstəliklə poliklinikaya müraciət etməsi göstərilmişdir. Başları dəfn mərasiminə qarışdığından “ölümü təsdiq edən” sənədləri müvafiq orqanlardan vaxtında almamışlar. Beləliklə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və onun bu tələbini məhkəmədən kənar həll edilməsi mümkün olmamışdır. Məhkəməyə müraciət etməkdə məqsədi gələcəkdə vərəsəlik və digər hüquqlarını həyata keçirməyi ilə bağlı müəyyən maneələrin yaranmasıdır. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsinin (vəkilinin) izahatlarına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, o, Ərizəçi bacısıdır. Bacısının əri X16 təzyiq, şəkər və ürək çatışmazlığı xəstəliklərindən əziyyət çəkirdi. Mərhum xx.xx.2022-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Quşçuluq yaşayış massivi, ev 143-də yerləşən fərdi yaşayış evində qəflətən ölmüş və onu Şəmkir rayonunda yerləşən qəbirstanlıqda dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin həyat yoldaşı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Quşçuluq yaşayış massivi, ev 143-də yerləşən fərdi yaşayış evində qəflətən rəhmətə getmiş və Şəmkir rayonunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin həyat yoldaşı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Quşçuluq yaşayış massivi, ev 143-də yerləşən fərdi yaşayış evində qəflətən rəhmətə getmiş və Şəmkir rayonunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir. O, yas mərasimində iştirak etmişdir. İş materiallarında olan AЗ seriyalı 455558 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 15 iyul 1951-ci ildə Şamxor (indiki Şəmkir) rayonunda anadan olmuşdur. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə “X6” AQİS-dən Çıxarışdan görünür ki, X17 ilə Ərizəçi arasında nikah 02 dekabr 1977-ci il tarixdə bağlanmış, 32 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan AZE seriyalı 14646313 №-li Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X16 15 iyul 1951-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X10 Stansiyasının 22aprel 2022-ci il tarixli Arayışından görünür ki, 21 aprel 2022-ci il tarixdə saat 16:56-də Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ünvana X8 adına çağırış olmuş və çağırış yerinə gələndə, çağırış ünvanında kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Şəmkir rayon Zəyəm-Cırdaxan Bələdiyyəsi tərəfindən verilmiş 11 may 2022-ci il tarixli arayışdan görünür ki, X16 23 aprel 2022-ci il tarixdə Zəyəm Cırdaxan qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Qaradağ rayonu 13 №-li Şəhər Poliklinikasının 08 iyun 2022-ci il tarixli 212 №-li məktubundan görünür ki, Binəqədi rayonu, 28 May qəsəbəsi, Quşçuluq massivi fərdi evdə yaşayan 1951-ci il təvəllüdlü mərhum X9 ölümə səbəb olacaq hər hansı bir xəstəliklə poliklinikaya müraciət etməməsi səbəbindən 13 №-li Şəhər Poliklinikası tərəfindən “Ölüm haqqında tibbi Şəhadətnamə” verilməsindən imtina edilmişdir. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş 12 may 2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ərinin adına tərtib olunmuş ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün X8 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 15 iyul 1951-ci il təvəllüdlü X8 21 aprel 2022-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 15 iyul 1951-ci il təvəllüdlü X8 21 aprel 2022-ci ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə 15 iyul 1951-ci il təvəllüdlü X8 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4391/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4391/2022
03.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver