Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4828/2025 20.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, yəni Ərizəçi Ermənistan SSRİ, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmuşdur. X7, atası isə X6r. Ailə tərkibləri - valideynləri və 4 oğlan, 3 qız olmaqla 9 nəfərdən ibarət olmuşdur. Onun qardaşı Rafiq Talıbov, Zahid Talıbov, X19, bacıları Asiya Talıbova, Səməndər Talıbova və X8r. Ailə üzvlərinin hər biri Ermənistan SSRİ, Ağbulaq kəndində dünyaya gəlmiş və orada yaşayaraq böyümüşlər. 1987-1988-ci illərdə Ermənistanın işğalçı siyasəti nəticəsində onlar Bakı şəhərinə köç etmişlər. Köçlə əlaqədar olaraq ailə üzvlərinə məxsus sənədlərin əksəriyyəti də Ermənistan SSR-də qalmış və hazırda həmin sənədlərin arxiv məlumatlarını əldə etmək mümkün deyildir. X2 1927-ci il tarixdə Ermənistan SSR, Krasnoselsk royanu (Çəmbərək rayonu) Ağbulaq kəndində anadan olmuşdur. Atası xx.xx.1959-cu il tarixdə anası Talıbova (Məmmədova) Bəsdi Abbas qızı ilə rəsmi nikaha daxil olmuşdur. X2 xx.xx.1975-ci il tarixdə Ağbulaq kəndində vəfat etmiş və Ermənistan SSR Ağbulaq kəndində də dəfn edilmişdir. xx.xx.2025-ci il tarixdə X3 vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 305 saylı qeydiyyat aparılmışdır. X3 ilə bağlı vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət edərkən ona bildirilmişdir ki, birinci dərəcə vərəsə olduğu üçün valideynlərinə dair sənəd təqdim edilməlidir. O, bildirmişdir ki, Ərizəçi anası Talıbova (Məmmədova) Bəsdi Abbas qızı xx.xx.2014-cü tarixdə Bakı şəhərində vəfat etmiş və buna dair ölüm haqqında akt qeydləri kitabında 495 saylı qeydiyyat aparılmışdır. X2 1975-ci ildə Ermənistan SSR, Ağbulaq kəndində vəfat etmiş və həmin zaman ölüm haqqında akt qeydləri kitabında qeydiyyat aparılmasına dair hər hansı sənəd ailə üzvlərində qalmamışdır. Buna dair məlumatın əldə edilməsi üçün 6 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə rəsmi müraciət edilsə də, qardaşı X15 xx.xx.2025-cü il tarixli məktubla məhkəməyə müraciət etməli olması bildirilmişdir. İşin hallarından göründüyü kimi X12 vərəsələrinin dairəsinin müəyyən edilməsi üçün atası M.Talıbovun ölüm faktının qeydə alınmasına dair sənədin əldə edilməsi zərurəti yaranmışdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, X2nun xx.xx.1975-ci il tarixdə Krasnoselo rayonunun Ağbulaq kəndində ölümünün qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, Nümayəndə məhkəməyə “elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, X4 xx.xx.1975-ci il tarixdə Krasnoselo rayonunun Ağbulaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsinin izahatlarına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Zakir Talıbova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Z.Talıbovun müraciətinə həmin şöbə tərəfindən baxılmış və ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.1, 8.2 və 8.3-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır”. Həmin Qaydanın 8.5-ci bəndində isə göstərilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.” Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. İş materiallarında olan Ağbulaq kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ seriyalı, 021695 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 1927-ci il tarixdə Krasnoselo rayonunun Ağbulaq kəndində anadan olmuşdur. İş materiallarında olan Ağbulaq kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ seriyalı, 486353 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.1962-ci il tarixdə Krasnoselo rayonunun Ağbulaq kəndində anadan olmuşdur. İş materiallarında olan Ağbulaq kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Ağbulaq kəndində anadan olmuşdur. İş materiallarında olan Ağbulaq kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ seriyalı, 752233 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 xx.xx.1964-cü il tarixdə Ağbulaq kəndində anadan olmuşdur. İş materiallarında olan Ağbulaq kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ seriyalı, 267078 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1959-cu il tarixdə Ağbulaq kəndində anadan olmuşdur. İş materiallarında olan Ağbulaq kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ seriyalı, 639512 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Asiya Talıbova xx.xx.1954-cü il tarixdə Ağbulaq kəndində anadan olmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 506274 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 714640 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan P seriyalı 662922 nömrəli Diplomdan görünür ki, X1-mexanik fakültəsini 1969-cu ildə bitirmişdir. İş materiallarında olan CD diskdən görünür ki, xx.xx.1940-cı il təvəllüdlü X5 ailədə dörd uşaq – iki bacı, iki qardaş olduqlarını, bacılarının vəfat etdiyini, qardaşı X4 xx.xx.1927-ci il tarixdə anadan olduğunu, qardaşı M.Talıbovun boğazında olan xəstəliklə bağlı Bakıya, Tiflisə və Moskvaya apardığını, yekun olaraq onda xərçəng xəstəliyinin olduğunun müəyyən edildiyini, qardaşının həyat yoldaşı X13 2014-cü il tarixdə vəfat etdiyini bildirərək, qardaşı X4 xx.xx.1975-ci il tarixdə vəfat etməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ərizəçinin qardaşı olmaqla yanaşı, atası 1927-ci il təvəllüdlü X4 Krasnoselo rayonunun Ağbulaq kəndində vəfat etməsi faktını təsdiq etmişdir. Z.Talıbov eyni zamanda, mərhumun xəstə olduğunu, boğazından əməliyyat olunduğunu, atası rəhmətə gedən zaman onun təxminən 10 yaşının olduğunu, dəfndə iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ərizəçinin bacısı olmaqla yanaşı, atası 1927-ci il təvəllüdlü X4 Krasnoselo rayonunun Ağbulaq kəndində vəfat etməsi faktını təsdiq etmişdir. A.Talıbova eyni zamanda, mərhumun kolxoz sədri olmaqla yanaşı, xəstə olduğunu, atası rəhmətə gedən zaman onun təxminən 20 yaşının olduğunu, Ağbulaq kənd qəbirstanlığında dəfn olunduğunu, dəfndə iştirak etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, 1927-ci il təvəllüdlü X4 xx.xx.1975-ci il tarixdə Ağbulaq kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etdiyindən və bununla da, ərizə əsaslı olduğu üçün təmin edilməli, 1927-ci il təvəllüdlü X4 07 iyul 1975-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunun Ağbulaq kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1927-ci il təvəllüdlü X4 xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunun Ağbulaq kəndində vəfat etməsi faktı müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-4828/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4828/2025
20.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver