Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4786/2023 31.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh8 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh13 nümayəndəsi (atası) X7, Cavabdeh10 nümayəndəsi (anası) X11, Cavabdeh9 nümayəndəsi (əri) X8, Cavabdeh12 nümayəndəsi (atası) X17, Cavabdeh9 nümayəndəsi (əri) X8, Cavabdehlər X4, Cavabdeh5, Cavabdeh11, Cavabdeh6 və Cəlil-zadə Xanım Həmzə qızının iştirakı ilə İddiaçı Cavabdeh2, Cavabdeh3 Əlövsət oğluna, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X9, Cavabdeh7, Cəlil-zadə Xanım Həmzə qızına, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15 Firidun oğluna, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh16 və Cavabdeh1 qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi və “X1 Mərkəzi” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş əri, hazırki iş üzrə Cavabdeh1 borc öhdəliyinin Cavabdeh1la onun birgə mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən, ümumi dəyəri ******* manat qiymətləndirilən 2 ədəd yaşayış evindəki və 1 ədəd 4 mərtəbədən ibarət qeyri-yaşayış sahəsindəki payının 725355 manat olmasının müəyyən edilməsi, bu məbləğin sözügedən tikililəti 30 sentyabr 2020-ci il tarixdə “X1 Mərkəzi” MMC-də keçirilmiş hərracda qanunsuz alan 17 nəfərdən (cavabdehlərdən) onun xeyrinə tutulması, ona çatası məbləğin hərraca çıxarılmış 2 yaşayış evinin ümumi dəyəri olan 648810 manatdan 76545 manat çox olması nəzərə alınaraq, evlərin geri, onun mülkiyyətinə qaytarılması və qeyri-yaşayış binasının satışından əldə edilmiş məbləğdən də onun xeyrinə 76545 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin, ona etirazın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 yanvar 1989-cu il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Birgə nikah dövründə ünvan 1 ünvanında 2 ədəd yaşayış evi və həmin ünvanda 4 mərtəbəli qeyri-yaşayış sahəsi tikdirmişlər. Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinn 01 iyul 2013-cü il tarixli, 1(101)-77/2013 saylı hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 29, 120.2.7, 178.3.2, 228.3 və 313-cü maddələr ilə təqsirli bilinərək, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmün mülki iddiayla bağlı hissəsində göstərilmişdir ki, Cavabdeh1 törətdiyi cinayət əməli nəticəsində zərərçəkənlərə vurduğu zərər onunla Manana Ramazanovnanın birgə nikah dövründə tikdirdikləri sözügedən əmlaklardakı payı hesabına ödənilsin. Məhkəmənin icra sənədi mülki iddiaya aid hissədə icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş, lakin 2014-cü ildən 30 sentyabr 2020-ci il tarixədək icrasız qalmışdır. Belə ki, adları çəkilən həmin 2 yaşayış və 1 qeyri-yaşayış sahəsində iddiaçı ilə Cavabdeh1 payları nə natura şəklində, nə də pul şəklində müəyyən edilmədiyindən mümkün olmamışdır. Bu ərəfədə Cavabdeh1 cəzaçəkmə müəssisəsindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddiaçıya qarşı əmlak bölgüsünə dair iddia qaldırsa da, iddia təmin edilməmişdir. 2015-ci ildə, 2017-ci ildə iki dəfə əmlaklar hərraca çıxarılmış, hərrac baş tutmamışdır. İcra sənədinin hansı qaydada icra olunması izah edilə bilməmişdir. Nəhayət, Binəqədi rayon icra şöbəsi 3-cü dəfə, 09 sentyabr 2020-ci il tarixdə “X1 Mərkəzi” MMC-yə həmin əmlakların hərraca çıxarılması barədə sifariş vermişdir. Bu sifarişdə icra məmuru Cavabdeh1la birlikdə qəsdən iddiaçını da borclu kimi göstərmişdir ki, hərrac baş tutsun. Hərracın vaxtı və yeri barədə İddiaçı məlumat verilməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixdə hərrac baş tutmuş, hərrac mərkəzi ümumi əmlakda iddiaçının da payını hərraca çıxararaq 17 nəfər tələbkara satmışdır. 2 yaşayış evindən biri 326592 manata, digəri 322218 manata, qeyri-yaşayış sahəsi isə 801900 manata qiymətləndirilərək satılmışdır. Əmlakın ümumi dəyəri ******* manat təşkil etmişdir ki, bunun da yarısı, yəni 725355 manatı iddiaçının payına düşən məbləğdir. Əmlakların qiymətləndirilməsinin nəticələri göstərir ki, hər iki evin cəmi dəyəri 648810 manat təşkil edir. Yəni, iddiaçıya çatası 725355 manatdan 76545 manat azdır. Ona görə, iddiaçı hesab edir ki, ******* manatın ona çatası 725355 manatın müqabilində dəyəri 648810 manat olan 2 yaşayış evi natura şəklində ona qaytarılmalı, qeyri-yaşayış sahəsinin 801900 manat dəyərindən 76545 manat da hərrac üzrə tələbkar olan 17 nəfər cavabdehlərdən alınıb ona verilməlidir. Cavabdeh8 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, hazırki iş üzrə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) "X1 Mərkəzi" MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1- ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) "X1 Mərkəzi" MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) "X1 Mərkəzi" MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020- ci il tarixli satış protokoluna əsasən müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan onlar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) "X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020- ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) "X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) "X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən Cəlil-zadə Xanım Həmzə qızının, Cavabdeh4, Cavabdeh13, Cavabdeh14, Cavabdeh16 Mirzə oğlunun, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh12, Cavabdeh11, Cavabdeh8, Cavabdeh15, Cavabdeh3 Əlövsət oğlunun, Cavabdeh17, Cavabdeh7 və Cavabdeh9 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6261/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1 tələbkar Cavabdeh10 xeyrinə 67400 (altmış yeddi min dörd yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutulmuşdur. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6561/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1 67250 (altmış yeddi min iki yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tələbkar Cavabdeh12 xeyrinə tutulmuşdur. Bundan əlavə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6262/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1 cəmi 55031 (əlli beş min otuz bir) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Cavabdeh11 ödənilməli idi. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin 2(005)-95/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1 tələbkar Cavabdeh15 xeyrinə 44800 (qırx dörd min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutulmalı idi. Həmçinin, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 310/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Cavabdeh1 Cavabdeh9 xeyrinə 73000 (yetmiş üç min) ABŞ dolları məbləğində pul milli manat məzənnəsinə uyğun olaraq tutulmalı idi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə zərərçəkmiş şəxslər, mülki iddiaçılar Cavabdeh2 349.000 ABŞ dolları, Cavabdeh13 10.000 ABŞ dolları, Cavabdeh16 63.000 manat, X2 53.900 ABŞ dolları, Cavabdeh17 10.000 manat və Cavabdeh4 106.0 manat məbləğində iş üzrə təqsirləndirilən şəxs Cavabdeh1 qarşı irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitləri Cavabdeh1 onların xeyrinə tutulmasına, zərəçəkmiş şəxs Cavabdeh5 isə təqsirləndirilən şəxs Cavabdeh1 qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilərək, 70.000 ABŞ dolları məbləğində maddi ziyan vurulduğunun müəyyən edilməsi və ona görə də Cavabdeh5 iddia tələbi qismən təmin edilərək 56.182 manat məbləğində vəsait Cavabdeh1 onun xeyrinə tutulmasına, Cavabdeh6 202.00 ABŞ dolları, Cavabdeh14 140.000 manat və Cavabdeh7 57.840 manat məbləğində təqsirləndirilən şəxs Cavabdeh1 qarşı hissədəki irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitlər Cavabdeh1 onların xeyrinə tutulmasına, Cəlil-zadə Xanım Həmzə qızının 56.656,8 manat məbləğində, Cavabdeh8 102.000 manat məbləğində olmaqla təqsirləndirilən şəxs Cavabdeh1 qarşı olan hissədə irəli sürdükləri iddia tələbi qismən təmin edilərək, həmin məbləğlərdə vəsait Cavabdeh1 onun xeyrinə tutulmasına, iş üzrə zərərçəkmiş şəxslər vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutma təqsirləndirilən şəxs Cavabdeh1 arvadı X10 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 10 saylı evin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 2 saylı evin dəyərindən, həmçinin Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2008- ci il tarixli, 369 saylı qərarı ilə X10 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində olan tikilinin, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 722 saylı qərarı ilə X10 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində, həmçinin orada olan bağ-bostan sahəsi kimi ona verilmiş 200 kv.m torpaq sahəsinin üzərində olan tikililərin və Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2008ci il tarixli, 377 saylı qərarı ilə X10 adına rəsmiləşdirilmiş Biləcəri Bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsinin üzərində olan tikililərin üzərinə yönəldilməlidir. Tələbin yönəldildiyi Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikili (ü/s 2256,31 kv.m) "X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020- ci il tarixli satış protokolu ilə 801.900 manat məbləğinə, Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) "X1 Mərkəzi" MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 322.218 manat məbləğində, Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) "X1 Mərkəzi" MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 326.592 manat məbləğində borca əvəz olaraq tələbkarlar tərəfindən alınmışdır. xx.xx.2020- ci il tarixli satış protokollarına əsasən müvafiq əmlakların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınaraq müvafiq çıxarışların verilməsi üçün xx.xx.2020- ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət olunmuşdur. Lakin təəssüflər olsun ki, müvafiq qurum tərəfindən xx.xx.2020-ci il tarixli **********48 saylı imtina məktubu verilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) "X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP004 saylı, xx.xx.2020ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) "X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP005 saylı, xx.xx.2020- ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) "X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən müvafiq çıxarışların verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Qeyd olunan daşınmaz əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddia tələbində qeyd olunan daşınmaz əmlakların ilkin olaraq dövlət reyestrində qeydiyyata alınmasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Eyni zamanda, qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında həmin ünvanda yerləşən daşınmaz əmlakların üzərinə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 5(001)- 38/2011 saylı, xx.xx.2011-ci il tarixli 5(001)-41/2011, 5(001)-42/2011, 5(001)- 43/2011, 5(001)-44/2011, 5(001)- 45/2011 saylı qərarları ilə həbs qoyulmuşdur. Qeyd olunanlarla bağlı İdarə tərəfindən X18 **********48 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********03 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********00 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli məktublar ünvanlanmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.2- ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biri hesab olunur, lakin İdarəyə təqdim olunan sənəd açıq hərracın nəticələrinə dair yekun protokol deyil, satış protokoludur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)- 126/2023 saylı qərardadı ilə İddiaçı üçüncü şəxs qismində işə cəlb edilmişdir. "X1 Mərkəzi” MMC-nin YP №004 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx- 80439/15-7 saylı sifariş məktubu əsasında «X1 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m) alıcılar Cavabdeh2, Cavabdeh13 Nizamı oğlu, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X19, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 1.100.000 (bir milyon yüz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 801.900 (səkkiz yüz bir min doqquz yüz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmçinin, "X1 Mərkəzi" MMC-nin YP N°005 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin K10D-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx- 80439/15-7 saylı sifariş məktubu əsasında «X1 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) alıcılar Cavabdeh2, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X19, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 442.000 (dörd yüz qırx iki min) manat, əmlakın hərracda satılmış son qiyməti: 322.218 (üç yüz iyirmi iki min iki yüz on səkkiz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmçinin, "X1 Mərkəzi" MMC-nin YP N006 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101 )- 77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X1 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) alıcılar Cavabdeh2, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X19, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 448.000 (dörd yüz qırx səkkiz min) manat, əmlakın hərracda satılmış son qiyməti 326.592 (üç yüz iyirmi altı min beş yüz doxsan iki) manat qeyd edilmişdir. Bundan sonra, satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Göstərilənlər kimi, hər bir əmlakla bağlı hərrac təşkilatı tərəfindən aparılan hərrac yekunlaşmış, müvafiq alqısatqı müqavilələri bağlanmışdır. İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə və "X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh5, Cavabdeh9, X13, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh16, Cavabdeh17, Cavabdeh4 Ziyadxan oğlu, Cavabdeh14, Cavabdeh7, X19, Cavabdeh10, Cavabdeh15 Firidun oğlu, Cavabdeh11, Cavabdeh12) qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi, satış protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2486/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5755/2022 nömrəli mülki iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-462/2023 saylı, 24 yanvar 2023- cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2(103)- 5755/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-126/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı il iddia tələbi əsaslı olaraq təmin edilmişdir. Qərardan xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən və xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən kasassiya şikayəti verilmişdir. xx.xx.2020- ci il tarixli satış protokollarına əsasən müvafiq əmlakların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınaraq müvafiq çıxarışların verilməsi üçün xx.xx.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Ərazi İdarəsinə rəsmi müraciət olunmuşdur. Cavabdeh1 məxsus, lakin Ramazanova (Məmmədova) Manana Camal qızı adına rəsmiləşdirilmiş 6 adlı əmlakdan 4-ü əmlakların üzərində məhkəmənin müvafiq qərarı ilə həbs ola ola qanunsuz olaraq satılmışdır. Sözü gedən əmlakların satılması və özgəninkiləşdirilməsi Bakı Ağır Cinayətlər məhkəməsinin müvafiq hökmü ilə qadağan edilməsinə baxmayaraq Ramazanova (Məmmədova) Manana Camal qızı Azərbaycan Respublikası adından çıxarılan hökmə məhəl qoymamışdır. Ramazanova (Məmmədova) Manana Camal qızının qanunsuz əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə mülki iş üzrə xüsusi qərardad çıxarılmaqla prokurorluğa xəbər verilməlidir. Ramazanova (Məmmədova) Manana Camal qızının kasassiya şikayətinə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.202-ci il tarixli 2(103)- 5755/2022 saylı qətnaməsinin dəyişdirlmədən saxlanılmaşdır. Məhkəmənin diqqətinə çatdırılır ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən Cəlil-zadə Xanım Həmzə qızının, Cavabdeh4, Cavabdeh13, Cavabdeh14, Cavabdeh16 Mirzə oğlunun, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh10, Cavabdeh12, Cavabdeh11, Cavabdeh8, Cavabdeh15,Cavabdeh3 Əlövsət oğlunun, Cavabdeh17, Cavabdeh7 və Cavabdeh9 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş əmlak Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/Q2/7010 saylı xx.xx.2007 ci il tarixli məktubna əsasən, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 12-R-104 saylı Binəqədi rayonu, Sumqayıt şosesinin şərq hissəsində Biləcəri bələdiyyəsinin xx.xx.2004cü il tarixli 722 saylı qərarı ilə X10 (hazırki sahibi deyil) istifadəsində olan torpaq sahəsinin mövcud fərdi yaşayış evlərinin "xxxx" MMC tərəfindən təqdim olunmuş lahiləri təsdiqlənmişdir. Buna dair müvafiq sübut etiraza əlavə edilir. Yuxarıda göstərilən xüsusatların cəmində X5 iddia tələbinə etiraz edilir, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmədə icraat zamanı tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə etdiklərini bildirərək, izahatında göstərdi ki, İddiaçı daha öncə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, iddiası rədd edilmişdir. Hazırki iddia tələbi həmin tələbdən fərqlidir. Belə ki, İddiaçı icra sənədləri üzrə borclu olmasına baxmayaraq, icra şöbəsi tərəfindən hərrac mərkəzinə sifariş göndərilərkən Cavabdeh1 əlavə İddiaçı da borclu kimi göstərilmişdir. Məhz buna görə, hərrac bir neçə il keçirilə bilməmiş, sonuncu dəfə İddiaçı borclu kimi göstərildiyindən hərrac baş tutmuş, əmlaklar İddiaçı ilə Cavabdeh1 birgə mülkiyyətində olmaqla, paylar müəyyənləşdirilmədiyi və borcun yalnız Cavabdeh1 payına yönəldilməli olduğu halda əmlaklar bütünlükdə satılmışdır. Hazırda iddiaçı əmlakların satış dəyərinin özünə düşən payını, yəni yarısını tələb edir. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh8 nümayəndəsi iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, hərracın nəticələri ilə bağlı İddiaçı daha öncə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiası təmin edilməmiş, ondan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Hazırki tələb pul tələbi olsa da, tələbin əvvəlki tələblə əsası eynidir. Bundan əlavə, bildirilir ki, icra sənədləri icraya yönəldikdən, Cavabdeh1 mülkiyyətində olan bir çox əmlak üzərinə həbs qoyulmasına baxmayaraq, İddiaçı qanunsuz yolla 6 əmlakdan 4ünü özgəninkiləşdirməyi bacarmışdır. Məhz həm İddiaçı, həm də Cavabdeh1 qanunsuz əməlləri, icra işinə bu cür maneələri nəticəsində 17 zərərçəkmiş, yəni hazırki iş üzrə cavabdehlər zərər çəkməkdədirlər. İddiaya etirazda öz mövqeyini daha ətraflı göstərmişdir. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər (onların nümayəndələri) ayrıayrılıqda iddianın rədd edilməsini xahiş etdilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Tədqiq edilən sübutlar: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixdə verilmiş 1(101)-77/2013 saylı icra vərəqəsində göstərilmişdir ki, iş üzrə zərərçəkmiş şəxslər, mülki iddiaçılar: Cavabdeh2 349000 ABŞ dolları, məzənnə ilə 244140,9 manat, Cavabdeh13 10000 ABŞ dolları, məzənnə ilə 7869 manat, Cavabdeh16 63000 manat, Cavabdeh3 Əlövsət oğlunun 53900 ABŞ dolları, məzənnə ilə 43324,82 manat, Cavabdeh17 10000 manat və Cavabdeh4 106000 manat məbləğində iş üzrə təqsirləndirilən şəxs Cavabdeh1 qarşı irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdən vəsaitlər Cavabdeh1 onların xeyrinə tutulsun. Zərərçəkmiş şəxs Cavabdeh5 isə təqsirləndirilən şəxs Cavabdeh1 qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilərək, 70000 ABŞ dolları, məzənnə ilə 56182 manat məbləğində maddi ziyan vurulduğunu müəyyən edilmişdir. Ona görə də, Cavabdeh5 iddia tələbi qismən təmin edilərək 56182 manat məbləğində vəsait Cavabdeh1n onun xeyrinə tutulsun. İş üzrə zərərçəkmiş şəxslər, mülki iddiaçılar: Cavabdeh6 202000 ABŞ dolları, məzənnə ilə 165034 manat, Cavabdeh14 140000 manat və Cavabdeh7 57840 manat məbləğində təqsirləndirilən şəxs Cavabdeh1 qarşı hissədəki irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitlər Cavabdeh1 onların xeyrinə tutulsun. Zərərçəkmiş şəxslər Cəlil-zadə Xanım Həmzə qızının 56656,8 manat məbləğində, Cavabdeh8 63640 manat məbləğində olmaqla təqsirləndirilən şəxs Cavabdeh1 qarşı olan hissədə irəli sürdükləri iddia tələbi qismən təmin edilərək, həmin məbləğlərdə vəsait Cavabdeh1 onun xeyrinə tutulsun. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutma təqsirləndirilən şəxs Cavabdeh1 "xxxx" MMC, "xxxx" MTK-da, həmçinin "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş təsisçilik payları üzrə olan əmlak və qeyri əmlak paylarına yönəldilsin, həmin paylar zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam aradan qaldırılması üçün yetərli olmadığı halda, "xxxx" MTK-nın həmtəsisçisi kimi onun həyat yoldaşı X10 payından, “Azər-ROSS” MRK-nın həmtəsisçisi kimi Cavabdeh1 arvadı İddiaçı adına rəsmiləşdirilmiş təsisçilik payından, "xxxx" MTK-nın həmtəsisçiləri kimi Cavabdeh1 arvadı X6 adına rəsmiləşdirilmiş təsisçilik payından, Cavabdeh1 arvadı X10 adına “Azərbaycan Beynəlxalq Bankı”nın Sənaye filialında olan 150000 Avro məbləğində pul vəsaitinə olan payından, təqsirləndirilən şəxs Cavabdeh1 arvadı X10 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 10 saylı evin və Binəqədi rayonu Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 2 saylı evin dəyərindən, həmçinin Bakı şəhəri, Biləcəri bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 369 saylı qərarı ilə X10 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.metr torpaq sahəsinin üzərində olan tikilinin, Bakı şəhəri, Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 722 saylı qərarı ilə X10 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.metr torpaq sahəsinin üzərində, həmçinin orada ona bağ-bostan sahəsi kimi ona verilmiş 200 kv.metr torpaq sahəsinin üzərində olan tikililərin və Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 377 saylı qərarı ilə X10 adına rəsmiləşdirilmiş Biləcəri bələdiyyəsi ərazisində yerləşən 300 kv.metr torpaq sahəsinin üzərində olan tikililərin birgə nikah dövründə əldə olunmuş ümumi əmlak kimi təqsirləndirilən şəxs Cavabdeh1 düşən payın üzərinə yönəldilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2015-ci il tarixli, 1(103)-865/15 saylı qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı, 01 iyul 2013-cü il tarixli hökmü dəyişdirilmiş, hökmün nəticəvi hisəssindən “iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutmanın Cavabdeh1 arvadı X10 adına “Azərbaycan Beynəlxalq Bankı”nın Sənaye filialında olan 150000 Avro məbləğində pul vəsaitindən birgə nikah dövründə əldə olunmuş ümumi əmlak kimi təqsirləndirilən şəxs Cavabdeh1 düşən payın üzərinə yönəldilməsi”nə dair müddəlar xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanmışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Binəqədi rayon İcra Şöbəsinin icra məmuruna ünvanlandırılmış 25 sentyabr 2015-ci il tarixli məktubda göstərilmişdir ki, “Cavabdeh1 ... cinayət işi üzrə Sizin 21 avqust 2015-ci il tarixli və Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş “İcra sənədinin izah edilməsi barədə” təkrar ərizənizə baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində hökmə izah verilməsi nəzərdə tutulmamışdır. Belə ki, işin faktiki halları həmin iş üzrə məhkəmə hökmündə öz əksini tapmışdır... Cinayət işi üzrə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutma X10 hər-hansı bir əmlakına deyil, onların birgə nikah dövründə əldə etdikləri ümumi əmlaklarındakı Cavabdeh1 düşən payların üzərinə yönəldilmişdir.” - Sözügedən icra sənədi üzrə icra işi materialları müvafiq sorğu ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən əldə edilmiş, öyrənilən zaman müəyyən edilmişdir ki: - 06 fevral 2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - "xxxx" MMC-nin 13 dekabr 2016-cı il tarixli hesabatına əsasən, X12 məxsus olan Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi 1-ci döngədə yerləşən 2 mərtəbəli, ümumi sahəsi 442 kv.metr olan fərdi yaşayış evinin dəyəri 442000 manat olaraq müəyyən edilmişdir. - "xxxx" MMC-nin 13 dekabr 2016-cı il tarixli hesabatına əsasən, X12 məxsus olan Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi 1-ci döngədə yerləşən 2 mərtəbəli, ümumi sahəsi 448 kv.metr olan fərdi yaşayış evinin dəyəri 448000 manat, 600 kv.metr torpaq sahəsinin üzərində olan tikiliyə ******* manat qiymət müəyyən edilmişdir. - İddiaçı icra şöbəsinə ünvanlandırdığı 21 sentyabr 2017-ci il tarixli ərizədə göstərmişdir ki, o, 448000 və 442000 manatla qiymətləndirilmiş fərdi yaşayış evlərinin təhvil verilməsinə etiraz etmir. - 12 dekabr 2017-ci il tarixdə İddiaçı icra şöbəsinə yeni bir ərizə təqdim edərək, göstərmişdir ki, “tərəfinizdən qanunsuzluq edilərək Cavabdeh1 tərəfindən ödənilməli olan pul vəsaitinin Cavabdeh1 ödəmədiyi təqdirdə mənə məxsus əmlaklar hesabına ödənilməsi barədə məndən təzyiq altında ərizə almışınız. Həmin ərizə mənim mənafeyimə və qanunun tələblərinə zidd olduğundan, həmin ərizəmi etibarsız hesab edəsiniz...” - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 1(81)- 218/2018 saylı qərardadından görünür ki, İddiaçı Binəqədi rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra şöbəsinin rəisi və icra məmurunun onun hüquq və azadlıqlarını pozan hərəkətlərdən çəkinmələrinə və belə qanunsuz hərəkətlərinə son qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şəhriyar Şirinovun 11 iyul 2017-ci il tarixli və 17 avqust 2017ci il tarixli aktların tərtib edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə iddia mümkün sayılmamışdır. - İcra məmuru tərəfindən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisinə ünvanlandırılmış xx.xx.2018-ci il tarixli məktubda göstərilmişdir ki, “... xx.xx.2017-ci il tarixdə Məmmədova (Ramazanova) X15 rayon icra şöbəsinə gələrək hazırda onun istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, 1-ci döngədə yerləşən 448000 və 442000 manat məbləğində qiymətləndirilmiş fərdi yaşayış evlərinin zərərçəkmiş şəxslərə verilməsinə etirazı olmayacağını bildirmiş və bunun müqabilində həmin evlər barədə məcburi icra tədbirlərinin müvəqqəti dayandırılmasını xahiş etmişdir. Daha sonra xx.xx.2017-ci il tarixdə Manana Məmmədova təkrar olaraq Binəqədi rayon icra şöbəsinə ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxslərə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tələbin onun adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 442000 manat məbləğində qiymətləndirilmiş iki mərtəbəli, altı otaqlı fərdi yaşayış evini zərərçəkmişlərə olan borcu ödəmək qarşılığında bir ay müddətində vaxt verilməsi üçün könüllü olaraq müvəqqəti olaraq zərərçəkmiş şəxs Cavabdeh8 istifadəsinə verilməsini bildirmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh8 ərizə ilə icra şöbəsinə müraciət edərək, həmin evdən 2018-ci ilin yanvar ayında çıxdığını və məcburi tədbirlərin davam etdirilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə X14 ərizə ilə Binəqədi rayon icra şöbəsinə müraciət edərək, ******* manat məbləğində qiymətləndirilmiş qeyri-yaşayış sahəsində olan payından Cavabdeh1 xeyrinə imtina etdiyini, bunun əvəzində 442000 manat və 448000 manat məbləğində qiymətləndirilmiş fərdi yaşayış evlərinin Cavabdeh1 aid payın onun xeyrinə həll edilməsini və zərərçəkmiş şəxslərə ödənilməsi üçün 40000 manat pul təklif etdiyini bildirmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(006)- 1093/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair iddiası təmin edilməmişdir. - “X1 Mərkəzi” MMC-nin 09 sentyabr 2020-ci il tarixli “Açıq hərracın keçirilməsi barədə” bildirişindən görünür ki, Binəqədi rayon icra şöbəsinin sifarişi əsasında açıq hərracın keçirilməsi 30 sentyabr 2020-ci il tarixə təyin edilmiş, bildirişdə borclu qismində Cavabdeh1, X14, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MMC, "xxxx" MTK göstərilmişdir. - “X1 Mərkəzi” MMC-nin 30 sentyabr 2020-ci il tarixli, YP-004 nömrəli “Satış protokolu”ndan görünür ki, Binəqədi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı icra sənədi üzrə İddiaçı adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.metr torpaq sahəsində olan 4 mərtəbəli tikili (ümumi sahəsi 2256,31 kv.metr) ******* manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, 801900 manata Cavabdeh2 Əlihseyn oğlu, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X19, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11 və Cavabdeh12 satılmışdır. - “X1 Mərkəzi” MMC-nin 30 sentyabr 2020-ci il tarixli, YP-005 nömrəli “Satış protokolu”ndan görünür ki, Binəqədi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı icra sənədi üzrə İddiaçı adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (442 kv.metr) 442000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, 322218 manata Cavabdeh2 Əlihseyn oğlu, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X19, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11 və Cavabdeh12 satılmışdır. - “X1 Mərkəzi” MMC-nin 30 sentyabr 2020-ci il tarixli, YP-006 nömrəli “Satış protokolu”ndan görünür ki, Binəqədi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı icra sənədi üzrə İddiaçı adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (448 kv.metr) 448000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, 326592 manata Cavabdeh2 Əlihseyn oğlu, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X19, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11 və Cavabdeh12 satılmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(001)- 2486/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, satış protokolunun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia rədd edilmişdir. Qərnamə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh hərrac təşkilatçısı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli YP004, YP005, YP006 nömrəli Sarış protokollarını və Hərracın yekunları üzrə əmlakların alğı-satqısı barədə müqavilələri etibarsız hesab edilməsini mübahisələndirmək üçün qanunla müəyyən edilən müddət ötürülmüşdür. Məhkəmə hazırki işin bütün hallarını və hadisələrin xronologiyasını nəzərə alaraq, iddiaçının hərracın keçirilməsindən və əmlakların başqa şəxslərə təhvil verilməsindən iki ilə yaxın müddətdən sonra xəbər tutmasını inandırıcı hesab etmir. Qətnamə apellyasiya və kassasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq Məhkəmə aşağıdakalra əsasən hesab edir ki, iddia əsassızdır. İşin müəyyən edilən hallarına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X1 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m) alıcılar Cavabdeh2, Cavabdeh13 Nizamı oğlu, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X19, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 1.100.000 (bir milyon yüz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 801.900 (səkkiz yüz bir min doqquz yüz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin K10D-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X1 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) alıcılar Cavabdeh2, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X19, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 442.000 (dörd yüz qırx iki min) manat, əmlakın hərracda satılmış son qiyməti: 322.218 (üç yüz iyirmi iki min iki yüz on səkkiz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bununla yanaşı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101 )-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X1 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu Cavabdeh1 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1 -ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) alıcılar Cavabdeh2, Cavabdeh13, Cavabdeh16, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, X19, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 448.000 (dörd yüz qırx səkkiz min) manat, əmlakın hərracda satılmış son qiyməti 326.592 (üç yüz iyirmi altı min beş yüz doxsan iki) manat qeyd edilmişdir. Bundan sonra, satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Qeyd olunmalıdır ki, mübahisəli əmlakla bağlı hərrac təşkilatı tərəfindən aparılan hərrac yekunlaşmış, müvafiq alqı-satqı müqavilələri bağlanmışdır. Bununla yanaşı İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə və "X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh5, Cavabdeh9, X13, Cavabdeh3 Əlövsət oğlu, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh16, Cavabdeh17, Cavabdeh4 Ziyadxan oğlu, Cavabdeh14, Cavabdeh7, X19, Cavabdeh10, Cavabdeh15 Firidun oğlu, Cavabdeh11, Cavabdeh12) qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi, satış protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2486/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5755/2022 nömrəli mülki iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 462/2023 saylı, 24 yanvar 2023- cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2(103)-5755/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının “qanusuz” hesab etdiyi hərracla bağlı artıq yekun məhkəmə aktı mövcud olduğundan məhkəmə iddiaçının bununla bağlı arqumentlərini əsaslı saymır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən iddiaçı Cavabdeh1la onun birgə mülkiyyətində olan əmlaklardan payına düşən hissəni tələb etsə də bu payların hər bir əmlaka dair nədə ifadəs olunması, kimin hansı miqdarda pay sahibi olmasına dair iş üzrə heç bir sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında “Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova vədigərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”15 iyul 2015-ci il tarixli Qərarlar). Hazırkı halda tələb üzrə qeyd olunan əmlakların bütövlükdə iddiaçı ilə Cavabdeh1 ilə birgə nikah müddətində ümumi gəlirləri əsasında eləcədə əmlakların nikah müddətində onlar tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini təsdiq edən heç bir mötəbər sübut iş üzrə müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə əsasən isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.Məhkəmə hesab edir ki, mübahisəli hansı əmlaklara dair iddiaçının payını və onun həcmi müəyyən edən sübut olmadığından iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh2, Cavabdeh3 Əlövsət oğluna, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X9, Cavabdeh7, Cəlil-zadə Xanım Həmzə qızına, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15 Firidun oğluna, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh16 və Cavabdeh1 qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi və “X1 Mərkəzi” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4786/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4786/2023
31.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver