Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5411/2023 06.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə arasında bağlanmış şifahi əqd üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün Cavabdeh2 24000 manat, Cavabdeh1 2000 manat və 168 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cəmi 26168 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərdən Cavabdeh2 ilə təxminən bir il əvvəl tanış olmuşdur. Cavabdehin Almaniyadan avtomobil gətirib satdığını bildirdi. Özünə avtomobil almaq istədiyindən cavabdehlə bu barədə danışıb razılaşmışlar. Razılaşmaya əsasən Cavabdeh2 onun üçün “Scania” markalı avtomobil gətirməli idi. Bunun üçün iş üzrə digər Cavabdeh1 məxsus 5103 0714 1116 7030 saylı bank kartının məlumatlarını təqdim edərək həmin karta 2000 manat pul göndərməyini istədi. O da həmin vəsaiti karta göndərdi. Bu pulu karta göndərdikdən təxminən gün sonra o, Cavabdeh2 20000 ABŞ dolları (34000 manat) məbləğində pulu Sədərək Ticarət Mərkəzində əlbəəl verdi. Bundan sonra Cavabdeh2 ona “Scania” markalı yük maşını əvəzinə “Volvo” markalı avtomobili təklif etdi və o da onun bu təklifilə razılaşdı. Lakin cavabdeh ona nə ilk əvvəl danışdıqları “Scania” markalı, nə də sonradan təklif etdiyi “Volvo” markalı avtomobili gətirmədi. Bundan sonra cavabdehə verdiyi puldan 10000 manatı geri qaytardı. O, ya yerdə qalan pulu, ya da avtomobili verməyi cavabdehlərdən tələb etsə də, cavabdehlər bugünədək 26000 manat pulu qaytarmamışdır. Bundan sonra, onun bu hərəkətlərinə görə o, cavabdehə zəng edib pul geri qaytarmağını tələb etmişdir. Onun qanunsuz hərəkətinə görə o, Bakı şəhəri, Qaradağ rayonu Polis İdarəsinə şikayət ünvanladı. xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, cavabdeh ondan qeyd edilən məbləği aldığını etiraf etmiş və pulu ona öəməyi öhdəsinə götürmüşdür. Həmin qərarda ərizədə qeyd olunanların mülki mübahisə predmeti olduğundan mülki qaydada məhkəmədə baxılmalı olduğunu bildirdi. Bu səbəbdən də cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməyə məcbur oldu. Müvafiq halda cavabdehlər üzərinə düşən öhdəliyi yerinə yetirməməsi və ona olan borcunu qaytarmaması nəticəsində xeyli miqdarda maddi itkilərə məruz qalmışdır. Hesab edir ki, bu itkilər də cavabdeh tərəfindən ona ödənilməlidir. Nəticədə o, bu şəxsə qarşı mülki iddia qaydasında məhkəməyə müraciət etməklə ona olan pul borcunun və vurduğu ziyanın qaytarılmasını tələb etmək zərurətində qalır. Cavabdeh tərəfindən hal-hazırki iddia üzrə ödənilməsi tələb etdiyi məbləğ 26000 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 rizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası DİN Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində verilmiş izahatından görünür ki, “ona verilən suallara cavab olaraq bildirmişdir ki, 20 ildir ki, Almaniyadan avtomobil gətirib satmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təxminən bir il bundan əvvəl Eldar adlı şəxs onun başqa müştərisindən telefon nömrəsini götürüb əlaqə saxlamış və yük avtomobili sifariş etmək istədiyini bildirmişdir. Scania R420 markalı yük avtomobil almaq istədiyini bildirmişdir. O, Eldardan 2000 manat beh tələb etmişdir. Yoldaşı Cavabdeh1 məxsus 5103 0714 1116 7030 saylı bank kartına pul köçürməsini istəmişdir. xx.xx.2022-xi il tarixdə həmin karta 2000 manat pul köçürmüşdür. O, Almaniyada yaşayan tanışları Arif və Həsən vasitəsilə avtomobil gətirir. Həmin pulu Həsənə göndərmişdir. Avtomobilin ümumi qiymətinin bir hissəsini əvvəlcədən verməsini tələb etmişdir. Ümumi qiymətinin nə qədər təşkil etdiyini unutmuşdur. O, Eldardan 20000 ABŞ dolları pul verməsini tələb etmişdir. Təxminən 15 gün sonra Eldarla Qaradaö rayonu, Sədərək Ticarət Mərkəzində görüşmüşdür. Eldarla birlikdə Elnur Hüseynov da gəlmişdir. Eldar şəriki olduğunu bildirmişdir. Ona nəğd şəkildə əlbəəl 20000 ABŞ dolları məbləğində pul vermişdirlər. Pulun bir qismini isə avtomobil gəldikdən sonra ödəməli idilər. O, həmin puldan 7500 euro pulu xatırlamadığı bank vasitəsilə yük avtomobilini satan şirkətin hesabına göndərmişdir. Həsənlə Arif gedib avtomobilə baxış keçirmişdirlər. Həsən avtomobildə “Retarder” sisteminin olmadığnı bildirmişdir. Bundan sonra o, Eldara bu barədə məlumat vermiş və onun yerinə Volvo markalı yük avtomobili gətirməyi təklif etmişdir. Eldar da razılaşmışdır. Scania şirkəti pulu geri qaytarmamışdır. Volvo şirkətinə 6500 euro pul ödəmişdir. Elə alındı ki, o, nə Scania 420, nə Volvo markalı yük avtomobilini sifariş edib gətirdə bilməmişdir. İndiyə qədər də məsələ problemli olaraq qalmışdır. Artıq bir neçə ay keçmişdir. Edlarla Elnur onda yük avtomobili almaq istəmədiklərini bildirmiş və verdikləri pulu tələb etmişdirlər. xx.xx.2022-ci il tarixdə o, Eldarın bank kartına 10000 manat pul köçürmüşdür. Ümumilikdə manatla 26000 manat pulu isə qaytara bilməmişdir. Söz verir ki, xx.xx.2023-cü il tarixdə pulu ödəyəcəkdir.” Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası DİN Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində verilmiş izahatından görünür ki, “ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh2 ilə 1993-cü ildə ailə həyatı qrumuşdurlar. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Bügünədək Səməd xarici ölkələrdən avtomobil gətirib satmaqla məşğul olmuşdur. Səməd özü gedib Almaniyadan avtomobil gətitirdi. Lakin 2018-ci il tarixdən etibarən heç vaxt avtomobil gətirmək üçün Almaniyaya getməmişdir. Hazırda nə işlə məşğul olduğunu bilmir. Harada olduğunu da bilmir. xx.xx.2022-ci il tarixdə həmin 5103 0714 1116 7030 saylı bank kartına 2000 manat pul köçürülməsindən xəbəri olmamışdır. Güman ki, yoldaşına gəlməli olan pul olub və yoldaşı Səməd ondan xəbərsiz həmin pulu çıxardıb. Onun işləri barədə tam məlumatı yoxdur, eləcə də Arif və Həsən adlı şəxsləri tanımır. Eldar və Elnur adlı şəxslərdən pul alması barədə də məlumatı yoxdur.” xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 168 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından göründüyü kimi, cavabdehlər verdikləri izahatlarda iddiaçıdan pul götürdüklərini etiraf etmişdirlər. Cavabdehlər tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 24000 manat, Cavabdeh1 isə 2000 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 168 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2 24000 (iyirmi dörd min) manat, Cavabdeh1 2000 (iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 168 (bir yüz altmış səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-5411/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5411/2023
06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver