Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5207/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu – İddiaçı Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı Siğorta Şirkəti ASC) cavabdehlər Cavabdeh1 və “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra “X1” MMC) qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. İddiaçı Siğorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və “X1” MMC-dən iddiaçının xeyrinə 150 manat siğorta ödənişi, dövlət rüsumu olaraq ödənilmiş 30 manat və 40 qəpik məbləğində komissiyanın tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
3. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da ərizəçiyə geri qaytarılmalıdır.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. - Maddə 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. - Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. - Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. - Maddə 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. - Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
5. Göründüyü kimi qüvvədə olan mülki prosessual qanunvericilik ərizənin baxılmamış saxlanılması hallarından biri kimi iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması haqqında ərizənin verilməsini nəzərdə tutur. Hazırda iddiaçının nümayəndəsi də belə bir ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
6. Mülki prosessual qanunvericilik iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilərkən həmin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsinin də həll edilə bilməsinə dair məhkəməyə dispozitiv səlahiyyət vermişdir. Məhkəmə bu səlahiyyətindən istifadə edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır.
7. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
1. İddiaçı Siğorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və “X1” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın.
2. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı Siğorta Şirkəti ASC-yə geri qaytarılsın.
3. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev