Məhkəmə qərarları › İş №e-2(001)-5069/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5069/2025

10.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5069/2025 10.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlakın qanunsuz sahiblikdən azad olunaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlakın qanunsuz sahiblikdən azad olunaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçınə məxsus 1 ədəd X5 200 tonluq, 11 ədəd müxtəlif ölçülü pres qəlibləri, 1 ədəd 50 tonluq pres avadanlığı, 1 ədəd gelatin 3 mt dəzgahı, 1 ədəd 45 dərəcə kəsim dəzgahı, cnc mdf, 1 ədəd taxta (mdf) üzərində naxış açmaq üçün dəzgah, 1 ədəd yatar mişar, 1 ədəd kompressor 500 lt-lik, 1 ədəd toz-boya peçi 6 mt, 6 ədəd kontakt qaynaq dəzgahı, 8 ədəd CO2 balonu, 100 ədəd qapı istehsalında istifadə edilən mdf list, 40 ədəd tam satışa hazır qapı, 55 ədəd mənzil qapısı üçün xammal, 30 ədəd yanğından mühafizə şitinin qapısı, bunlardan əlavə olaraq anbarın kənarına yığılmış 105 ədəd, qapı hazırlanması üçün hazır mdf list və 2 ədəd hər birinin həcmi 2000 lt olan dizel yanacağı saxlanc çəninin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanunsuz sahibliyindən azad olunaraq iddiaçıya təqdim edilməsi, əmlakın təhvil verilməsi mümkün olmadıqda dəyərinin müəyyən edilərək, məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh "xxxx" ASC ilə aralarında qarşılıqlı azad iradə ifadəsi göstərilməklə imzalanmış icarə müqaviləsi əsasında cavabdehə məxsus sahədə mebel (taxta qapı) istehsalı fəaliyyəti ilə məşğul olmuşlar. Cavabdeh şəxslə müqavilə müddətində mülki hüquqi müstəvidə münasibətləri daimi normal olmuş, müqaviləyə əlavə edilmiş qiymət razılaşdırılması əsasında öhdəliklərini vaxtında yerinə yetirərək icarə haqqını ödəmişlər. Cavabdehə məxsus ünvan 1ünvanında yerləşən qeyri-yaşayış sahəsində 28 sentyabr 2024-cü il tarixdə yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsində araşdırma aparılır. Yanğın baş verən zaman təhlükəsizlik tədbirləri ilə əlaqədar həmin əraziyə daxil olmaları məhdudlaşdırıldığından yanğından zərər görməyən avadanlıq və müəyyən qədər xammal, həmçinin satışa yararlı hazır istehsal olunmuş əşya və əmlaklarının təxliyyəsi mümkün olmamışdır. Yanğın baş verən vaxtı həmin qeyri-yaşayış sahəsində onlara məxsus olan əmlaklar: X5 200 tonluq 1 ədəd · Müxtəlif ölçülü pres qəlibləri 11 ədəd · 50 tonluq pres avadanlığı 1 ədəd · 100tonluq pres avadanlığı 1 ədəd · Gelatin 3mt dəzgahı 1 ədəd · 45 dərəcə kəsim dəzgahı 1 ədəd · Cnc mdf dəzgah · Taxta(mdf) üzərində naxış açmaq üçün dəzgah 1 ədəd · Yatar mişar 1ədəd · Kompressor 500 lt-lik 1ədəd · Toz-boya peçi 6mt 1ədəd · Kontakt qaynaq dəzgahı 6ədəd · CO2 balonu 8ədəd · Qapı istehsalında istifadə edilən mdf list 100ədəd · Tam satışa hazır qapı 40ədəd · Mənzil qapısı üçün xammal 55ədəd · Yanğından mühafizə şitinin qapısı 30ədəd · Ambardakı qapı aksesuarları və kiçik alətləra Yuxarıda qeyd olunanlardan əalvə olaraq icrarəyə götürülnən anbarın kənarına, lakin, İxtisaslaşdırılmış Kəndtikinti ASC-nin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisində · Qapı hazırlanması üçün hazır mdf list 105 ədəd · Həcmi 2000 lt olan dizel yanacağı saxlanc çəni 2 ədəd ibarət olmuşdur. Yanğın baş verdikdən sonra hadisə yerinə baxış keçirilən zaman yanğından zərər görməyən onlara məxsus əmlakların orada olduğu müəyyən olunmuşdur. Həmçinin bunu sübut edən digər hal, istintaq orqanı tərəfindən tərtib edilmiş 29 sentyabr 2024cü il tarixli “hadisə yerinə baxış keçirilməsinə dair” protokoludur. Həmin protokolda əmlaklar barədə məlumatlar öz əksini tapmışdır. Lakin iş üzrə cavabdeh qərəzli şəkildə həmin əmlakların onlar tərəfdən götürülərək mühafizə olunan saxlanca qoyulmasına razılıq verməmişdir. Buna dair istintaq orqanına müraciətləri əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən 09 oktyabr 2024-cü il tarixdə onlara məxsus əmlakların İxtisaslaşdırılmış Kəndtikinti ASC-nin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən götürülməsinə etiraz etməmələrinə dair N-3-18-23/2-9771/2024 saylı məktub verilmişdir. Həmin məktub əsasında sözügedən ünvana təkrarən getmiş, məktub təqdim edilməklə onlara məxsus olan əmlakların götürülməsinə şərait yaradılması üçün danışıqlar aparılmışdır. Lakin yenə də cavadeh hüquqi şəxsin əməkdaşları tərəfindən maneələr törədilmiş, əmlakların oarada olmadığını əsas gətirərək təhvil verməkdən imtina etmişdirlər. Hesab edirlər ki, cavabdeh tərəfindən törədilən əməl qərəzli formada edilməklə, qanunazidd törədiliş əməl kimi qiymətləndirilməklə özgə əmlakını qanunsuz sahiblənmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Həmin Qərarın 28-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, eyni zamanda “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı ********** №-li VÖEN əsasında (qanuni təmsilçisi X1) fəaliyyət istiqaməti “mebel istehsalı” olmaqla hüquqi şəxs, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə ********** №-li VÖEN əsasında (qanuni təmsilçisi X2) fəaliyyət istiqaməti “ərzaq malları bazarının icarəyə verilməsi üzrə fəaliyyət” olmaqla hüquqi şəxsdir. İddia ərizəsinin məzmunu ilə də müəyyən edilir ki, halhazırki mübahisənin xarakteri də tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Belə ki, tərəflər arasında qeyri-yaşayış binasının icarəyə verilməsindən irəli gələn mübahisə yaranmışdır. Belə olan halda da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçılara izah edilməlidir ki, onlar, hazırki tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından həmin ərizənin verilməsi üçün İddiaçı tərəfindən 08 iyul 2025-ci il tarixdə, **********42 nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlakın qanunsuz sahiblikdən azad olunaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən 08 iyul 2025-ci il tarixdə, **********42 nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar