Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-537/2024 29.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə vurulmuş 5191,48 manat məbləğində zərərin, 1023,72 manat debitor borcun və iddiaçı tərəfindən ödənilmiş 82,16 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6215,20 manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2020-ci il tarixli 07-530 saylı “Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin istifadəsində olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və cavabdehə **********01610 saylı abonent kodu verilməklə, fərdi yaşayış evinin qazla təchizatı təmin edilmişdir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək, habelə “X1”nın tələblərinə əməl etmək, eyni zamanda 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarına əlavə edilmiş Abonent saldosundan bəlli olur ki,cavabdeh tərəfindən yaşadığı fərdi yaşayış evində 4 gözlü qaz plitələri(PQ-4) quraşdırılmışdır. İddiaçının səlahiyyətli əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırmaqla, habelə qaz sayğacının fotoçəkilişlərlə lentə alınmaqla rəsmiləşdirilmişdir. Belə ki, cavabdeh barəsində tərtib edilmiş aktlar aşağıdakı kimidir: xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 4266 kub metr təbii qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 426,60 manat müəyyən edilməsi barədə tələbnamə, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 324 kub metr təbii qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 32,40 manat müəyyən edilməsi barədə tələbnamə, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 1422 kub metr təbii qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 142,20 manat müəyyən edilməsi barədə tələbnamə, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 3960 kub metr təbii qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 396 manat müəyyən edilməsi barədə tələbnamə, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 2952 kub metr təbii qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 295,20 manat müəyyən edilməsi barədə tələbnamə, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 2952 kub metr təbii qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 295,20 manat müəyyən edilməsi barədə tələbnamə, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 2952 kub metr təbii qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 295,20 manat müəyyən edilməsi barədə tələbnamə, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 1378 kub metr təbii qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 137,80 manat müəyyən edilməsi barədə tələbnamə, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 2160 kub metr təbii qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 216 manat müəyyən edilməsi barədə tələbnamə, 03/2023-cü il tarixli akt üzrə 2954,88 manat, ümumilikdə 5191,48 (beş min yüz doxsan bir manat 48 qəpik) manat məbləğində dəymiş ziyan.Bundan başqa təqdim edilmiş abonent saldosundan bəlli olur ki,cavabdeh tərəfindən faktiki olaraq quraşdırılmış qaz sayğacı üzrə sərfiyyat həyata keçirilsə də, həmin sərfiyyat üzrə borc tam ödənilmədiyindən, debitor borc yaranmış və həmin borcun məbləği 1023,72(min iyirmi üç manat 72 qəpik) manat təşkil etməməkdədir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə mülahizə ünvanlayaraq bildirmişdir ki, iş materiallarına əlavə edilmiş və dəymiş ziyanı xarakterizə edən aktlardan bəlli olur ki, ilkin akt 2019-cu ilin sentyabr ayını, sonuncu akt isə 2023-cü ilin mart ayını əhatə edir. Belə ki, cavabdeh barəsində 2019-cu ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə ümumilikdə 4 akt tərtib edilmiş, həmin aktlar üzrə vurulmuş zərərin miqdarı müvafiq olaraq 426,60 manat, 32,40 manat, 142,20 manat və 396 manat olmaqla ümumilikdə 997,20 manat təşkil etmişdir. 2020-ci ilin yanvar ayından dekabr ayı da daxil olmaqla cavabdeh barəsində iddiaçı tərəfindən ümumilikdə 4 dəfə - yanvar, fevral, mart və aprel aylarında dəymiş ziyanla bağlı akt tərtib edilmiş, həmin aktlar üzrə müvafiq aylar üzrə 295,20 manat, 295,20 manat, 295,20 manat və 137,80 manat olmaqla ümumilikdə 1023,40 manat məbləğində dəymiş ziyan müəyyən edilmişdir. Cavabdeh barəsində 2021-ci il üzrə yalnız bir dəfə - sentyabr ayı üzrə olmaqla 216 manat məbləğində dəymiş ziyana dair akt tərtib edilmişdir. 2022-ci il üzrə dəymiş ziyanın vurulması ilə bağlı akt tərtib edilməsə də, 2023-cü ilin iyun ayı da daxil olmaqla həmin dövrə kimi cavabdeh barəsində yalnız bir dəfə olmaqla mart ayında 2954,88 manat məbləğində vurulmuş zərər məbləğə dair akt tərtib edilmişdir. Ümumilikdə dəymiş ziyanla bağlı tərtib edilmiş aktlar üzrə talanmış qazın həcmini əks etdirən və həmin həcmə uyğun olaraq hesablanmış zərər məbləğləri aşağıdaki kimidir: sentyabr 2019-4266 kub-426,60 AZN, oktyabr 2019-324 kub-32,40 AZN, noyabr 2019-1422 kub-142,20 AZN, dekabr 2019- 3960 kub-396 AZN, yanvar 2020-2952 kub-295,20 AZN, fevral 2020-2952 kub-295,20 AZN, mart 2020-2952 kub-295,20 AZN, aprel 2020-1378 kub-137,80 AZN, sentyabr 2021- 2160 kub-216 AZN, mart 2023-24799 kub-2954,88 AZN. Tərtib edilmiş akt: 10 akt. İlkin akt tarixi: Sentyabr 2019. Sonuncu akt tarixi: Mart 2023. Dəymiş ziyana uyğun cəmi qaz sərfi kub metrlə: 47 165 (qırx yeddi min bir yüz altmış beş) kub metr. Dəymiş ziyana uyğun cəmi qaz sərfi məbləğlə: 5191,48 (beş min bir yüz doxsan bir manat 48 qəpik) manat. Faktiki istifadə edilmiş və dəyərinin ödənilməməsi nəticəsində yaranmış debitor borcla bağlı isə iş materiallarına əlavə edilmiş abonent saldosundan bəlli olur ki, hazırda iddiaçı tərəfindən cavabdehdən tələb edilən debitor borc məbləği 2020-ci ilin may ayından başlamaqla 2023-cü ilin iyun ayı da daxil olmaqla olan dövrü əhatə edir. Belə ki, cavabdeh tərəfindən 2020-ci ilin may ayından 2020-ci ilin dekabr ayı da daxil olmaqla olan dövr üzrə 155,90 manat məbləğində qaz sərfi həyata keçirilsə də, həmin dövr üzrə cavabdeh heç bir ödəniş həyata keçirməmişdir. 2021-ci ilin fevral ayından 2021-ci ilin dekabr ayı da daxil olmaqla olan dövr üzrə cavabdeh tərəfindən faktiki olaraq 709,40 manat məbləğində qaz sərfi həyata keçirilsə də, həmin dövr üzrə cavabdeh tərəfindən ümumilikdə 38,10 manat məbləğində ödəniş həyata keçirilmişdir. 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayı da olan dövr üzrə cavabdeh tərəfindən faktiki olaraq 535,36 manat məbləğində qaz sərfi həyata keçirilsə də, həmin dövr üzrə cavabdeh tərəfindən ümumilikdə 341 manat məbləğində ödəniş həyata keçirilmişdir. 2023-cü ilin yanvar ayından 2023-cü ilin iyun ayı da olan dövr üzrə cavabdeh tərəfindən faktiki olaraq 114,72 manat məbləğində qaz sərfi həyata keçirilsə də, həmin dövr üzrə cavabdeh tərəfindən ümumilikdə 165 manat məbləğində ödəniş həyata keçirilmişdir. Ümumilikdə debitor borcla bağlı istifadə edilmiş qazın həcmini əks etidrən və həmin həcmə uyğun olaraq hesablanmış borc məbləğləri və ödənilmiş məbləğlər aşağıdaki kimidir: may 2020-39 kub-3,90- ödənilmiş məbləğ 0, iyun 2020-18 kub-1,80- ödənilmiş məbləğ 0, iyul 2020-28 kub-2,80- ödənilmiş məbləğ 0, avqust 2020-44 kub-4,40- ödənilmiş məbləğ 0, sentyabr- 43 kub-43 kub- ödənilmiş məbləğ 0, oktyabr 2020 -39 kub-3.90- ödənilmiş məbləğ 0, noyabr 2020-144 kub-14,40- ödənilmiş məbləğ 0, dekabr 2020-893 kub-89,30- ödənilmiş məbləğ 0, fevral 2021-1707 kub-170,70ödənilmiş məbləğ 0, mart 2021-666 kub-66,60 AZN +17,30 AZN- ödənilmiş məbləğ 0, aprel 2021-337 kub-67,40 AZN- ödənilmiş məbləğ 0, may 2021-130 kub-26 AZNödənilmiş məbləğ 0, iyun 2021-51 kub-10,20 AZN- ödənilmiş məbləğ 0, avqust 2021-180 kub-45 AZN- ödənilmiş məbləğ 0, sentyabr 2021-11 kub-2,75 AZN- ödənilmiş məbləğ 0, oktyabr 2021-143 kub-35,75 AZN- ödənilmiş məbləğ 3,10 AZN, noyabr 2021-588 kub-147 AZN- ödənilmiş məbləğ 0, dekabr 2021-552 kub-138 AZN- ödənilmiş məbləğ 35 AZN, yanvar 2022-611 kub-73,32 AZN- ödənilmiş məbləğ 130 AZN, fevral 2022-612 kub-73,44 AZN+1,84 AZN- ödənilmiş məbləğ 0, mart 2022-503 kub-100,60 AZN- ödənilmiş məbləğ 150 AZN, aprel 2022-259 kub-51,80 AZN- ödənilmiş məbləğ 1, may 2022-160 kub-22 AZN- ödənilmiş məbləğ 0, iyun 2022-49 kub-9,80 AZN- ödənilmiş məbləğ 0, iyul 2022-33 kub-6,60 AZN- ödənilmiş məbləğ 0, avqust 2022-36 kub-7,20 AZN- ödənilmiş məbləğ 50, sentyabr 2022-35 kub-7 AZN- ödənilmiş məbləğ 5 AZN, oktyabr 2022-0-0- ödənilmiş məbləğ 5 AZN, noyabr 2022-68 kub-13,60 AZN- ödənilmiş məbləğ 0, dekabr 2022-800 kub-160 AZN +33,30 AZN- ödənilmiş məbləğ 0, yanvar 2023-350 kub-42 AZN- ödənilmiş məbləğ 50 AZN, fevral 2023-255 kub-30,60 AZN- ödənilmiş məbləğ 43 AZN, mart 2023- 175 kub-21 AZN- ödənilmiş məbləğ 21 AZN, aprel 2023-0-0- ödənilmiş məbləğ 17 AZN, may 2023-151 kub-18,12 AZN- ödənilmiş məbləğ 10 AZN, iyun 2023-25 kub- 3AZNödənilmiş məbləğ 24 AZN. 2020-ci ilin may ayından 2023-cü ilin may ayına kimi olan dövr üzrə cavabdeh tərəfindən ümumilikdə qanuni şəkildə istifadə edilən qaz sərfi (kub metrlə): 57 036 (əlli yeddi min otuz altı) kub metr. Qanuni şəkildə istifadə edilən qaz sərf (məbləğlə): 1567,82 (bir min beş yüz altmış yeddi manat 82 qəpik) manat. Qanuni şəkildə istifadə şəkildə qazın sərfinə görə cavabdeh tərəfindən ödənilmiş məbləğ: 544,10 (beş yüz qırx dörd manat 10 qəpik) manat. Debitor borcun hesablanması qaydası: İstifadə edilən qaz sərfi - Ödənilmiş məbləğ = Qalıq borc 1567,82 (bir min beş yüz altmış yeddi manat 82 qəpik) manat - 544,10 (beş yüz qırx dörd manat 10 qəpik) manat = 1023,72 (bir min iyirmi üç manat 72 qəpik) manat. Məhkəmənin diqqətinə çatdırır ki, iddia ərizəsinə əlavə edilmiş abonent saldosunun 2021-ci ilin mart ayı üzrə limitlərin aşılması səbəbindən 17,30 (on yeddi manat 30 qəpik) manat əlavə borc məbləği, eyni zamanda limitlərin aşılması səbəbindən istifadə edilmiş qaz sərfinə münasibətdə 2022-ci ilin fevral ayı üzrə 1,84 (bir manat 84 qəpik) manat və 2022-ci ilin dekabr ayı üzrə 35,14 (otuz beş manat 14 qəpik) manat məbləğində əlavə borc hesablanmış və təqdim edilmiş abonent saldosunun “Yeni tarifə keçid” bölməsində öz əksini tapmışdır. Həmin tariflərlə bağlı qeyd edir ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdan satış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişilməz olaraq qalıb. Ümumilikdə Abonent saldosundan bəlli olduğu ki, cavabdeh 2021-ci ilin mart ayına kimi 1707 kub metr artıq qazdan istifadə etmiş, davamında mart ayında isə 666 kub metr qazdan istifadə etmişdir. Ümumilikdə həmin iki ay üzrə 2373 (iki min üç yüz yetmiş üç) kub metr qazdan istifadə edildiyindən və həmin tarixə kimi 1200 kub metrə kimi 10 qəpikdən, digər 1173 kub metr üçün həmin andan olan tariflər üzrə 20 qəpikdən borc borc hesablanmışdır. Belə ki, 2021ci ilin mart fevral ayı üzrə cavabdehə 170,70 manat borc, mart ayı üzrə isə 66,60 manat və limitin aşılması səbəbindən 17,30 manat borc hesablanmış, iki ya üzrə ümumilikdə istifadə edilmiş qazın dəyəri 254,60 (iki yüz əlli dörd manat 60 qəpik) manat olmuşdur. Bu hal həmçini 2022-ci ilin fevral ayı (tarif aşılması səbəbindən 1,84 əlavə borc məbləği hesablanıb) və 2022-ci ilin dekabr ayı üçün isə 33,30 (otuz üç manat 30 qəpik) manat borc hesablanmışdır. Yekun olaraq məhkəmənin diqqətinə çatdırır ki, hazırki mülki iş üzrə Cavabdeh münasibətdə dəymiş ziyana münasibətdə 2019-cu ilin sentyabr ayından 2023cü ilin mart ayı da daxil olmaqla həmin dövrləri, debitor borc məbləği isə 2020-ci ilin may ayından 2023-cü ilin iyun ayı da daxil olmaqla həmin dövrləri əhatə edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunlarda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, akt borcunu qəbul etmir. O, sayğaca müdaxilə etməmişdir və sayğac onların nəzarətindən kənarda, küçədə yerləşir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 14 aprel 2020-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, İddiaçı İB – “Paylayıcı”, Cavabdeh – “İstehlakçı” olmaqla müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edilməsi üçün müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30 dekabr 2019-cu il tarixli ******* saylı təbii X1nın pozulması haqqında aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və təbii qazdan sayğacsız qeyriqanuni birləşmə ilə istifadə edildiyi aşkar olunmuşdur. Tələb: Dəymiş ziyan hesablansın və ödənilsin. 30 dekabr 2019-cu il tarixli 07/400 №-li Aktdan görünür ki, sayğacsız qeyri-qanuni birləşmə ləğv edilmişdir. İddiaçı 30 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 30 yanvar 2020-ci il tarixli ******* saylı akta əsasən 3960 m3 görə məbləğlərin ödənilməsi tələb olunmuşdur; İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30 yanvar 2020-ci il tarixli ******* saylı təbii X1nın pozulması haqqında aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və təbii qazdan sayğacsız qeyriqanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Tələb: Dəymiş ziyan hesablansın və ödənilsin. 30 yanvar 2020-ci il tarixli 07/638 №-li Aktdan görünür ki, sayğacsız qeyri-qanuni birləşmə ləğv edilmişdir. İddiaçı 30 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 30 yanvar 2020-ci il tarixli ******* saylı akta əsasən 2952 m3 görə məbləğlərin ödənilməsi tələb olunmuşdur; İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28 fevral 2020-ci il tarixli ******* saylı təbii X1nın pozulması haqqında aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və təbii qazdan sayğacsız qeyriqanuni birləşmə ilə istifadə edildiyi aşkar olunmuşdur. Tələb: Dəymiş ziyan hesablansın və ödənilsin. 28 fevral 2020-ci il tarixli 07/866 №-li Aktdan görünür ki, sayğacsız qeyri-qanuni birləşmə ləğv edilmişdir. İddiaçı 28 fevral 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 28 fevral 2020-ci il tarixli ******* saylı akta əsasən 2952 m3 görə məbləğlərin ödənilməsi tələb olunmuşdur; İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30 mart 2020-ci il tarixli ******* saylı təbii X1nın pozulması haqqında aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və baxış keçirilən zaman sayğacdan kənar qeyi-qanuni birləşmə aşkar olunmuşdur və təbii qazdab sayğacsız istifadə edir. Tələb: Dəymiş ziyan hesablansın və ödənilsin. 30 mart 2020-ci il tarixli 07/1037 №-li Aktdan görünür ki, sayğacsız təbii qazdan istifadə ləğv olunmuşdur. İddiaçı 30 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 30 mart 2020-ci il tarixli ******* saylı akta əsasən 2952 m3 görə məbləğlərin ödənilməsi tələb olunmuşdur; İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 14 aprel 2020-ci il tarixli ******* saylı təbii X1nın pozulması haqqında aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və mənzilə baxış keçirilən zaman təbii qazdan sayğacsız qeyri-qanuni xətt vasitəsilə istifadə etdiyi aşkar olunmuşdu. Tələb: Dəymiş ziyan hesablansın və ödənilsin. 14 aprel 2020-ci il tarixli 07/1278 №-li Aktdan görünür ki, sayğacdan kənar xətt ləğv olunmuşdur. İddiaçı 14 aprel 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 14 aprel 2020-ci il tarixli ******* saylı akta əsasən 1377 m3 görə məbləğlərin ödənilməsi tələb olunmuşdur; İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 17 avqust 2021-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktın surətindən görünür ki, Cavabdehnın yaşayış ünvanına məxsus qaz sayğac ekran hissəsi olmadığına görə yeni sayğac ilə əvəz edilmişdir. İddiaçı qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-03530-1 №-li Aktın surətindən görünür ki, ********** nömrəli sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın hesablama mexanizmi gövdənin üzərində aşkar olunmamışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 21 sentyabr 2021-ci il tarixli ******* saylı təbii X1nın pozulması haqqında aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğaca baxış keçirən zaman sayğacın hesablama mexanizmi gövdənin üzərində aşkar olunmamışdır. İddiaçı 30 sentyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 30 sentyabr 2021-ci il tarixli ******* saylı akta əsasən 2160 m3 görə məbləğlərin ödənilməsi tələb olunmuşdur; İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 31 mart 2023-cü il tarixli ******* saylı təbii X1nın pozulması haqqında aktdan görünür ki, abonent Cavabdeh məxsus ünvanda təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və mənzilə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə aşkar olunmuşdu. Tələb: Dəymiş ziyan hesablansın və ödənilsin. 31 mart 2023-cü il tarixli ******* №-li Aktdan görünür ki, sayğacdan kənar xətt ləğv olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 31 mart 2023-cü il tarixli ******* saylı akta əsasən 24624 m3 görə məbləğlərin ödənilməsi tələb olunmuşdur; **********01610 nömrəli abonent Cavabdeh məxsus abonentin saldosundan görünür: 09/2019 – 12/2019 tarix aralığında 997,2 manat aktlara görə borc hesablanıb, ödəniş 0. 01/20xx-xx/2020 tarix aralığında 1.023,4 manat akta görə, 155.9 manat debitor borc, ödəniş 0. 01/20xx-xx/2021 tarix aralığında 1.023,4 manat akta görə, 726,7 manat debitor borc (709.4+17.3 yeni tarifə keçid), cəmi ödəniş 38.1. 01/20xx-xx/2022 tarix aralığında akta görə 0 borc, debitor borc 535,36+yeni tarifə keçid 35.14 manat, cəmi ödəniş 341 manat. 01/20xx-xx/2023 tarix aralığında akta görə 2954,88 manat borc, 114,72 manat debitor borc, cəmi 165 manat ödəniş edilib. 2020-2023 illər üzrə debitor borc 1.567,82 (155.9+726.7+570.5+114.72)- cəmi ödəniş 544.1=1.023,72 manat borc. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2024-cü il tarixli 3-16-16/2-3/339, 9/1356 №-li məhkəmə trasoloji və iqtisad ekspertizasının rəyindən görünür ki, təqdimata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Rəyin tədqiqat hissələrində göstərilənlərə əsasən, ballistik və trasoloji ekspertiza tərəfindən aparılan tədqiqatda təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik ola iz, zədə və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Bu səbəbdən də məhkəmə-mühasibat ekspertizasının qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 130 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Lakin cavabdeh müqavilə öhdəliyini pozaraq 2020-2023-cü illər üzrə istifadə etdiyi təbii qazın dəyərini tam şəkildə ödəməmiş, 1.023,72 manat debitor borcu qalmışdır. Belə ki, 2020-2023-cü illər üzrə debitor borc 1.567,82 (155.9+726.7+570.5+114.72) - cəmi ödəniş 544.1=1.023,72 manat borc. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi debitor borcun tutulması hissəsində təmin edilməli, 1.023,72 manat məbləğində debitor borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X1nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iddia tələbinin aktlara görə hesablanmış 5.191,48 manat məbləğin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, 2019-2021-ci illər üzrə akta görə iddiaçıya 2.236,6 manat məbləğində borc hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli rəyindən görünür ki, ekspert mübahisəli ünvana baxış keçirmiş, ünvan 2 təbii qaz ilə təmin edən İddiaçı İB-yə məxsus qaz sayğacının və qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən tərtib edilmiş təbii X1nın pozulması haqqında aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin akt iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Məhkəmə iddia tələbinin 31 mart 2023-cü il tarixli ******* saylı təbii X1nın pozulması haqqında akta görə hesablanmış 2954,88 manat məbləğin cavabdehdən tutulması hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia bu hissədə də rədd edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Qeyd olunan maddə xx.xx.2022-ci il tarixdə Qanuna əlavə edilmiş və həmin maddə 2022-ci ilin may ayının 1-dən qüvvəyə minmişdir. Mübahisəli aktda 2023-cü ilin mart ayında tərtib edilmişdir. Göründüyü kimi, cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyətinin və ya məhkəmə qərarı ilə təsdiq edilməməsi halı iddianın bu hissəsinin rədd edilməsinə əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış cəmi 1023,72 manat məbləğində debitor borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 82,16 manat məbləğində dövlət rüsumunun 13,50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ekspertiza keçirilən hissədə rədd edildiyindən, 130 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1023,72 (min iyirmi üç manat 72 qəpik) manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 13,50 (on üç manat 50 qəpik) manatı İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 130 (bir yüz otuz) manat məbləğində vəsait İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-537/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-537/2024
29.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver