Məhkəmə qərarları › İş №e-2(001)-4716/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4716/2023

16.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4716/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Əsgərova (Nağıyeva) Gülnarə Rafiq qızının və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Əsgərova (Nağıyeva) Gülnarə Rafiq qızına qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair ilk iddiası və Əsgərova (Nağıyeva) Gülnarə Rafiq qızının İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Əsgərova (Nağıyeva) Gülnarə Rafiq qızına qarşı birgə nikah dövründə əldə olunmuş əmlak üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri ünvan 1, mənzil 40 (yeni qaydalarla: AZ1110, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 218A, M9, M5) ½ hissədə və ABŞ-dan yeni gətizdirdiyi “X7 Rover” markalı, şassi № SALGS2RU7LA575925, dövlət qeydiyyat nömrəsi NS951TR23, buraxılış ili 2019-cu il olan avtomobil üzərində ½ hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında Nərimanov rayon VVAQQ şöbəsində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmaqla nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2009-cü il təvəllüdlü X3 doğulmuşdur. Rəsmi nikahdan sonrakı müddətdə, birgə nikah dövründə onun qazancı hesabına ünvan 1, mənzil 40 (yeni qaydalarla: AZ1110, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 218A, M9, M5) və ABŞ-dan yeni gətizdirdiyi “X7 Rover” markalı, şassi № SALGS2RU7LA575925, dövlət qeydiyyat nömrəsi NS951TR23, buraxılış ili 2019cu il avtomobil əldə etmişlər. Hər iki əmlakı arvadı Cavabdeh adına rəsmiləşdirmişdir. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2335/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında xx.xx.2002-ci il tarixdə Nərimanov rayon VVAQQ şöbəsində 704 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cü il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılmış, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq ondan hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Belə ki, birgə nikah dövründə əmlak əldə etmişlər. Həmin əmlak birgə nikah dövründə əldə edildiyindən paylara ayrılmalı və payları qanunvericiliklə nəzərdə tutulan qaydada müəyyən edilməlidir. Daha sonra cavabdeh Əsgərova (Nağıyeva) Gülnarə Rafiq qızı İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə, daha sonra isə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikah dövründə əldə etdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışla (qeydiyyat tarixi: xx.xx.2013-cü il, qeydiyyat №: **********, reyestr №: **********99) xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1108 nömrəli bağın torpaq sahəsinin bir hissəsinin ½ hissəsi üzərində; “Toyota Camry” minik markalı, JTNBFYFK303030196 BAN nömrəli, AD678660 nömrəli və xx.xx.2019-cu il tarixli Şəhadətnamə, 2014 B/ili, ******* mühərrik nömrəli, göy qara rəngli nəqliyyat vasitəsinin üzərində; VAZ 21154 minik markalı, 90BB822 nömrə nişanlı, XTA**********1767 BAN nömrəli, AB045822 nömrəli və xx.xx.2007 tarixli Şəhadətnamə, 2007 B/ili, ******* mühərrik nömrəli, qara met rəngli nəqliyyat vasitəsinin ½ hissəsi üzərində; VAZ 21074 minik markalı, 10KB776 nömrə nişanlı, XTA**********8189 BAN nömrəli, AA391776 nömrəli və xx.xx.2001-ci tarixli Şəhadətnamə, 20017 B/ili, 2106,6416465 mühərrik nömrəli, tünd bordo rəngli nəqliyyat vasitəsinin ½ hissəsi üzərində onun xüsusi mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı ona qarşı əmlak tələbinə dair iddia ərizəsini məhkəməyə təqdim edərək, birgə nikah dövründə əldə etdikləri ünvan 1, mənzil 40 (yeni qaydalarla: AZ1110, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 218A, M9, M5) ½ hissədə və ABŞ-dan yeni gətizdirdiyi “X7 Rover” markalı, şassi № SALGS2RU7LA575925, dövlet qeydiyyat nömrəsi NS951TR23, buraxılış ili 2019-cu il olan avtomobil üzərində ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, nikah dövründə əldə edilmiş və hazırda qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış aşağıdakı əmlaklar vardır: 1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışla (qeydiyyat tarixi: xx.xx.2013-cü il, qeydiyyat №: **********, reyestr №: **********99) xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, nardaran qəsəbəsi, 1108 nömrəli bağın torpaq sahəsinin bir hissəsi; 2. Nömrə nişanı: 10NS888 Şəhadətnamə: AD6788660 Şəhadətnamənin verilmə tarixi: xx.xx.2019 Markası: TOYOTA CAMRY MİNİK B/ili: 2014 Rəngi: Göy qara Mühərrik: ******* Ban: JTNBFYFK303030196; 3. Nömrə nişanı: 90BB822 Şəhadətnamə: AB045822 Şəhadətnamənin verilmə tarixi: xx.xx.2007 Markası: VAZ 21154 MİNİK B/ili: 2007 Rəngi: QARA MET. Mühərrik ******* Ban: XTA**********1767; 4. Nömrə nişanı: 10KB776 Şəhadətnamə: AA391776 Şəhadətnamənin verilmə tarixi: xx.xx.2001 Markası: VAZ 21074 MİNİK B/ili: 2001 Rəngi: TÜND BORDO Mühərrik 2106,6416465 Ban: XTA**********8189. Qeyd edilən əmlaklar tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Həmin əmlaklar birgə nikah dövründə əldə edildiyindən paylara ayrılmalı və paylar qanunvericiliklə nəzərdə tutulan qaydada müəyyən edilməlidir. Daha sonra cavabdeh Əsgərova (Nağıyeva) Gülnarə Rafiq qızı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikah dövründə əldə etdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışla (qeydiyyat tarixi: xx.xx.2013-cü il, qeydiyyat №: **********, reyestr №: **********99) xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, nardaran qəsəbəsi, 1108 nömrəli bağın torpaq sahəsinin bir hissəsinin və “Toyota Camry” minik markalı, JTNBFYFK303030196 BAN nömrəli, AD678660 nömrəli və xx.xx.2019-cu il tarixli Şəhadətnamə, 2014 B/ili, ******* mühərrik nömrəli, göy qara rəngli nəqliyyat vasitəsi nəqliyyat vasitəsinin ½ hissəsi üzərində onun xüsusi mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin qarşılıqlı iddianın da təmin edilməsinə etiraz etmədiklərini bildi. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) iddianı qismən qəbul edərək, iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2335/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə Nərimanov rayon VVAQQ söbəsində 704 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanılması, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasətəsinin uçot kartoçkasının surətindən görünür ki, NS951TR23 dövlət qeydiyyat nişanlı X7 ROVER MİNİK markalı nəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1, mənzil 40 (yeni qaydalarla: AZ 1110, Bakı şəhəri, Nərimanov rayonu, ceyhun Hacıbəyli küçəsi, 218A, M9, m5) xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiyaya dair, 5 manat isə poçt xidmətlərinə dair xərc ödəmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı adında xx.xx.2001-ci il tarixdən “VAZ 21074 MİNİK” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, xx.xx.2007-ci il tarixdən “VAZ 21154 MİNİK” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, xx.xx.2019-cu il tarixdən “TOYOTA CAMRY MİNİK” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1108 nömrəli bağın torpaq sahəsinin bir hissəsi xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir; 36.3-cü maddəsinin tələbinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, tərəflər xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahları dövründə ünvan 1, mənzil 40 (yeni qaydalarla: AZ1110, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 218A, M9, M5), Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışla (qeydiyyat tarixi: xx.xx.2013-cü il, qeydiyyat №: **********, reyestr №: **********99) xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1108 nömrəli bağın torpaq sahəsi, “X7 Rover” markalı, şassi № SALGS2RU7LA575925, dövlət qeydiyyat nömrəsi NS951TR23, buraxılış ili 2019-cu il olan nəqliyyat vasitəsi, “Toyota Camry” minik markalı, JTNBFYFK303030196 BAN nömrəli, AD678660 nömrəli və xx.xx.2019-cu il tarixli Şəhadətnamə, 2014 B/ili, ******* mühərrik nömrəli, göy qara rəngli nəqliyyat vasitəsi əldə edilmişdir. Beləliklə, cavabdehin ilkin iddianı qismən qəbul etdiyini, iddiaçın da qarşılıqlı iddianı qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməli, tərəflərin birgə nikahı dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən 40 saylı mənzil (yeni qaydalarla: AZ1110, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 218A, M9, M5), “X7 Rover” markalı, şassi № SALGS2RU7LA575925, dövlət qeydiyyat nömrəsi NS951TR23, buraxılış ili 2019-cu il olan nəqliyyat vasitəsi, Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışla (qeydiyyat tarixi: xx.xx.2013-cü il, qeydiyyat №: **********, reyestr №: **********99) xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1108 nömrəli bağın torpaq sahəsi və “Toyota Camry” minik markalı, JTNBFYFK303030196 BAN nömrəli, AD678660 nömrəli və xx.xx.2019-cu il tarixli Şəhadətnamə, 2014 B/ili, ******* mühərrik nömrəli, göy qara rəngli nəqliyyat vasitəsi nəqliyyat vasitəsi bərabər paylara bölünməklə, həmin əmlakların ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə cavabdeh Əsgərova (Nağıyeva) Gülnarə Rafiq qızının payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən tərəflərin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Əsgərova (Nağıyeva) Gülnarə Rafiq qızına qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair ilk iddiası və Əsgərova (Nağıyeva) Gülnarə Rafiq qızının İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən 40 saylı mənzil (yeni qaydalarla: AZ1110, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 218A, M9, M5), “X7 Rover” markalı, şassi № SALGS2RU7LA575925, dövlət qeydiyyat nömrəsi NS951TR23, buraxılış ili 2019-cu il olan nəqliyyat vasitəsi, Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışla (qeydiyyat tarixi: xx.xx.2013-cü il, qeydiyyat №: **********, reyestr №: **********99) xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1108 nömrəli bağın torpaq sahəsi və “Toyota Camry” minik markalı, JTNBFYFK303030196 BAN nömrəli, AD678660 nömrəli və xx.xx.2019-cu il tarixli Şəhadətnamə, 2014 B/ili, ******* mühərrik nömrəli, göy qara rəngli nəqliyyat vasitəsi nəqliyyat vasitəsi bərabər paylara bölünməklə, həmin əmlakların ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə cavabdeh Əsgərova (Nağıyeva) Gülnarə Rafiq qızının payları müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar