Məhkəmə qərarları › İş №e-2(001)-5269/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5269/2023

10.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5269/2023 10.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbasova Günel Məhərrəm qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və qeyrilərinə qarşı “mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “qanunsuz olaraq vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və əşyaların qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, iddianı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun və ya Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi qeydiyyat ünvanının qeydə alındığı yerə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinə və ya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə vermişdir. Məhkəmə iddia ərizəsində qeyd olunan digər cavabdeh olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə münasibətdə qeyd edir ki, Baş İdarə korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyəti sahəsində ixtisaslaşdırılmış prokurorluq orqanıdır və Azərbaycan Respublikasının Baş prokuroruna tabedir. Baş İdarə işini Azərbaycan Respublikası Prokurorluğunun qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinin əsas prinsiplərinə uyğun olaraq qurur (Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinin 1-4 bəndləri). Odur ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı irəli sürülən iddia tələbləri (ərizələri) Azərbaycan Respublikası Baş Prokurorluğunun yerləşdiyi ərazi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi qeydiyyat ünvanı ünvan 2ə Nazirliyinin rəsmi qeydiyyat ünvanı isə ünvan 3si və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və qeyrilərinə qarşı “mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli 240 manat (iki yüz qırx) dövlət rüsumu ona qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar