Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4843/2024 16.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı "subroqasiya qaydasında pul tələbi" barədə barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğv prosesindədir) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Ləğv prossesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxsə ödənilmiş 1275 (bir min iki yüz yetmiş beş) manat sığorta ödənişi və ödənilmiş 33,15 (otuz üç manat on beş qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1308,15 (bir min səkkiz manat on beş qəpik) manat pulun Cavabdeh tutularaq Ləğv prossesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Mercedes 220” minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixli PDS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 23:45 radələrində həmin avtomobili Bakı şəhəri, Sabunçu qəsəbəsində idarə edərkən “Kia Rio ” minik markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Sabunçu rayonu DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Sabunçu rayon DYPŞ polis mayoru X1 xx.xx.2021ci il tarixli İXP4235100 saylı inzibati xəta haqqında protokolundan və xx.xx.2021-ci il tarixli TP464483 saylı inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 23:45 radələrində Bakı şəhəri, Sabunçu qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zərər dəymiş “Kia Rio ” minik markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, Şirkət tərəfindən qiymətləndirilərək 1275 ( bir min iki yüz yetmiş beş ) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli № 18618 saylı sığorta ödəniş aktına və xx.xx.2021-ci il tarixli № 22079 saylı ödəniş tapşırığına əsasən 1275 (bir min iki yüz yetmiş beş) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətininin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğv prosesindədir)nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edərək, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından olan: Cavabdeh məxsus “Mercedes 220” minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixli PDS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğv prosesindədir) tərəfindən icbari sığorta müqaviləsinə əsasən sığortalanmışdır. Sabunçu rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* №-li qərarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 23:45 radələrində Bakı şəhəri, Sabunçu qəsəbəsində “Mercedes 220” minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, ara məsafəsi qaydasını pozmuş və hadisə yerindən yayınmışdır. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 23:45 radələrində Bakı şəhəri, Sabunçu qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişd və hadisə nəticəsində “Kia Rio” minik markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, “Kia Rio ” minik markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1275 manat zərər dəydiyi müəyyən edilmişdir. 18618 saylı, xx.xx.2021-ci il tarixli sığorta aktından və xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin hesablanmasına dair akta uyğun olaraq “Kia Rio ” minik markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1275 manat zərər X2 ödənilmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan və məktubun göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğv prosesindədir) icbari sığorta ilə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “Mercedes 220” minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildə törədilən yol-nəqliyyat hadisəsi zamanı “Kia Rio ” minik markalı, ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərlə əlaqədar iddiaçı tərəfindən 1275 manat məbləğində pul vəsaitinin faydalanan şəxsə ödənildiyi müəyyən edilir. Lakin, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh hadisə yerindən yayınmış olduğundan sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğv prosesindədir) tərəfindən icbari sığorta ilə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “Mercedes 220” minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı “Kia Rio ” minik markalı, ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə faydalanan şəxsə ödənilmiş cəmi 1275 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutularaq, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğv prosesindədir)nə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 32,75 (otuz iki manat 75 qəpik) manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 33,15 manat dövlət rüsumu və bank xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 1275 (bir min iki yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi və 33,15 (otuz üç manat 15 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı olmaqla - cəmi 1308,15 (bir min üç yüz səkkiz manat 15 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Ləğv prosesindədir) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4843/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4843/2024
16.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver